Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3065/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs xxx, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Salyan Rayon İcra və Probasiya şöbəsi və xxx cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) “hərracın yekunları haqqında yekun protokolun və alqı-satqı müqav iləsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 2(103)-911/2020 nömrəli qətnaməsindən üşüncü şəxs xxx və vəkili Vəkil2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Salyan Rayon İcra və Probasiya şöbəsi və xxx cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən keçirilmiş 21 avqust 2019-cu il tarixli 111 nömrəli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, Cavabdeh MMC tərəfindən xxx yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929 ha, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tik ilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,60 kv.metr, yaşayış sahəsi 48 kv.metr, köməkçi sahəsi 215,6 kv.metr olan ev və torpaq sahəsinin açıq hərracının yenidən keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək, Cavabdeh MMC tərəfindən keçirilmiş 21 avqust 2019-cu il tarixli 111 nömrəli hərracın nəticələri haqqında yekun protokolun və onun əsasında bağlanmış 21 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4260/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Gültəkin Əsədova) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-911/2020 saylı, 07 yanvar 2020-ci iltarixli qətnaməsi ilə üçüncü şəxs x xx apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4260/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi) Xəyalə Cəmilova, İlham Kərimli) Üçüncü şəxs xxx kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.01.2020-ci il tarixli qətnaməsinin ləğv, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir İddiaçının hərracın keçirilməsi barədə məlumatı olsa da, məhkəmələr buna düzgün qiymət verməyib. Mə hkəmə kollegiyasının iclasında üşüncü şəxs xxx, onun vəkili və nümayəndəsi Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Cavabdeh MMC-nin və digər üçüncü şəxs Salyan Rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçını, üçüncü şəxsi, onların nümayəndə və vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib ki, Cavabdeh təşkil etdiyi hərrac barədə ona məlumat verilməyib. Hərracdan hərrac baş tutandan sonra xəbər tutub. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinadənhərrac təşkilatının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan verməməsini, hərracın baş tutması üçün ən azı iki nəfərin iştirak etməli olduğu halda, hərraca X1 başqa digər şəxslərin gəlməsi barədə hər hansı məlumat olmamasını, hərracla bağlı iştirakçıların beh qoymasını təsdiq edən sübut təqdim edilməməsini, hərracın keçirilməsi barədə bildirişin iddiaçıya verilməməsini müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 415.1, 415.2, 415.4, 416.1. 416.2, “İpoteka haqqında” Qanunun 42.1, 43.1.1 və “Poçt haqqında” Qanunun 1.0.10-cu maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi hərracın nəticələrinin etib arsız hesab edilməsi barədədir. İddiaçı tələbini hərracın keçirilməsi barədə ona məlumat verilməli olması barədə qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə əsaslandırmışdır. Belə olan halda, iddianın təmin olunmasının əsas şərtini hərrac barədə həqiqətən də iddiaçıya məlumat verilməməsi, bu barədə qanunvericiliyin digər tələblərinə əməl edilməməsi təşkil edir. İddianın təmin olunmasının əsas şərti olan hərrac barədə iddiaçıya məlumat verilməməsi, hərrac barədə mətbuatda elan dərc edilməməsi, hərracda ən azı iki nəfərin iştirak etməsi, iştirakçıların beh qoymasının sübuta yetirilməməsi, bununla da hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsi halı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsinə görə, qanun vericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Mülki Məcəllənin 415.4-cü maddəsinə görə hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə hərrac baş tutmamış hesab olunur. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə hərracın keçirilmə qaydasını nizama salan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları, yəni hərrac barədə iddiaçıya məlumat verilməməsi, eləcə də hərracın keçirilməsi zamanı qanunvericiliyin digər tələblərinə əməl edilməməsi halları tətbiq edilən normaların dispozitiv şərtlərinə uyğun olaraq iddianın təmin edilməsinə əsas vermişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418 -ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayə ti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Üçüncü şəxs xxx (kassator) kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 2(103)911/2020 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3065/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3065/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver