Məhkəmə qərarları › İş №2(102)-3073/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3073/2023

25.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3073/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh5 Cəmaləddin qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasda məcburi pay hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2(103)6279/2022 saylı qətnaməsindən iddiaçılar X32, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızı, İddiaçı6 Ədbül oğlunun və cavabdeh "xxxx" MMC- nin ayrıayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:

1. X54 ilə Əbdülova (Balayeva) Gövhər İmanbala qızı arasında xx.xx.1974-cü il tarixdə nikah qeydə alınmış, onların birgə nikahından xx.xx.1967-ci il tarixdə X33, xx.xx.1969-cu il tarixdə X47, xx.xx.1970-ci il tarixdə X34, xx.xx.1973-cü il tarixdə X55, xx.xx.1974-cü il tarixdə X48, xx.xx.1978-ci il tarixdə X26, xx.xx.1984-cü il tarixdə X49 adlı 7 övladları doğulmuşdur.

2. X24 xx.xx.2001-ci ildə ölmüşdür.

3. X54 ilə Əbdülova (Kazımova) Ruhiyə Camaləddin qızı arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, onların birgə nikahından Hacıəbdül (2010-cu il təvəllüdlü), Pikə (2011-ci il təvəllüdlü ), Cəvahir (2012-ci il təvəllüdlü), Əzizə (2016-cı il təvəllüdlü) və Əbdülhüseyn (2018-ci il təvəllüdlü) adlı 5 uşaqları doğulmuşdur.

4. X54 18 avqust 2016-ci il tarixdə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını oğlu X19 vəsiyyət etmişdir.

5. X54 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

6. X35 adında aşağıdakı əmlakları olmuşdur: 6.1. “Azsamand” markalı, 90CX227 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2008); 6.2. “Mitsubushi-200” markalı, 99CA899 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2015); 6.3. “UAZ-31513” markalı, 90OE499 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2015); 6.4. “QAZ-13” markalı, 10BS023 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2016); 6.5. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/6 hissəsi (1952-ci ildə X35 atasının adına, xx.xx.2016-cı il tarixdə sonuncunun öz adına qeydiyyata alınmışdır); 6.6. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 6a ünvanında yerləşən ümumi sahəsi 88,86 kv.m. olan 65 saylı mənzil (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır); 6.7. Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır); 6.8. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m. olan qeyri-yaşayış sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır).

7. Cavabdeh5 adına aşağıdakı əm laklar qeydə alınmışdır: 7.1. Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır); 7.2. ünvan 2 ünvanında yerləşən 38 saylı mənzil (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar iddia ərizəsi və əlavə ərizələrlə məhkəməyə müraciət edərək, X35 X14 adına qoyduğu vəsiyyətnaməsinin və həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrində X14 adına aparılmış qeydlərin ləğv edilməsi, X54 ilə cavabdeh “Yasamal-M’' MMC arasında Bakı şəhəri, 53 saylı notariat ofisində bağlanmış 01 aprel 20 20-ci il tarixli “Öhdəlik müqaviləsinin” etibarsız hesab edilməsi, X8 payının, X36 adına olan Bakı şəhəri, Yasamal rayonu, Ağayev küçəsi, 78 ünvanında yerləşmiş tikililərin ½ hissəsi həcmində müəyyən edilməsi və həmin tikililər, miras qoyan X35 vəfatından iki ay sonra, cavabdeh "Yasamal-M” MMC tərəfindən qeyri-qanuni olaraq söküldüyü üçün hazırda mövcud olmadığından X8 payının, sökülmüş tikililərin əvəzinə Cavabdeh1 tərəfindən verilməli olan əmlakların ½ hissəsində müəyyən edilməsi və cavabdeh "xxxx" MMC-nin və miras qoyan X35 hesabına, müştərək qaydada, iddiaçılara verilməsinin təmin olunması, X35 vəfatı ilə əlaqədar ona münasibətdə ödənişin ondan miras qalmış əmlaklar hesabına təmin edilməsi, X27 miras qalan **-CA-***, **-CX-***, **-BS-***, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat va sitələrinə, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Yasamal A.Ağayev 78 ünvanında yerləşmiş tikililərə və yerləşdikləri torpaq sahəsinə, Yasamal Mətbuat prospekti, ev 6A, 65 saylı mənzilə, X2 adına Yasamal rayonu, H.Cavid bina 4, 38 saylı mənzilin 1/2 payına, X3 adına Neftçala rayonu, Xəzər kəndi ünvanında 0,12 ha əmlakın ½ payına iddiaçıların hər birinin 1/13 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bir hissəsi aşkar edilməli və müvafiq şəxslərə verilməlidir. Ana payları müəyyən edildikdən və miras əmlakdan çıxıldıqdan sonra isə mirasın yerdə qalan hissəsinə də iddiaçıların iddia tələblərindən ola n üçüncü tələbləri, yəni X27 miras qalmış əmlaka digər vərəsələrə münasibətdə bərabər paylar üzrə payları müəyyən edilməlidir. İddiaçılar X35 adından miras qalmış əmlakda analarına məxsus olan payın müəyyən edilib analarının vərəsələri kimi faktiki qəbul etdiklərini iddia etdikləri mirasın onlara verilməsini, qalan əmlakın X35 mirası kimi vərəsələr arasında bərabər bölünməsini xahiş etmişlər.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 may 2021-ci il tarixli, 2(004)-1660/2021 saylı qətnaməsi (hakim Fərid Əyyubov) ilə iddia rədd edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, ünvan 4 ünvanda yerləşən daşınmaz əmlak üzərində X14 14/26 hissədə pay hüququ vardır, 12/26 hissə açıqdır. Bundan başqa, ünvan 7 65 saylı mənzil üzərində X3 27/52 hissə, X14 14/52 hissədə, X37, X7, X28, X20, İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı3 hər birinin 1/52 hissədə payı vardır.

12. İş materiallarında olan X54 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli beh müqaviləsinin surətinə əsasən, X54 xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evini Cavabdeh1-nə xx.xx.2020-ci il tarixədək satmağı, Cavabdeh1 isə göstərilən tarixə kimi həmin əmlakı almağı öhdəsinə götürmüş və beh verən gələcəkdə bağlanacaq daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təminatı kimi beh alana 360.000 manat pulu notariusun depozit hesabı vasitəsilə satıcıya ödəmiş və alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən qalan 140.000 manat pul vəsaitini satıcı X44 ödəməlidir.

13. Məh kəmə tərəfindən X54 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən müəyyən olunmuşdur ki, əmlak mülkiyyətçisi ünvan 6 ünvanında yerləşən paylı mülkiyyət üzrə ümumi sahəsi 129.7 kv.m olan fərdi yaşayış evinin 3/6 hissəsinin sökülməsi üçün tikinti şirkətinə vermişdir. Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin özünə məxsus hissəsini sökülmək üçün Tikinti şirkətinə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə “Tikinti Şirkəti” tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170,0 kv.m olan 4 otaqlı mənzili, ümumi sahəsi 14 1,0 kv.m. olan 3 otaqlı mənzili, ümumi sahəsi 120,0 kv.m. olan qeyri-yaşayış sahəsini, ümumi sahəsi 40,0 kv.m. olan anbar sahəsini və 2 ədəd avtodayanacaq sahəsini və notariusun depozit vasitəsilə 90000 (doxsan min) manat məbləği qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan notariat tərəfindən təsdiq olunmuş ərizəyə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh5 Cəmaləddin qızı Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 78 ünvanında yerləşən fərdi yaşayış evinin X44 məxsus hissəsinin satılması ilə əlaqədar əri tərəfindən behin alınmasına etiraz etməmişdir.

14. İş materiallarında olan ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında xx.xx.2020-ci il tarixli şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, vəfat etmiş X13 qalmış arvadı X3 onları n birgə nikah dövründə əldə etdikləri ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X44 verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən 65 saylı mənzilə, ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X44 verilmiş dövlət reyestrindən çıxarışa əsasən Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin ½ hissəsinə mülkiyyət hüququ vardır. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ünvan 10 mənzil 65 ünvanında yerləşən mənzilin ½ hissəsindən, ünvan 9aq sahəsinin ½ hissəsindən ibarətdir.

15. Məhkəmə, xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən etmişdir ki, 3 saylı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilən və 573 nömr əsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X35 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X21r və o mirasdan 14/26 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən əmlak ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X44 verilmiş dövlət reyestrindən çıxarışa əsasən Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin ½ hissəsi, ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X44 verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 88,86 kv.m olan 65 saylı mənzilin ½ hissəsindən ibarətdir. xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, 3 saylı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2016-cı il tari xdə təsdiq edilən və 573 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X35 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 11 ünvanında qeydiyyatda olan oğlu X21r və o mirasdan 14/26 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən əmlak ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X44 verilmiş dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsindən ibarətdir və miras əmlakın qalan 12/26 hissəsinə məcburi pay üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir.

16. İş materiallarında olan qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X35 əmlakının 12/26 hissəsinə arvadı Cavabdeh5, övladları X 57, X22, X50, X38, İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı3 vərəsədir. 17. ünvan 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 14/26 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnamə verilən əmlaklar ünvan 13 ünvanında yerləşən 88,86 kv.metr olan 65 saylı mənzilin mərhuma məxsus ½ hissəsindən, Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin mərhuma məxsus ½ hissəsindən ibarətdir. Əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan miras əmlakın 14/26 hissəsinə isə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar vəsiyyətnamənin ləğv edilməsini və xx.xx.20 20-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsələr də, bu tələblərin əsaslandırıldığı sübutları məhkəməyə təqdim etməmişlər.

19. Məhkəmə qeyd etmişdir ki, vəsiyyətnamə birtərəfli əqd olmaqla, şəxsin iradəsini ifadə edir və vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilmir.

20. Həmçinin, xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlaması sübuta yetirilmir və iş materialları ilə müəyyən edilmir.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X54 ilə Cavabdeh5 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olduqlarından ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evi onların nikah dövründə əldə etdikləri əmlaka daxildir. Həmin əmlakda X8 payının olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də tam əsassızdır. Belə ki, X27 miras qalan nəqliyyat vasitələrinə, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, ünvan 15 ünvanda yerləşən tikililərə və torpaq sahəsinə, ünvan 16”, 65 saylı mənzilə, X2 adına Bakı şəhəri, Yasamal rayonu, H. Cavid prospekti bina 4, 38 saylı mənzilin 1/2 payına, X2 adına Neftçala rayonu, Xəzər kəndində yerləşən 0,12 ha əmlakın 1/2 payına iddiaçıların hər birinin 1/13 payının müəyyən edilməsi tələbi əsassız olduğundan rədd edilməlidir.

22. Məhkəmə hesab etmişdir ki, bu tələb vəsiyyətnamənin etibarsızlığından doğan tələbdir, həmin tələb əsassız olduğundan qeyd edilən əmlaklara 1/13 payın müəyyən edilməsinin əsası məhkəmə tərə findən müəyyən edilməmişdir.

23. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1158, 1166, 1193-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 4.1, 9, 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

24. İddiaçılar apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7693/2021 saylı mülki iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Vəfaddin İbayev sədrlik edən və məruzəçi, Şeyda Mə hərrəmova və Rəşad Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı6, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 anaları X8 ataları X35 vərəsəsi olmaları, ondan miras qalmış əmlakda vərəsəlik hüquqlarının tanınması, ünvan 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 12 saylı notariat ofisi tərəfindən verilmiş, X14 əmlaka vərəsəlik hüququna dair 10 dekabr 2020-ci il tarixli, reyestrdə 2V-95 № ilə qeydə alınmış və Cavabdeh5 və digərlərinin əmlaka vərəsəlik hüququna dair 10 dekabr 2020-ci il tarixli, reyestrdə 2V-96 № ilə qeydə alınmış “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin, həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququnun qeydiyyata alınmasına dair sənədlərin (çıxarışlar) ləğv edilməsi, iddiaçıların hər birinin anaları X5 miras qalan ünvan 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin 1/7 hissəsini faktiki olaraq miras kimi qəbul etmələri və həmin 1/2 hissəsinin 1/7 hissəsi üzərində mülkiyyət hüquqlarının tanınması, onların hər birinin ataları X27 miras qalmış - Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 6a ünvanında yerləşən ümumi sahəsi 88,86 kv.metr olan 65 saylı mənzilin 1/2 hissəsinin 1/26 hissəsi üzərində, Neftçala rayonu, Xəzər kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 1/2 hissəsinin 1/26 hissəsi üzərində, Neftçala rayonu, Xəzər kəndində yerləşən (Cavabdeh5 adına qeydə alınmış) ümumi sahəsi 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinin 1/26 hissəsi üzərində, ünvan 19, 38 saylı mənzilin (Cavabdeh5 Cəmaləddin qızının adına qeydə alınmış) 1/2 hissəsinin 1/26 hissəsi üzərində, ünvan 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin 1/26 hissəsi üzərində, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evinin 1/26 hissəsi üzərində mülkiyyət hüququna uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170 kv.metr olan 4 otaqlı mənzilin 1/26 hissəsi üzərində, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hün dürmərtəbəli yaşayış binasında ümumi sahəsi 141 kv.metr olan 3 otaqlı mənzilin 1/26 hissəsi üzərində, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 120 kv.metr olan qeyri-yaşayış sahəsinin 1/26 hissəsi üzərində, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 40 kv.metr olan anbar sahəsinin 1/26 hissəsi üzərində, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında iki ədəd avtodayanacaq sahəsinin 1/26 hissəsi üzərində, ”Yasamal-M” MMC ilə X54 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış öhdəlik müqaviləsi üzrə Əbdül Əbd ülova ödənilmiş 360.000 manat və ödənilməli olan 140.000 manatın 1/26 hissəsi üzərində, Cavabdeh1 ilə X54 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış beh müqaviləsi üzrə Əbdül Əbdülova ödənilmiş 90.000 manatın 1/26 hissəsi üzərində, ** CA *** dövlət qeydiyyat nişanlı, “Mitsubushi - 200” markalı avtomaşının ½ hissəsinin 1/26 hissəsi üzərində, ** CX *** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomaşının 1/26 hissəsi üzərində, ** BS *** dövlət qeydiyyat nişanlı “QAZ - 13” markalı avtomaşının 1/2 hissəsinin 1/26 hissəsi üzərində, ** OE *** dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşının 1/2 hissəsinin 1/26 hissəsi üzərində mülkiyyət hüququnun tanınması qət edilmiş, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin olaraq X35 vərəsələrinin dairəsi və ondan miras qalan əmlakın kütləsi, həmçinin X35 adında olan əmlakda onun birinci arvadı X23 və ikinci arvadı Cavabdeh5 Cəmaləddin qızının gizli əmlakları müəyyən edilməlidir.

27. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, X35 vərəsələri İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı6, X29, X22, X57, X50, X38, X15 olmaqla 13 nəfərdən ibarətdir. X35 vərəsələri eyni zamanda anaları X9 vərəsələri olmaqla ondan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. X35 özünün və arvadı Cavabdeh5 adında olan əmlaklardan: -ünvan 17 ünvanda yerləşən ümumi sahəsi 88,86 kv.metr olan 65 saylı mənzil; -Neftçala rayonu Xəzər kəndində yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi; -Neftçala rayonu Xəzər kəndində yerləşən (Cavabdeh5 adına qeydə alınmış) ümumi sahəsi 0,12 ha torpaq sahəsi; ünvan 19 ünvanında yerləşən 38 saylı mənzil (Cavabdeh5 adına qeydə alınmış) ** CA *** dövlət qeydiyyat nişanlı, “Mitsubushi - 200” markalı avtomaşın (şəhadətnamə verilmə tarixixx.xx.2015); -** BS *** dövlət qeydiyyat nişanlı “QAZ - 13” markalı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2016); - ** OE *** dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşın (şəhadətnamə verilmə tarixi - xx.xx.2015) X54 ilə Cavabdeh5 birgə nikahda olduqları dövrdə əldə edildiyinə görə X27 miras qalan əmlakın kütləsinə onların hər birinin 1/2 hissəsi daxil edilməlidir. ** CX *** dövlət qeydiyyat nişanlı “Azsamand“ markalı avtomaşın (şəhadətnamə verilmə tarixi 07.05. 2008) Əbdül Əbdülovun evli olmadığı vaxt alındığına gö rə mirasın kütləsinə tam daxil edilməlidir. ünvan 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.metr olan qeyri-yaşayış sahəsi X54 ilə iddiaçıların anaları X9 birgə nikahı dövründə, yəni 08 aprel 2005-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş şəhadətnamə əsasında X1 görə X54 ilə iddiaçıların anaları X9 bərabər paylı mülkiyyəti kimi hesab olunmaqla əmlakda X35 payı 1/2 hissədə, X9 payı 1/2 hissədə müəyyən olunmalıdır. 28. ünvan 1 ünvanda yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin ev miras kimi X54 tərəfindən qəbul edilmiş və xx.xx.2016- cı il tarixdə adına mülkiyyət kimi qeyd olunmuş və bu xüsusatı o ölənə qədər heç kəs mübahisələndirməmişdir. Məhkəmə kollegiyası həmin əmlakın tam şəkildə X35 mülkiyyəti olması faktını qəbul etmiş, iddiaçıların həmin əmlakda X9 payı olması ilə bağlı tələblərini rədd etmişdir. Birinci instansiya məhkəməsi həmin ünvanda olan fərdi yaşayış evi ilə bağlı tələbi rədd edərkən X35 ölümündən iki ay sonra Cavabdeh1 tərəfindən həmin evin qeyri – qanuni söküldüyünə və mövcud olmadığına əsaslanmışdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evi ilə bağlı Cavabdeh1 ilə X54 arasında iki müqavilə bağlanmış və X54 tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər tam, Cavabdeh1 tərəfindən isə qismən yerinə yetirilmişdir.

30. X35 xx.xx.2020-ci il tarixdə ölməsi, yəni onun yüksək məbləğdə pulu alması ilə ölümü arasındakı müddətin çox olmamasını nəzərə almaqla məhkəmə kollegiyası onun tərəfindən bankdan alınmış 360.000 manat və 90.000 manat vəsaiti, həmçinin notariusun depozit hesabından alınmamış 140.000 manat vəsaiti X27 qalan mirasın kütləsinə daxil edilməsini düzgün hesab etmişdir.

31. Məhkəmə kollegiyası, həmçinin hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evinin əvəzində Cavabdeh1 tərəfindən müqavilələr əsasında X44 verilməli olan aşağıdakı əmlaklar da X27 qalan mirasın kütləsinə daxil edilməlidir: a) Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəs i 170 kv.m. olan 4 otaqlı mənzili; b) Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzili; c) Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsi; d) Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 40 kv.m. olan anbar sahəsi; e) Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında iki ədəd avtodayanacaq sahəsi.

32. Məhkəmə kollegiyası iddia tələbinin X35 X19 qoyduğu vəsiy yətnamənin etibarsız hesab edilməsi tələbini əsaslı hesab etməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi, həmçinin hesab etmişdir ki, X35 13 vərəsəsi olması nəzərə alınmaqla iddiaçıların hər birinin X27 miras qalmış əmlakda payı 1/26 hissədə müəyyən edilməlidir.

34. Məhkəmə kollegiyası iddiaçıların anaları X6 qalmış mirası faktiki olaraq qəbul etmələrini əsas tutaraq hesab etmişdir ki, onların Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçıların anaları X12 məxsus 1/2 hissəsi üzərində hər birinin 1/7 hissədə mülkiyyət hüququ tanınmalıdır.

35. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1, 1159.1.1, 1162, 1166, 1193, 1196 və 1255-ci maddələrinə istin adla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

36. İddiaçılar (vəkil X39) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin təmin edilmədiyi hissəsində ləğv edilməsi və iddia tələblərində olan X5 qalan mirasa Bakı şəhəri, Yasamal rayonu, Ağayev küçəsi, 78 ünvanında yerləşən tikililərin 1/2 hissəsinin aid edilməsi tələblərinin də təmin edilməsi və həmin miras əmlakın Cavabdeh1 tərəfindən söküldüyü üçün artıq mövcud olmadığından, sökülmüş miras əmlakın əvəzinə Cavabdeh1 tərəfindən verilməli olan cəmi əmlakların 1/2 hissəsinin X5 qalan miras olaraq müəyyən edilməsi və həmin miras üzərində hər birinin payının 1/7 olmaqla mülkiyyət hüquqlarının tanınması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş e tmişlər.

37. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən mübahisələndirilən hissədə Mülki Məcəllənin 225.1 və 225.3-cü maddələrinin, Ailə Məcəlləsinin 32.1 və 35-ci maddələrinin tələbləri baxımdan düzgün hesab edilə bilməz, çünki ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evi miras kimi ataları tərəfindən qəbul edildiyi dövrdə, anaları ilə birgə nikahda olmuş, və miras olaraq qəbul edilən həmin fərdi ev sökülüb yenidən inşa edilib, və nəticə etibarı ilə kiçik daxmadan ibarət olmuş həmin fərdi tikilinin dəyəri bir neçə yüz minlər həddinə gəlmişdir.

38. Kassator, həmçinin kassasiya şikayətinin dəlilinin qanuni əsası kimi Mülki Məcəllənin 1158.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir.

39. Cavabdeh5 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

40. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 1162-ci maddəsinin tələblərini pozaraq qanunsuz olaraq vərəsəlik qaydasında və birgə mülkiyyətdə olan əmlaklarına dair öz adına aldığı çıxarışları da ləğv etmiş, o cümlədən həmin məcəllənin 1133.2-ci maddəsinin tələblərini pozaraq məcburi pay hüququ olan şəxslərin məcburi payları notariusda açıq qaldığı halda vəsiyyətnaməni nəzərə almadan, iddiaçılar 1/13 hissədə tələb etdiyi ha lda ondan kənara çıxaraq tələb olunmayan pay bölgüsü müəyyən etmişdir. Qətnamənin qət hissəsinin 1-ci səhifəsinin son abzası və 5-ci bəndi birbiri ilə ziddiyyət təşkil edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bir əmlakla bağlı iki dəfə iddiaçılara mülkiyyət hüququ tanımışdır. 5-ci bənddəki bölgü tam qanunidir və iddiaçıların payları notariat ofisində açıqdır. O da öz paylarına çıxarışı almışdır. Həmin çıxarışların ləğv edilməsi tam qanunsuzdur. Bundan başqa hesab edirlər ki, Neftçala rayonu, Xəzər kəndindəki 0.12 ha torpaq sahəsinə birgə nikah dövründə aldıqları öz mülkiyyətində olan 27/52 hissədə olan çıxarışını, Yasamal rayonu, Mətbuat prospekti, ev 6a, mənzil 65-ə aldığı çıxarışını və digərlərini apellyasiya məhkəməsi qanunsuz və əsassız olaraq ləğv etmişdir. Məhkəmə miras qoya nın ölümü anında mövcud olmayan ünvan 20 ünvanında yerləşən yaşayış evinə 1/26 hissədə iddiaçıların mülkiyyət hüququnu tanımışdır. Bundan başqa, məhkəmə Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən 224.2 kv.m. qeyri-yaşayış sahəsinin 8 aprel 2005-ci ildə miras qoyan tərəfindən subay vaxtı alındığına məhəl qoymayaraq həmin qeyri-yaşayış sahəsinə dair qətnamədə iki dəfə mirasdan vərəsələrə pay hüququ tanımaqla əsassız və qanunsuz bölgü aparmışdır. Məhkəmə tərəfindən iddia tələbindən kənara çıxılmaqla maddi və prosessual hüquq normalarını kobud surətdə pozulmuş, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxılmamış, iş üzrə sübutlar kifayət qədər əsaslı şəkildə qiymətləndirilməmiş, qanunsuz qətnamə qəbul edilmişdir.

41. Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin Cavabdeh1 ilə X54 arasında xx.xx.2019-ci il tarixdə bağlanmış müqavilə üzrə Ə.A.Əbdülova ödənilməli olan 140.000 manat pul vəsaitini miras kütləsinə daxil edilməsi və həmin pul vəsaiti üzərində iddiaçıların hər birinin həmin məbləğin 1/26 hissəsi üzərində mülkiyyət hüquqlarının tanınması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

42. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qanunvericiliyin tələblərinə əməl etməyərək, Cavabdeh1 ilə X54 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 500000 (beş yüz min) manat dəyərində qiymətləndirilmiş əmlakın əvəzinə Cavabdeh1 tərəfindən X44 cəmi 450000 manat pul vəsaitinin, ümumi sahəsi 311 kv.m. olan iki mənzilin, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin, sahəsi 40 kv.m. olan anbar sahəsinin və 2 ədəd avtodayanacaq sahəsinin verilməsini nəzərə almayaraq heç bir əsas və ya səbəb olmadan 140000 manat pul vəsaitini miras kütləsinə daxil edərək, vərəsələrin hər birinin 1/26 hissədə mülkiyyət hüququnu tanımışdır.

43. Cavabdeh X4 vəkili və nümayəndəsi iddiaçılar və Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə qarşı etiraz göndərərək, kassasiya şikayətlərinin bəzi hissələrini qəbul etdiklərini, bəzi hissələrinə etiraz etdiklərini və kassasiya şikayətlərinin qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. İddiaçı1 cavabdeh X16 tərəfindən göndərilmiş kassasiya şikayətinə etiraz ilə bağlı öz kassasiya şikayəti ilə oxşar məzmunlu mülahizə göndərərək, a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirdikləri hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(102)-3610/2022 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7693/2021 saylı iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. (hakimlər X40 (məruzəçi), X17 və X74)

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması kimi ümumi şəkildə (konkret sənədlər və şəxslər) göstərilmədən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququnun qeydiyyata alınmasına dair sənədlərin (çıxarışlar) ləğv edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki qətnamənin nəticə hissəsinin bu şəkildə tərtib olunması prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz.

47. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 225-ci maddəsini düzgün tətbiq etməyərək, X35 xx.xx.2005ci il tarixdə əvəzli qaydada əldə etdiyi əmlakı sonucunun xx.xx.2001-ci ildə ölmüş arvadı ilə birgə əmlakı hesab etmiş və həmin əmlaka da ər-arvadın əmlakının hüquqi rejimini tətbiq etmişdir.

48. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi X35 vərəsələrinin Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli h ündür mərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, ümumiyyətlə mövcud hüquqi statusu və faktiki vəziyyəti aydınlaşdırılmamış yaşayış və qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarını tanımışdır.

49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ilə X54 arasında xx.xx.2019-ci il tarixdə bağlanmış müqavilə üzrə sonuncuya ödənilməli olan 140.000 manat pul vəsaitini də mirasın kütləsinə daxil edərək, iddiaçıların hər birinin həmin məbləğ üzərində mülkiyyət hüquqlarının tanınması barədə nəticəyə gəlsə də, bununla bağlı gəldiyi qənaəti tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamış, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxa raq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

50. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 146.1, 146.2, 178.1, 178.2, 178.8, 225.1, 225.2, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1158.1, 1158.2, 1159.1, 1159.1.1, 1162, 1166, 1193, 1196, 1255-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 9.3, 14.1, 14.2, 77.1, 217.1, 218.3, 220.4, 392.1, 392.1.5, 392.2, 407.2, 416.1, 418.1, 418.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

51. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2(103)-6279/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 24 may 2021-ci il tarixli qətnam əsi qismən, yəni miras qalmış əmlaklar üzərində payların müəyyən edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamənin qəbul edilmiş və X27 miras qalmış: Neftçala rayonu Xəzər kəndində yerləşən (Cavabdeh5 adına qeydə alınmış) ümumi sahəsi 0,12 ha torpaq sahəsinin və Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti ev 4-də yerləşən 38 saylı mənzilin (Cavabdeh5 adına qeydə alınmış) ½ hissəsinin 14/26 hissəsi üzərində X14, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin- İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızı, İddiaçı6 Ədbül oğlu, Cavabdeh5, X57, X38, X50 və X7 mülkiyyət hüquqlarının tanınması, X44 vərəsəlik qaydasında keçmiş ünvan 21 ünvanında yerləşən, 3/6 hissədə X35 paylı mülkiyyətində olan ev in 14/26 hissəsi üzərində X14, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin- İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızı, İddiaçı6 Ədbül oğlu, Cavabdeh5, X57, X38, X50 və X7 mülkiyyət hüquqlarının tanınması, Az ** CX *** dövlət qeydiyyat nişanlı “Azsamand “ markalı avtomaşının 14/26 hissəsi üzərində X14, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin- İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızı, İddiaçı6 Ədbül oğlu, Cavabdeh5, X57, X38, X50 və X7 mülkiyyət hüquqları tanınmış, ** CA *** dövlət qeydiyyat nişanlı, “Mitsubushi- 200” markalı avtomaşının, ** BS *** dövlət qeydiyyat nişanlı “QAZ - 13” markalı avtomaşının və ** OE *** dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşının 1/2 hissəsinin 14/26 hi ssəsi üzərində X14, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin- İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızı, İddiaçı6 Ədbül oğlu, Cavabdeh5, X57, X38, X50 və X7 mülkiyyət hüquqlarının tanınması, Bakı şəhəri, Yasamal rayonu İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşaedilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsində ümumi sahəsi 170 kv.m etr olan 4 otaqlı mənzilin, ümumi sahəsi 141 kv.metr olan 3 otaqlı mənzilin, ümumi sahəsi 120 kv.metr olan qeyri-yaşayış sahəsinin, ümumi sahəsi 40 kv.metr olan anbar sahəsinin və iki ədəd avtodayanacaq sahəsinin 14/26 hissəsi üzərində X14, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrinİddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızı, İdd iaçı6 Ədbül oğlu, Cavabdeh5, X57, X38, X50 və X7 əmlak hüquqlarının tanınması, ”YasamalM” MMC ilə X54 arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli öhdəlik müqaviləsi üzrə Əbdül Əbdülova ödənilməli olan 140.000 manat pul vəsaitinə olan tələb hüququnun 14/26 hissəsi üzərində X14, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin- İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızı, İddiaçı6 Ədbül oğlu, Cavabdeh5, X57, X38, X50 və X7 əmlak hüquqlarının tanınması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmi yyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini, habelə işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, iddia tələbinin- sözügedən vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin, habelə həmin şəhadətnamə əsasında verilmiş çıxarışların ləğv edilməsi, X54 ilə Cavabdeh1 arasında Bakı şəhəri, 53 saylı notariat ofisində bağlanmış 01 aprel 2020-ci il tarixli “Öhdəlik müqaviləsinin” etibarsız hesab edilməsinə hər hansı əsas olmadığından, birinci instansiya məhkəməsi iddia tələblərini bu hissədə rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.

54. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd olunan vəsiyyətnamənin, habelə vəsiyyətnamə və mülkiyyət hüququ üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin qanuniliyini yoxlayıb qeyd etmişdir ki, notarius tərəfindən vərəsələrə çatan miras payları düzgün müəyyən edildiyindən, vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

55. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda işin hallarını nəzərə alıb qeyd etmişdir ki, X27 miras qalmış daşınmaz əmlaklar və nəqliyyat vasitələri üzərində iddiaçıların miras paylarının müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

56. Belə ki, mülki iş materiallarından görünür ki, X54 xx.xx.1974-cü ildən xx.xx.2001-ci il tarixədək Əbdülova (Balayeva) Gövhər İmanbala qızı ilə, xx.xx.2012ci ildən xx.xx.2020-ci ilədək Əbdülova (Kazımova) Ruhiyə Camaləddin qızı ilə rəsmi nikahda olmuşdur. Əbdül Əbdülovun birinci nikahından 7, ikinci nikahından 5 uşaqları doğulmuşdur.

57. Beləliklə, mirasa vərəsəlik açılan dövrdə X35 ikinci nikahdan olan arvadı Cavabdeh5 başqa birinci nikahdan olan 7 uşağı, ikinci nikahdan isə 5 uşağı olmaqla, cəmi 13 vərəsəsi vardır.

58. Mirasa vərəsəlik açılan dövrdə X27 4 daşınmaz əmlak, 4 nəqliyyat vasitəsi və Cavabdeh5 ilə birgə nikahı dövründə əldə olunmuş və sonuncunun adına qeydə alınmış 2 daşınmaz əmlak mövcud olmuşdur. 1) Azsamand” markalı, 90CX227 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnaməverilmə tarixi xx.xx.2008); 2) Mitsubushi-200” ma rkalı, ** CA *** dövlət qeydiyyat nişanlıavtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2015); 3) UAZ-31513” markalı, ** OE *** dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2015); 4) “QAZ-13” markalı, 10BS023 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2016); 5) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/6 hissəsi (1952-ci ildə X35 atasının adına, xx.xx.2016-cı il tarixdə sonuncunun öz adına qeydiyyata alınmışdır); 6) ünvan 22 ünvanda yerləşən, ümumi sahəsi 88,86 kv.metr olan 65 saylı mənzil (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır); 7) Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır); 8) ünvan 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.metr ola n qeyri-yaşayış sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır). Cavabdeh5 adına aşağıdakı əmlaklar qeydə alınmışdır: 1) Neftçala rayonu, Xəzər kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır); ünvan 2 ünvanında yerləşən 38 saylı mənzil (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır).

59. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən daşınmaz əmlaklardan (Cavabdeh5 adına qeydə alınmış) Neftçala rayonu, Xəzər kəndində yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin və ünvan 19-də yerləşən 38 saylı mənzil Cavabdeh5 ilə birgə nikah dövründə əldə edildiyindən, həmin əmlakların yalnız ½ hissəsi miras əmlaka daxildir. Qalan ½ hissədə vəsiyyətnamə üzrə vərəsə X10 başqa qalan 12 vərəsənin hər birinin qanun üzrə onla ra çatası payın yarısı hissəsində, yəni hər birinin 1/26 hissədə, 12 vərəsənin isə cəmi 12/26 hissədə payları olduğundan, mirasın 14/26 hissəsinə X14, 12/26 hissədən qalan vərəsələrin mülkiyyət hüququ tanınmalıdır.

60. Apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin etirazlarının dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, ünvan 21 ünvanında yerləşən 3/6 hissədə X35 paylı mülkiyyətində olan ev, ona vərəsəlik qaydasında keçdiyindən, onun həmin evin 3/6 hissəsi üzərində tam mülkiyyət hüququ vardır və miras əmlaka tam daxil edilməlidir. Buna görə də həmin evin 3/6 hissəsinin 14/26 hissəsi üzərində X14, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin mülkiyyət hüquqları tanınmalıdır.

61. Apellyasiya instansiyası məhkəməsi mirasa daxil olan nəqliyyat vasitələrinə münasibətdə qeyd etmişdir ki, “Az ** CX *** dövlət qeydiyyat nişanlı “Azsamand“ markalı avtomaşın 2008-ci ildə, yəni X18 olduğu dövrdə onun mülkiyyətinə keçdiyindən, həmin avtomobil mirasa tam daxildir və mirasın 14/26 hissəsi üzərində X14, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin mülkiyyət hüquqları tanınmalıdır. ** CA *** dövlət qeydiyyat nişanlı, “Mitsubushi - 200” markalı avtomaşın, ** BS *** dövlət qeydiyyat nişanlı “QAZ 13” markalı avtomaşın və ** OE *** dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşın Cavabdeh5 ilə birgə nikah dövründə əldə edildiyindən, həmin avtomobillərin ½ hissəsi miras əmlaka daxildir. Avtomobillərin 1/2 hissəsinin 14/26 hissəsi üzərində X14, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin mülkiyyət hüquqları tanınmalıdır.

62. Apellyasiya instansiyası məhkəməsi iş də iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib qeyd etmişdir ki, Neftçala rayonu, Xəzər kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır) və ünvan 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.metr olan qeyri-yaşayış sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır) üzərində miras payları notarius tərəfindən düzgün müəyyən olunduğundan və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən həmin əmlakların bölgüsünə zərurət görməmişdir.

63. Apellyasiya instansiyası məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, X54 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli beh müqaviləsinə əsasən ödənilməli 140.000 manat pul X44 ödənilməmiş, habelə onlar arasında b ağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.metr olan 4 otaqlı mənzil, ümumi sahəsi 141 kv.metr olan 3 otaqlı mənzil, ümumi sahəsi 120 kv.metr olan qeyri-yaşayış sahəsi, ümumi sahəsi 40 kv.metr olan anbar sahəsi və iki ədəd avtodayanacaq sahəsi də Əbdül Əbdülova təhvil verilməmişdir.

64. Apellyasiya instansiyası məhkəməsi sözügedən müqavilələri məhkəmə iclasında araşdırıb qeyd etmişdir ki, sözügedən daşınmaz əmlaklar dövlət reyestrində qeydə alınmasa da, həmin əmlaklar üzərində, habelə ödənilməmiş 140.000 manat pul vəsaitinin üzərində vərəsələrin əmlak hüquqları əmələ gəlmişdir.

65. Apellyasi ya instansiyası məhkəməsi iddianın bu hissəsi üzrə birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmayıb qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 170 kv.metr olan 4 otaqlı mənzilin, ümumi sahəsi 141 kv.metr olan 3 otaqlı mənzilin, ümumi sahəsi 120 kv.metr olan qeyri-yaşayış sahəsinin, ümumi sahəsi 40 kv.metr olan anbar sahəsinin və iki ədəd avtodayanacaq sahəsinin 14/26 hissəsi üzərində X14, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin əmlak hüquqları tanınmalıdır.

66. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh1 ilə X54 arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli öhdəlik müq aviləsi üzrə sonuncuya ödənilməli olan 140.000 manat pul vəsaitinə olan tələb hüququnun 14/26 hissəsi üzərində X14, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin əmlak hüquqları tanınmalıdır.

67. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1158.1, 1158.2, 1159.1, 1159.1.1, 1162, 1166, 1193, 1196, 1255-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77.1, 384.0.2, 385.1.1, 385.1.2, 388-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

68. İddiaçı3 və digərləri (cəmi 7 nəfər) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin edilməyən hissəsində ləğv edilib, həmin hissədə də iddian ın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

69. İddiaçılar kassasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun olaraq əsaslandırmışlar və əlavə olaraq qeyd etmişlər ki, apellyasiya instansiyası məhkəməsi iddia tələblərini tam təmin etməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən 6 “a” saylı evin 65 saylı mənzilini mirasın kütləsinə daxil etməməklə onların vərəsəlik hüququnu pozmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi 2005-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış və buna dair şəhadətnamə verilmiş Yasamal rayonu, H.Cavid prospekti 12 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 2020-ci ildə dövlət reyestr ində qeydiyyata alınan əmlak kimi göstərməklə, həmin qeyri-yaşayış sahəsinin mirası qoyan Əbdül Əbdülovun ikinci nikahı dövründə əldə olunmasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 78 saylı evin 3/6 hissəsi vərəsəlik qaydasında Əbdül Əbdülovun mülkiyyətinə keçsə də, sonuncu onların anası X25 ilə birgə nikahda olduqları dövrdə üç mərtəbəli fərdi yaşayış evi inşa etmişlər. Bu səbəbdən də mirası qoyan Əbdül Əbdülovla yanaşı, onların anası X25 da həmin evə onun dəyərini artıran vəsait qoyduğu üçün ev onların birgə mülkiyyəti sayılmaqla evdən payları müəyyən edilməli idi.

70. Cavabdeh1-ti kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(103)-6279/2022 saylı qətnaməsinin qismənCavabde h1 ilə X54 arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli “Öhdəlik müqaviləsi” üzrə Əbdül Əbdülova ödənilməli olan 140.000 manat pul vəsaitinə olan tələb hüququnun 14/26 hissəsi üzərində X14, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin əmlak hüquqlarının tanınması hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

71. Kassator şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar apellyasiya məhkəməsinin kollegiyası tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmadığından və qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmədiyindən məhkəmə səhv nəticəyə gələrək Cavabdeh1 ilə X54 arasında xx.xx.2019 cu il t arixdə bağlanmış beh müqaviləsi üzrə ödənilməmiş 140.000 manat pul vəsaitinə iddiaçıların və bu barədə heç bir tələb irəli sürməyən cavabdehlərin əmlak hüquqlarını tanımışdır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əməl etməyərək bağlanmış beh müqaviləsinin icra edilməməsinin səbəblərini araşdırmamış və müqavilənin icra edilməməsi üçün hansı tərəfin məsuliyyət daşıdığını dəqiqləşdirməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq, həmin pul məbləğinə həmin vəsaiti tələb etməyən cavabdehlərində də hüquqlarını tanımışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

72. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar və Cavabdeh1 tərəfindən qismən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

57. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hü ququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

58. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

59. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

60. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

61. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hi ssə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

62. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

63. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

64. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı b aşqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

65. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

66. Maddə 1134.1 Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

67. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

68. Maddə 1158.1. Əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər.

69. Maddə 1158.2. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir.

70. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar.

71. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

72. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

73. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

74. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzm unundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

75. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

76. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

79. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

80. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

85. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

86. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə raz ılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

87. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

88. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, X54 xx.xx.1974-cü ildən xx.xx.2001-ci il tarixədək Əbdülova (Balayeva) Gövhər İmanbala qızı ilə, xx.xx.2012-ci ildən xx.xx.2020-ci ilədək Əbdülova (Kazımova) Ruhiyə Camaləddin qızı ilə rəsmi nikahda olmuşdur. Əbdül Əbdülovun birinci nikahından 7, ikinci nikahından 5 uşaqları doğulmuşdur. Mirasa vərəsəlik açılan dövrdə X35 ikinci nikahdan olan arvadı Cavabdeh5 başqa birinci nikahdan olan 7 uşağı, ikinci nikahdan isə 5 uşağı olmaqla, cəmi 13 vərəsəsi vardır. Mirasa vərəsəlik açılan dövrdə X27 4 daşınmaz əmlak, 4 nəqliyyat vasitəsi və Cavabdeh5 ilə birgə nikahı dövründə əldə olunmuş və sonuncunun adına qeydə alınmış 2 daşınmaz əmlak mövcud olmuşdur. 1) Azsamand” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2008); 2) Mitsubushi-200” markalı, ** CA ***dövlət qeydiyyat nişanlı avtomaşın ( şəhadətnamə verilmə tarixi xx.xx.2015); 3) UAZ-31513” markalı, ** OE *** dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2015); 4) “QAZ-13” markalı, 10BS023 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2016); 5) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/6 hissəsi (1952-ci ildə X35 atasının adına, xx.xx.2016-cı il tarixdə sonuncunun öz adına qeydiyyata alınmışdır); 6) ünvan 22 ünvanda yerləşən, ümumi sahəsi 88,86 kv.metr olan 65 saylı mənzil (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır); 7) Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır); 8) ünvan 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.metr olan qeyri-yaşayış sahəsi (xx.xx.2020-ci il tarixdə qey diyyata alınmışdır). Cavabdeh5 adına aşağıdakı əmlaklar qeydə alınmışdır: 1) Neftçala rayonu, Xəzər kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır); ünvan 2 ünvanında yerləşən 38 saylı mənzil (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır).

89. İddiaçılar kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən 6 “a” saylı evin 65 saylı mənzilini mirasın kütləsinə daxil etmədiyinə və həmin mənzildən onlara pay vermədiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlili ilə razılaşmır.

90. Belə ki, işə əlavə edilmiş 10 dekabr 2020-ci il tarixli şəhadətnamələrdən görünür ki, notarius tərəfindən sözügedən mənzilin ½ hissəsinə dair Cavabdeh5 adına mülkiyyət hüququ haqqında; 14/26 hissəsinə dair Hacıəbdül Əbdülovun adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında; 12/26 hissəsinə dair isə digər vərəsələrin adlarına məcburi pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr düzgün verildiyi üçün, həmin mənzildə vərəsələrin paylarının yenidən müəyyən edilməsinə zərurət görməmişdir.

91. Kassasiya instansiyası məhkəməsi, iddiaçıların kassasiya şikayətində göstəridikləri digər dəlillərlə bağlı qeyd edir ki, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə mərhum Əbdül Əbdülovun adına 08 aprel 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı, habelə Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 78 saylı evin 3/6 hissəsinə iddiaçıların anası X11 əməyi hesabına həmin evin dəyərini xeyli artıran hər hansı v əsaitin qoyulması mülki iş materialları ilə təsdiq edilmədiyi üçün, apellyasiya instansiyası məhkəməsi sözügedən əmlaklarda da vərəsələrin paylarını düzgün müəyyən etmişdir.

92. Cavabdeh1-nin kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən, Cəmiyyətlə mərhum Əbdül Əbdülov arasında xx.xx.2019 cu il tarixdə bağlanmış beh müqaviləsinin icra edilməməsinin səbəblərinin araşdırılmadığını, habelə həmin müqavilənin icra edilməməsi üçün məhz iddiaçıların mülki məsuliyyət daşıdıqlarını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi işə əlavə edilmiş hər hansı mötəbər yazılı sübutlarla təsdiq edilmədiyi üçün Cavabdeh1-nin bu dəlilləri ilə də razılaşmır.

93. Belə ki, işdən görünür ki, sözügedən müqavilənin bağlanmasından az bir müddət sonra qeyd olunan tikili Cavabdeh1 -ti tərəfindən tam şəkildə sökülmüşdür və həmin müqavilənin vaxtında icra edilməməsinə görə məhz iddiaçıların təqsirli sayılması mülki iş materialları ilə təsdiq edilməmişdir.

94. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və belə qənatə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır.

95. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələbl ərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçılar X32, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızı, İddiaçı6 Ədbül oğlunun və cavabdeh "xxxx" MMC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2(103)-6279/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar