Məhkəmə qərarları › İş №2(102)-3076/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3076/2022

16.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3076/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinə, birləşdirilmiş iddia üzrə İddiaçı3 cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair, birləşdirilmiş iddia üzrə İddiaçı3 Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-427/2*22 nömrəli, 24 yanvar 2*22-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 16 iyun 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mixail İsmayılov 1994-cü ildə, onun arvadı Mariya İsmayılova 2**5-ci ildə vəfat etmişlər. İsmayılovların ölümündən sonra onların 3 vərəsəsi qalmışdır. Bu vərəsələrdən Arif İsmayılov 12 aprel 2*1*-cu ildə, Zərindac İsmayılova *7 iyul 2*1*-cu ildə, Zərnişan İsmayılova 1* sentyabr 2 *2*-ci ildə vəfat etmişlər.

2. X14 İsmayılova, Zərindac İsmayılovanın övladları Fərhad və Lalə Quliyevlər, Zərnişan İsmayılovanın övladları olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 faktiki qəbul etmiş olduğu miras əmlak olan ünvan 1 ünvanına dair İddiaçı1 ½ və İddiaçı2 ½ pay olmaqla, bərabər paylarının tanınmasına dair vərəsəlik haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 6 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, İddiaçı2 4 sentyabr 2*2*-ci il tarixdə X2 etibarnamə əsasında nümayəndəsi kimi cavabdehə müraciət edərək, onun atası X12 miras qalmış və faktiki qəbul etdiyi miras əmlak olan mübahisəli evə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Cavabdehin 11 dekabr 2*2*-ci il tarixli məktubu ilə mərhum X15 adına olan mübahisəli evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, vərəsələr arasında mübahisə olduğundan mümkün olmaması, bununla əlaqədar məhkəməyə müraciət etməyin məqsədə uyğun olması bildirilmişdir. Həmin iş üzrə elə həmin notarius tərəfindən X1* miras əmlakı faktiki qəbul etmiş vərəsə kimi qəbul edilərək etibarnamə əsasında onun nümayəndəsi vasitəsilə miras əmlaka dair çıxarışın alınması üçün müvafiq orqana məktub verilmişdir. Bundan başqa, X1* 2* avqust 2*2*-ci il tarixdə Bakı şəhəri 5 s aylı Notariat Ofisində qeydə alınmaqla bütün əmlakını, o cümlədən mübahisəli ev, ona atasından miras qalmış və faktiki qəbul etdiyi əmlakı iddiaçılara vəsiyyət etmişdir. X1* 1* sentyabr 2*2*-ci il tarixdə vəfat etmişdir. O, heç vaxt ailə qurmamışdır, övladları yoxdur. Göründüyü kimi, onun birinci dərəcəli vərəsələri, həmçinin məcburi pay almalı olan vərəsələri də yoxdur. X2 vəsiyyətnamə üzrə vərəsələri iddiaçılardır.

5. İddiaçı3 cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 miras qalmış əmlak üzərində İddiaçı3 vərəsəlik hüququnun tanınması, bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edi lməsi müddətinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, birləşdirilmiş iddia üzrə iddiaçının babası X15 12 may 1994-cü il tarixdə və onun həyat yoldaşı olan X8 19 yanvar 2**5-ci il tarixdə vəfatından sonra ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 66.4 kv.m olan yaşayış evi qalmışdır. Birgə nikahdan onların üç övladı olmuşdur: X22, X1* və X11. Birləşdirilmiş iddia üzrə iddiaçının atası X22 12 aprel 2*1*-cu ildə, X11 *7 iyul 2*1*-cu ildə, X1* isə 1* sentyabr 2*2*-ci ildə vəfat etmişlər. Mübahisəli evə X15 adına mülkiyyət hüququ Dövlət reyestrindən Çıxarışa əsasən 12 oktyabr 2*2*-ci il tarixdə rəsmiləşdirilmişdir. Valideynlərinin ölümündən sonra mirası faktiki qəbul edərək həmin mübahisəli mənzildə birləşdirilmiş iddia üzrə iddiaçının atası və X1* yaşamışlar. Atasının ölümündən sonra mirasdan pay almaq hüququ irsi transmissiyaya əsasən birləşdirilmiş iddia üzrə iddiaçıya keçir. Birləşdirilmiş iddia üzrə iddiaçı 2*2*-ci ilin noyabr ayında lazımi sənədləri təqdim edərək mirasın qəbulu haqqında cavabdehə ərizə ilə müraciət etmişdir. Birləşdirilmiş iddia üzrə iddiaçının atası həmin mənzili əsaslı təmir etmişdir. Atası vəfat etdikdən sonra birləşdirilmiş iddia üzrə iddiaçı oradakı mebel və ev əşyalarının bir hissəsini götürmüşdür. Qalan hissəni aparmaq istəyəndə isə bibisi X1* iddiaçını evə buraxmamışdır. Həmin evdə iddiaçının atasına məxsus şəxsi əşyaları, təmir üçün alətləri, soyuducu, mətbəx mebeli, iddiaçının şəxsi əşyaları və çoxsaylı qızıl əşyalar q almışdır. Atasının ölümündən sonra iddiaçının bibisi Zərnişan İsmayılovanın ona qarşı münasibəti pisləşmişdir. Buna səbəb digər bibisi X3 uşaqları olmuşlar. Onlar iddiaçını evə buraxmırlar. Bibisinin ölümündən sonra onlar evin ilkin qeydiyyatını aparmaq üçün sənədləri və iddiaçının atasından qalan əşyaları ona verməkdən imtina edərək evin qıfılını da dəyişmişlər.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim A.Həsənova) 2(*11)-1494/2*21 nömrəli 3* mart 2*21-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə iddiası əsasında 2(*11)-1494/2*21 saylı mülki işlə; birinci instansiya məhkəməsinin digər hakiminin icraatında olan İddiaçı3 cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” barədə iddiası əsasında 2(*11)2676/2*21 saylı mülki işlərin birləşdirilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsinin (hakim A.Həsənova) 2(*11)-1494/2*21 nömrəli 17 may 2*21-ci il tarixli qətnaməsi ilə iddiaçıların iddia tələbinin təmin edilməsi, X2 faktiki qəbul etmiş olduğu miras əmlak olan mübahisəli evə dair İddiaçı1 ½ və İddiaçı2 ½ pay olmaqla, bərabər paylarının tanınmasına dair vərəsəlik haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi, birləşdirilmiş iddia üzrə iddiaçının iddia tələbinin rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X1* vəfat etdiyi məqama qədər qeyd edilən ünvanda yaşamışdır. Bu hal məhkəmə iclasında dindirilmiş hər iki tərəfdən iştirak edən şahid ifadələri ilə də təsdiq edilmişdir. Məhkəməyə təqdim edilmiş notariat kontorunda yazılmış ərizənin surətindən görünür ki, Zərnişan İsmayılova miras əmlakı faktiki qəbul etmiş vərəsə kimi ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etmişdir. Zərnişan İsmayılovanın müraciəti nəticəsində notariat orqanı tərəfindən aidiyyəti orqana müraciət edilmiş və əmlakın dövlət reyestrindən çıxarışı əldə edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, Zərnişan İsmayılova valideynlərinin ölümündən sonra qeyd edilən mənzildə yaşamış və əmlakı qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Arif İsmayılovun qanunvericiliyin tələblərinə uyğun nə notariat ofisinə müraciət etməsi, nə də faktiki qəbul etməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

11. Məhkəmə birləşdirilmiş iddia üzrə iddiaçının ərizəsində mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay uzadılması ilə bağlı qeyd etmişdir ki, onun babasından qalan miras əmlakın onun atası tərəfindən qəbul edildiyini sübuta yetirə bilmədiyindən, eyni zamanda atasının vəfatından sonra qeyd edilən əmlakla bağlı hər hansı qanuni tədbirlər görmədiyindən, müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı da hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbi bu hissədə rədd edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29.3, 29.5-ci, Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151, 1243, 1246-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Birləşdirilmiş iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, atası X17 əmlakını MM-in 1252-ci maddəsində nəzərdə tutulmuş qaydada miras əmlak kimi qəbul etmiş vərəsə kimi tanınması barədə, X2 əmlakının bir hissəsinin MM-in 1159.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qanun üzrə vərəsə kimi tanınması barədə, ona Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov (keçmiş Matros) küçəsindəki 13 nömrəli evə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 6 saylı Notariat Ofisinə həvalə edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) 2(1*3)-427/2*22 nömrəli mülki iş üzrə 24 yanvar 2*22-ci il tarixli qətnaməsi ilə birləşdirilimiş iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, hər iki iddiaların qismən təmin edilməsi, mərhum X12 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov (keçmiş Matros) küçəsindəki 13 nömrəli fərdi yaşayış evinə İddiaçı3, atası, mərhum X5 üzrə vərəsəlik qaydasında çatası paya görə ½ hissədə; İddiaçı1 və İddiaçı2, mərhum X1 üzrə vərəsəlik qaydasında çatası paya görə, vəsiyyət üzrə vərəsəlik qaydasında ½ hissədə, (yəni İddiaçı1 və İddiaçı2 hər birinə ¼ hissədə) vərəsəlik hüquqlarının tanınması və paylarının müəyyən edilməsi, həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 6 saylı Notariat Ofisinə həvalə edilməsi, iddiaların qalan hissələrinin təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM. mad. 217.2). Miras qoyan X21 1 may 1994-cü il tarixdə ölmüşdür. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birləşdirlimiş iddia üzrə iddiaçının atasının miras qoyan öldüyü vaxt, ondan əvvəl yaxud sonra mübahisəli miras evdə 2*1*-cu ilədək, yəni ölənədək yaşaması iş materialları ilə təsdiq olunur.

17. Apellyasiya baxışı zamanı birləşdirilmiş iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş 5 dekabr 2*14-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, o, 12.*4.2*1*-cu ildə vəfat etmiş atası X13 yeganə qanun üzrə vərəsəsidir və miras əmlak Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi “Cənnət” b/y-nın 12* saylı bağ sahəsi ünvanında yerləşən mülkiyyətində olan *.*5 ha torpaq sahəsidir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası t amamilə qəbul etmişdir. Onun, atası, mərhum Arif İsmayılovun qanun üzrə vərəsəlik qaydasında faktiki qəbul etdiyi mübahisəli fərdi yaşayış evini miras əmlak kimi qəbul etməsi ümumiyyətlə hər hansı bir mübahisə doğurmamalıdır.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların iddiası vəsiyyətnaməyə əsaslanmışdır. Həmin vəsiyyətnamə onlara mərhum xalaları X1* tərəfindən 2*.*8.2*2*-ci ildə verilmişdir. Belə ki, həmin vəsiyyətnamə ilə Zərnişan İsmayılova ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını, o cümlədən mübahisəli fərdi yaşayış evini Fərhad və Lalə Quliyevlərə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin hazırkı miras əmlaka münasibətdə hüquqi qüvvəsi mövcuddur. Başqa sözlə miras əmlakdan qanun üzrə vərəsəlik qaydasında mərhum X7 çatacaq pay üzrə, sonuncudan vəsiyyət üzrə vərəsəlik qaydasında, yəni qeyd olunan vəsiyyətnaməyə əsasən iddiaçıların bərabər vərəsəlik payı müəyyən edilməlidir. Göründüyü kimi, həm İddiaçı3 atası Arif İsmayılovun, həm də Zərnişan İsmayılovanın qanun üzrə vərəsəlik hüququ əsasında faktiki olaraq qəbul etdikləri, miras əmlak olan mübahisəli ev bütövlükdə vəsiyyət üzrə vərəsəlik qaydasında iddiaçılara vəsiyyət edilsə də sonuncuların həmin miras əmlaka tam olaraq vərəsəlik hüquqlarının tanınıb paylarının müəyyən edilməsi həmin ev üzərində tam etibarlı mülkiyyət hüququnu yarada bilməz və bu cür qeydiyyat da əsassız olardı. Çünki, qeyd olunduğu kimi İddiaçı3 atası Arif İsmayılovun vərəsə kimi miras açıldığı vaxtdan həmin evdə yaşayıb mirasa sahiblik edib onu idarə etməklə faktiki olar aq mülkiyyət hüququ əldə etmiş, eyni zamanda İddiaçı3 da qanun üzrə vərəsəlik qaydasında atasına çatan miras payı da atasının yeganə qanun üzrə vərəsəsi kimi qəbul etmişdir.

19. Məhkəmə öz mövqeyini 1 sentyabr 2***-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 1133.1, 1133.2,1159.1, 1243, 1246-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçılar birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddialarının tam təmin edilməsi və İddiaçı3 iddiasının rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

21. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə X19 bağlı heç bir iddia olmadığı halda, iddia tələbindən kənara çıxaraq sonuncunun miras əmlakı faktiki qəbul etməsi ilə bağlı qərar qəbul etmişdir.

22. Kassatorlar şikayətini 1 sentyabr 2***-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8*, 1*6, 2*2, 217, 218.3, 255, 272, 68.3, 372.2, 39*-cı maddələrinə istinad edərək əsaslandırmışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 1 sentyabr 2***-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

26. Maddə 1133.2. Qanun üzrə vərəsəl ik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

27. Maddə 1159.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar.

28. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nə də ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

29. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. M addə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliy i tam yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Müəyyən olunduğu kimi X9 miras qalmış Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinə həm vəsiyyət üzrə vərəsələr İddiaçı1, İddiaçı2 və həm də qanun üzrə vərəsə İddiaçı3 iddia edirlər. 4*. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

41. İddiaçılara vəsiyyətnamə onlara mərhum xalaları Zərnişan İsmayılova tərəfindən 2* avqust 2*2*-ci il tarixdə qoyulmuşdur.

42. İddiaçı3 isə mirası qanun üzrə vərəsə kimi qəbul etmiş atası X2* 12 aprel 2*1*-cu il tarixdə baş vermiş vəfatından sonra qəbul etdiyini iddia edir.

43. İddiaçılar Fərhad və Lalə Quli yevlər tərəfindən inkar olunsa da, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Arif İsmayılov miras qoyan X6 olmaqla ondan miras qalmış əmlakı birinci növbə vərəsə kimi orada yaşamaqla faktiki qəbul etmişdir.

44. İddiaçı3 isə mirası faktiki qəbul etmiş atası Arif İsmayılovun vəfatından sonra onun birinci növbə vərəsəsi kimi mirası qəbul etmişdir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (*1 sentyabr 2***-ci il tarixədək qüvvədə olan) 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmə k barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 46. *1 sentyabr 2***-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

47. İşə baxan apellyasiya instansiyası məhkəməsi mirasın Arif İsmayılov və onun qızı İddiaçı3 tərəfindən qəbul olunması faktını kifayət qədər tam və hərtərəfli araşdırmış və hesab etmişdir ki, onlar Mülki Məcəllənin yuxarıda göstərilən normalarının müəyyən etdiyi qaydada mirası faktiki olaraq qəbul etmişlər.

48. Kollegiya işin yuxarıda göstərilən hallarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-427/2*22 nömrəli, 24 yanvar 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar