Məhkəmə qərarları › İş №2(102)-308/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-308/2022

15.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-308/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh4 Artur oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-308/22 (Açar sözlər: vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh1 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli, 2(103)4556/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh4 və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 0,25 ha torpaq sahəsində yerləşən 273 “a” saylı bağ torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 41,13 kv.metr olan bağ evinə dair notarial qaydada verilmiş 06 iyun 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi; həmin Şəhadətnaməyə əsasən Reyestr Xidməti tərəfindən aparılmış qeydlərin və verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi; həmin bağ torpaq sahəsi üzərində İddiaçı vərəsəlik payının tam şəkildə müəyyən edilməsi; buna dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadət namənin verilməsinin notariat orqanına, habelə müvafiq dövlət reyestrində qeydlərin aparılmasının və hüquqmüəyyənedici sənədlərin verilməsinin Reyestr Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda, Cavabdeh4 və Cavabdeh5 məhkəmədə İddiaçı və digərlərinə qarşı qarşılıqlı iddia verərək, mərhum X2 ölümündən sonra ondan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 0,25 ha torpaq sahəsində yerləşən 273 “a” saylı bağ torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 41,13 kv.metr olan bağ evinin açıq qalan 2/12 hissəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini n 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.A.Əsədova) ilk iddia rədd, qarşılıqlı iddia təmin edilərək, mərhum Artur Rzayevdən miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 0,25 ha torpaq sahəsində yerləşən 273 “a” saylı bağ torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 41,13 kv.metr olan bağ evinin açıq qalan 2/12 paya Cavabdeh4 və Cavabdeh5 qanun üzrə vərəsəlik hüququnun tanınması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 0,25 ha torpaq sahəsində yerləşən 273 “a” saylı bağ torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 41,13 kv.metr olan bağ evi 1971-ci ildə ölmüş Nina Rzayevadan miras qalıb və sonuncunun birinci növbəl i vərəsələri kimi övladları Cavabdeh1, Cavabdeh3, Natella Rzayeva və Artur Rzayev mirası qəbul etməklə mirası faktiki qəbul etmişlər. 02 fevral 2001-ci ildə Artur Rzayev rəsmi nikah əsasında İddiaçı ilə ailə qurub. 08 may 2010-cu ildə Artur Rzayev ölüb və onun ölümündən sonra ondan birinci növbəli vərəsələri kimi birinci nikahdan olan övladları Cavabdeh4, Cavabdeh5 və arvadı İddiaçı vərəsə qalıblar. 16 dekabr 2011-ci ildə Nina Rzayevadan miras qalmış əmlaka dair vərəsəlik işi açılıb. 06 iyun 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən miras əmlakın ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə Natella İsmayılovanın, ¼ hissəsinə Cavabdeh3, 1/12 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınıb, lakin Cavabdeh5 və Cavabdeh4 vərəsəliklə bağlı notariat orqanına müraciət etmədi kləri üçün mirasın 2/12 hissəsi açıq saxlanılıb. 05 fevral 2016-cı il tarixdə notariat orqanı Cavabdeh5 və Cavabdeh4 müraciət edərək, vərəsəlik paylarını almaları üçün şəxsiyyət vəsiqələri və qohumluq əlaqəsini təsdiq edən sənədlərlə birlikdə notariusa müraciət etmələri təklif edilib. Artur Rzayevin miras əmlakı faktiki qəbul etməsi işin mübahisə olunmayan halıdır və mirasın onun adına rəsmiləşdirilibrəsmiləşdirilməməsindən asılı olmayaraq ona çatan ¼ pay mülkiyyətinə keçib və onun miras aktivinə daxil olub. Artur Rzayev öldükdən sonra ondan birinci növbəli vərəsələri kimi övladları Cavabdeh4, Cavabdeh5 və arvadı İddiaçı vərəsə qalıb və ondan miras qalmış ¼ payın 1/12 hissəsi arvadı İddiaçı verilib, digər iki vərəsələrə çatası 2/12 pay isə açıq saxlanılıb. Mülki qanunvericiliyə görə, Art ur Rzayevin birinci növbəli vərəsələri olduğundan ona məxsus əmlaka münasibətdə ikinci növbəli vərəsələrin vərəsəliyini istisna edir. X4 münasibətdə açıq saxlanılan 2/12 pay onun birinci növbəli vərəsələri olan Cavabdeh5 və Cavabdeh4 tərəfindən faktiki qəbul edilib, lakin onlar vərəsəliklə bağlı müraciət etmədikləri üçün onlara çatan 2/12 pay açıq saxlanılıb. Ona görə də ilk iddia rədd, qarşılıqlı iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1146, 1151-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə q əbul edilməsini xahiş edib. Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın da rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilib, qarşılıqlı iddia da rədd edilib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilib, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edilər. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və M.T.Əhmədova) kassasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və E.Ə.Mehdiyev) apellyasiya şikayətləri təmin edilmələn, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi kassasiya şikayəti verərək iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın da rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb, cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsində üçüncü icra at Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Ş.A.Məmmədova) apellyasiya şikayətləri təmin edilmələn, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133, 1145, 1151-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası mə hkəməsində üçüncü icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 və vəkili Xəqani Musayev kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı, vəkili Vəkil1, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri, 12 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1-ci maddəsində göstərilir ki, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsində göstərili r ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunan hissələrində mübahisələndirildiyindən qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarıda yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, ilk iddianın rədd olunması hissəsində a pellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ilk iddianı rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya instansiyası məhkəməsi, ilk iddianın rədd olunması hissəsində əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən sözügedən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qarşılıqlı iddia tələbinə gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin hissədə gəldiyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, işin hallarına görə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 0,25 ha torpaq sahəsində yerləşən 273 “a” saylı bağ torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 41,13 kv.metr olan bağ evi 1971-ci ildə ölmüş Nina Rzayevadan miras qalıb və sonuncunun birinci növbəli vərəsələri kimi övladları Cavabdeh1, Cavabdeh3, Natella Rzayeva və Artur Rzayev mirası qəbul etməklə mirası faktiki qəbul etmişlər. 02 fevral 2001-ci ildə Artur Rzayev rəsmi nikah əsasında İddiaçı ilə ailə qurub. 08 may 2010-cu ildə Artur Rzayev ölüb və onun ölümündən sonra ondan birinci növbəli vərəsələri kimi birinci nikahdan olan övladları Cavabdeh4, Cavabdeh5 və arvadı İddiaçı vərəsə qalıblar. 16 dekabr 2011-ci ildə Nina Rzayevadan miras qalmış əmlaka dair vərəsəlik işi açılıb. 06 iyun 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən miras əmlakın ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə Natella İsmayılovanın, ¼ hissəsinə Cavabdeh3, 1/12 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınıb, lakin Cavabdeh5 və Cavabdeh4 vərəsəliklə bağlı notariat orqanına müraciət etmədikləri üçün mirasın 2/12 hissəsi açıq saxlanılıb. Göründüyü kimi, mərhum Artur Rzayevdən miras qalmış ¼ payın açıq saxlanılan 2/12 hissəsinə vərəsəlik 08 may 2010-cu ildən açılıb və onun övladları Cavabdeh5 və Cavabdeh4 ötən müddət ərizəndə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələrinə dair ərizə verməyiblər və bu fakt işin mübahisə olmayan halıdır. Əksinə, ilk və qarşılıqlı iddia ərizələrindən görünür ki, Artur Rzayevin 08 may 2010-cu il tarixdə ölməsi ilə ondan miras qalmış ¼ paya 16 dekabr 2011-ci i l tarixdə vərəsəlik işi açılıb, lakin onun övladları Cavabdeh5 və Cavabdeh4 vərəsəliklə bağlı notariat orqanına müraciət etmədikləri üçün ondan miras qalmış ¼ payın 1/12 hissəsinə arvadı İddiaçı vərəsəlik hüququ tanınıb, qalan 2/12 hissəsi isə açıq saxlanılıb və hətta notariat ofisi tərəfindən 05 fevral 2016-cı il tarixli məktubla Cavabdeh5 və Cavabdeh4 miras paylarını qəbul etmələri üçün müraciət olunsa da, onlar yenə də mirası qəbul etmələri üçün notariat ofisinə müraciət etməmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət vermədən, Cavabdeh5 və Cavabdeh4 mərhum Artur Rzayevdən miras qalmış ¼ payın açıq saxlanılan 2/12 hissəsinə sahiblik etməyə və həmin hissəni idarə etməyə faktik başlamaqla mirası qəbul edib-etməmələri ilə bağlı heç bir araşdırma aparmadan, 8 il dən sonra mirasın onlar tərəfindən qəbul edilməsi nəticəsinə gəlmişdir. Mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hal, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər sənədlər ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri). Göründüyü kimi, Cavabdeh5 və Cavabdeh4 mərhum ataları Artur Razyevdən miras qalmış əmlakı faktiki idarə etməklə qəbul etmələrinə dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyiblər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsini mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmununu nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi düzgün müəyyən etməyib. Digər tərəfdən, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Sadalanan maddələrin mənasına görə miras, onun açıldı ğı gündən vərəsənin mülkiyyəti o vaxt sayılır ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etmiş olsun və mirasın açıldığı gündən altı ay keçməmiş olsun. Hazırki halda, Cavabdeh4 və Cavabdeh5 vərəsəliyə çağırıldıqlarını 08 may 2010-cu il tarixdən, yəni ataları Artur Rzayevin öldüyü gündən bilmələri və ya bilməli olmaları mülki iş materialları, həmçinin qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə istisna edilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddələrin tələblərini pozaraq, qanuna görə vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etməli olmasını, mirasın açıldığı gündən isə altı ay keçdikdən sonra isə mirasın qəbuluna yol verilməməsini, mərhum Artur Rzayevdən miras qalmı ş ¼ payın 1/12 hissəsinin arvadı İddiaçı tərəfindən notariat ofisinə ərizə verilməklə qəbul edilməsini, mirasa vərəsəlik açıldıqdan 8 il sonra Cavabdeh4 və Cavabdeh5 hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmələrini nəzərə almadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutl arı sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzak irə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismənqarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutların mötəbərliliyinə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti q ismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli, 2(103)-4556/2021 saylı qətnaməsi qismən- qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar