Məhkəmə qərarları › İş №2(102)-3081/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3081/2020

18.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3081/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X2, X10 və X6 qarşı; İddiaçı cavabdehlər x və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə maneçiliyə son qoyulması, mənzildən çıxarılma, alqı-satqı müqavilənin etibarsızlığı və s.) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi X1, vəkili X3, Cavabdeh1 vəkili X7 iştiakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı bildirir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 98 nömrəli evin 34 nömrəli mənzili onun mülkiyyətində olmuşdur. Maddi çətinliklə bağlı 30.000 manat pul vəsaiti lazım olduğu üçün Mübariz adlı şəxsdən faizlə borc almışdır. Həmin şəxslə belə razılaşmışlar ki, pul vəsaitini 10 faizlə borc götürəcək, əvəzində isə qeyd edilən mənzilin alqı-satqısını rəsmiləşdirəcək, bir müddət çıxarış alınmayacaq. Borc qaytarılan kimi müqaviləni notariusda xitam edib mənzili geri götürəcək, pulu qaytara bilməsə yenə də onun adından mənzil başqa şəxsə satılacaq və faizləri ilə birlikdə 48000 manat pul ödəniləcəkdir. Onlar notariusa gedib bu müqavilə ni rəsmiləşdirmişlər və mənzil şərti olaraq 51.000 manat qiymətləndirilmişdir. Mübariz adlı şəxs ona cəmi 31.500 manat pul hesablandığını deyərək həmin puldan 1.500 manatını sığorta və notarius xərclərinə verdiyini bildirmiş, birinci ayın faizi üçün 3000 manat götürüb, cəmi 27.000 manatı ona vermişdir. Növbəti iki ay ərzində faizi ödəsə də, sonrakı dövrdə faizi və borcu qaytara bilməmiş, və ona məlum olmuşdur ki, Mübariz adlı şəxs mənzilə dair arvadı Cavabdeh1 adına mülkiyyət çıxarışı almışdır.

2. Cavabdeh1 isə bildirmişdir ki, İddiaçılə aralarında borc müqaviləsi deyil, mübahisəli mənzilin 51.000 manat pul müqabilində alqı-satqısına dair müqavilə bağlanmışdır. xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mənzilin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmasına dair qeydiyy at aparılmış və müvafiq çıxarış verilmişdir. Müqavilədə mənzilin altı ay ərzində onun sahibliyinə verilməsi razılaşdırılsa da, qarşı tərəf öhdəliklərinə əməl etməmiş, mənzildən çıxmamışdır. Ona görə də, mülkiyyətində olan mənzildən İddiaçı və digər cavabdehlərin çıxarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraatlar

3. İddiaçı Cavabdeh1 qızı ərizə ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edərək, onun 11 saylı notariat kontorunda xx xxxx 2015-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı, 4Ə202 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə əldə etdiyi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli çıxarış ver ilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 98 ünvanında yerləşən 34 saylı mənzilin cavabdehlər İddiaçı Mirzəli oğlu, X4, X8 qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması və həmin mənzilin ona təhvil verilməsi, İddiaçı, X4, X13 və X5 həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, onlardan müştərək qaydada 7.650 manat məbləğində dəbbə pulu və 10.500 manat məbləğində zərərin dəbbə pulundan artıq hissəsi olaraq 2.850 manat məbləğində dəymiş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.Hüseynov) xx xxxx 2019-cu il tarixli, 2(006)826/2019 nömrəli qətnaməsi ilə iddia qi smən təmin edilərək, cavabdehlər İddiaçı, X1, X8 və X5 X1 dən istifadə hüquqlarına xitam verilməsi, mənzilin adları çəkilən şəxslərin qanunsuz sahibliyindən geri alınması, İddiaçı, X1, X8 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması və mənzilin iddiaçı Cavabdeh1 təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatının ona aid edilməsi, 10 manatının isə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mənzilə mülkiyyət hüququ Cavabdeh1 keçdiyindən cavabdehlərin mənzildə qeydiyyatda qalmamaları, mənzildən çıxmamaları və mənzilin boşaldılmaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. İddianın qalan hissəsi isə məhkəməyə sübut təqdim edilmədiyindən təmin olunmamalıdır.

6. İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri, 11 saylı X9 xx xxxx 2015-ci il tarixdə rəsmiləşdirilmiş, 4Ə-202 nömrə ilə reyestrdə qeydə alınmış, onunla Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 98, 34 saylı mənzilin alqı-satqı müqaviləsinin və onun bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim G.Abbasova) xx xxxx 2019-cu il tarixli, 2(001)-3095/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı əqdin etibarsız sayılması üçün mötəbər sübutlar təqdim edə bilməmiş, alqı-satqı müqaviləsinin mübahisələn dirilməsinə dair müddət ötürülmüşdür. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh1, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Xaqani Mirzəyev, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)10821/19 nömrəli qərardadı ilə mülki işlər birlikdə baxılması üçün eyni icraata birləşdirilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12686/19 nömrəli qətnaməsi ilə, İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3095/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-826/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmələrinin gəldiyi nəticə və əsaslandırma ilə raz ılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı, kassasiya şikayəti verərək qətnamənin ləğv, özünün iddiasının təmin, Cavabdeh1 iddiasının rədd edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin tətbiq etmək düzgün deyil, çünki əgər onun iddiası təmin olunarsa, o yenidən mülkiyyətçi hesab olunacaq. Ona görə bu iş üzrə onun mülkiyyət hüququnun pozulmasından söhbət gedir və bu işlərə iddia müddəti şamil edilmir. Məhkəmə isə buna heç bir hüquqi qiymət verməmişdir. Bundan başqa, onun tərəfindən Cavabdeh1 ilə olan yazışmaqları da təqdim edilmişdir. Həmin yazışmalar da, onu təsdiq edir ki, onların aralarında yalnız borc müqaviləsi bağlanılmaq niyyə ti ilə notariat kontorunda görüşmüşlər. Elə müqavilə əslində borc verilməsi niyyəti ilə bağlandığını təsdiqi kimi, yazışmalarla savayı, onların dörd il ərzində qeydiyyatdan çıxarılmamalarıdır. Məhkəmə isə qanun tələblərini pozaraq işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi x və vəkili dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. x kassasiya şikayətinin

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili x kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1

9. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

22. Maddə 337.3. Əhəmiyyətsiz əq d məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

23. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

24. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

25. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

26. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquq dan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

27. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

28. Maddə 560.3.2. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Məhkəmə kollegiyası, qətnaməni İddiaçı müba hisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, həmin məhkəmə iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

34. Bakı şəhəri 11 saylı Notariat ofisinin xx.xx.2015-ci il tarixli 4Ə/202 reyestr nömrəli alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 alqı-satqı əsasında 51.000 (əlli bir min) manata Cavabdeh1 satılmışdır. Həmçinin notariat işindən görünür ki, qeyd olunan mənzildə qeydiyyatda olan X4, X13 və X11 ərizə təqdim edərək, mənzilin satılmasına razı olduqlarını və 6 (altı) ay müddətinə qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər.

35. RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və texniki pasporta əsasən Bakı şəhəri Nəsimi rayonu, C.M əmmədquluzadə küçəsi, ev 98, mənzil 34 Cavabdeh1 xüsusi mülkiyyətindədir.

36. Cavabdeh tərəfindən əlavə edilmiş “X18” MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanının 2015-ci ilin iyun ayı tarixinə bazar dəyəri 68.000 manat, likvid dəyəri isə 64.000 manat müəyyən edilmişdir.

37. Cavabdeh1 nümayəndəsi və vəkili X14 tərəfindən tərtib edilmiş və xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş ərizədə iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

38. Apelyasiya instansiyası məhkəməsi İddiaçı iddiasına dair iş üzrə qeyd etmişdir ki, rayon məhkəməsi tələbi rədd edərkən MM-nin 354.1-ci maddəsində təsbit olunmuş bir illik müddətin ötürülməsinə, həm də ona iddia müd dəti kimi istinad etmişdir. Lakin MM-nin 354-cü maddəsində təsbit olunmuş müddət iddia müddəti yox, kəsici müddətdir, kəsici müddətin tətbiqi üçün isə hər hansı ərizənin verilməsinə ehtiyac yoxdur, məhkəmə öz vəzifəsinə görə maddi hüquq norması kimi həmin müddəti tətbiq etməlidir; iddia müddəti (kəsici müddətin özü də) yalnız və yalnız keçərli olan, başqa sözlə, əsaslı olan və buna görə də təmin edilməli olan iddia tələbinə tətbiq edilə bilər, lakin keçərli olmayan, yəni əsassız olan iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz, əsassız olan iddialar yalnız elə əsassız olmasına görə rədd edilməlidir. Hazırkı halda, xx.xx.2015-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdl ərin etibarsızlığının əsasları iş üzrə müəyyən edilməmişdir.

39. Kollegiya qeyd etmişdir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi notarial qaydada təsdiqlənmiş, həmin müqavilə üzrə ödənilməli 51000 manat məbləğində pul notariusun bankda olan depozit hesabı vasitəsilə ödənilmiş, həmin mənzildə qeydiyyatda olan X4, X13, Mirzəli (Quluyeva) Leyla Xaqani qızı notarial qaydada təsdiqlənmiş ərizələrində mənzilin satılmasına razı olduqlarını və 6 (altı) ay müddətində qeydiyyatdan çıxmağı öz üzərlərinə götürmüşlər.

40. Tərəflər arasında mübahisələndirilən alğı-satqı müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış, iddiaçı “müqavilənin etibarsızlığı” barədə tələblə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.

41. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən əqdi n etibarsızlığı barədə bir illik müddət ötürüldüyündən və hazırkı müqavilənin etibarsız sayılması üçün əsaslar olmadığından iddianın rədd edilməsi əsaslıdır.

42. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 iddiasına dair iş üzrə qeyd etmişdir ki, alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbi rədd edildiyindən, Nəsimi Rayon Məhkəməsi 2(006)-826/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin istifadə hüququna xitam verməklə onların mənzildən çıxarılması qanuni və əsaslıdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni nəticə etibarilə düzgün həll etmişdir.

44. Bununla yanaşı qeyd olunmalıdır ki, tərəflər arasında borc münasibətlərinin olması və mənzilin alqı-satqı müqaviləsinin borcun əvəzində bağlanmasına dair İddi açı bildirdikləri təsdiq olunsa belə, iddia etdiyi borc məbləğini qaytarmadan özünün və ailə üzvlərinin razılığı ilə notarial qaydada təsdiqlədiyi alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürməsi dürüstlük qaydasında uyğun gəlmir.

45. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dür üstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

46. Bu səbəbdən bir şəxsin şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Belə ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən hərəkətlər etibarsızdır (§ 26-28).

47. Belə olan halda, İddiaçı iddiasının rədd edilməsi, Cavabdeh1 mülkiyyətin müdafiəsinə dair normanın (§ 19) dispozisiya şərtləri ilə uzlaşan tələblərinin təmin olunması əsaslıdır. 4

8. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar