Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3081/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Kateqoriya: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi (real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı əmlakın təhvil verilməsi və ya dəyərinin ödənilməsi tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-646/2024 nömrəli 1 may 2 024-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqaviləyə görə, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 267 nömrəli sərəncamı əsasında, Cavabdeh1 MTK Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət və 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət (dupleks 246,8 kv.m.) 2 mənzili iddiaçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra) təhvil verməyi, iddiaçı isə mənzilləri qəbul edib, dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Mənzillərin hər birinin dəyəri 136.000 manat, ümumilikdə 246.800 manat müəyyən edilmiş, mənzillərin dəyəri tam şəkildə iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə ödənilməklə, bu barədə eyni tarixli maliyyə arayışı verilmişdir.
2. İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, Cavabdeh1 MTK tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilmiş A1 blokunun 18-19-cu mərtəbələrində 123,4 kv.m. mənzillər ləğv edilmiş (müqavilənin tarixi texniki olaraq xx.xx.2007-ci il göstərilmişdir, çünki mənzillərin verilməsi ilə bağlı müqavilələr xx.xx.2013-cü il tarixdə bağlanmışdır), Cavabdeh2 MMC Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərənca mı əsasında Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə layihələndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra “D” blokunun 18-cı mərtəbəsində yerləşən ümumi sahəsi 90,5 kv.m olan 15 saylı və 19-cu mərtəbəsində ümumi sahəsi 98,5 kv.m. olan 16 saylı yaşayış sahəsini (bundan sonra - Mənzillər) tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndində Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyərinin ödənilməsi və maliyyə arayışının qüvvədə olması əks edilmişdir.
3. Mənzillər cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 8cı mərtəbəsində yerləşən ümumi sahəsi 90,5 kv.m. olan 15 saylı, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98,5 kv.m. olan 16 saylı yaşayış sahəsinin ona verilməsi, yaxud vurulmuş zərərin MTK tərəfindən tam ödənilməsini xahiş etmişdir.
5. İddiaçı sonradan iddiasında dəyişiklik edərək, əvvəlcə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət mənzilin ona verilməsi və eyni ünvanda A1 blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət mənzilə görə ödənilmiş 123.000 manat pulun və ya onu Cavabdeh2 MMC-nin arayışı əsasında verilmiş Bakı şəhər i Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın “D” blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,5 kv.m. olan 15 saylı və 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98,5 kv.m olan 16 saylı mənzillə təmin edilməsi barədə qətnamə çıxarılması, daha sonra isə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m. təşkil edən və Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m. mənzillərə bərabər yaşayış sahəsinin (mənzillərin) Cavabdeh2 MMC-dən alınaraq zərərin əvəzi kimi ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 nömrəli 7 oktyabr 2022ci il tar ixli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia qismən təmin edilərək, dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda (1181-ci məhəllə) inşa edilən yaşayış binasında 90,5 kv.m və 98,5 kv.m. mənzillərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh2 MMC-yə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 MMC yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri göstərilməklə, xx.xx.2019-cu il tarixdə başlanmış müqavilədə göstərilən iki mənzilin tikilərək iddiaçıya təhvil verilməsi barədə razılığa gəlməklə, yazılı formada podrat müqaviləsi bağlamışlar. Mənzillərin tikint isinə görə muzd da, cavabdehlər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə uyğun olaraq tam şəkildə ödənilmişdir. Beləliklə, iddiaçı ilə Cavabdeh2 MMC müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldiklərindən müqavilə bağlanmış sayılır. İddiaçı öhdəliyini yerinə yetirərək müqavilənin bağlandığı gün görüləcək işin dəyərini (tikiləcək mənzillərin dəyərini) tam ödəməklə müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, Cavabdeh2 MMC mənzilləri iddiaçıya təhvil verməməklə öhdəliyini pozmuşdur. Cavabdeh2 MMC-nin nümayəndəsi öhdəliyin icra edilməməsinin səbəbi kimi Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə əvvəlcə lahiyələndirilmiş “D” girişli binanın tikintisinə sonradan icazə verilməməsi ilə əlaqələndirsə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir. Nəzərə almaq lazımdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı, xx.xx.201 5-ci il tarixli sərəncamı əsasında Cavabdeh2 MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş və sonuncu həmin ünvanda yüksək mərtəbəli yaşayış binaları inşa etmişdir. Müvafiq dövlət qurumları tərəfindən şəhərsalma tikinti norma və qaydalarına uyğun olmaması səbəbindən göstərilən ünvanda Cavabdeh2 MMC-yə “D” girişli binanın inşasına icazə verilməmişdir. Hətta bu hal özlüyündə Cavabdeh2 MMC-ni iddiaçı ilə bağlanmış müqavilənin icrası öhdəliyindən azad etmir. Çünki, Cavabdeh2 MMC göstərilən ünvanda yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu zaman, cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək iddiaçını inşa etdiyi binalarda, eyni şərtlərlə, başqa mənzillərlə təmin edə bilərdi. Çünki, əvv əldə də qeyd edildiyi kimi, müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konket müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin müvafiq tələblərinə müvafiq surətdə həyata keçirilməlidir.
9. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 MMC öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya maddi zərər vurmuşdur. Çünki, iddiaçı mənzillərin tikintisi üçün 246000 manat məbləğində pul ödəyərək, xx.xx.2019-cu il tarixli müqaviləyə görə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə “D” girişli yaşayış binasının 18 və 19-cu mərtəbələrində iki mənzilin ona verilməsini gözləsə də, Cavabdeh2 MMC-nin nümayəndəsi həmin yaşayış binasının tikintisinin mümkün olmayacağını bildirmişdir. Beləliklə, iddiaçı Mənzillərin dəyərinə görə ödə diyi pul vəsaiti həcmində əmlakından məhrum olmuş və ona müqavilənin icra olunmaması nəticəsində ona maddi zərər dəymişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı qarşı tərəfin öhdəliyini icra etməməsi nəticəsində dəymiş zərərin əvəzində ona başqa mənzilin verilməsini tələb etməkdə haqlıdır, çünki, məhkəmə Cavabdeh2 MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli yaşayış binalarının tikintisini həyata keçirdiyini nəzərə alaraq, dəymiş zərərin əvəzinin xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən həcmdə başqa mənzillərlə əvəz edilməsini mümkün hesab etmişdir.
11. Məhkəmənin qənaətinə görə Cavabdeh2 MMC-nin öhdəliyi xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə tikilməsi nəzərdə tutulan mənzillərin ölçüsü həddindədir. Belə ki, iddiaçı iddia tələb inin sonuncu dəqiqləşdirilməsi barədə ərizəsində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18 və 19- cu mərtəbələrində, cəmi 246 kv.m sahədən ibarət mənzillərin ona verilməsini tələb etsə də, Cavabdeh2 MMC-nin öhdəliyi 90,5 və 98,5 kv.m mənzillərin ona verilməsi barədədir. İddiaçıya ümumilikdə, 246 kv.m-dən ibarət mənzillərin verilməsi isə onunla Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə müəyyən edilmişdir ki, həmin müqavilə iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə ləğv edilmişdir.
12. Məhkəmə eyni zamanda, hesab etmişdir ki, iddia Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18 və 19-cu mərtəbələrində mənzillərin verilməsi hissəsində də təmin edilə bi lməz. Belə ki, əvvəla, bu tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin dəyişdirilməsinə səbəb ola bilər. Digər bir tərəfdən, iddianın bu hissəsinin təmin olunması binanın A1 blokunun 18 və 19-cu mərtəbələrində olan mənzillərin başqa şəxslərə satıldığı halda, onların hüquqlarının pozulması ilə nəticələnə bilər.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 385.1, 405, 425.1,442, 443.1, 452.1, 752.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı qətnamədən şikayət verərək, cavabdeh "xxxx" MMC-dən Bakı şəhəri, Xətai rayo nu, Xocalı prospekti 32 ünvanında inşa edilən yaşayış binasında ümumi sahəsi 246.8 kv.m olan 2 (iki) mənzillərin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh2 MMC-yə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya müqavilə üzrə satılmış mənzillərin sahəsi açıq-aşkar qeyd edilmişdir. Mülki iş üzrə qismən etiraf yəni, cavabdehlərdən biri iddia tələbinin təmin edilməsini xahiş etməsinə baxmayaraq, məhkəmə müqavilə üzrə müəyyən edilmiş ödənilmiş mənzillərin dəyərinə uyğun deyil, real zərəri azaldaraq müqavilə öhdəliyinin icrası qaydasında mübahisəni həll etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxs kimi tanınmış və hökmdə qeyd edilmişdir ki, “dəymiş ziyanın tam ödənilməsi nəzərə alınsın”. Eyni zamanda nə qədər ki, hökm preyudisial əhəmiyyət kəsb edir, hesab edir ki, ya müqavilə üzrə yaşayış sahəsi ilə təmin edilməli, ya da həmin məbləğdə ona zərər ödənilməlidir. Həmin əmlakın bu günkü dəyəri natura şəklində bazar dəyəri müəyyən edilməklə nəğd şəkildə ödənilməli və yaxud natura şəkilində mənzillər cəmi 246 kv.m. yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir.
16. Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2013-cü-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə, Bakı şəhəri İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında, Cavabdeh1 MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət və 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.mdən ibarət (dupleks 246,8 kv.m.) 2 mənzili iddiaçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra) təhvil verməyi, iddiaçı isə mənzilləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Mənzillərin hər birinin dəyəri – 136 000 manat, ümumilikdə 246800 manat müəyyən edilmiş, mənzillərin dəyəri tam şəkildə iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə ödənilməklə, bu barədə eyni tarixli maliyyə arayışı verilmişdir. Lakin digər cavabdeh olan "xxxx" MTK-nın sədri Hikmət Yigitdöl tərəfindən iddiaçının da mənzilləri daxil olmaqla, onlarla vətandaşın yaşayış və qeyri-yaşayış sahələri, təkrarən bir neçə nəfərə satılmışdır. Bundan sonra qeyd olunanlar barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılan zaman təqsirləndirilən şəxs "xxxx" MTK-nın direktoru olan Hikmət Yigitdöl ilə onların xx.xx.2018-cı il tarixli birgə fəaliyyət haqqında müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Hikmət Yigitdölün xahişi ilə onlar tərəfindən zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi təmin olunmuşdur. Sonradan “İnter" MMC ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən xx.xx.2007-ci il tarixli müqavilə yə əsasən iddiaçıya verilmiş A1 blokunun 18-19-cu mərtəbələrində 123,4 kv.m. mənzillər ləğv edilmiş, Cavabdeh2 MMC, Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı,xx.xx.2015-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihəndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra, “D” blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı və 19-cu mərətəbəsində, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı yaşayış sahəsini tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Lakin sonradan AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən onlara ünvanlanmış 26 avqust 2019-cu il tarixli, xx/xx-4809 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsində lahiyələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasına icazə verilmişdir. Yəni müqavilədə sözügedən "D" blokunun tikintisi rəsmi olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmış, səbəb olaraq bildirilmişdir ki, layihələndirilən ərazidə yaşayış sıxlıq əmsalı yüksək olduğuna görə bu mümkün deyil. İddiaçıya verilməsi nəzərdə tutulan "D" blokunun inşası onlardan asılı olmayan səbəblərdən mümkün olmadığından həmin qətnamənin icrası da qeyri-müəyyən olacaqdır. Əgər məhkəmə qeyd olunan ərazidə onların tikdiyi digər binaları nəzərdə tutursa, həmin binalarda olan mənzillər də artıq çoxdandır ki, başqa şəxslərə verilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1178/2023 nömrəli 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ kram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) iddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində Cavabdeh1 MTK ilə bağlanmış müqaviləyə uyğun olaraq cəmi 246 kv.m. sahəsi olan mənzillərin ona verilməsini, yaxud həmin əmlakın bu günkü bazar dəyərinin müəyyən edilməklə nəğd şəkildə ödənilməsini xahiş etmişdir. Rayon məhkəməsinin bununla bağlı mövqeyi əsaslı olduğundan apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, rayon məhkəməsi iddia tələbini iddiaçı ilə MMC arası nda bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə nəzərdə tutulan ölçüdə mənzillərin verilməsi ilə bağlı təmin etməkdə haqlı olmuşdur, bu səbəbdən də iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh MMC-nin apellyasiya şikayətinin əsas dəlili onlardan asılı olmayan səbəblərdən iddiaçıya mənzillərin verilməsinin nəzərdə tutulduğu tikiləcək “D” blokunun onlardan asılı olmayan səbəblərdən tikilə bilməməsi və bu baxımdan qətnamənin icrasının qeyri-müəyyən olması ilə bağlıdır.
21. Kollegiya cavabdehin “D” blokunun tikilə bilməməsi barədə dəlili ilə bağlı bildirmişdir ki, bu hal özlüyündə Cavabdeh2 MMC-ni iddiaçı ilə bağlanmış müqavilənin icrası öhdəliyindən azad etmir. Çünki, Cavabdeh2 MMC göstərilən ünvanda yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu zaman, cavabdeh v icdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək iddiaçını inşa etdiyi binalarda, eyni şərtlərlə, başqa mənzillərlə təmin edə bilərdi. Çünki, əvvəldə də qeyd edildiyi kimi, müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konkret müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin müvafiq tələblərinə müvafiq surətdə həyata keçirilməlidir.
22. Kollegiya qətnamənin icrasının qeyri-müəyyən olması dəlili ilə bağlı isə bildirmişdir ki, həmin dəlil qətnamənin 45-ci bəndinə əsasən əsassızdır.
23. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 385.1, 405, 425.1, 442, 443.1, 452.1, 752.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansi yası məhkəməsindəki birinci icraat
24. Cavabdeh2 MMC kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisə predmeti olan mənzilə görə ödədiyi məbləği Cavabdeh1 MTK-dən tələb edə bilər. Məhkəmə iclasında təqdim etdiyi sənədlərə əsasən, mübahisə predmeti olan mənzillərin yerləşdiyi "D" bloku adlanan yaşayış blokunun tikintisi əvvəlki layihədə nəzərdə tutulsa da, sonradan Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yeni qanunvericilikdə nəzərdə tutulmuş "sıxlıq" probleminə görə icazə verilməmişdir. Necə ola bilər ki, onun iradəsindən asılı olmayan səbəblərə görə tikə bilmədiyi blokda yerləşən mənzillərin iddiaçıya verilməsi öhdəliyi on un üzərinə qoyula bilər. İddiaçı birinci instansiya məhkəməsində dəfələrlə iddia tələbini dəyişmişdir. Belə ki, sonuncu iddia tələbində iddiaçı Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən A1 blokunun 18 və 19-cu mərtəbələrində yerləşən, sahəsi cəmi 249 kv.m. olan sahələrin əvəzinə mənzillərin verilməsini tələb etmişdir. Lakin məhkəmə onunla iddiaçı arasında olan müqaviləyə nəzər yetirsə məlum olmuşdur ki, o, məhz Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə tikiləcək "D" blokunda olan 90,5 kv.m. və 98,5 kv.m. sahələri olan mənzillərin tikilərək iddiaçıya verilməsi öhdəliyin üzərinə götürmüşdür. İddiaçı hətta həmin mənzillərin yuxarıda göstərilən və onun iradəsindən asılı olmayan səbəbdən tikilməməsini bildiyi üçün hər dəfəsində məhkəmə iclaslarında həmin mənzilləri istəmədiyini bildirmişdir. Əgər iddiaçı həmin mənzilləri istəmirdisə məhz həmin mənzillər üzrə dəymiş ziyanı tələb edə bilərdi. Lakin o, Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda yerləşən A1 blokunun 18 və 19-cu mərtəbələrində yerləşən sahəsi cəmi 249 kv.m. olan sahələrin əvəzini tələb etmişdir ki, həmin sahələrlə bağlı onun iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. Bir növ hər iki instansiya məhkəməsi iddiaçının iddia tələbindən kənara çıxaraq, qətnamə qət etmişdir.
26. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-2876/2023 nömrəli iş üzrə 2 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər – V.Məmmədov (məruzəçi), Z.Əliyev, A.Abbasov) Cavabdeh2 MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1178/2023 nöm rəli 14 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
27. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
29. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüq uqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir.
30. Konstitusiya və beynəlxalq hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir.
31. Bu kontekstdən hazırkı mülki işə nəzər saldıqda, iddiaçıya verilməli əmlakın mövcud olmaması onun verilməsini qət edən məhkəmə qətnaməsinin nəinki vaxtında və düzgün, ümumiyyətlə icra olunmamasına səbəb ola, bu isə bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı əhəmiyyətsiz edə, eyni zamanda, cəmiyy ətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər.
32. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60, 129-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21.2, 385.1, 452.1, 452.2, 752.1, 1115-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-646/2024 saylı, 1 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi) C.Musayeva və G.Axundova) apellyasiya şikayətləri qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli, 2( 011)-3229/2022 nömrəli qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmiş və dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə onların dəyəri olan ümumilikdə 315.630 manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyi ilə bağlı düzgün qənaətə gəlsə də, iddianın məhz qətnamədə göstərilən qaydada qismən təmin edilməsinin işin faktiki hallarına nə dərəcədə uyğun olmasını, həmin qətnamənin icra edilməsinin mümkünlüyünü düzgün qiymətləndirməmişdir. İşin halları ilə əlaqədar qısaca qeyd etmək lazımdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arası nda xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə ilə sonuncu Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə layihələndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra “D” blokunun 18-cı mərtəbəsində yerləşən ümumi sahəsi 90,5 kv.m. olan 15 saylı və 19-cu mərtəbəsində ümumi sahəsi 98,5 kv.m. olan 16 saylı yaşayış sahəsini (mənzilləri) tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür.
35. Cavabdeh2 MMC öz şikayətində əsas dəlil olaraq iddiaçıya mənzillərin verilməsinin nəzərdə tutulduğu “D” blokunun ondan asılı olmayan səbəblərdən tikilə bilməməsinə və bu baxımdan qətnamənin icrasının qeyri-müəyyən olmasına istinad etmiş və buna görə də iddianın rədd olunmasını xahiş etmişdir.
36. Kollegiya buna münasibətdə qeyd etmişdir ki, cavabdehin qeyd etdiyi hal, yəni iddiaçıya verilməsi qət edilən mənzillərin mövcud olmaması iddianın rədd edilməsinə əsas ola bilməz və sadəcə həmin əmlaklara alternativlərin təqdim edilməsi, bu da mümkün olmadıqda həmin əmlakların dəyərinin ödənilməsi kimi müəyyən edilə bilər. Belə ki, həmin mənzillərin tikintisinə icazə verilməməsi cavabdehin iddiaçı ilə bağlanmış müqavilənin icrasından azad etmir. Çünki müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konkret müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin tələblərinə müvafiq surətdə həyata keçirilməlidir.
37. Belə ki, Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
38. İşin hallarına əsasən müəyyən edilmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış 26 avqust 2019-cu il tarixli, xx/xx4809 nömrəli məktubda bildirilmişdir ki, "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsində lahiyələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasının inşasına icazə verilmişdir. Yəni birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya verilməsi qət edilən mənzillərin yerləşdiyi "D" blokunun tikintisinə rəsmi olaraq yuxarıda adı çəkilən qurum tərəfindən icazə verilməmişdir. Bundan əlavə kollegiya həmin məsələnin araşdırılması ilə bağlı öz təşəbbüsü ilə də Bakı şəhəri İcra Hakimiyyətinə sorğu ünvanlanmış, cavab məktubunda qeyd olunan məsələnin sonuncunun deyil, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə aid olduğu bildirilmiş, bu səbəbdən kollegiya tərəfindən həmin quruma bu barədə müraciət ünvanlamışdır. Sonuncu tərəfindən verilən 3-35/2-1951/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda da bildirilmişdir ki, Komitənin arxivində sözügedən ünvanda yerləşən Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasının “D” blokunun tikintisinə icazə sənədi aşkar edilməmişdir.
39. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya həmin mənzillərin dəyərində olan digər mənzillərin verilməsinin mümkünlüyü yoxlanılmalıdır. Lakin hazırki iş üzrə apellyasiya şikayətində MMC bunun mümkünlüyü ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Bu əsasla, o cümlədən kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən kollegiya tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadla məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9986-9/10111 saylı ekspert rəyində qeyd edilmişdir ki, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən binada anoloji mənzilin 1 kv.metrinin 2022-2023-cü ilin bazar qiyməti təqribən 1670 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tərəfindən verilən göstərilən rəy apellyasiya baxışında da elan edilmiş və iddiaçı da rəydə göstərilən məbləğə etiraz etmədiyini və razı olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixli müqavilə ilə iddiaçıya verilməli olan mənzillərin ö lçüsü 90.5 kv.m və 98.5 kv.m kimi müəyyən edilmişdir. Bu da o deməkdir ki, Cavabdeh2 MMC tərəfindən iddiaçıya həmin mənzillərin dəyəri kimi müvafiq olaraq 151.135 manat və 164.495 manat, ümumilikdə 315.630 manat məbləğində pul vəsaiti ödənilməlidir. Bütün qeyd edilənlərə məcmu halında qiymət verən kollegiya bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə ümumilikdə 315.630 manat məbləğində pul vəsaiti Cavabdeh2 MMCdən tutularaq iddiaçıya ödənilməlidir.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutmuşdur.
41. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.6, 21.2, 152.1, 385.1, 386.1, 452.1, 452.2, 560.1, 560.2, 752.1, 1115-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. Cavabdeh2 MMC (Vəkil4 qızı) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(103)-646/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
43. Kassasiya şikayəti Cavabdeh2 MMC tərəfindən verilmiş birinci kassasiya şikayətinin dəlillərinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia tələbindən kənara çıxmışdı r. Belə ki, iddiaçı Xocalı prospekti 32 ünvanda yerləşən A1 blokunun 18 və 19-cu mərtəbələrində yerləşən 246,8 kv.m. yaşayış sahəsinin əvəzini istəyir. Lakin həmin sahələrlə bağlı kassatorun iddiaçı qarşısında öhdəliyi yoxdur. Məhkəmə iddia tələbini təmin etməklə iddia tələbindən kənara çıxmışdır.
44. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 422.1, 1115ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 217.1, 218.1, 420-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
46. Maddə 12 (İ hissə). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
47. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
48. Maddə 29 (İV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
50. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
51. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin p ozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
52. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
53. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
54. Maddə 386.1. Öhdəliyi n zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
55. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
56. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
57. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
58. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
59. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
60. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
61. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
62. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəmə sinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
73. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillərə apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət verilmişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
74. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
75. K assatorun işə baxmış apelyasiya instansiyası məhkəməsinin iddia tələbindən kənara çıxması barədə dəlili əsasızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə isə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
76. Bu normaların mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə mali k olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır.
77. Dispozitivlik prinsipinə əsasən müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Dispozitivlik prinsipi ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının irad əsindən asılıdır.
78. Baxılan işdə tərəflər arasında yaranan mübahisə, cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməməsindən (podratın nəticələrinin verməməsindən) qaynaqlanır. Cavabdeh müqavilədə iddiaçıya Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə layihələndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra “D” blokunun 18-cı mərtəbəsində iki mənzil verməyi öhdəsinə götürdüyü halda, həmin öhədliyini icra etməmiş və bunu onunla izah etmişdir ki, qeyd olunan binanın tikintisinə icazə verilməmişdir. Buna görə də iddiaçı mənzillərə bərabər yaşayış sahəsinin Cavabdeh2 MMC-dən alınaraq zərərin əvəzi kimi ona verilməsini tələb edir.
79. Göründüyü kimi iddiaçı müqavilənin cavabdeh tərəfindən icra olunmaması səbəbindən ziyanın ödənilməsini və ziyanın məhz mənzillərin (əmlakın) verilməsi üsulu ilə ödənilməsini tələb edir. İddia tələbi bir qədər dolaşıq səslənməsinə baxmayaraq, iddiaçının zərərin ödənilməsini tələb etməsi açıq-aşkardır.
80. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
81. Buna görə də mənzillərin dəyərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
82. Kassatorun dəlillərinə görə iddiaçı Xocalı prospekti 32 ünvanda inşa edilən yüks ək mərtəbəli yaşayış binasının A1 blokunun 18 və 19-cu mərtəbələrində verilməli olan ümumi sahəsi 246,8 kv.m-dən ibarət mənzillərə görə zərərin ödənilıməsini tələb edir.
83. Lakin nəzərə alınmalıdır ki, məhkəmə A1 blokunun 18 və 19-cu mərtəbələrində verilməli olan ümumi sahəsi 246,8 kv.m-dən ibarət mənzillərin deyil, iddiaçının Cavabdeh2 MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilə əsasında verilməli olan ümumi sahəsi 90,5 kv.m və 98,5 kv.m-dən ibarət mənzillərin dəyərinin ödənilməsini qət etmişdir.
84. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nət icə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
85. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şika yətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
87. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-646/2024 nömrəli 1 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.