Məhkəmə qərarları › İş №2(102)-3085/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3085/2022

25.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3085/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3085/2022 Açar sözlər: apellyasiyanın mümkünlüyü Bakı şəhəri, 25 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlunun məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11315/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilidən çıxarılması, tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 04 mart 2021-ci il tarixli, 2(001)-42/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. Qətnamədən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(001)-42/2021 saylı qərardadı ilə şikayət MPMin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: R.Eyvazov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məmmədova) 2(103)-11315/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(001)-42/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, məhkəmə aktının s urəti ilk dəfə cavabdehin oğluna şəxsən təqdim olunmuş, bundan sonra icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmiş, həmçinin cavabdehə xx.xx.2021-ci il tarixli ərizəsi əsasında oğlu vasitəsilə qətnamənin qanuni qüvvəyə minməsi haqqında arayış təqdim edilmişdir. Sözügedən ərizənin məzmunundan belə aydın olur ki, cavabdeh həmin tarixdə qətnamə barədə məlumatlı olmaqla, ondan şikayət vermək niyyəti olmamış, əksinə qətanmənin qanuni qüvvəyə minməsində maraqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə, qeyd olunanları nəzərə almayaraq, xx.xx.2021-ci il tarixdə daxil olmuş apellyasiya şikayətini prosessual müddətin ötürülübötürülməməsi ilə bağlı heç bir əsaslandırma aparmadan xx.xx.2021-ci il tarixli qərardadı ilə vaxtında verilmiş hesab etmişdir.

6. Bununla yanaşı, apellyasiya şikayəti qa nunla müəyyən olunmuş formaya və qaydaya riayət olunmadan verilmişdir.

7. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 130.3, 135.1, 135.2, 360, 361.1, 363.1.1-1, 363.1.3, 363.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

8. Cavabdeh2, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizə ilə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2(103)-11315/2021 saylı qərardadı ilə ərizəsi təmin olunaraq, qərardad icra olunması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilmişdir.

9. Bundan sonra, cavabdeh 25 noyabr 2021-ci il tarixdə elektron poçt vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 noyabr 202 1-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir.

10. Məhkəmə tərəfindən cavabdehə dövlət hesabına vəkil təyin olunmasına baxmayaraq, cavabdeh qərardadın icra olunmasını gözləmədən prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan kassasiya şikayəti verdiyindən (kassasiya şikayəti verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və vəkil tərəfindən imzalanmadığından, şikayətə vəkilin orderi əlavə olunmadığından) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 dekabr 2021-ci il tarixli, 2(103)-11315/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11315/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərardadından xx.xx.2022-ci ildə y enidən kassasiya şikayəti vermişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Hüseynov və İ.Xələfov) 14 fevral 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vəkilin orderi əlavə edilmədiyindən icraata qəbul olunmadan geri qaytarılması üçün iş ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11315/2021 nömrəli, 01 mart 2022-ci il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli, 2(103)-11315/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

14. Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-11315/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərardadından xx.xx.2022-ci ildə bir daha kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli, 2(103)-11315/2021 saylı qərardadı ona rəsmi qaydada verilməmişdir. Məhkəməyə yazılı ərizə ilə müraciəti nəticəsində mübahisəli iş üzrə qərardad poç vasitəsi ilə onun evinin olduğu ərazidə yerləşən “AL Marketə” ve rilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almadığından MPM-in 360-cı maddəsini düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

18. Maddə 129.1 İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

19. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

20. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət veril məmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

21. Maddə 135.1 Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

22. Maddı 135.2 Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tap şırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

23. Maddə 135.5 Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

24. Maddə 360 Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

25. Maddə 361.1 Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

26. Maddə 363.1.1-1 Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır

27. Maddə 363.1.3 Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

28. Maddə 363.1.5 “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibəti ni tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən hüquq normalarına istinad edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qətnamənin surəti xx.xx.2021-ci il tarixli məhkəmə qəbzinə imza edilməklə cavabdehin oğlu X1 təqdim edilmişdir. Qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmişdir.

34. Bundan sonra, cavabdeh ərizə ilə müraciət edərək, 2-ci qrup Çernobl əlili kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən ev növbəsinə durması ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətində görülən işlərlə bağlı sözügedən qətnamənin qanuni qüvvəyə minməsi barədə məlumat tələb olunduğunu bildirməklə, ev şəraitində müalicə alması və məhkəmə sənədlərinin ünvan üzrə ona çatmadığı səbəbindən qətnamənin surətinin oğlu Elnur Şükürova verilməsini xahiş etmiş və məhkəmə tərəfindən qətnamənin qanuni qüvvəyə minməsinə dair arayış xx.xx.2021-ci il tarixli məhkəmə qəbzinə imza edilməklə cavabdehin oğluna təqdim olunmuşdur.

35. Daha sonra, cavabdehin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında birinci instansiya məhkəməsi tərəfindən qətnamənin surəti xx.xx.2021-ci il tarixli məktubla mübahisə predm eti olan evin yerləşdiyi ünvan üzrə ona göndərilmiş, apellyasiya şikayəti isə xx.xx.2021-ci il tarixdə rabitə orqanına təqdim edilməklə məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur.

36. Göründüyü kimi, məhkəmə aktının surəti ilk dəfə cavabdehin oğluna şəxsən təqdim olunmuş, bundan sonra icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmiş, həmçinin cavabdehə xx.xx.2021-ci il tarixli ərizəsi əsasında oğlu vasitəsilə qətnamənin qanuni qüvvəyə minməsi haqqında arayış təqdim edilmişdir. Sözügedən ərizənin məzmunundan belə aydın olur ki, cavabdeh həmin tarixdə qətnamə barədə məlumatlı olmaqla, ondan şikayət vermək niyyəti olmamış, əksinə qətanmənin qanuni qüvvəyə minməsində maraqlı olmuşdur.

37. Birinci instansiya məhkəməsi isə, qeyd olunanları nəzərə almayaraq, xx.xx.2021ci il tarixdə daxil olmuş apellyasiya şikayətini prosessual müddətin ötürülüb-ötürülməməsi ilə bağlı heç bir əsaslandırma aparmadan xx.xx.2021-ci il tarixli qərardadı ilə vaxtında verilmiş hesab etmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır.

38. Bununla yanaşı, apellyasiya şikayəti qanunla müəyyən olunmuş formaya və qaydaya riayət olunmadan verilmişdir. Belə ki, MPM-in apellyasiya şikayətinin verildiyi vaxt qüvvədə olan 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin yuxarıda qeyd olunanlara əsasən apellyasiyanı qeyri-mümkün hesab etməsi prosessual qanunvericiliyə uyğ un olmuşdur. Ona görə də kassasiya şikayətində qeyd edilənlər həmin qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11315/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: İlqar Xələfov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar