Məhkəmə qərarları › İş №2(102)-3087/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3087/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3087/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi: Ərizəçi Qardaşbala qızının maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər:hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3019/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qərardadından Ərizəçi verdiyi kassasiya şikayəti üzrə işə 10 ok tyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Xaçmaz Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qətnaməsindən görünür ki, Ərizəçi şəxsin öhdədə olması faktının müəyyən olunması tələbinə dair ərizəsi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1934-cü il təvəllüdlü mərhum anası X2 2004-cü ildən 2019-cu ilə qədər, habelə 1930-cu il təvəllüdlü mərhum atası X1 2000-ci ildən xx.xx.2020-ci il tarixədək onların 70 yaşından sonra tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Xaçmaz Rayon Məhkəməsinin (hakim A.B.Sadıqov) 16 iyul 2021-ci il tarixli, 2(067)2056/2021 saylı qərardadı ilə Ərizəçi şəxsə qulluq edilməsi faktının müəyyən olunmasına dair ərizəsinin icraata qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina olunması qərara alınmış, ərizəçi qərardaddan şikayət vermişdir.

4. Məhkəmə hesab etmişdir ki, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Ərizəçi şəxsin öhdədə olması faktının müəyyən olunması tələbinə dair ərizəsi təmin edilməmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, Ərizəçi şəxsə qulluq edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2.-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Ərizəçi apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və sonraki prosessual hərəkətlərin yerinə yetirilməsi xahiş edilmişdir.

8. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Qərardadda göstərilən Xaçmaz Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qətnaməsi şəxsin öhdədə olma faktının müəyyən olunması barədədir. Qeyd olunan qətnamədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plemununun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 3-cü bəndinə istinad olunaraq ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 307.2.2-ci maddəsinin tələblərinə uygun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Onun hazırki ərizəsi isə 70 yaşından sonra tərəfindən valideynlərinə qulluq edilməsi barədədir. Başqa sözlə, öhdədə olma faktının müəyyən edilməsi barədə deyildir. Belə ki, ərizəsində 1934-cü il təvəllüdlü mərhum anası X2 2004-cü ildən 2019-cu ilə qədər, habelə 1930-cu il təvəllüdlü mərhum atası X1 2000-ci il ildən xx.xx.2020-ci il tarixədək onların 70 yaşından sonra tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hazırki ərizəsini icraata qəbul edilməsində imtina edərkən qanunvericiliyin tələbinə düzgün riayət etməmiş, səhv nəticəyə gəlmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər- T.Q.Məmmədov sədrlik edən və məruzəçi, Ş.R.Abasov və S.A.Qafari) 2(105)-3019/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qərardadı ilə Ərizəçi şikayəti təmin edilməyərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(067)-2056/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, həm əvvəlki iş üzrə, həm də hazırki ərizəsində Ərizəçi müəyyən edilməsini xahiş etdiyi fa ktın ona pensiya təyin edilməsi üçün lazım olduğunu göstərmişdir. Göründüyü kimi, hər iki ərizə mahiyyəti üzrə eynidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Ərizəçi (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

13. Ərizəçi kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, məhkəmə hazırki ərizəni icraata qəbul etmədən imtina edərkən qanunvericiliyin tələbinə düzgün riayət etməmiş, səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin səhvini təkrarlamış, öhdədə olma faktı ilə, 70 yaşına çatm ış qocalara qulluq etmə faktını fərqləndirə bilməmiş və nəticədə ərizəçinin pensiya təminatı hüququnu kobud şəkildə pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Maraqlı şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslıdır və ərizəçinin şikayətində göstərdiyi dəlillər mülki iş üzrə məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qərardad qəbul edərkən, maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 153.2.2.Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

16. Maddə 305.1 və 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

17. Maddə 305.2. Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər.

18. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

19. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

20. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində qərardad ərizəçi tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instans iyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

25. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

26. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhk əməsi onun bu dəlilləri ilə razılaşmır.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, sözügedən ərizənin yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

28. Mülki iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qətnaməsi ilə müəyyən olunur ki, Ərizəçi “şəxsin öhdədə olması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi, ərizəçinin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, Ərizəçi şəxsə qulluq edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir.

30. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi ərizəçinin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2.-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmadır.

31. Sözügedən normanın mənasına görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əs aslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi... olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(105)-3019/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar