Məhkəmə qərarları › İş №2(102)-3090/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3090/2024

11.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3090/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2675/2024 nömrəli, 15 may 2024- cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********50000) dair təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilərək borc hesablanmışdır.

2. Mübahisə həmin borcun qanuniliyi ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra “iddiaçı” və ya “abonent”) iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən (bundan sonra “cavabdeh” və ya Cavabdeh) iddiaçıya hesablanmış 11.043,09 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsi, döngə 2 ünvanında yerləşən 7 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir. xx.xx.2020-ci il tarixdə Cavabdehın nümayəndələri tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Aktın qeyd hissəsində “sayğacdan kənar xətt işlədilir” qeydi yazılmışdır. Sayğac əvəz edilmişdir.

5. İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdehla 04-1196 saylı “Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” Müqaviləsi bağlamışdır. Müqaviləni hər iki tərəf imzalamışdır. Həmin müqaviləyə əsasən iddiaçı qazdan istifadə etmiş və istifadə etdiyi qazın dəyərini ödəmişdir. Bu barəd ə qəbzlər də mövcuddur.

6. İddiaçıya bildiriş-xəbərdarlıqlara əsasən xx.xx.2020-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 76 m2 qaz sərf etmiş, 254,40 manat borc yazılmış, xx.xx.2020-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 30 m2 qaz sərf etmiş, 240,30 manat borc yazılmış, xx.xx.2020-ci il tarixdə 31 m2 qaz sərf etmiş, 238,40 manat borc yazılmış, xx.xx.2020-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 22 m2 qaz sərf etmiş, 235,60 manat borc yazılmış, xx.xx.2020-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 507 m2 qaz sərf etmiş, 291,80 manat borc yazılmış, xx.xx.2021-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 742 m2 qaz sərf etmiş, 430,30 manat borc yazılmış, xx.xx.2021-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 193 m2 qaz sərf etmiş, 603,50 manat borc yazılmış, xx.xx.2022-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 349 m2 qaz sərf etmiş, 794,55 manat borc yazılmış, xx.xx.2022-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 107 m2 qaz sərf etmiş, 768,75 manat borc yazılmış, xx.xx.2022-ci il tarixdə qaz sayğacının oxunmasına əsasən 12 m2 qaz sərf etmiş, 2564,85 manat borc yazılmış, xx.xx.2023-cü il tarixdə qaz sayğacının oxunmasına əsasən 195 m2 qaz sərf etmiş, 2539,33 manat borc yazılmış, xx.xx.2023-cü il tarixdə qaz sayğacının oxunmasına əsasən, 82 m2 qaz sərf etmiş, 8791,81 manat borc yazılmışdır.

7. Cavabdeh tərəfindən iddiaçının istifadə etdiyi qaz sayğacının oxunması məlumatlarından da göründüyü kimi heç bir əsas olmadan sonuncuya şişirdilmiş borc məbləğləri yazılmış, səbəbi soruşulduqda isə “narahat olma, texniki səhvdir” deyilmişdir. Qəbzlərdə n də görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə 291,80 manat, xx.xx.2021-ci il tarixdə isə 430,30 manat borc hesablanmışdır. Baxmayaraq ki, iddiaçı tərəfindən hər ay sərf etdiyi qaza görə ödəniş edilmişdir.

8. Borc məbləğinin nə əsasla ikiqat yazılmasının səbəbi məlum deyildir. Habelə, xx.xx.2022-ci il tarixdə 794,55 manat, xx.xx.2022-ci il tarixdə 2564,85 manat, xx.xx.2023cü il tarixdə 2539,33 manat, xx.xx.2023-cü il tarixdə 8791,81 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş bildirişlərdə iddiaçı tərəfindən sərf edilən qazın həcmi, əvvəlki və hazırki göstəricisi, edilmiş ödənişlər hamısı öz əksini tapmışdır. Lakin borc məbləğinin əvvəl 200-200, sonradan isə 6000 manat artıq yazılması iddiaçını şoka salmışdır. Açıq-aşkar şəkildə iddiaçıya edilmiş haqsızlıq, qanunsu z yazılmış borc iddiaçıda çox böyük təəssüf hissi doğurmuşdur. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus evdə quraşdırılmış qaz sayğacının üzərində hər hansı müdaxilə izinin olub-olmamasını müəyyən etmək məqsədilə trassoloji ekspertiza təyin etmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1480 nömrəli, 13 noyabr 2023cü il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-165/2024 saylı, 02 fevral 2024cü il tarixli, qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanına (abonent kodu: **********50000) hesablanmış 11043,09 manat məbləğində borcu silmək vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehdən 123,13 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən, 110 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir. (hakim İlahə Abbasova)

13. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh tərəfindən tərti b edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24 aprel 2020-ci il tarixli, ******* nömrəli aktın surətində “sayğacdan kənar qeyri-qanuni xətt aşkarlandığı” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 11043,09 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

14. Halbuki, “Qaz təchizatı” haqqında Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndə sinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi.

15. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1480 nömrəli, 13 noyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən də iddiaçıya məxsus ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar ed ilməmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia təmin edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 18-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18, 26-cı, “Qaz təchizatı” haqqında Qanunun 13.8, 13.8-1-ci, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci; Mülki Prosessual Məcəllənin 77.1, 89.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilm əsini xahiş etmidir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdehın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 8791,81 manat məbləğində Cavabdeha maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İ ddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır.Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkill ər, aktlar, nəzərə almayıb. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1ci instansiya məhkəməsinə təqdim edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2675/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(011)165/2024 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanına (abonent kodu: ******* ***50000) hesablanmış 8702,14 (səkkiz min yeddi yüz iki manat, on dörd qəpik) manat məbləğində borcu silmək vəzifəsi cavabdehə həvalə edilmiş, cavabdehdən 97 (doxsan yeddi) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manatın 87 (səksən yeddi) manatının cavabdehdən, 23 (iyirmi üç) manatının iddiaçıdan tutulması qət edilmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), hakimlər F.Abdıyev və F.Qasımovdan ibarət tərkibdə)

21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2020-ci ilin aprel ayından 2023-cü il aprel ayınadək olan dövr ərizində cavabdeh tərəfindən qazdan istifadəyə görə hesablanmış borcu mübahisələndir. İş materiallarına əsasən isə Cavabdeh tərəfindən 2020-ci ilin aprel ayından 2023-cü il in aprel ayınadək iddiaçı barəsində 1) xx.xx.2020- ci il tarxili, №0284937 saylı, 3) xx.xx.2022-ci il tarixli, №0342105 saylı, 4) xx.xx.2022-ci il tarixli, №0360829 saylı, 5) xx.xx.2022-ci il tarixli, №0363917 saylı, 6) xx.xx.2022-ci il tarixli, №0365136 saylı, 7) xx.xx.2022-ci il tarixli, №0368901 saylı, 8) xx.xx.2022-ci il tarixli, №0353632 saylı, 9) xx.xx.2022-ci il tarixli,№0353914 saylı, 10) xx.xx.2023-cü il tarixli, ******* saylı, 11) xx.xx.2023- cü il tarixli, №0373231 saylı aktlar və aktlarla eyni tarixli vurulmuş ziyanın bərpasına dair tələbnamələr tərtib olunmuşdur.

22. Abonent saldosuna görə iddiaçının abonent hesabına hesablanmış 11043,09 manat borc məbləği əvvəlki illəri də əhatə edir. Lakin iddiaçı tərəfindən mübahisələndirilən 2020-ci ilin aprel ayından 2023-cü ilin aprel ayınadək olan dövr üzrə aktlar və onlara əsasən vurulmuş ziyanın bərpasına dair tələbnamələr üzrə cəmi borc məbləği 8702,14 manat (226,3+1620+540+540+894,24+1209,60+734,4+734,4+1468,8+734,4=8702,14 manat) təşkil edir.

23. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə belə olan təqdirdə, yəni iddiaçı 2020-ci ilin aprel ayından 2023-cü ilin aprel ayınadək olan dövrü mübahisələndirdiyi halda, birinci instansiya məhkəməsi abonent hesabına əsasən hesablanmış bütün borc məbləğini silməklə prosessual qanunvericilinin tələblərini pozaraq iddia tələbindən kənara çıxmış, bununla da qətnamə maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmə məsi ilə nəticələnmişdir. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.

24. Apellyasiya instansiya məhkəməsi iddiaçının abonent hesabına qazdan qeyriqanuni istifadə edilməsinə görə tərtib edilmiş, yuxarıda sadalanan aktlara münasibətdə göstərmişdir ki, aktların tərtib edilmə səbəbi kimi abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi, təbii qazdan qeyri-qanuni birləşmə verərək təbii qazdan istifadə etməsinin aşkar edilməsi kimi səbəblər göstərilmişdir.

25. Apellyasiya instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, həmin aktlar iddiaçının iştirakı ilə tərtib edilməmiş, həmçinin aktların surəti iddiaçıya təqdim edilməmişdir. Əksinə, həmin aktlarda iddiaçının aktları imzalamadığı qeyd olunmuşdur.

26. Apellyasiya instansiya məhkəməsi delik t öhdəliyinin yaranması əsasına istinadən vurğulamışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, həmin aktlar mötəbər sübut kimi qəbul oluna bilməz.

27. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1480 nömrəli, 13 noyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən iddiaçıya məxsus ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir.

28. Apellyasiya instansiya məhkəməsi ekspert rəyinə qiymət verərək, hesab etmişdir ki, həmin rəy mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanlar, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınarsa, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

29. Apellyasiya instansiya məhkəməsi onu qeyd etmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlid ir (göndərməlidir). Yuxarıda sadalanan aktlarda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd olunsa da, 25 fevral 2022-ci il tarixdən qüvvədə olan (xx.xx.2022-ci il tarixli, №0342105 saylı, xx.xx.2022-ci il tarixli, №0360829 saylı, xx.xx.2022-ci il tarixli, №0363917 saylı, xx.xx.2022-ci il tarixli, №0365136 saylı, xx.xx.2022-ci il tarixli, №0368901 saylı, xx.xx.2022-ci il tarixli, №0353632 saylı, xx.xx.2022-ci il tarixli,№0353914 saylı, xx.xx.2023cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, №0373231 saylı aktlar) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.8-1-ci maddəsində nəzərdə tutulan qanunsuz qoşulma halları aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən görülməli addımlar qanuna uyğun şəkildə həyata keçirilməmiş, lazımi tərbirlər tam görülməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd olunan hallar isə hazırkı işdə müəyyən olunmur.

30. Digər tərəfdən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən əgər iddiaçı tərəfindən mübahisələndirilən 2020-ci ilin aprel ayından 2023-cü ilin aprel ayınadək olan aralıqda ilk aktın tərtib edildiyi xx.xx.2020-ci il ildə sayğaca müdaxilə olmuşdursa, cavabdeh tərəfindən akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq iddiaçıdan tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar müəyyən olunmur. Bu hal bir daha həmin a ktların mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir.

31. Apellyasiya instansiya məhkəməsi qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən dövrdə sayğacdan kənar qazdan istifadə halı, yəni zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqənin olması, bununla da, iddiaçı tərəfindən zərər vurulması sübuta yetirilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə 2020-ci ilin aprel ayından 2023-cü ilin aprel ayınadək olan dövrdə xx.xx.2020-ci il tarxili, №0284937 saylı, xx.xx.2022-ci il tarixli, №0342105 saylı, xx.xx.2022-ci il tarixli, №0360829 saylı, xx.xx.2022ci il tarixli, №0363917 saylı, xx.xx.2022-ci il tarixli, №0365136 saylı, xx.xx.2022-ci il tarixli, №0368901 saylı, xx.xx.2022-ci il tarixli, №0353632 saylı, xx.xx.2022-ci il tarixli,№0353914 saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, №0373231 saylı aktlar əsasında hesablanmış 8702,14 manat məbləğində borc cavabdeh tərəfindən iddiaçının abunə kodundan silinməlidir.

32. Apellyasiya instansiya məhkəməsi cavabdehin fotoşəkillərə istinad etməsini əsassız hesab edərək bildirmişdir ki, qoşulmanın olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən daha mötəbər sübut növü olan ekspertiza təyin edilmiş, iddiaçıya məxsus evdə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir

33. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2-ci, “İsehlakçı ların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18, 26-cı, “Qaz təchizatı haqqında” Qanunun 11.6, 13.8, 13.8-1, 13.9-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 4.2, 4.6, 4.7, 4.8, 4.9 və 6.5-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmişdir. Halbuki diqqət etməli olsa idi, iddiaçının təbii qazdan istifadə etmədiyini və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödənilmədiyi müəyyən edilə bilərdi. İddiaçı ilə Cavabdeh arasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən iddiaçı da digər abonentlər kimi sayğacla təhciz olunmuşdur. Ancaq iddiaçı müqavilənin tələblərini pozaraq Cavabdehın vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanaraq cavabdehə ziyan vurmuşdur. Buna baxmayaraq, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsində yalnız keçirilmiş ekspertizanın rəyini nəzərə almışdır. Halbuki ekspertizanın nəticəsi ilə çəkilmiş fotoşəkillər heç bir uyğunluq təşkil etməmişdir. Bu da onu deməyə əsas verir ki, məhkəmə qətnaməsi formal mülahizələr əsasında tərtib edilmişdir. Belə ki, ekspertin tədqiqat obyektini həq iqətən tədqiq etməsi şübhəyə səbəb olur. Bundan əlavə təqdim edilmiş saldoya diqqət yetirilsə aydın olur ki, aktlar tərtib edilən dövrdə heç bir qaz sərfiyyatı qeydə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqaşəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun Madə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafe lərinin müdafiəsi üçün səlahiyyətlidövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə

18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin,işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: -18.0.1. İstehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərmanvasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik,ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qidaməhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunolmasına dövlət nəzarətini. Maddə

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəməhə yata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymişmənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumuverməkdən azad edilirlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Maddə 13.8.... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacınıngöstəricilərinə əsasən hər ay üzrə hesablamalıvə növbəti ayın 10-dək istehlakçıya bubarədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgünhesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xəttidərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habeləqanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatəolunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyiqaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markasınəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulm uş qazdanistifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qazpaylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaitihesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qazsayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəzedilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnməistehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısıtərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmirolunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qazpaylayıcısı tərəfindən həmin tələ bin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbətitexniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyatakeçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsaittələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilmiş qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 4.2. Məişə t qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaitihesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaitihesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işləkvəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiqörtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) vəsayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarınınişlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri d aşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texnikibaxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isəistehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısıtərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsiistehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsasıgöstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texnikipasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texnikibaxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçınınarzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5 qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

42. İddia tələbi cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi barədədir.

43. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının sayğacdan kənar qazdan istifadə etməsinin məhkəmədə öz təsdiqini tapmamasına, borcun yaranmasının və hesablanmas ının əsasları ilə bağlı cavabdehin məhkəməyə sübut təqdim etməməsinə istinad edərək iddianın təmin edilməsi nəticəsinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə bu mövqe ilə qismən razılaşaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi abonent hesabına əsasən hesablanmış bütün borc məbləğini tam silməklə prosessual qanunvericilinin tələblərini pozaraq iddia tələbindən kənara çıxdığı üçün iddia aktlar əsasında yazılmış borc həddində təmin edilməlidir.

44. Həmçinin işdən görünür ki, iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə etməməsi halı ekspert rəyinə əsasən müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd edilən əsasla iddia tələbinin təmin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi nə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən aktlar üzrə hesablanmış borc məbləğinin sübuta yetirilməsi cavabdehin üzərinə düşsə də, cavabdeh öz öz etirazını dəlillərini sübuta yetirə bilməmişdir.

47. Bundan əlavə, “Qaz təchizatı haqqında” Qanununun 2022-ci il mayın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun sə lahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi aktların bir neçəsinə münasibətdə “Qaz təchizatı haqqında” Qanununun 2022-ci il mayın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci hissəsini də nəzərə alımışdır.

49. Bu baxımdan, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları, o cümlədən ekspert rəyini ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etmiş, gəldiyi nəticəni əsaslandırmış, apellyasiya şikayətini dəlillərinə qiymət vermiş, düzgün hüquqi nəticəyə gəlmiş, gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 21-32-cı bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

51. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, cavabdeh şikayətində ekspertin tədqiqat obyektini həqiqətən tədqiq etməsinin şübhə doğurması, bu səbəbdən eks pert rəyinin əsaslı olmamasını qeyd etmişdir.

52. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

53. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

54. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2675/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar