Məhkəmə qərarları › İş №2(102)-3094/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3094/2023

10.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3094/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı iş üzrə QƏRARİ (Açar sözlər: cərimənin silinməsi; borcun ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İlk İddiaçı ilk Cavabdeh İB-yə qarşı “cərimənin silinməsi tələbinə dair” ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2407/202 3 nömrəli, 11 aprel 2023-cü il qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən tərtib olunmuş: 18 yanvar 2018-ci il tarixli, ******* nömrəli; 14 mart 2018-ci il tarixli, ******* nömrəli; 18 aprel 2018-ci il tarixli, ******* nömrəli; 15 may 2018-ci il tarixli, ******* nömrəli; 29 iyun 2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara görə, göstərilən tarixlərdə İddiaçı istifadəsində olan ünvan 1 ünvanında qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu” qeyd edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İlk İddiaçı ilk Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********8 saylı qaz sayğacına qanunsuz yazılmış 16240 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Eyni zamanda Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, vurulmuş zərər olaraq 16240 manat məbləğində pulun cavabdehdən İddiaçı məcburi qaydada tutularaq Birliyin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlk İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1997-ci ildə Ağstafa rayonundan yoldaşı və 4 azyaşlı uşağı ilə birgə ünvan 1 ünvanına köçmüşdür və uzun illərdir ailə üzvləri ilə həmin ünvanda yaşayır. Vaxtı- vaxtında qaz və su digər kommunal xidmətlərini ödəyir. Neçə illərdi heç bir problem olmamışdır. Bu yaxınlarda yaşadığı ərazidə evlərin sökülməsi ortaya çıxdıqdan sonra Cavabdeh İB-dən hardansa onun 16.240.94 manat borcu olduğu bildirilmişdir. Bununla əlaqədar Cavabdeh İB-yə ərizə ilə müraciət etmişdir ki, bu borc nəyin əsasında yaranmışdır. Bakı Regional qaz Satışı Departamentinin 14 may 2022-ci il tarixli məktubu ilə guya müxtəlif vaxtlarda onun təbii qazdan istifadə hallarına dair aktın olduğunu bildirmişlər. Amma Cavabdeh İB-nin əməkdaşlarının nə vaxt və hansı tarixdə baxış keçirdiklərini və kimlər tərəfindən akt tərtib edildiyini bilən yoxdur. Cavabdeh İB sayğacdan kənar müdaxilənin onun və ailə üzvləri tərəfindən müdaxilə olunmasını sübut etməlidir.

5. Cavabdeh İB qarşılıqlı iddia təl əbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvanda Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00132 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə “G4” markalı qaz sayğacı quraşdırılmışdır. O, müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozar aq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə onun fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşularaq onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfi ndən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmşdir. Onun qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 2013-cü il tarixə 129.60 manat, 2014cü il tarixə 86.40 manat, 2017-ci il tarixə 1331.60 manat, 2018-ci il tarixə 2177.00 manat, 2019-cu il tarixə 554.40 manat, 2020-ci il tarixə 1378.80 manat, 2021-ci il tarixə 3313.44 manat, 2022-ci il tarixə 1167.80 manat - cəmi 16240.00 manat məbləğində Cavabdeh İByə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Müqavilə öhdəliyinin onun tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilmədiyi üçün Cavabdeh İB tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-trassoloji ekspertiza təyin edilmişdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1359 saylı, 02 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 dekabr 2022-ci il tarixli 2(011)-4500/2022 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) ilkin iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00132) dair əsassız hesablanmış 16240 mana t borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müxtəlif nömrəli, müxtəlif tarixli aktların surətlərində “sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 16240 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspert izası Mərkəzinin 3/1359 saylı, 02 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 18, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18.1, İnzibati Xətalar Məcəlləsinin 282.1, “Qaz təchizatı” haqqında Qanunun 13.8-1, Mülki-Prosessual Məcəllənin 4.1, 77.2, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdeh (qarşılıqlı iddiaçı) apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yen i qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında cəmi 16240 deyil, 10139.04 manat dəymiş ziyan hesablanmışdır, 6100.96 manat hissəsi isə debitor borc məbləğidir. Məhkəmə isə ümumi məbləği cərimə borcu kimi qeyd edərək iddia tələbini tam təmin etmişdir. Məhkəmə iş materiallarında olan a bonentə dair saldoda yer almış məlumatları, borcun yaranması hallarını araşdırmamışdır. Belə ki, 16.240 manat borcun hansı hissəsi debitor borcu və hansı hissəsi dəymiş ziyan məbləği olmasını araşdırmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2407/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4500/2022 saylı iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən abonent saldosu təqdim edilmiş, cavabdehin n ümayəndəsi bildirmişdir ki, tələb edilən məbləğin 10139,04 manatı aktlar üzrə, 6100,96 manatı isə debitor borcdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Bildiriş-xəbərdarlıqda” isə göstərilmişdir ki, son ödənilən 15 manat - xx.xx.2022-ci il, qalıq borc - 9761,7 manatdır. Lakin cavabdeh tərəfdən bu məbləğin tələb etdikləri borc məbləği ilə uyğunsuzluğu aydınlaşdırılmamışdır. Tələb edilən borcun necə yaranması sübuta yetirilməmişdir. İddiaçıya yaşadığı evə baxış keçirilərkən sayğacdan kənar xətt aşkarlanması səbəbi ilə aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə borc hesablanmışdır. Bununla belə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı müəyyən edilməmiş, ekspertiza nəticəsində də kənar qoşulma izləri aşkar olunmamışdır. Cavabdehin əməkdaşlarının tərtib etdiyi aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi (ən azı poçtla göndərilməsi), habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

15. Kollegiya qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində iddiaçıdan tələb olunan 16.240 manat borcun ta m olaraq kənar qoşulma nəticəsində itirilmiş qazın bərpası ilə bağlı olduğu qeyd olunmuş, iddiaçının debitor borcu barədə heç nə göstərilməmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 16.240 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

16. Kollegiya gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 385.1, 443.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2, 4.8, 6.5-ci maddələrinə, Mübahisəli hüquq münasiətlərinin yarandığı vaxt qüvvədə olan “Qaz tə chizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi də hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkə n istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Qeyd olun an qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordin at, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.

19. Apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımınd an obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Odur ki, iş materiallarında yer almış və təqdim olu nan sübutlar apellyasiya şikayətinin əsaslı olmasını, xüsusilə də iddianın predmetini təşkil edən borc məbləğinin bir hissəsinin sayğac vasitəsilə istifadə edilmiş təbii qaza görə yaranmış debitor borc olmasını təsdiq etdiyi halda apellyasiya instansiya məhkəməsi səhv nəticəyə gələrək, şikayəti təmin etməmişdir.

20. Paylayıcıya maddi zərərin vurulması, eyni zamanda da borc məbləğinin bir hissəsinin sayğac vasitəsilə istifadə edilmiş təbii qaza görə yaranmış debitor borc olması ilə bağlı halı sübut edən mötəbər sənədlər tərəfimizdən iş materiallarına əlavə edilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş abonent saldosu və “GASREP” çıxarışında öz əksini tapan istehlakçı tərəfindən təbii qazdan istifadəyə görə edilmiş ödənişlərə nəzər yetirəndə də onun təbii qazdan qeyri-qanuni istif adə etdiyini müəyyən etmək olur. Göstərilənlərdən də məlum olur ki, qarşılıqlı iddia tələbi tam əsaslı olduğu və sübuta yetirildiyi halda, həmçinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfin öz etirazları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) ba şqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

26. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və d əyişdirilir.

27. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

28. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu 22.Maddə 13, hissə

8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab ) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 2 17.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kollegiya bildirir k i, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddia tərəfinin dəlillərinə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

42. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, qarşılıqlı iddiaçının apellyasiya şikayətində olan dəlillərinə verilən qiymət və əsaslandırma ilə razılaşır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qarşılıqlı iddiasında müvafiq olaraq Nailə Məmmədova tərəfindən qazdan kənar xətt vasitəsi ilə istifadə etdiyinə görə zərər vurulduğu və bu zərərin qarşılıqlı iddiada göstərilən hədd olduğunu əsaslandırmışdır.

44. Apellyasiya şikayətində isə birinci instansiya məhkəmə sində irəli sürülməyən dəlilə, yəni tələb olunan borc məbləğinin bir hissəsinin debitor borca aid olduğunu göstərmişdir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq onun birinci instansiya məhkəməsində belə dəlilinin olmadığına istinad edərək qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 16.240 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzə rinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2407/2023 nömrəli, 11 aprel 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar