Məhkəmə qərarları › İş №2(102)-3095/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3095/2025

09.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3095/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1 (üçüncü şəxslər Bakı Şəhəri 35 saylı Notariat Ofisi və X3 ) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəlik hüququndan irəli gələn mübahisələr, birtərəfli əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1 qarşı “miras paydan imtina ərizələrinin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və əmlakın bölü nməsi” tələbinə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1923/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Miras qoyan xx.xx.1996-cı il tarixdə vəfat etmiş X19 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 atası, İddiaçı4 və İddiaçı5 isə babasıdır. Miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi və İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur.

2. Apellyasiya mərhələsində təqdim edilmiş 1997-ci ildə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X7 miras qalmış əmlak həyat yoldaşı X6, oğlu İddiaçı1, qızları X9 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir.

3. Birinci növbəli vərəsələr olan iddiaçılar və miras qoyanın 2017-ci ildə vəfat etmiş qızı X10 (İddiaçı4 və İddiaçı5 anası) onlara çatası miras əmlaklardan Bakı şəhəri 35 saylı notariat ofisinə ərizə verməklə 7E-9-4862, 7E-9-4863, 7E-9-4864 nömrələr altında qeydə alınmış xx.xx.2013-cü il tarixli ərizələr və reyestrdə 7E-09-4897 nömrə altında qeydə alınmış xx.xx.2013-cü il tarixli ərizə) imtina etdiklərini qeyd etmiş, nəticədə miras əmlaklara dair xx.xx.2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaklar F.Rəfiyevanın xüsusi mülkiyyətinə keçmişdir.

4. Lakin sonradan Fəridə Rəfiyeva adına verilmiş şəhadətnamələr və çıxarışl ar iş üzrə üçüncü şəxs X15 (miras qoyanın nəvəsi və xx.xx.1979-cu ildə vəfat etmiş X11 oğlu) tərəfindən mübahisələndirilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həm çıxarışlar, həm də şəhadətnamələr ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən reyestrdə 7E-9-4862, 7E-9-4863, 7E-9-4864 nömrələr altında qeydə alınmış xx.xx.2013-cü il tarixli ərizələrin və reyestrdə 7E-09-4897 nömrə altında qeydə alınmış xx.xx.2013-cü il tarixli ərizənin ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh1 atası, iddiaçılar İddiaçı4, İddiaçı5 və iş üzrə üçüncü şəxs olan Kamran Dadaşevun isə babası X12 ölümündən sonr a miras qalmış və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsələrin paylarının müəyyən edilməsi və mirasın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər

6. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, X19 iddiaçıların atası və babası olmaqla xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Mərhum H.Dadaşovun 5 oğlu və 4 qızı olmuşdur. Həmin övladlardan X16, X17, X20, X13 və X10 vəfat etmişlər. İddiaçıların mərhum atası və babası H.Dadaşov vəfat etdikdən sonra ondan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi və İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. İddiaçılar Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evində doğulmuş, həmin miras mülkündə böyümüş və yaşamışlar. İddiaçıların mərhum atası və babası H.Dadaşov vəfat etdikdən sonra, ondan miras qalmış əmlakların cavabdeh X5 adına keçirilməsi barədə razılıq əldə edilmişdir. Bundan sonra mərhum H.Dadaşovun övladları miras əmlakların onların bacısı olan X5 adına keçirilməsi məqsədilə ünvan 1 ünvanlamışlar. Buna görə də Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr tərtib edilmiş, həmin şəhadətnamələr əsasında həmin mülklər F.Rəfiyevanın xüsusi mülkiyyətinə keçmiş və bu barədə çıxarışlar veril mişdir. 2019-cu ildə iddiaçıların mərhum qardaşı və dayısı X11 oğlu X14 “mirasın qəbul edilmiş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışların ləğv olunması” barədə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-571/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.1996-cı il tarixdə vəfat etmiş X19 tərəfindən miras qalmış İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinin miras əmlak kimi X14 tərəfindən qəbul edilmiş hesab olunması, X5 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli şəhadətnamələrin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən X5 adına verilmiş RX seriyalı, ******* saylı və ******* saylı çıxarışların ləğv olunması qət edilmişdir. Həmin qətnamədən iddiaçılar – İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi, K.Dadaşev tərəfindən miras kütləsinin yalnız onun payına mütənasib hissəsinin qəbul edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9709/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə mübahisələndirilən hissədə - “xx.xx.1996-cı ildə vəfat etmiş X19 tərəfindən miras qalmış mübahisəli əmlakların miras əmlak kimi X14 tərəfindən qəbul edilmiş hesab olunması” hissəsində ləğv edilmişdir. Həmin qətnamənin 4cü səhifəsində miras əmlaka iddia edən şəxslərin iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə mirasdan pay almaq hüququnun reallaşdıra bilmələri göstərilmişdir. Bundan sonra iddiaçılar yenidən xx.xx.1996-cı ildə vəfat etmiş mərhum atası və babası X7 miras qalmış sözügedən fərdi yaşayış evlərinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi üçün Bakı şəhəri 35 saylı notariat ofisinə müraciət etmişdirlər. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 8 saylı və xx.xx.2023-cü il tarixli, 25 saylı məktublarla həmin miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsindən imtina edil mişdir. Həmin imtina məktublarında xx.xx.1996-cı ildə vəfat etmiş mərhum atası və babası X7 miras qalmış miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsindən imtina edilməsinin əsası olaraq iddiaçıların miras əmlaklardan imtina etmələri göstərilmişdir. Bakı şəhəri 35 saylı notariat ofisinə ünvanlanmış və iddiaçılar – İddiaçı1, İddiaçı2, İddiaçı3 və mərhum X10 tərəfindən imzalanmış xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli ərizələrdə iddiaçıların miras əmlakdan imtina etmələri göstərilməmiş, həmin ərizələr məhz həmin əmlaklara dair bacıları cavabdeh X5 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi məqsədilə yazılmış ərizələr olmuşdur. Cavabdeh X5 adına verilmiş xx.xx.2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəli k hüququ haqqında şəhadətnamələr ləğv edildiyindən iddiaçılar mərhum ata və babalarından miras qalmış əmlakdan öz paylarının müəyyən olunmasını istəyirlər. Bunun üçün isə qeyd etmişlər ki, həmin ərizələr ləğv edilməlidir. Həmin ərizələr miras paydan imtina kimi qəbul edilsə də, 2013-cü ildə verilə bilməzdi. Çünki mülki qanunvericilik mirasın qəbulu və bundan imtina edilməsi ilə bağlı kəsici müddətlər müəyyən etmişdir. Qanunvericiliyin normalarının məzmunundan görünür ki, iddiaçılar ata və babaları olan miras qoyanın vəfatından sonra 3 ay müddətində mirasın qəbulundan imtina edə bilərdilər. Lakin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli ərizələrdən göründüyü kimi, həmin ərizələr xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum ata və babaları olan miras qoyanın vəfatından 17 il keçdikdən sonra verilmişdir. Göründüyü kimi, həmin ərizələr qanunvericilikdə mirasın qəbulundan imtina edilməsi üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra verilməklə mirasın qəbulundan imtina üçün əsas hesab edilə bilməz və özlüyündə həmin ərizələr heç bir hüquqi əhəmiyyət kəsb etməməklə hüquqi nəticələr yaratmır. Hazırda iddiaçılar mərhum H.Dadaşovdan miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsini istəyirlər, lakin Bakı şəhəri 35 saylı notariat ofisi həmin miras əmlaklara dair iddiaçıların adına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsindən məhz xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli ərizələrə görə imtina edir.

7. Məhkəmə iclasında üçüncü şəxs X14 iddiaya etiraz edərək bildirmişlər ki, iddiaçı lar miras əmlakı nə faktiki, nə də notariusa müraciət etməklə qəbul etməmişlər. Onlar məhkəmə iclasında əmlakdan istifadə etdiklərini, ona sahiblik etdiklərini iddia etsələr də, bu iddialarını təsdiq edəcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişlər. Əksinə, onlar miras əmlakdan imtina etmələrinə dair ərizə ilə notariusa müraciət etmişlər. Həmin ərizələrdə də etiraf etmişlər ki, onlar mirası qəbul etməmişlər və bundan sonra da qəbul etməyəcəklər. Hansı ki, nə artıq qüvvədən düşmüş Mülki Məcəllədə, nə də hazırda qüvvədə olan Mülki Məcəllədə mirasın qəbulundan imtinadan sonradan imtina etmək nəzərdə tutulmamışdır.

8. Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(010)-3654/2024 nömrəli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia təmin edilməmişdir.

9. Məhkəmə iş üzrə gəldiyi n əticəni onunla əsaslandırmışdır ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.1996-cı il tarixdə vəfat etmiş ataları Həmid Dadaşovun övladlarıdır. Hazırkı mübahisə də mərhumdan miras qalmış iki daşınmaz əmlakla bağlıdır. Həmin iddiaçılar 2013-cü ildə atalarından miras qalmış əmlakı nə faktiki, nə də notariusa ərizə verməklə qəbul etmədikləri və sonradan da bununla bağlı məhkəməyə müraciət etməyəcəklərinə dair notariat ofisinə ərizə ilə müraciət etmişlər. Digər iddiaçılar İddiaçı4 və İddiaçı5 isə mərhumun digər övladı Rəfiqə Məlikovanın övladlarıdır. Rəfiqə Məlikova da 2013-cü ildə digər bacı-qardaşları kimi mirası qəbul etməməsinə dair eyni məzmunlu ərizə ilə notariusa müraciət etmiş, 2017-ci ildə isə vəfat etmişdir.

10. Məhkəmə, ilk növbədə qeyd etmişdir ki, iddia ərizəsində cavabdeh kimi Cava bdeh1 göstərilsə də, işin hallarından görünür ki, o, bu iddiaya cavab verməli olan şəxs deyil. Belə ki, o, atasından miras qalmış əmlak üzərində “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında mülkiyyət hüququ əldə etsə də, həmin Şəhadətnamə və onun əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən onun adına verilmiş “Çıxarışlar” ləğv edilmişdir. Yəni cavabdeh hazırda həmin əmlakın mülkiyyətçisi deyil. Bu baxımdan da qəbul edilməlidir ki, o, hazırkı iddiaya cavab verməli olan şəxs hesab edilmir.

11. Məhkəmə tərəfindən iddiaçılara iddia ərizəsində qeyd edilən cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilsə də, iddiaçılardan yalnız İddiaçı1 vəkili (nümayəndəsi) tərəfindən cavabdehin əsl cavabdeh 35 saylı Notariat Ofisi ilə əvəz edilməsinə dair yazılı razılıq verilmiş, digər iddiaçılar isə razılıq verməmişlər.

12. Bu baxımdan məhkəmə, digər iddiaçılara münasibətdə iddianın əsl olmayan cavabdehə qarşı qaldırıldığı nəticəsinə gəlmiş və hesab etmişdir ki, onların iddiası rədd edilməlidir. Çünki Cavabdeh1 bu iddiaya cavab verməli şəxs deyil.

13. İddiaçı1 iddiasına gəldikdə isə məhkəmə qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 556-cı maddəsində mirasdan imtina ilə bağlı münasibətlər tənzimlənmişdir. Lakin həmin maddə mirasdan imtinanın sonradan geri götürülməsi, yaxud sonradan məhkəmə qaydasında ləğv edilməsi ilə bağlı münasibətləri tənzimləmir. Müqayisə üçün qeyd edilməlidir ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 1268.1-ci maddəsində vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə b ilməməsi imperativ şəkildə müəyyən edilmişdir.

14. Bundan başqa qeyd edilmişdir ki, iş üzrə İddiaçı1 mirası qəbul etməkdən imtina etməsinə dair ərizə verməsinə səbəb həmin mirasın bacısı Cavabdeh1 keçməsi istəyi olmuşdur.

15. Belə ki, məhkəmə iclasında iştirak etmiş iddiaçılar dəfələrlə bildirmişlər ki, onlar mirasdan bacıları Cavabdeh1 xeyrinə imtina etmişlər. Mirasdan imtina barədə ərizədə bu imtinanın konkret olaraq hansı vərəsənin xeyrinə edilməsi göstərilməsə də, işin halları əsasında müəyyən olunmuşdur ki, iddiaçı mirasdan imtina edərkən iradə ifadəsi həqiqətən mirasın qəbulundan imtinaya yönəlmişdir. Təsadüfi deyil ki, imtina ərizəsində də mirasın nə faktiki, nə də rəsmi müraciətlə qəbul edilmədiyi etiraf edilmişdir.

16. Məhkəmə baxışı iclaslarında İddiaçı1 mirası qəbul etməyə yön ələn müəyyən hərəkətlər etdiyini (həmin əmlaklarda müəyyən təmir-tikinti işləri aparması və s.) iddia etsə də, bu iddiasını təsdiq edəcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.

17. Bu baxımdan məhkəmə, mirasdan imtina barədə verilən ərizənin iddiaçının həqiqi iradə ifadəsinə uyğun olduğu, bu imtinanın etibarlılığını şübhə altına olan hansısa halın olmadığı nəticəsinə gəlmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.1965-ci il tarixdə qüvvəyə minmiş xx.xx.1999-cu il tarixdə qüvvədən düşmüşdür) 528, 552, 556-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyas iya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işi düzgün və ətraflı araşdırmamış, zəruri sübutların əldə edilməsi ilə bağlı heç bir tədbir görülməmiş və qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, məhkəmə mərhum Həmid Dadaşovun vərəsələri (övladlar) kimi İddiaçı3, İddiaçı2 və xx.xx.2017-ci il tarixdə vəfat etmiş Rəfiqə Məlikova tərəfindən xx.xx.2013-cü il tarixdə, mərhumun övladı İddiaçı1 tərəfindən isə xx.xx.2013-cü il tarixdə 35 saylı Notariat Ofisinə verilmiş “mirasdan imtina barədə” ərizələrinin, əslində Mülki Məcəllənin mirasdan imtina ilə bağlı müddətə dair imperativ normaların pozulması ilə verilməsini nəzərə almamışdır. Sözügedən ərizələr miras qoyanın ölümü və mirasın açılmasından 17 il sonra verilmişdir. Odur ki, həmin ərizələr mirasın qəbulundan imtina müddəti keçdikdən sonra verildiyi üçün mirasdan imtinaya əsas ola bilməz. İddiaçı1 xx.xx.1997-ci il tarixdə Bakı Şəhəri 10 saylı Notariat Kontorundan “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamə almışdır. Odur ki, 35 saylı Notariat Ofisinə sonradan verilmiş imtinanın heç bir hüquqi qüvvəsi yoxdur, imtina ərizəsi əsassız və etibarsızdır. İddiaçının bu sənədin mahiyyətindən məlumatı olmadığından həmin sənədi işə məhkəmədə baxılan zaman məhkəməyə təqdim olunması mümkün olmamışdır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1923/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Məmməd Məmmədov-sədrlik edən və məruzəçi, Azad İmanov və Fuad Talışinski) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyiş dirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası İddiaçı1 miras əmlakı faktiki surətdə qəbul etdiyini (yəni həmin əmlaklarda müəyyən təmir-tikinti işləri aparması və s.) bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir.

23. Bu hallar müəyyən edildiyindən, atasının vəfat etdiyi xx.xx.1996-cı il tarixdən sonra İddiaçı1 6 ay müddətində miras əmlakdan notariat qaydasında imtina etməməsi anlaşılandır. Çünki müəyyən edilmişdir ki, İddiaçı1 atası Həmid Dadaşovdan qalmış miras əmlakı hər hansı bir qaydada qəbul etməmişdir.

24. Bu baxımdan müəyyən edilmişdir ki, məhkəmə eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin məhkəmənin bu nəticəsinə aid dəlili əsassızdır.

25. İddiaçı1, atasının vəfat etməsində təxminən 17 il keçdikdən sonra, yəni xx.x x.2013cü il tarixdə 35 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək atasından miras qalmış əmlakı onun tərəfindən nə faktiki, nə də ki, qanun üzrə qəbul edilməməsini və miras əmlakı gələcəkdə də qəbul etmək istəmədiyi bildirmişdir.

26. Bu baxımdan müəyyən edilmişdir ki, işə məhkəmə müzakirə edilən bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin məhkəmənin bu nəticəsinə aid dəlili əsassızdır.

27. İddiaçı1 iddia ərizəsində və apellyasiya şikayətində bildirmişdir ki, onun tərəfindən 35 saylı Notariat Ofisinə ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizədə o, miras əmlakdan imtina etməsini göstərməmiş, həmin ərizə miras əmlaklara dair bacıları olan cavabdeh Fəridə Rəfiyevanın adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilməsi məqsədi ilə yazılmışdır. M əhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsaslı hesab etməmişdir.

28. Belə ki, İddiaçı1 tərəfindən yazılmış həmin ərizə onun bildirdiyi məzmunda deyil. O, həmin ərizəsində qeyd etmişdir ki, atasından miras qalmış əmlak onun tərəfindən nə faktiki, nə də ki, qanun üzrə qəbul edilməmiş və o, miras əmlakı gələcəkdə də qəbul etmək istəmir.

29. İddiaçı1 apellyasiya şikayətində həmçinin bildirmişdir ki, o, xx.xx.1997-ci il tarixdə Bakı Şəhəri 10 saylı Notariat Kontorundan “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamə almışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd etmişdir ki, işə baxılan zaman İddiaçı1 bu xüsusatı birinci instansiya məhkəməsinə bildirməmiş, bunu apellyasiya şikayətində göstərmiş və apellyasiya icraatı zamanı həmin Şəhadətnamənin 10 s aylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilməsi ilə bağlı 2B-15 saylı notariat işinin surətini Məhkəməyə təqdim etmişdir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı1, onun tərəfindən həmin dəlilin məhkəməyə bildirilməməsini və 2B-15 saylı notariat işinin surətinin təqdim edilməməsini ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı1 təqdim etdiyi yeni sübut gecikdirlmiş sübut kimi qiymətləndirilməli, bu səbəbdən qəbul edilməməli və onun əsaslılığına hüquqi qiymət verilməməlidir.

31. Məhkəmə gəldiyi nəticəni xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikasında qüvvədə olmuş Mülki Məcəllənin 552, 556-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Ka ssasiya şikayətinin dəlilləri

32. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayətində MM-nin 337, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1160, 1193, 1194, 1243.2, 1243.3, 1256, 1267-ci maddələrinin pozulduğu qeyd edilərək göstərilmişdir ki, sözügedən imtina ərizələri iddiaçılar tərəfindən X19 xx.xx.1996-cı il tarixdə vəfat etdikdən və miras açıldıqdan 17 il sonra xx.xx.2013-cü il tarixdə və xx.xx.2013-cü il tarixdə notariat ofisinə təqdim olunmuşdur və tamamilə etibarsız və əsassızdır. Çünki, Mülki Məcəllənin 1267-ci maddəsinə görə “Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.” Bu norma imperativ normadır. Odur ki, 35 saylı Notariat ofisinə sonrakı tarixdə verilən imtinanın heç bir hüquqi qüvvəsi yoxdur və verildiyi andan etibarsızdır. Bundan başqa, İddiaçı1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gedərək orada qalan qardaşları Dadaşov Aydın və Dadaşov Nərimana qulluq etmiş, evdə təmir və abadlıq işləri aparmış, həmçinin İsmayıllı rayonu, Ərəgit kəndi ünvanında yerləşən 0.11 ha torpaq və onun üzərində yerləşən, sahəsi 21.1 m2 olan fərdi yaşayış evinə miras açıldığı vaxtdan daim gedərək orada təmir və bərpa işləri görmüş (məsələn:darvazını yeniləyib, torpaq sahəsində abadlıq işləri görüb, elektrik xətlərini yeniləyib və s.), atası X19 xx.xx.1996-cı il tarixdə vəfat etdiyi zaman onun dəfn xərcləri və yas mərasimi il ə bağlı bütün xərclər İddiaçı1 tərəfindən öz vəsaiti hesabına qarşılanmışdır və beləliklə, faktiki olaraq həmin əmlaklara İddiaçı1 faktiki olaraq sahiblik etmişdir. Bu faktı digər iddiaçı vərəsələr və hüquqmüəyyənedici sənədlər də təsdiq edir. Belə ki, iş materiallarına surəti əlavə edilmiş və Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-236 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən də görünür ki, hazırkı iş üzrə İddiaçı1 xx.xx.2018-ci il tarixdə vəfat etmiş qardaşı X8 da vərəsəsidir. Həmçinin, həmin ərizələr daha əvvəl digər notariat ofisində vərəsəlik işi açılaraq 1997-ci il tarixdə İddiaçı1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən 16 (on altı) il sonra və qanunvericiliklə müəyyən edilmiş mirası n qəbulundan imtina müddəti keçdikdən sonra verildiyi üçün mirasdan imtinaya əsas ola bilməz və həmin ərizələr verildiyi andan etibarsız olduğundan ləğv olunmalı, ölən vərəsələrin (mərhumlar X17, X13, X16) də payları nəzərə alınaraq iddiaçılar arasında miras əmlak bərabər şəkildə bölünməlidir. Üstəlik iddiaçıların atası X19 xx.xx.1996-cı il tarixdə vəfat etdiyi zaman iddiaçıların anası X1 idi və İsmayıllıdakı miras əmlaka faktiki olaraq o sahiblik etmiş, o qəbul etmişdir. Odur ki, X2 mirası onun övladları kimi iddiaçıların (vərəsələrin) arasında bərabər şəkildə bölünməlidir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür və təsdiq olunur ki, İsmayıllı rayonu, Ərəgit kəndi ünva nında yerləşən 0.11 ha torpaq sahəsi İddiaçı1 mərhum anası X4 məxsus olmuşdur. İddiaçı1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gedərək orada qalan qardaşları Dadaşov Aydın və Dadaşov Nərimana qulluq etmiş, evdə təmir və abadlıq işləri aparmış, həmçinin İsmayıllı rayonu, Ərəgit kəndi ünvanında yerləşən 0.11 ha torpaq və onun üzərində yerləşən, sahəsi 21.1 m2 olan fərdi yaşayış evinə miras açıldığı vaxtdan daim gedərək orada təmir və bərpa işləri görmüş (məsələn: daravazını yeniləyib, torpaq sahəsində abadlıq işləri görüb, elektrik xətlərini yeniləyib və s) beləliklə, faktiki olaraq həmin ərazilərə sahiblik etmişdir. Bu faktı digər iddiaçı vərəsələr də təsdiq edir. İddiaçı1 tərəfindən 05 mart 1997-ci ildə Bakı şəhəri 10 saylı Dövlət Notariusuna mərhum X12 vərəsəsi olması ilə bağlı və rəsəlik işinin açılması və şəhadətnamənin verilməsi barədə ərizə ilə müraciət edilmiş, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır.

34. Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe isə odur ki, 35 saylı Notariusa sonrakı(dəlillər) tarixdə verilən imtinanın heç bir hüquqi qüvvəsi yoxdur və verildiyi andan etibarsızdır. Qeyd olunanlardan da göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən İddiaçı1 pozulmuş əmlak və digər mülki hüquqları bərpa edilməmiş, məhkəmə onun apellyasiya şikayətində qeyd etdiyi və məhkəməyə təqdim etdiyi mötəbər dəlil, sənəd və sübutları qanunsuz olaraq nəzərə alınmamış və qərəzli olaraq yalnız üçüncü şəxs tərəfindən irəli sürülən formal mülahizələrlə kifayətlənmişdir. Lakin qeyd edilənlərdən və iş materiallarından a çıq-aşkar görünür ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və ədalətli deyil və müvafiq mübahisəyə dair qətnamə qəbul edilərkən ədalət mühakiməsi düzgün həyata keçirilməmişdir.

35. Apellyasiya instansiya məhkəməsi tərəfindən İddiaçı1 qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ və digər konstitusion hüquqları kobud şəkildə pozulmuş və hazırkı şikayətdə qeyd olunan və İddiaçı1 tərəfindən məhkəməyə təqdim edilmiş mötəbər sübutlar, sənədlər və dəlillər düzgün araşdırılmamış, istinad edilən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və ya nəzərə alınmamış və qəbul edilmiş müvafiq qətnamə məhkəmə tərəfindən qanuna müvafiq qaydada tam və düzgün əsaslandırılmamışdır. Göründüyü kimi, mübahisənin düzgün və ədalətli həlli üç ün əhəmiyyət kəsb edən qeyd olunan hallar nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamış, aidiyyəti üzrə zəruri sorğular verilməmiş, İddiaçı1 tərəfindən təqdim edilmiş sübutlar, sənədlər və dəlillər düzgün qiymətləndirilməmiş, bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir.

36. Kassator şikayətini Mülki Məcəllənin 337, 1134.1, 1145, 1146, 1151.1,1159.1.1, 1160, 1193, 1194, 1243.2, 1243.3, 1256 və 1267-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.1965-ci il tarixdə qüvvəyə minmiş, xx.xx.1999-cu il tarixdə qüvvədən düşmüşdür).

38. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

39. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan m üddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

40. Maddə

556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və y a vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

41. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

42. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaç ı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası kassasiya şikayəti üzrə araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən mübahisələndirilən qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

52. Hazırda iddiaçılar 2013-cü ildə notariat orqanına təqdim edilmiş mirasdan imtina ilə bağlı ərizələrin (birtərəfli əqdlərin) ləğv edilərək miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə tələb irəli sürsələr də, iddia ərizəsində onların iradə ifadələrinin ərizələrdə düzgün qeyd edilmədiyinə, əslində onların həqiqi niyyətlərinin mirasdan bacıları X5 xeyrinə imtina etmək olduğuna istinad edildiyindən faktiki o laraq iddiaçıların mirasdan imtina barədə ərizələrin etibarsız əqd olduğunu iddia etdikləri müəyyən olunur.

53. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən 2 əsas göstərmişdir: iddianın iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmaması; mübahisəli hüquq münasibəti yarandığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 556-cı maddəsinə əsasən mirasdan imtinanın sonradan geri götürülməsinin mümkün olmadığı. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qətnaməni dəyişdirilmədən saxlamışdır.

54. Kollegiya Cavabdeh1 iddiaya cavab verməli olmadığına dair məhkəmələrin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hər hansı bir əqd məhkəmə qaydasında mübahisələndirildikdə iddiaya cavab verməli olan şəxs qismində mübahisəli hüquq münasibətinin digər tərəfi olan və ya mübahisələndirilən əqd nəticəsində hüquq və imtiyazlar əldə etmiş və həmin əqdin etibarsız və ya ləğv edilməsinin hüquqi nəticələri mənafelərinə toxunacaq şəxslər cəlb edilməlidir. Buna görə də iddia düzgün olaraq mübahisələndirilən ərizələrin ləğv edilməsi və ya etibarsız hesab edilməsinin hüquqi nəticələri mənafeyinə uyğun olmayan digər vərəsəyə qarşı irəli sürülmüşdür.

55. Azərbaycan SSR Mülki Məcəlləsinin 556-cı maddəsində mirasdan imtinanın sonradan geri götürülməsinin nəzərdə tutulmadığına dair mövqe ilə bağlı kollegiya qeyd edir ki, hər bir iddia tələbinin hüquqi əsası tərəflərin bildirdikləri faktiki hallara görə müəyyənləşdirilməlidir. Mirasdan imtinanın sonradan geri götürülməsi o halda mümkündür ki, mirasdan imtina barədə birtərəfli əq d özü etibarlı olur və yeni bir əqdlə əvvəlki iradə ifadəsindəm imtina edilir. Hazırkı halda iddiaçılar tərəfindən verilmiş ərizələrin etibarlılığı mübahisələndirildiyindən tələbin qanuniliyi və əsaslılığı Azərbaycan SSR Mülki Məcəlləsinin 556-cı maddəsi ilə yoxlanıla bilməz.

56. İşdən görünür ki, iddiaçı tərəfindən işə apellyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsində araşdırma predmeti olmamış yeni sübut- 1997-ci ildə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmiş, həmin şəhadətnaməyə əsasən X7 miras qalmış əmlak həyat yoldaşı X6, oğlu İddiaçı1, qızları X9 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 372.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, təqdim edilmiş bu sübut gecikdirilmiş sübut olduğun dan qəbul edilə bilməz. MPM-nin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

58. İş materiallarından görünür ki, sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə bağlı notariat işi Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2025-ci il tarixdə (birinci instansiyası məhkəməsi tərəfindən işə baxıldıqdan sonra) iddiaçının vəkilinin sorğusu əsasında təqdim edilmişdir. Apellyasiya məhkəməsinin 15 aprel 2025-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, qeyd edilən sübutun qəbul edilməsinin mümkünlüyü il ə bağlı tərəflərlə müzakirə aparmamış, yeni sübutun apellyasiya mərhələsində qəbul edilməsinin MPM-nin 372.2.-ci maddəsində nəzərdə tutulmuş şərtləri yoxlanılmadan məhkəmə qətnamədə sübutun qəbul edilmədiyini göstərmişdir.

59. Kollegiya göstərilənlərə əsasən hesab edir ki, məhkəmələr tərəfindən iddia tələblərinə düzgün hüquqi qiymət verilməməsi və yuxarıda qeyd edilən prosessual pozuntulara yol verilməsi nəticəsində X12 miras əmlakı ilə bağlı vərəsələri arasındakı mübahisə həll edilməmiş vəziyyətdə qaldığından kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1923/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

60. Azərbaycan Respublikası MPM-n in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1923/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar