Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3103/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:müqavilə üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2179/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları
1. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 80 nömrəli evin 8 nömrəli mənzili X1 mülkiyyətində olmuşdur.
2. Cavabdeh MMC (bundan sonra – MMC) ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 117-M nömrəli əvəzləşmə müqaviləsinə əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 173 saylı sərəncamı ilə MMC-nin Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan İddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 98,12 m2 mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə etməklə 117.74 m2 əvəzinə, 2.25 m2 güzəşt etməklə 120 m2 Vaqif prospektinə baxan bu müqaviləyə əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan plan-cizgiyə uyğun olaraq “A” blok, 9-cu mərtəbədə sahəsi 110.4 m2 olan 26-saylı mənzili təmirsiz İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin qeyd hissəsində: İddiaçı istəyinə uyğun olaraq təmir xərci 1 m2 250 manatdan olmaqla cəmi 120x250=30000 manat, kirayə haqqını, yaşadığı mənzilin açarını təhvil verdiyi gündən hesablanmaqla 24 ay 500 manatdan olmaqla cəmi 24x500=12000 manat, ümumilikdə 42000 manat (30000+12000-42000) və ya 24.7 m2 sahə (1 kv.m 1700 manat 120-110,4=9.6 m2 sahə cəmi 24.7+9.6=34.3 m2 sahə 118-M-A saylı xx.xx.2018-ci il tarixli müqavilədə göstərilən sahə ilə əvəzləşdirilir və onun borc öhdəliyindən çıxılır. İddiaçı bu müqavilədə nəzərdə tutulan m üddətdə və qaydada mülkiyyətində olan mənzili söküntü üçün MMC-yə təhvil verməyi və tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
3. Satıcı MMC ilə alıcı İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 118-M-A saylı müqaviləyə əsasən MMC Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 173 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti və Hənifə Ələsgərova küçəsinin kəsişməsində yerləşən ünvanda layihələndirilən, yüksək mərtəbəli beş bloklu yasayış binasının bu müqaviləyə əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan plan-cizgiyə uyğun olaraq “A” blokunda 9 mərtəbədə 1 otaqlı, 27 saylı, sahəsi 71.5 olan mənzili 1 m2=1800 manat olmaqla İddiaçı təmirsiz şəkildə satması, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada MMC-yə ödəməsini öhdəsinə götürmüşdür.
4. MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 097 saylı müqaviləyə əsasən MMC Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan 1 ədəd qarajın əvəzinə həmin ünvanda yerləşən yeni binada standart ölçüdə olan 30 saylı avtodayanacaqla təmin etməsini öz öhdəsinə götürmüşdür. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan qarajın MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada avtodayanacağı qəbul etməyi öz öhdəsinə götürmüşdür.
5. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2128/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə MMC-dən 180000 ABŞ dolları kompensasiya tutularaq qətnamə icra olunan gün məzənnəyə uyğun hesablanmaqla Azərbaycan manatı ilə İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.
6. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən onunla Cavabdeh MTK arasında 117-M saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliyi icra edə bilmədiklərindən, yəni müqavilədə nəzərdə tutulmuş mənzili ona təqdim edə bilmədiklərindən məhkəmə qərarı ilə 180000 ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir, odur ki, həmin müqavilə ləğv edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, MMC (və ya hüquqi varisi) tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin, yəni 117-M, 118-M-A, 097 nömrəli müqavilələrdə nəzərdə tutulan müvafiq mənzillərin və qarajın ona təhvil verilməsinin (maneələrin aradan qaldırılması və açarların verilməsi də daxil olmaqla) təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, MMC müqavilə üzrə öhdəliklərini 24 ay ərzində, yəni 202 0-ci ilin mart ayında bitirib mənzili təhvil verməli olduğu halda öhdəliklərini yerinə yetirə bilmədiyini, 1 aylıq kirayə haqqının məbləğinin 500 manat olmasını, mənzilin hal-hazırkı günə qədər təhvil verilmədiyini və 2020-ci ilin mart ayından 36 ayın keçməsini nəzərə alaraq, MMC-nin müqavilədən irəli gələn kirayə ödənişi öhdəlikləri üzrə 18000 manat ödəməli olduğu borc məbləği olmuşdur. İddiaçının 118-M-A saylı müqavilə üzrə MMC-yə 66960 manat ödənilməli olan borc məbləğindən MMC-nin müqavilədən irəli gələn kirayə ödənişi öhdəlikləri üzrə 18000 manat ödəməli olduğu borc məbləği çıxdıqdan sonra MMC-yə ödənilməli olan 48960 manat məbləğində borc ödənişi qalmışdır. Dəfələrlə bu borc ödənişinin ödənilməsi ilə bağlı bank hesabının verilməsi üçün dəfələrlə müraciət edilməsinə baxmayaraq, MMC tə rəfindən heç bir hesab təqdim edilməmişdir. İddiaçı bu ödənişin ödənilməsindən yayınmamışdır, əksinə öhdəliyin pozulması MMC tərəfindən baş vermişdir. Bunu MMC-yə HMO göndərilən məktublar təsdiq etmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, MMC birtərəfli surətdə mənzilləri təhvil verməkdən yayınaraq, 117-M saylı, 118-M-A saylı, 097 saylı müqavilələri üzrə öhdəliklərini qanunsuz olaraq icra etməmişdir. Tərəflər arasında bağlanmış digər müqaviləyə əsasən MMC binanın tikintisini gecikdirmiş, müqavilənin bağlanmasından 5 ilə müddətin keçməsinə baxmayaraq, hələ də mənzili təhvil verməmiş, tərəfə ödənilməli olan kirayə haqqını ödəməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış sazişə əsasən kirayə haqları müqavilə üzrə ödənişlərə yönəldilməli idi. Belə olan halda isə MMC bütün ödənişlə ri borcdan çıxdıqdan sonra ödənişlərin həyata keçirilməsi üçün iddiaçıya bildiriş göndərməli idi. MMC isə iddiaçı ödənişin həyata keçirilməsi üçün bildiriş göndərdikdən sonra qarşı tərəfə guya müqavilənin ödənişlər həyata keçirilmədiyi üçün bildiriş göndərmişdir. MMC-nin əvvəlki rəhbərliyi dələduzluq etdiyi üçün tikintidən uzaqlaşdırılmışdır. Bundan başqa müqavilələrdə hesab nömrəsi göstərilməmişdir. Göründüyü kimi 118-M saylı müqavilə üzrə öhdəliklər MMC tərəfindən pozulmuşdur.
9. İddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 117-M saylı 17 mart 2018-ci il tarixli və 118-M-A saylı, 17 mart 2018-ci il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edil məsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 117-M saylı 17 mart 2018-ci il tarixli müqaviləyə əsasən, MTK müqavilədə nəzərdə tutulan mənzilləri cavabdehə təqdim edə bilməməsi səbəbindən İddiaçı iddia tələbi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2128/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-dan 180000 ABŞ dolları pul məbləğində kompensasiya tutularaq İddiaçı ödənilmişdir. Həmçinin, MTK və İddiaçı arasında 118-M-A saylı 17 mart 2018-ci il tarixli müqavilə bağlanmışdır. Belə ki, cavabdeh İddiaçı həmin müqavilənin 2.2.1.1-ci bəndinə əsasən 66960 manat məbləğində pul vəsaitini 3 il ərzində hər ay proporsional olaraq ödəmək öhdəliyini öz üzərinə götürmüş, lakin şirkətə həmin məbləğdə heç bir ödəniş etməmişdir. Bu səbəbdən sözüge dən müqavilənin 2.2.3-cü bəndi tətbiq edilərək, mənzil "xxxx"nın, yəni MMC-nin mülkiyyətinə qaytarılmış və müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Beləliklə, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 17-M saylı 17 mart 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, 118-M-A saylı 17 mart 2018-ci il tarixli müqavilənin ləğvinin rəsmiləşdirilməsi üçün, Cavabdeh MTK tərəfindən İddiaçı pretenziya məktubu ilə müraciət edilərək, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixədək həmin müqavilələrinin ləğv edilməsi xahiş edilmişdir. Lakin, İddiaçı tərəfindən həmin pretenziya məktubuna məhəl qoyulmamış və bu səbəbdən həmin müqavilələrin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
11. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli mək tuba əsasən Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən sözügedən binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün onun yerləşdiyi torpaq sahəsi 49 il müddətinə MMC-yə icarəyə verilmişdir. Eyni zamanda, 7 iyul 2017-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti ilə MMC arasında bağlanmış müqavilənin şərtlərinə görə şirkət sözügedən binanı sökməyi, binadan köçürülən sakinləri müvə qqəti kirayə edilmiş mənzillərə yerləşdirməyi və bunun binasında müvafiq mənzillər verməyi və sair öz öhdəsinə götürmüşdür. Məlumatların təqdim olunması cavabdehə tövsiyə olunmuşdur.
12. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti və Hənifə Ələsgərova kəsişməsi ünvanında yerləşən yaşayış binasına yerinə müayinə keçirilmişdir. Yerində müayinə zamanı, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti və Hənifə Ələsgərova kəsişməsi ünvanında yerləşən yaşayış binasına, müqavilədə nəzərdə tutulmuş mənzillərin mövcudluğu barədə baxış keçirilərək, sözügedən mənzillər mövcud olduğundan, ancaq otaqların arakəsməsi hazırkı vəziyyətdə bölünməməsi müəyyən olunmuşdur.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il t arixli qərardadı ilə Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair mülki işin İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və sairə tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
14. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2549/2023 nömrəli iş üzrə 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, mənzillərin və qarajın təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi, MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli 117-M saylı və xx.xx.2018-ci il tarixli 118-M-A saylı müqav ilələrin ləğv edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddiaçının iradə ifadəsi olaraq 117-M müqaviləsinə əsasən Cavabdeh MTK-nın kompensasiya qismində ödədiyi vəsaitin MTK-ya geri qaytarılması və müqavilə öhdəliklərinin yerinə yetirilməsi təklifi səsləndirilmişdir. Qeyd edilənlə əlaqədar məhkəmə tərəflərə təklifin müzakirə edilməsi və barışığın əldə edilməsi üçün dəfələrlə şərait yaratmış, lakin cavabdeh kompensasiya məbləğinin kifayət qədər yüksək olmaqla artıq ödənildiyini əsas gətirərək, iddiaçının təklifini qəbul etməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 117-M nömrəli müqavilə üzrə kompensasiyanın ödənilməsi cavabdeh tərəfindən sökülmüş əmlakın əvəzinə mənzilin verilməsi qismində öhdəliyin icra edilməməsi ilə əlaqədar olmuşdursa, 2018-ci il tarixli 118-M-A saylı müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən 3 il ərzində pulun hər ay proporsional ödənilməsi ilə əlaqədar olmuşdur. İddiaçı, iddiaçının nümayəndəsi və vəkili 118-M-A müqavilə üzrə ödənişlərin edilmədiyini, yəni üzərinə düşən öhdəliyi icra etmədiyini MTK tərəfindən ona müvafiq hesabların təqdim edilmədiyi və ödəniş etmək üçün şərait yaradılmaması ilə əsaslandırmışdır. Lakin, öhdəliyin şərtlərinə diqqət yetirdikdə nəzərdə tutulmuş vəsaitin iddiaçı tərəfindən cavabdehə yalnız nağd və ya bank hesabına köçürmə vasitəsi ilə ödənilməsi barədə mütləq qeyd müşahidə edilməmişdir. Odur ki, iddiaçının ödənişin 2018-ci il tarixdən hazıra qədər etməməsini əsa slandırdığı hallar inandırıcı görünməmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, 118-M-A saylı müqavilə üzrə nəzərdə tutulmuş mənzilin ödəniş qiyməti 117-M saylı müqavilənin qeyd hissəsində göstərilən şərtlərlə əhatə edilmişdir. Belə ki, 118-M-A saylı müqavilədə 71.5 m2 mənzilin satış qiyməti 1m2 =1800 manat, yəni 128700 manat razılaşdırıldığı halda, müqavilənin 2.2.1-ci bəndində göstərilən şərtlərə əsasən ödənişin bir hissəsi güzəşt edilərək, ödəniləcək yekun məbləğin 66960 manat təşkil etməsi razılaşdırılmışdır. Müqavilənin 2.2.1-ci bəndində 117-M saylı müqaviləyə istinadən güzəşt edilən şərtlərdən biri 117-M saylı müqavilənin 1.1-ci bəndində “kirayə haqqını, yaşadığı mənzilin açarını təhvil verdiyi gündən hesablamaqla 24 ay 500 manatdan olmaqla, cəmi 12000 manat” şərti olmuşdur. Bu şərt iddia çının ona ödəniləcək kirayə haqqından 118-M-A müqaviləsi üzrə ödəniş edərək olmaq niyyətində olduğu mənzilin satış qiymətindən çıxılması xeyrinə imtina etməsini göstərmişdir. Lakin 118-M-A müqaviləsinin 2.2.4-cü bəndinə əsasən satıcı (Cavabdeh MTK) üzərinə tikinti işlərinin 24 ay ərzində başa çatmadığı təqdirdə alıcını (iddiaçı) kirayə haqqının (hər ay 500 manat) binanın tikintisi tam başa çatanadək uzadılmasını təmin etmək öhdəliyi razılaşdırılmışdır. Beləliklə, Cavabdeh MTK 118-M-A müqaviləsi üzrə iddiaçının üzərinə düşən öhdəliyin icra edilməməsi səbəbi ilə müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmaqla, iddiaçının həmin müqavilə üzrə əldə etmək istədiyi mənzilin qiymətində güzəştlərin edilməsi məqsədi ilə imtina etdiyi kirayə haqqının ona ödənilməsi tələbini irəli sürmək hüquq u yaranmışdır.
18. Tərəflər arasında bağlanmış 097 saylı müqavilənin predmetini iddiaçının mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan 1 ədəd qarajın əvəzinə həmin ünvanda yerləşən yeni binada standart ölçülərdə olan 30 saylı avtodayanacaqla təmin edilməsi ilə bağlı olmuşdur. İddiaçının müqavilə üzrə dayanacağın verilməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarına dəmir konstruksiyadan ibarət olan qarajın iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmasını bildirən sübut əlavə edilməmişdir. Bundan əlavə, cavabdehin 117-M nömrəli müqavilə üzrə, yəni mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzilin əvəzində yeni inşa ediləcək binada mənzilin verilməsi öhdəliyinin icra etmədiyini və buna görə kompensasiya ödədiyini nəzərə alaraq, cavabdeh tərəfindən həmin binada iddiaç ıya dayanacaq verməsi öhdəliyinin icra edəcəyi ağlabatan görünməmişdir.
19. İddiaçının 097 saylı müqavilə üzrə tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilə predmetində göstərilən dəmir konstruksiyadan ibarət olan 1 ədəd qarajın iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmasını bildirən sübut təqdim edildiyi təqdirdə iddiaçının müvafiq əsaslarla cavabdehdən müqavilə üzrə öhdəliyin icra edilmədiyinə görə kompensasiya tələbini irəli sürmək hüququ olmuşdur.
20. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin MMC tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə və ya qismən yerinə yetiriləcəyi təqdirdə, həmçinin gələcəkdə səbəbindən asılı olmayaraq söküntü həyata keçirilən ərazidə tikilmiş yeni binada d eyil, digər binadan müvafiq mənzil əvəzləşdirilməsi həyata keçirilməsi zərurəti yarandığı təqdirdə, yaxud səbəbindən asılı olmayaraq mülkiyyətçiyə hazırkı müqavilədə nəzərdə tutulan şərt daxilində razılaşdırılmış mənzili təhvil vermədiyi təqdirdə mülkiyyətçiyə verilməsi tutulmuş 120 kv.m hər 1 kv.m üçün 1500 ABŞ dolları olmaqla həmin günün məzənnəsinə uyğun olaraq hesablanmaqla Azərbaycan Manatı ilə cəmiyyət tərəfindən mülkiyyətçiyə kompensasiya olaraq ödəniləcəyi şərtinə əsaslanmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında iddiaçıya 180000 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi müəyyən edilmişdir.
21. Məhkəmə Cavabdeh MTK-nın iddiasına münasibətdə qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzd ən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.
22. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 421, 423, 442, 443-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2179/2024 nömrəli mülki iş üzrə 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva) birinci iş üzrə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 097 saylı müqavilə üzrə Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən yeni binada standart ölçüdə olan 30 saylı avtodayanacağın birinci iş üzrə İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
26. Məhkəmə kollegiyası xx.xx.2018-ci il tarixdə bağlanmış 117-M saylı əvəz ləşmə müqaviləsi ilə bağlı qeyd etmişdir ki, qanuni qüvvəsini almış Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsi üzrə MMC öhdəliklərini yerinə yetirmədiyinə görə MMC-dən 180.000 ABŞ dolları kompensasiya tutularaq İddiaçı ödənilməsi qət edilmişdır. 27. xx.xx.2018-ci il tarixdə bağlanmış 117-M saylı əvəzləşdirmə müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin “Cəmiyyət” tərəfindən yerinə yetirməyəcəyi təqdirdə və ya qismən yerinə yetirəcəyi təqdirdə, həmçinin gələcəkdə səbəbindən asılı olmayaraq söküntü həyata keçirilən ərazidə tikilmiş yeni binada deyil, digər binadan müvafiq mənzil əvəzləşdirilməsi həyata keçirilməsi zərurəti yarandığı təqdird ə, yaxud səbəbindən asılı olmayaraq “Mülkiyyətçi”-yə hazırkı müqavilədə nəzərdə tutulan şərtlər daxilində razılaşdırılmış mənzili təhvil vermədiyi təqdirdə “Mülkiyyətçi”yə verilməsi nəzərdə tutulmuş 120 kv.m hər 1 kv.m üçün 1500 ABŞ dolları olmaqla həmin günün məzənnəsinə uyğun olaraq hesablanmaqla Azərbaycan manatı ilə “Cəmiyyət” tərəfindən “Mülkiyyətçi”yə kompensasiya olaraq ödəniləcəkdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin bənddə razılaşdırılmış mənzilin təhvil verilmədiyi təqdirdə kompensasiyanın verilməsi nəzərdə tutulmuşdur. İddiaçının tələbi ilə ona həmin kompensasiya ödənilmişdir. Buna baxmayaraq İddiaçı həmin müqavilə üzrə mənzilin də təhvil verilməsini tələb etmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin müqavilə üzrə müqavilə tərəfi məhkəməyə müraciət edərə k müqavilə üzrə kompensasiya ödənilməsini tələb etdiyindən və ona kompensasiya ödənildiyindən müqavilə üzrə öhdəliyə artıq xitam verilmişdir. Lakin nə qədər ki, iddiaçı bu halı mübahisələndirmişdir, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq həmin müqavilənin ləğvi ilə bağlı iddiaçı Cavabdeh MTK-nın iddiasını təmin etməklə bir növ həmin müqavilənin ləğv olunduğunu təsbit etmişdir. 29. xx.xx.2018-ci il tarixdə bağlanmış 118-M-A saylı müqaviləyə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında imzalanmış sözügedən müqaviləyə əsasən "xxxx" Nəsimi Rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli, 173 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti və Hənifə Ələsgərova küçəsinin kəsişməsində yerləşən ünvanda layihələndiril ən, yüksək mərtəbəli beş bloklu yaşayış binasının bu müqaviləyə əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan plan cizgiyə uyğun olaraq “A” blokunda 9 mərtəbədə, 1 otaqlı, 27 saylı, sahəsi 71.5 olan mənzili 1 m2=1800 manat olmaqla alıcıya təmirsiz şəkildə satması, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməsi öhdəliyini götürmüşdür. Həmin müqavilənin 2.2.1.1-ci bəndinə əsasən alıcı cəmi 66960 manat yaranmış öhdəçiliyə görə 3 il ərzində hər ay proporsional olaraq ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra etməmişdir. Belə ki, müqavilə şərtinə görə iddiaçı 3 il ərzində hər ay proporsional olaraq ödəniş etməli idi. O cümlədən qeyd edilmişdir ki, işə baxan birinci i nstansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, Cavabdeh MTK 118-M-A müqaviləsi üzrə iddiaçının üzərinə düşən öhdəliyin icra edilməməsi səbəbi ilə müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmaqla, iddiaçının həmin müqavilə üzrə əldə etmək istədiyi mənzilin qiymətində güzəştlərin edilməsi məqsədi ilə imtina etdiyi kirayə haqqının ona ödənilməsi tələbini irəli sürmək hüququ yaranmışdır. Yəni, qeyd edilən müqavilə üzrə mənzilin dəyərinin tamamlanması üçün iddiaçı kirayə haqqından imtina etmiş və əlavə olaraq 66960 manat ödəniş etmək öhdəliyini götürmüşdür. Lakin ödənişi etməmişdir. Kirayə haqqının ona ödənilməsi tələbini irəli sürmək hüququ işə baxan birinci instansiya məhkəməsi tərəfindən izah edilmişdir. Qarşı tərəf bu halı mübahisələndirməmişdir.
31. Tərəflər arasında imzalanmış xx. xx.2018-ci il tarixdə bağlanmış 097 saylı müqavilə ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan 1 ədəd qarajın əvəzinə həmin ünvanda yerləşən yeni binada standart ölçüdə olan 30 saylı avtodayanacaqla təmin etmək MMC-nin öhdəliyi olmuşdur. Həmin müqavilə ləğv edilməmiş və hər hansı şərtlə şərtləndirilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməməklə düzgün olmayan qənaətə gəlmişdir.
32. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389, 390, 405, 421, 424, 425-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Şikayət onunla əsaslandırılmışdır ki, MMC qanunsuz olaraq, birtərəfli qaydada müqavilənin icrasından yayınmışdır. Tərəflər arasında müqavilənin ləğvinə dair hər hansı razılaşma və ya məhkəmə qərarı olmamışdır. MMC ilə iddiaçı arasında müqavilə bağlanmış müqaviləyə əsasən 17 mart və 12 aprel 2020-ci il tarixlərində MMC tərəfindən binalar tikilib, mənzi llər təhvil verilməli idi. MMC tərəfindən öhdəlik vaxtında icra edilmədiyi üçün vətəndaşlardan möhlət istənilmişdir. Hal-hazırkı günə qədər MMC müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Məhkəmə zalında birinci instansiya məhkəməsinin hakimi iddianın qismən təmin edildiyini elan etsə də, iclasdan sonra verdiyi qərarda iddianın təmin edilmədiyini qeyd etmişdir. Bu hərəkəti ilə kobud prosessual pozuntuya yol vermişdir. MMC tərəfindən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 8-də yerləşən sahəsi 98.12 kv.m təşkil edən 3 otaqlı mənzilin məhv edilməsi və eləcə də dəyərinin tam şəkildə kompensasiya edilməsi səbəbi ilə həmin mənzilə dair ÖM seriyalı 229734 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi barədə müraciət edilmişdir. Müvafiq iddia Bakı şəhəri Nəsimi Ra yon Məhkəməsi tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2128/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsaslanaraq müqavilənin ləğv edildiyini bildirmişdir. O, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırarkən məhkəmədən evin əvəzi olaraq deyil, qarşı tərəfin öhdəliklərinin pozulmasına görə kompensasiya tələb etmişdir.
35. Şikayət Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 385, 388, 421, 430, 441, 442, 445, 448, 527, 552, 575, 646-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 90, 385-ci maddələrinə istinad edilərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
38. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
39. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
40. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
41. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
42. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
43. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
44. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öh dəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
46. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə birinci iddia tələbinin təmin olunmamış hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
56. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üç ün əsaslar yoxdur.
57. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
58. Belə ki, apellyasiya instansiyası məhkəməsi, İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, xx.xx.2018- ci il tarixli, 117-M saylı əvəzləşmə müqaviləsi qanuni qüvvəsini almış Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 117-M nömrəli əvəzləşmə müqaviləsi üzrə MMC öhdəliklərini yerinə yetirmədiyinə görə MMC-dən 180.000 ABŞ dolları kompensasiya məbləğinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdır.
59. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixlə, 117-M saylı əvəzləşdirmə müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin MTK tərəfindən yerinə yetirməyəcəyi təqdirdə və ya qismən yerinə yetirəcəyi təqdirdə, həmçinin gələcəkdə səbəbindən asılı olmayaraq söküntü həyata keçirilən ərazidə tikilmiş yeni binada deyil, digər binadan müvafiq mənzil əvəzləşdirilməsi həyata keçirilməsi zərurəti yarandığı təqdirdə, yaxud səbəbindən asılı olmayaraq “mülkiyyətçi”-yə hazırkı müqavilədə nəzərdə tutulan şərtlər daxilində razılaşdırılmış mənzili təhvil vermədiyi təqdirdə “mülkiyyətçi”yə verilməsi nəzərdə tutulmuş 120 kv.m hər 1 kv.m üçün 1500 ABŞ d olları olmaqla həmin günün məzənnəsinə uyğun olaraq hesablanmaqla Azərbaycan manatı ilə MTK tərəfindən “Mülkiyyətçi”yə kompensasiya olaraq ödəniləcəkdir.
60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin bənddə razılaşdırılmış mənzilin təhvil verilmədiyi təqdirdə kompensasiyanın verilməsi nəzərdə tutulmuşdur. İddiaçının tələbi ilə ona həmin kompensasiya ödənilmişdir. Buna baxmayaraq İddiaçı həmin müqavilə üzrə mənzilin də təhvil verilməsini tələb etmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, həmin müqavilə üzrə tərəf məhkəməyə müraciət edərək müqavilə üzrə kompensasiya ödənilməsini tələb etdiyindən və ona kompensasiya ödənildiyindən müqavilə üzrə öhdəliyə artıq xitam ve rilmişdir. Lakin nə qədər ki, iddiaçı bu halı mübahisələndirmişdir, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq həmin müqavilənin ləğvi ilə bağlı Cavabdeh MTK-nin iddiasını təmin etməklə bir növ həmin müqavilənin ləğv olunduğunu təsbit etmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi, xx.xx.2018-ci il tarixli, 118-M-A saylı müqaviləyə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış sözügedən müqaviləyə əsasən "xxxx" Nəsimi Rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli, 173 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti və Hənifə Ələsgərova küçəsinin kəsişməsində yerləşən ünvanda layihələndirilən, yüksək mərtəbəli beş bloklu yaşayış binasının bu müqaviləyə əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan plan cizgiyə uyğun olaraq “A” blokunda 9 mərtəbədə, 1 otaqlı, 27 saylı, sahəsi 71.5 olan mənzili 1 m2=1800 manat olmaqla alıcıya təmirsiz şəkildə satması, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməsi öhdəliyini götürmüşdür. Həmin müqavilənin 2.2.1.1-ci bəndinə əsasən alıcı cəmi 66960 manat yaranmış öhdəçiliyə görə 3 il ərzində hər ay proporsional olaraq ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
63. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra etməmişdir. Belə ki, müqavilə şərtinə görə iddiaçı 3 il ərzində hər ay proporsional olaraq ödəniş etməli idi. O cümlədən qeyd edilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, Cavabdeh MTK 118-M-A müqaviləsi üzrə iddiaçının üzərinə düşən öhdəliy in icra edilməməsi səbəbi ilə müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmaqla, iddiaçının həmin müqavilə üzrə əldə etmək istədiyi mənzilin qiymətində güzəştlərin edilməsi məqsədi ilə imtina etdiyi kirayə haqqının ona ödənilməsi tələbini irəli sürmək hüququ yaranmışdır. Yəni, qeyd edilən müqavilə üzrə mənzilin dəyərinin tamamlanması üçün iddiaçı kirayə haqqından imtina etmiş və əlavə olaraq 66.960 manat ödəniş etmək öhdəliyini götürmüşdür. Lakin ödənişi etməmişdir. Kirayə haqqının ona ödənilməsi tələbini irəli sürmək hüququ işə baxan birinci instansiya məhkəməsi tərəfindən izah edilmişdir. Qarşı tərəf bu halı mübahisələndirməmişdir.
64. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
66. Kassasiya instansiyası məhkəməsi, İddiaçı kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür.
67. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
68. Beləliklə də, kassasiya in stansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələ rinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 aprel 2024-cü il tarixli, 2(103)-2179/2024 saylı qətnaməsi mübahisədəndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.