Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3107/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: səyahət sığorta müqaviləsi üzrə kompensasiyanın ödənilməsi”) (Mülki mübahisənin kateqoriyası: Sığorta fəaliyyətindən irəli gələn mübahisələr; Könüllü sığortadan irəli gələn mübahisə; Səyahət sığortasından irəli gələn mübahisələr; Sığorta ödənişi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığort a müqaviləsi üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3062/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Söğortaolunan İddiaçı ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti arasında tərtib olunmuş 01 iyul 2022-ci il tarixli SS-09285347 saylı səfər sığortası şəhadətnaməsinə əsasən, İddiaçı xaricdə səfər etdiyi xx.xx.2022-xx.xx.2022-ci il müddətində sığorta təminatına alınması razılaşdırılmışdır. Sığorta haqqı 78,89 Avro, sığorta təminatının limiti 30000 Avro müəyyən edilmişdir.Şəhadətnamədə başqa xərclərlə yanaşı “COVİD-19” virusu üzrə yaranmış tibbi xərclərin qarşıla nması nəzərdə tutulmuşdur.
2. Şəhadətnamədə qeyd olunmuşdur ki, sığortalı “Səfər sığortası Qaydaları” ilə tanış olmuşdur və bu faktı ilə tanış olub və bunu imzası ilə təsdiq edib. 3. “Səfər sığortası Qaydaları”nda aşağıdakılar əksini tapmışdır: Maddə
2. Bu bölməyə əsasən sığorta predmeti sığortaolunanların həyatı və sağlamlığıdır. Maddə 3.1. Sığortaçı sığortalı ilə Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası barədə müqavilə bağlayır. Maddə 8.3. Tibbi xərclər, yəni: 8.3.1. Əməliyyatların, diaqnostik müayinələrin həyata keçirilməsi xərcləri, o cümlədən həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də daxil olmaqla stasionarda qalma və müalicə olunma (standart tipli palatada) xərcləri; 8.3.2. Həkim xidmətləri, diaqnostik müayinələr, həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də daxil olmaqla ambulator müalicə xərcləri. Maddə 10.1. Sığorta məbləği dedikdə sığortaçının ödədiyi tibbi və tibbi daşınma xərclərinin və həmçinin daşınma və ölümdən sonrakı repatriasiya xərclərinin son həddi olan pul məbləği başa düşülür. Ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5 000 ABŞ dolları/Avro təşkil edir.
4. İddiaçı 26 iyul 2022-ci il tarixində turizm məqsədilə Almaniyaya getmək üçün Belçikaya getmiş, Belçikada xəstələnərək tibbi müayinə, müalicə və əməliyyat olunmuşdur.
5. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə sığortaçıya müraciət edərək, xaricdə səfərdə olarkın xəstələndiyini, cərrahi əməliyyat olunduğunu bildirmiş, bununla bağlı sığorta ödənişinin verilməsini xahiş etmişdir.
6. Cavabdeh Sığorta Şirkəti İddiaçı Hadi qızına ünvanlanmış 01 may 2023-cü il tarixli məktubunda göstərmişdir ki, xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər araşdırılmışdır. Təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, sığortalı xx.xx.2022-ci il tarixində Belçika Krallığına səfər etmiş, səfərdə olarkən səhhətində yaranan şikayətlər səbəbindən xx.xx.2022-ci il tarixində həkimə müraciət etmiş, kardiologiya şöbəsinə qəbul olunmuş, xx.xx.2022-ci il tarixində ona açıq ürək əməliyyatı icra olunmuş, xx.xx.2022-ci il tarixinə qədər stasionar müalicə almışdır. xx.xx.2022-ci il tarixdə yenidən xəstəxanaya müraciət etmişdir. Bununla bağlı o, tibbi və tibbi daşınma xərcləri ilə əlaqədar ümumilikdə 30.840 Avro dəyərində qəbzlər təqdim etmişdir. Cavabdeh ilə bağlanmış SS-09285347 saylı sığorta şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan “Səfər sığortası Qaydaları”nın 9.1-ci maddəsinə uyğun olaraq kəskin ağrı və ya sığortaolunanın həyatının xilas edilməsi ilə bağlı keçirilən təxirəsalınmaz tədbirlərə görə tibbi müayinə ve müalicə xərcləri sığorta şirkəti tərəfindən qarşılanır. Bundan başqa, Qaydaların 10.1-ci bəndinə əsasən ürəkdamar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5000 ABŞ dolları/Avro təşkil edir. Beləliklə, Qaydalara əsasən 5000 Avro məbləğində t ibbi müayinə və müalicə xərclərinin manat ekvivalenti şərtsiz azadolma məbləği tətbiq olunmaqla onun hesabına köçürülmə yolu ilə ödənilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirir ki, cavabdeh xx.xx.2023-cü il tarixli müraciəti üzrə ona geri ödənilmiş xidmətlərin dəyəri istisna olmaqla, sadalanan xərclərə dair sığorta ödənişinin verilməsindən imtina edilir. 7. 03.05.2023-cü il tarixli 11658 saylı ödəniş tapşırığına əsasən sığortaçı tərəfindən sığortalıya 12349 saylı sığorta aktına əsasən 9306.64 manat ödəniş edilmişdir.
8. Saint-Jean Klinikasının xərclər smetasına əsasən xx.xx.2022-ci il tarixdə nağd qaydada 17360 Avro, xx.xx.2022-ci il tarixdə 28310 Avro, xx.xx.2022-ci il tarixdə 12000 Avro, xx.xx.2022-ci il tarixdə 30840 Avro, xx.xx.2022-ci il tarixdə 1710 A vro ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta müqaviləsi əsasında ona sığorta şirkəti tərəfindən 44390 avro məbləğində kompensasiya ödənilməsi, Respublika Sığorta fonduna və Maliyyə Nazirliyinin Sığortaya nəzarət idarəsinə xəbərnamə xarakterli vəsatət qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsindən mövcud tariflərə görə ən üstün “Platinum paket” səyahət sığortası şəhadətnaməsini əldə edərək, 26 iyul 2022-ci il tarixində, qardaşı Nümayəndə1 Hadi oğlu ilə birlikdə turizm məqsədilə Almaniyaya səyahətə çıxmışlar. Belçikanın ərazisində şidd ətli atəşi qalxmış, ürək bulanması və təzyiqdən əziyyət çəkdiyi üçün təcili yardım çağırılmış, Belçikada xəstəxanaya yerləşdirilmişdir. Orada ona koronavirus diaqnozu ilə xəstəlik vərəqəsi açılmış, müalicə reanimasiyada gedərkən kəskin ürək çatışmazlığından çoxlu sayda aparatlardan və analizlərdən keçəndən sonra və ürək ağrılarından həyat üçün təhlükəli məqam yaşandığından təcili anjioqrafiya edilmiş, stend qoymaq mümkün olmadığından, bir gün sonra təkrar anjioqrafiya edilmiş və açıq ürək əməliyyatı edilməsinin qaçılmaz olduğu aşkarlamışlar. Səhəri günü həyatı üçün təhlükəli kritik vəziyyət yarandığından, əməliyyat otağına aparılmlş və ürəyindən açıq əməliyyat olunmuşdur. Əməliyyatdan 15-20 gün keçdikdən sonra döş qəfəsində açıq əməliyyat aparılan zaman sümük bitişmədiyindən təkrar əməliyy at edilməsinə məcbur olmuşdur. Anjioqrafiya və əməliyyatın kompüter disk görüntüləri xəstəlik kağızına əlavə edilmişdir. Bütün edilən analiz və aparatların və xəstəxanada qaldığı palata baxım ödəmə haqqını hər gün hesablaşmalı olduğunu xatırladırdılar. Çox böyük məbləğ olduğundan sığorta müqaviləsini xəstəxananın sığorta şöbəsinə təqdim etmiş, orada cavabdehin Belçikadakı ortaqları, təmsilçiləri Avropada əməkdaşlıq etdiyi nümayəndəsi Remed Assistance ilə əlaqə saxlamışlar, nümayəndələri gəlib xəstəlik kağızı ilə tanış olublar və ödəmələri özləri ödəyəcəklərinə söz verdiklərinə baxmayaraq ödəniş etməyiblər. Qardaşı Nümayəndə1 xəstəxananın ödəmələr olmadan heç bir hərəkət və diqqət göstərmədiyini görüb, cavabdehin nümayəndəsinin ödənişlərindən sonra, Bakı mərkəz ofisindən bütün ödənişləri so nda ödəyəcəklərini razılaşandan sonra, məcbur qalıb xəstəxananın kassasına nağd şəkildə birinci dəfə 20000 avro, ikinci dəfə 17360 avro və 12000 avro pul ödəmişdir. Bunlar Belçikadakı sığorta nümayəndələrinin şahidliyi ilə olmuşdur və demişlər ki, Bakıda əvəzi Cavabdeh sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Bunlara əsasən dəfələrlə cavabdehə yazılı sənəd və sübutları təqdim etməsinə baxmayaraq aylarla süründürərək 4970 avro ödəniləcəyinə dair məktub veriblər və qalan pulları ödəməyəcəkləri barədə xx.xx.2023-cü il tarixli, O-A-2023054 nömrəli tarixli məktubla xəbər veriblər.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2024-cü il tarixli, 948/KEŞ saylı ekspert rəyinə əsasən, iddiaçının mütəxəssis müayinəsinə əsasən, onda hal-hazırda “Ürəyin iş emik xəstəliyi. Aorta-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Arterial hipertoniya İ dərəcə” kimi xəstəliklərinin olduğu müəyyən edildi. Ürək-damar sistemində qeyd olunan patoloji dəyişikliklər uzun sürən xroniki gedişli olub, koronar arteriyaların stenozu səbəbindən sonda açıq ürək əməliyyatının aparılmasına səbəb olmuşdur. Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, iddiaçı Belçika şəhəri “Kliniek SİNT JAN” xəstəxanasına xx.xx.2022-ci il tarixdə daxil olarkən onda “COVİD-19” virusun pozitiv olduğu qeyd edilsə də, xx.xx.2022-ci il tarixdə təkrar müayinə zamanı PCR SARS mənfi olduğu müəyyən edilmişdir. Yanaşı olaraq “COVİD-19” virusunun immunoloji analizləri aparılmamış və döş qəfəsinin instrumental müayinəsində ağciyərlərdə patoloji dəyişikliklər qeyd edilməmişdir. İd diaçının adına Belçika şəhəri “Kliniek SİNT JAN” xəstəxanasından təqdim edilmiş tibbi sənədə əsasən, ona “NSTEMİ tipli miokard infarktı” diaqnozu təyin edilmişdir. Qeyd edilən diaqnoz aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edilmişdir. Koronar arteriyaların stenozları səbəbindən aorto-koronar şuntlama əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. İddiaçının müayinəsi zamanı onda əməliyyata qədər qeyd olunan “COVİD-19” virusu pozitiv olmuş və 3 gün sonra təkrar müayinədə inkar edilmişdir. Tibbi sənəddə “COVİD-19” virusunun yaradan fəsadları haqqında hər hansı bir qeydiyyat yoxdur və miokard infarktının həmin virusa səbəb olması inkar edilir. Miokard infarktının baş verməsinin əsas səbəbi koronar arteriyaların aterosklerozudur, bu da bir çox xroniki xəstəliklərin əlavə təsirləri nəticəsində formalaşır. İddiaçının üzərində icra edilmiş aortokoronar şuntlama əməliyyatı ilə “COVİD-19” virusu arasında səbəbli əlaqənin olması inkar edilir. İddiaçıda “COVİD-19” virusunun (yoluxma müddəti 3 gün) yoluxmasının ona aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır.
12. Cavabdehin həkim-mütəxəssisi N.V.Əlizadə tərəfindən iş materiallarında olan tibbi sənədlər əsasında verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən səfər sığortası üzrə sığorta olunan səfərdə olarkən səhhətində yaranmış şikayətlə bağlı həkimə müraciət etmiş, müayinə və müalicə olunduğu Saint-Jan Klinikası tərəfindən tərtib edilmiş epikrizlər, qan analizinin nəticələri barədə sənədlər tərəfindən tədqiq edilmişdir. Tibbi sənədlərə əsasən, 28.07.22-ci il tarixində döş qəfə sində ağrı şikayətləri ilə X1 Yardım şöbəsinə müraciət etmişdir. Yüksək troponin analizinin nəticəsi və miokard infarktı şübhəsi ilə həmin klinikanın kardiologiya şöbəsinə qəbul olunmuşdur. Xəstəxanaya qəbul edilərkən müayinə protokoluna əsasən, əlavə analiz və müayinələr keçib. Tibbi sənədlərdə iddiaçı “COVİD-19” virusuna uyğun şikayətlər, ağırlaşmalar və müalicə ilə bağlı qeydlər yoxdur. Yalnız, xəstəxanaya müsbət “COVİD-19” testi fonunda müraciət etdiyi, avqustun 1-i testin neqativ olduğu qeyd olunub. Epikrizdə “COVİD-19” virusunun müsbət olması barədə qeyd olunsa da, bunu müəyyən edən analiz nəticələri və aparılan müalicələrə dair sənədlər mövcud deyil. İş materiallarında olan döş qəfəsinin Kompyuter Tomoqrafıyası (KT) nəticəsində xəstənin ağ ciyərlərində heç bir patologiya aşkar olunm ayıb. Keçirilən müayinələr nəticəsində xəstəyə Miokard İnfarktı STelevasiyasız diaqnozu qoyulub. Xəstəyə xx.xx.2022-ci il tarixində “Miokardial revaskularizasiya” əməliyyatı icra olunmuşdur. Xəstənin anamnezində 4-5 aydır ağrılarının olduğu qeyd olunub.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 fevral 2024-cü il tarixli 2(009)-87/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qafarova) iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı keçirdiyi əməliyatın baş verməsini “COVİD-19” virusuna yoluxması ilə əlaqələndirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, əsaslandırdığı halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tib bi Ekspertiza və X2” X5 xx.xx.2024-cü il tarixli, 948/KEŞ saylı ekspert rəyinə də əsasən, iddiaçının üzərində icra edilmiş aorta-koronar şuntlama əməliyyatı ilə “COVİD-19” virusu arasında səbəbli əlaqənin olması inkar edilir. İddiaçıda “COVİD-19” virusunun (yoluxma müddəti 3 gün) yoluxmasının onda edilən cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Birinci instansiya məhkəməsi, ekspert rəyini hazırki iş üzrə sübut növü kimi qiymətləndirilməsini mümkün sayıb. Belə ki, ekspert rəyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. “Səfər sığortası Qaydaları”na əsasən ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5.000 ABŞ dolları/avro təşkil etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş ödə niş tapşırığına əsasən iddaçıya 9306.64 manat sığorta ödənişi edilməsi müəyyən olunmuşdur. Məhkəmə qanunvericiliyin tələblərini, tərəflər arasında bağlanmış müqavilə şərtlərini işin faktiki halları ilə müqayisəli şəkildə araşdıraraq və təqdim edilmiş sübutları tədqiq edərək hesab etmişdir ki, iddiaçının iddiasını əsaslandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 899.1, 922.1, 925.1, 926.1, 911.2, 912.1, 935.1.6 və 935.1.8-ci maddələrinə, “Səfər sığortası Qaydaları”-nın 2, 3.1, 8.3, 8.3.1., 8.3.2. və 10.1-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icr aat
16. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixi 2(103)3062/2024 nömrəli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı hazırki tələbində xarici ölkədə olduğu zaman “COVİD-19” virusuna yoluxduğu üçün kard ioloji sahədə səhhətində problem yarandığını və əməliyyat olunduğuna istinad edərək, aralarında bağlanmış səfər sığortası müqaviləsinə əsasən çəkilən xərclərin - 44390 avro məbləğində sığorta ödənişinin ödənilməsini tələb etmişdir.
20. İddiaçının tələbini əsasını təşkil edən hal onun Covid 19 virusuna yoluxması səbəbindən səhhətində problem yarandığı və buna görə əməliyyat olunduğu təşkil edir. Lakin bu hal iş materialları ilə təkzib edilmişdir.
21. Keçirilmiş ekspertiza nəticəsində İddiaçı Hadi qızının üzərində icra edilmiş aorta-koronar şuntlama əməliyyatı ilə “COVİD-19” virusu arasında səbəbli əlaqənin olması inkar edilir. İddiaçı Hadi qızında “COVİD-19” virusunun (yoluxma müddəti 3 gün) yoluxmasının ona aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır.
22. Göründüyü kimi iddiaçının keçirdiyi əməliyatın baş verməsinin Covid 19 virusuna yoluxması ilə əlaqəli olması təsdiq edilməmişdir.
23. Digər tərəfdən cavabdehlə aralarında bağlanmış Səfər Sığortası Şəhadətnaməsindən görünür ki, Sığortalı yerləşdirilmiş QR kod vasitəsi ilə müvafiq sığorta qaydaları ilə tanış olub və onlarla razıdır. 24. “Səfər sığortası Qaydaları”nın 10.1-ci bəndinə əsasən Sığorta məbləği dedikdə Sığortaçının ödədiyi tibbi və tibbi daşınma xərclərinin və həmçinin daşınma və ölümdən sonrakı repatriasiya xərclərinin son həddi olan pul məbləği başa düşülür. Ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5000 ABŞ dolları/Avro təşkil edir.
25. Göründüyü kimi tərəflər arasında bağlanmış Səfər Sığorta Şəhadətnaməsində n əzərdə tutulmuş sığorta qaydalarına əsasən ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə konkret sığorta məbləği müəyyən edilmiş və həmin məbləğ müqavilənin valyutasına uyğun olaraq 5000 ABŞ dolları/Avro təşkil etmişdir. Cavabdeh tərəfindən isə müvafiq olaraq ödəniş tapşırığına əsasən iddaçıya 9306.64 manat sığorta ödənişi edilmişdir.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin sığorta ödənişinin verilməsindən qismən imtinası tərəflər arasında bağlanmış səyahət sığortası müqaviləsinin şərtlərinə və müvafiq Qaydalara uyğun olmuş, tərəflər arasında bağlanmış müqavilənin və qüvvədə olan sığorta qanunvericiliyinin tələblərinin pozulması halına yol verilməmişdir.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1, 899.1, 922.1, 925.1, 926.1, 935.1.6, 935.2 və 935.1.8-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(103)-3062/2024 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mülki işə baxılarkən məhkəmə tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulduğundan, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasından Bakı Apellyasiy a Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilməli, iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
30. İddiaçı kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 88-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.2 və 6.3-cü bəndlərinə və Mülki Prosessual Məcəlləsinin 217.1, 218.1, 220, 385.1 və 384.0.2-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh kassasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək, kassasiya şikayətini təmin edilməməsini, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmdən saxlanılmasını xahiş etmiş və ərizəsini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmı şdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
33. Maddə 899.1. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə, müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanır.
34. Maddə 922.1. Sığorta hadisəs i icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
35. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
36. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
37. Maddə 935.1.6. Bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığort a olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır.
38. Maddə 935.1.8. Baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələləri n qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
47. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya m əhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
48. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakəları qeyd etməyi zəruri sayır.
49. Sığorta ödənişi üçün zəruri şərt sığorta hadisəsinin baş verməsidir. Bu baxımdan sığorta ödənilməsi barədə iddia tələbinin düzgüh həlli üçün ilk növbədə sığortz hadisəsinin baş verməsi müəyyən edilməlidir. İddiaçı onun xəstələnməsi və ürək əməliyyatına məruz qalmasını “COVİD-19” virusuna yoluxması ilə əlaqələndirir və buna görə də sığorta şəhadətnaməsində “COVİD-19” virusu üzrə yaranmış xərlərin ödənilməsi barədə şərtə istinad edərək, müalicə xərclərinin ödənilməsin i tələb edir. Lakin iş üzrə ekspertiza rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçının üzərində icra edilmiş aortokoronar şuntlama əməliyyatı ilə “COVİD-19” virusu arasında səbəbli əlaqənin olması inkar edilir. İddiaçıda “COVİD-19” virusunun (yoluxma müddəti 3 gün) yoluxmasının ona aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Kassasiya şikayətinin dəlilləri əsas ən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3062/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.