Məhkəmə qərarları › İş №2(102)-3108/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3108/2020

07.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3108/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh X6 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin cavabdeh X8, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatın ın Tikinti və Memarlıq şöbəsinə qarşı qaz kəmərinin təhlükəsizlik zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 2(105)-299/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh x oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X1 325 mm diametri “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında ünvan 1i ərazisində Cavabdeh x oğluna məxsus 2 ədəd yaşayış evinin, hasarın sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişd ir. İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X7 26 aprel 2017-ci il tarixdə məhkəməyə əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə təqdim edərək, Cavabdeh x oğlunu əsl olan cavabdeh X13 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən 26 aprel 2017-ci il tarixdə Cavabdeh x oğlu əsl olmayan tərəf kimi X13 ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1i ərazisində Cavabdeh x oğlu tərəfindən Az DTN 2.9-2 "X9 Layihələndirmə Normaları"nın və "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Siyəzən magistral X12 balans və istismarında olan diametri 325 mm-lik yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin zonasında qaz kəmərindən 12 metr məsafədə hasar və 28 metr m əsafədə 1-ci yaşayış evi, 44 metr məsafədə 2-ci yaşayış evi inşa edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Həmin yaşayış evi sonradan X6 mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili isə yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. “Qaz İxrac” İdarəsinin X15 kəmərləri sahəsi tərəfindən cavabdehə inşa etdiyi adı çəkilən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikilinin aparılması qadağan olunması və bu potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur. Qusar Rayon Məhkəməsinin 15 avqust 2019- cu il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) iddiaçı “Qaz İxrac” İdarəsinin cavabdeh X8 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Səyyad Qafari – sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Fuad Məmmədov) 07.01.2020-ci il tarixli 2(105)299/2020 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin apellyasiya şikayətinin təmin edilməməsi, Qusar Rayon Məhkəməsinin 15 avqust 2019cu il tarixli, 2(029)-22/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti v erərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.01.2020-ci il tarixli 2(105)-299/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan məhkəmə kollegiyası iş üçün əhəmiyyətli olan, qəbul ediləcək qərarın hüquqi əsaslılığına və tərəflərin hüquqi vəziyyətinə birbaşa təsir edən və əhəmiyyət kəsb edən halların araşdırılması zərurətini nəzərə almadan cavabdehin mövqeyini dəstəkləyən qərar qəbul edib. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, qeyd edilən tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olmaqla, tikiliyə müvafiq ica zə sənədləri də əldə edilmişdir. Yuxarıda qeyd olunan sənədlərin qüvvədə olması baxımından hazırda iddianın təmin edilməsi mümkünsüzdür. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırarkən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını əsas götürmüş və Avropa Məhkəməsinin müvafiq qərarlarına istinad edərək, həmin tikilini cavabdehin mülkiyyəti hesab etməklə, onun mülkiyyət hüququnun müdafiəsinin zəruri olduğunu qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin hazırki mülki mübahisəyə münasibətdə hüquqi mövqeyi əsaslı sayıla bilməz. Çünki, iddia tələbi cavabdehin inşa etdiyi tikili üzərində onun mülkiyyət hüququ əldə edib-etməməsi ilə bilavasitə bağlı deyildir. İddia tələbinin əsasını Azərbaycan Respublikası Nazirlər Kabi netinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın tələbləri yozulmaqla, qaz, kəmərinin təhlükəsizlik zonası həm də, mühafizə zonasında inşa edilməsi təşkil edir. Əgər həmin tikililər qaz kəmərinin təhlükəsizlik və mühafizə zonasından kənarda inşa edilmiş olsaydı, bu halda həmin tikilinin sökülməsi barədə iddia irəli sürülməsinə ehtiyac olmazdı. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mübahisəyə yalnız mülkiyyət hüququ prizmasından yanaşmış, mübahisəli tikililərin qaz kəmərinin təhlükəsizlik və mühafizə zonasında inşa edilməsinə və həmin tikilinin iddiaçının qaz kəmərindən təhlükəsiz istifadəsinə maneə yaratmasına isə əhəmiyyət verməmişdir. Mübahisəli ərazi insan həyatı üçün tə hlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh X13 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən iş üzrə onun izahatı dinlənilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən etmişdir ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, **********7-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Bədirqələ kəndi ərazisindən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh verilmişdir. AN-l № ******* saylı 16 may 2015-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 46.3 kv.metr, yaşayış sahəsi 15.9 kv.metr, yardımçı sahəsi 30.4 kv.metr olan fərdi yaşayış evini X3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs inin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, **********7-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar rayonu Bədirqələ kəndi ərazisindən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X8 verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2019-cu il tarixli 13078 nömrəli ekspert rəyindən görünür ki, cavabdehə məxsus fərdi yaşayış evi və hasar Qaz İxrac İdarəsi Siyəzən Magistral X1 325 mm diametri “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərindən müvafiq olaraq 42 metr və 15 metr məsafələrdə yerləşdiyinə görə, “Qaz Təchizatında mühafizə zonaları və təh lükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı 2.7. bəndinin tələbinə əsasən göstərilən kəmərlərin 50.0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. Həmçinin qeyd olunmuşdur ki, Cavabdeh x oğlu tərəfindən Qaz İxrac İdarəsi Siyəzən Magistral X1 325 diametri “Qusar QPS qolu” yüksək təzyiqli (12-25) magistral qaz kəmərinin mühafizə zonasında 0.15 ha torpaq sahəsi istifadə edilir və həmin torpaq sahəsində sahəsi 67 kv.metr olan fərdi yaşayış evi və sahəsi 16 kv.metr olan köməkçi tikili inşa olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədləri mübahisələndirmədən (ləğv və ya etibarsız hesab edilmədən) hazırkı iddia tələbi qaldırmaqda haqlı olmamış və bu səbəbdən də iddianı təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma v ə tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. - 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, iddiaçının sökülməsini tələb etdiyi ev və boşaldılmasını tələb etdiyi torpaq sahəsinə cavabdeh X6 mülkiyyət hüquqlarının olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədlər mövcuddur. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ci ddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fıziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin mür aciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi və yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər hazırki vaxta qüvvəsində olduğu və iddiaçı tərəfindən mübahisələndirmədiyi halda, iddiaçının fərdi yaşayış evi inşa edilən torpaq sahəsinin sənaye təyinatlı torpaq sahəsi olması və cavabdehin həmin torpaq sahəsini zəbt edərək orada qanunsuz ev inşa etməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 2(105)-299/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar