Məhkəmə qərarları › İş №2(102)-3109/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3109/2020

29.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3109/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X1 və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı xxxnun və vəkili X4, Cavabdehin vəkili xxx oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və xxxrayon Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə üzrə vərəsə lik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğvi, mirası qəbul etmə faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi və mirasın qəbulu üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-342/2020 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və xxxrayon Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına xxxrayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən verilmiş xx xxxxxx 2014-cü il tarixli Seriya № ******* saylı çıxarışın ləğvi, mirası qəbul etmə faktının, mirasdan payların müəyyən edilməsi, buraxılmış iddia müddətinin üzürlü hesab edərək bərpa edilməsi və adına miras əmlakın 1/2 hissəsinə vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xxxRayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(029)-718/2019 nömrəli qətnaməsi ilə (hakim R.V.Kazımov) iddia qismən təmin edilərək, X2 miras kütləsinə daxil olan xxxrayonunun xxx kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və həmin əmlaklara dair İddiaçı vərəsəlik hüququnun tanınması, iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-342/2020 nömrəli qətnaməsi ilə (hakimlər Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, A.Ə.Abbasov və T.Q.Məmmədovdan ibarət tərkibdə) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, xxxRayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(029)-718/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməs inin xx xxxxxx 2020-ci il tarixli, 2(105)342/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbinin təmin olunmuş hissədə rədd edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını pozmuş, mərhum X2 Cavabdeh1 adına xx xxxxxxxx 1996-cı il tarixdə vəsiyyətnamə tərtib etməklə, həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin müddəalarına əsasən vərəsəlikdən məhrum olunmasını və müddətin keçməsini nəzərə almayıb, iddiaçını vərəsə kimi tanımışdır. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını məhkəmə ko llegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı xxx və vəkili X7 çıxışlarında və məhkəməyə təqdim etdikləri yazılı etirazda kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, xxxrayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 10/5 saylı qərarı ilə İddiaçı anası X2 adına xxxrayonunun xxx kənd ərazisindən 0,30 hektar həyətyanı torpaq sahəsi verilmiş, torpağın mülkiyyətə verilməsinə dair xx xxxxxx 2003-cü il tarixli JN-335a KOD 30121018 sayl ı şəhadətnamə ilə mülkiyyət hüquqları müəyyən edilmiş və həmin torpaq sahəsində ümumi sahəsi 65.4 kv.metr olan iki mərtəbəli ev inşa edilmişdir. X3 xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, X3 xx xxxxxxx 1996-cı il tarixdə tərtib etdiyi vəsiyyətnamə ilə bütün əmlakını, o cümlədən xxxrayonunun xxx kəndində yerləşən yaşayış evini nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnaməyə əsasən Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə xxxrayon Notariat Kontorunda miras əmlakın 1/2 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almış, miras kütləsinin yerdə qalan 1/2 hissəsi məcburi payın verilməsi üçün açıq saxlanılmışdır. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, mərhum X2 miras kütləsinə daxil olan xxxrayonunun xx x kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinin hissəsinin və fərdi yaşayış evinin miras əmlak kimi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılmalıdır. Belə ki, İddiaçı hüquqi savadı yoxdur, bu səbəbdən də onun mirasın Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə əsasən müvafiq müddət ərzində qəbul edilməli olduğunu bilməməsini məhkəmə mümkün hesab edir. Odur ki, məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi müddəti, ötürülmənin səbəbləri üzürlü sayılmaqla uzadılmalı və iddiaçının həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Birinci instansiya məhkəməsi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1243.1, 1246, 1248.1, 1252, 1255-ci maddələri ilə əsaslandırm ışdır. Apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, İddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Cavabdeh bu halı mübahisələndirsə də, həmin məhkəmə iddiaçının dəlillərini daha inandırıcı hesab etmişdir. Belə ki, 0,30 torpaq sahəsindən və yaşayış evindən ibarət miras əmlak iddiaçının qonşuluğunda yerləşir, Cavabdeh1 isə Bakı şəhərində yaşayır. İddiaçının bildirdiyi kimi evin və torpaq sahəsinin qorunub saxlanılması daimi diqqət və qayğı tələb edir. Bakı şəhərində yaşayan Cavabdeh1 isə belə bir imkanın olması ağalabatan görünmür. Əksinə, anasından miras qalmış, özünün də iddia etdiyi əmlakı idarə etməsi, qoruyub saxlaması iddiaçının öz maraqları baxımından da mötəbər dəlildir. Məhkəmə kollegiyası ilk olaraq izah edir ki, mülki qanunvericilində mirasın faktiki qəbul etməs i və mirasın qəbul etmə müddətinin uzadılması institutları fərqlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1-1243.3-cü maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edili r ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İş materiallarından müəyyən olunur ki, İddiaçı iddiasında Mülki Məcəllənin 1243.2-ci maddəsinə istinad edərək, anasından qalmış mirası qəbul etmə faktının müəyyən olunmasını xahiş etsə də, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq, irəli sürülməyən tələbə hüquqi qiymət vermiş və Mülki Məcəllənin 1248.1-c maddəsinə istinad etməklə, onun miras əmlakı n qəbul edilməsi üçün müəyyən olunmuş müddətin uzadılmasına dair qətnamə qəbul etmişdir. Yəni iddiaçı miras əmlakı vaxtında qəbul etdiyini iddia etsə də, məhkəmə onun müddəti buraxması qənaətinə gəlmiş və bunu üzrlü saymışdır. Apellyasiya instasiyası məhkəməsi isə bu hallara hüquqi qiymət verməmiş, İddiaçı mirası faktiki qəbul etməsi qənaətinə gəlsə də, birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd olunan nəticəyə gələrkən, hər hansı sübuta istinad etməmiş, ümumi mülahizələrlə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi özü göstərmişdir ki, iddiaçı miras əmlakda yaşamır, onun qonşuluğunda yaşayır. Belə olan halda, iddiaçının mirası faktiki qəbul etməsi nin hansı sübutlarla təsdiq edildiyi iş materiallarından müəyyən olunmur. Bundan əlavə cavabdehin apellyasiya şikayətinə əlavə olunmuş xx xxxxxxx 2013-cü il tarixli etibarnamənin surətinə əsasən İddiaçı xxx notariat kontorunda, dövlət və qeyridövlət orqanlarında vərəsəlik işi ilə bağlı bütün sənədləşmə işlərinin aparılmasını və s. hərəkətlərin aparılmasını cavabdehin oğlu xxx etibar etmişdir. Lakin iş materiallarından həmin etibarnamənin hansı məqsədlə verilməsi (mirasın İddiaçı tərəfindən qəbul edilməsi və ya imtinası), ondan istifadə olunub-olunmaması barədə məlumatlar mövcud deyildir. Nəhayət qeyd olunmalıdır ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə miras əmlakın yalnız 1/2 hissəsində misas hüquqlarını rəsmiləşdirmiş, miras kütləsinin yerdə qalan hissəsi məcburi payın verilməsi üçün a çıq saxlanılmışdır. Lakin hazırki iş üzrə məhkəmə qətnaməsi ilə İddiaçı əmlakın hansı hissəsinə vərəsəlik hüququnun tanınması qeyd olunmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edil məlidir. Həmçinin həmin Qərara əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələ rin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə, iddiaçının mirası faktiki qəbul edib-etməməsi, qəbul etdiyi halda miras kütləsinin hansı hissəsinə vərəsəlik hüququnun yaranması məsələlərinə hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-342/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar