Məhkəmə qərarları › İş №2(102)-3111/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3111/2019

13.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3111/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə. İddiaçı QSC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: A.S.Məmmədov; 2(004)-3446/2018) İdd iaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia tələbinin rədd edilmiş və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev; 2(103)-12603/2018) İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşin halları İddiaçı “xxxx” QSC Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 09 mart 2011-ci il tarixli********* saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahibli k və istifadə edilməsinə görə 199200 manat əsas və 11327.34 manat faiz olmaqla, cəmi 210527.34 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması; İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 09 mart 2011-ci il tarixli********* saylı daxili lizinq müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə bağlanmış 09 mart 2011ci il tarixli müqaviləsinə əsasən Cavabdeh 20%-lə 6 ay müddətinə 200000 manat dəyərində 16 ədəd, 2008-ci il buraxılışlı Tipoqrafiya və çap avadanlıqları lizinqə verilmişdir. Lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2- ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 14.4-cü bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə 40%-lə cərimə ödəyir. Cavabdeh 09 mart 2011-ci il tarixli,********* saylı daxili lizinq müqaviləsinin şərtlərini pozaraq, öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. 09 mart 2011-ci il tarixli,********* saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh müqavilə üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 199200 manat əsas və 11327.34 manat faiz olmaqla, cəmi 210527.34 manat borcu vardır. Kassasiya şikayə tinin dəlilləri İddiaçı QSC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçı “xxxx” QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmamış, işin hallarını tam və obyektiv araşdırmamış və qətnamədə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxm ayaraq, iddiaçı və cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normaları nı düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməni gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 367, 373.2, 375.2-ci maddələrinə istinad etməklə onunla əsas landırmışdır ki, tərəflər arasında 09 mart 2011-ci il tarixdə bağlanmış daxili lizinq müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 10 avqusst 2011-ci il tarixində bitmiş və iddia müddətinin axımı başlamış, iddiaçı isə məhkəməyə 12 mart 2018-ci il tarixdə müraciət etmişdir. Cavabdehin 13.11.2012-ci il tarixdə 300 manat, 21.11.2012-ci il tarixdə 200 manat, 10.12.2012-ci il tarixdə 100 manat, 13.12.2012-ci il tarixdə 100 manat, 20.12.2012-ci il tarixdə 100 manat və nəhayət 21.05.2015-ci il tarixdə 500 manat ödəniş həyata keçirməklə iddia müddətinin axımını kəsməsi barədə iddiaçının nümayəndəsinin irəli sürdüyü arqumenti isə kollegiya ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Belə ki, birincisi, cavabdeh həmin ödənişləri özünün həyata keçirdiyini təkzib etmiş, həm çinin müvafiq kassa mədaxil orderlərinin onun tərəfindən imzalanmadığı və ödəyən qismində onun adının göstərilmədiyi müəyyən edilmişdir.Digər tərəfdən, həmin orderlərdə ödəyən qismində digər şəxslərlə yanaşı iddiaçını hazırki prosesdə də təmsil edən N6 adı göstərilmiş (21.05.2015-ci il tarixdə 500 manat, 20.12.2012-ci il tarixdə 100 manat, 10.12.2012-ci il tarixdə 100 manat və 13.11.2012-ci il tarixdə 300 manat ödəniş onun adından həyata keçirilmişdir), adı çəkilən nümayəndə hansı səbəblə cavabdehin əvəzinə pul ödədiyini ağlabatan şəkildə izah edə bilməmiş, pul vəsaitlərini ödəmiş digər şəxslərin də QSC-nin əməkdaşları olduğunu təsdiq etmişdir. Qeyd olunmalıdır ki, cavabdeh lizinq müqaviləsi üzrə ayda 35 000 manat ödəniş həyata keçirməli olmuşdur və iddiaçı şirkətin göstərilən kiçik həcmli ödənişləri öhdəliyin icrası kimi qəbul edib 8 il ərzində ona qarşı hər hansı tələb irəli sürməməsinin məntiqli izahı mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 09 mart 2011-ci il tarixli, ********* saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh illik 20%lə 6 ay müddətinə 200000 manat dəyərində 16 ədəd, 2008-ci il buraxılışlı Tipoqrafiya və çap avadanlıqları lizinqə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -372.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət q ərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. -106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yox lanılmalı və qiymətləndirilməlidir. -217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -218.1-ci maddəsinə əsasənqətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən mübahisəyə hüquqi qiymət verilərək ilk növbədə sözü geden müxtəlif maraqlar bütünlükl ə aydınlaşdırlmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi “ praktiki və səmərəli “ hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hər tərəfli və obyektiv araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillə rin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). İş materiallarında olan mədaxil üzrə kassa orderlərinin və qəbzin kserosurətlərinə görə Cavabdeh adından “xxxx” QSC-nin əməkdaşları, o cümlədən işdə iddiaçının nümayəndəsi qismində iştirak etmiş X1 tərəfindən 13.11.2012-ci ildə 300 manat, 10.12.2012-ci ildə 100 manat, 20.12.2012-ci ildə 100 manat, 21.05.2015-ci ildə 500 manat, 21.11-2012-ci ildə X2 tərəfindən 200 manat, Z6 tərəfindən 13.12.2012-ci ildə 100 manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə lizinq ödənişləri edilmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edərək qeyd olunan lizinq ödənişlərinin Cavabdeh tərəf indən “xxxx” QSC-nin əməkdaşlarının vasitəsi ilə edilməsini göstərmişdir. Birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir: “mən dəfələrlə bankdan kredit götürmüşəm. Başqa kreditlərimlə bağlı ödəniş etməsi üçün bankın işçisinə pul vermişəm,lakin hazırda mübahisələndirilən borca dair ödəniş etməyim dəqiq yadımda deyil” Göründüyü kimi cavabdeh qeyd olunan lizinq müqaviləsi üzrə borcundan ödəniş etməsini inkar etməmişdir. İddiaçının nümayəndəsi isə ödənişlərin, o cümlədən 20.05.2015-ci il tarixdə 500 manat lizinq ödənişinin yuxarıda göstərdiyi qaydada Cavabdeh tərəfindən edildiyini göstərmişdir.İş materiallarından görünür ki,Cavabdeh qeyd olunan məzmunda izahat verdikdən sonra onun vəkili və nümayəndəsi Vəkil cavabdehin izahından fərqli olaraq sonuncu yəni Cavabdeh tərəfindən müqavilə bağladığı tarixində icra müddətinin sonuna qədər hər hansı ödəniş edilməməsini bildirərək məhkəmədən,iddiaçı tərəfindən iddia müddəti ötürüldüyünə görə iddia müddətinin tədbiqi barədə ərizəni təmin edərək iddianının rədd edilməsini xahiş etmişdir və bundan sonra Cavabdeh əvvəl verdiyi qeyd olunan izahatını dəyişərək mübahisələndirilən kredit üzrə heç kəsə ödəniş etməməsini bildirmişdir.Birinci instansiyası məhkəməsi Cavabdeh ziddiyətli izahatlar verməsinin səbəbini araşdırmadan yuxarıda göstərilən qətnaməni qəbul etmiş Appeliyasiya instansiyası məhkəməsi də işin qeyd olunan hallarını araşdırmadan və iddiaçının appellyasiya şikayətinin dəlillərinə qiymət vermədən birinci instansiyası məhkəməsinin qətnaməsində göstərilənləri öz qətnaməsində təkrarlamaqla kifayətlənmiş,nəticədə iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul edilməsi ilə nəticələnən prosessual hüquq pozuntularına yol verilmişdir.Ona görədə işin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı Azərbaycan Respublikası MPM-nın 418.1-ci maddəsinə əsasən qətnamə ləğv edilməli və iş yeni appeliyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 04 dekabr 2018-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar