Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3111/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2(107)362/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 03 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 29.06.1985-ci il tarixdə X2 rəsmi nikah əsasında Cavabdeh ilə ailə qurmuş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli, 2-12 saylı qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur.
2. Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi X2 tərəfindən 08 oktyabr 2019-cu il tarixli, 4Ə-831 saylı “Daşınmaz əmlakın bağışlama müqaviləsi”nə əsasən hazırkı iş üzrə İddiaçı bağışlanmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.metr sahədən ibarə t fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 04 saylı reyestr kitabının 120 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-609/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh 7.000 manat kompensasiya verilməsi şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi, habelə Cavabdeh İddiaçı, X2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Göyçay rayonu, Dövlət Notariat Kontoruna qarşı “çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-650/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunan hissəsində ləğv edilmiş, ilk iddia rədd olunmuş və qətnamə qarşılıqlı iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və ailə üzvlərinin xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən mülkiyyətində olan Qəbələ rayonu, Mıxlı qovaq kəndində yerləşən 172.06 kv.metr sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna 3.000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, iddiası üzrə 3.500 manat kompensasiya ödəməklə, cavabdehin ailə üzvləri ilə birlikdə evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, iddiası üzrə 4.000 manat kompensasiya ödəməklə cavabdehin ailə üzvləri ilə birlikdə evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda onun mülkiyyətində olan evində cavabdeh və ailə üzvləri onun iradəsinə zidd olaraq qanunsuz yaşayırlar. Belə ki, həmin ev onun mülkiyyətinə keçirdikdən sonra Qəbələ rayonu, Mıxlıqovaq kənd icra nümayəndəsinə və cavabdehə ailə üzvləri ilə birlikdə evdən 15 gün müddətində çıxaraq evi ona təhfil vermələri barədə rəsmi məktub yazaraq xəbərdarlıq etmişdir. Lakin, cavabdehlər evdə qanunsuz yaşamağa davam edirlər. Lakin o, Qəbələ rayon məhkəməsində iddia qaldıraraq Cavabdeh ailə üzvləri ilə birlikdə evdən məcburi çıxarılmasını tələb etsə də, məhkəmənin 10 sentyabr 2020-ci il tarixli, 2(025)-700/2020 saylı qətnaməsi ilə istifadə hüquqlarını qeyd edərək evdən cavabdehləri çıxarmamış və cavabdehlərə kompensasiya təklif edilmədiyini bildirərək iddianı təmin etməmişdir. Hazırda o, mülkiyyətində olan evində yaşamaq, şəxsi mlkiyyətindən sə mərəli istifadə etmək istəyir. Lakin cavabdehlər onun qanuni mülkünü zəbt edərək qanunsuz orada yaşamaqla evdən qanunsuz istifadə edirlər. Xəbərdarlıq etməsinə baxmayaraq evi boşaldaraq ona təhvil vermirlər, evdə qanunsuz, onun iradəsinə zidd olaraq yaşamağa davam edirlər. Cavabdehin və ailə üzvlərinin evdən çıxarılmalarını məhkəmə qanunsuz olaraq təmin etməməklə qeyri-müəyyən müddətə cavabdehləri evdə saxlamaqla onun mülkiyyət hüququnu kobudcasına pozmuşdur. Cavabdehlərin həmin evə qeydiyyatı yoxdur. O, bir mülkiyyətçi kimi öz evində yaşamaq, öz üzərində idarə, istifadə və sərəncam hüquqlarını öz istəyinə uyğun həyata keçirə bilmir. Ona görə cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, ailə üzvləri ilə birlikdə cavabdehin qanunvericili yə uyğun olaraq kompensasiya ödənilməklə şəxsi mülkiyyətində qeyri qanuni yaşamalarına xitam verilməsini iddia edir. Cavabdeh və ailə üzvlərinin mülkiyyətində JN 0161 serialı kod 40614018 olan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində uzunluğu 20 metr, eni 8 metr olan yardımçı sahə quraqlıq var ki, onun yanlarını daşla hörərək oradan ev kimi istifadə edə bilər. Bundan başqa cavabdehlərin mülkiyyətində pay torpaqları və ata mülkündə onun və ailə üzvlərinin yaşaması üçün 170 kv.metr şəraitli ev var ki, cavabdeh başqa qadınla ailə qurduqdan sonra sonuncunu gəlin kimi həmin evə gətirmişdir və 10 il həmin evdə birgə yaşamışlar. Hazırda həmin evdə cavabdehin bacısı təkbaşına yaşayır və cavabdehin ailəsi ilə birlikdə həmin evdə yaşaması mümkündür. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi Mıxlıqovaq kənd ƏİN-nin Təsərrüfatbaşına kitabından çıxarışdan göründüyü kimi cavabdeh 2000-ci ildə özünə sahəsi 42 kv.metr olan yaşayış evi inşa etdiyi göstərilmişdir. Ümumi təsərrüfatlarında fındıq bağı olan çox gəlir götürürlər və bu pullarla özlərinin təminatlarını ödəyə bilirlər. Bundan başqa cavabdeh müəllim işləyir, əmək haqqı alır və xəstəliyə görə pensiya alır ki, bu da ayda təxmini min manatdan çox pul edir, qızı S.Elnarə Qəbələ rayonunda işləyir, arvadı G.Soltanova xəstəliyə görə pensiya alır, oğlu müəllim və gəlini Qəbələ rayonu “KapitalBank”da işləyirlər. Ailənin bir aylıq gəliri onların yaşamalarına və özlərini evlə təmin etməyə imkan verir. Maklerin arayışından görünür ki, sözügedən kənddə yaşamaq üçün kirayə ev pulu 30 manat civarındadır. Cavabdehin yaşamağa ata evi və Mıx lıqovaq kənd Ərazi icra nümayəndəliyinin 2011-2015-ci illərin Təsərrüfatbaşına kitabından 2000-ci ildə Cavabdeh yaşayış sahəsi 42 kv.metr olan evi olması barədə çıxarışdan göründüyü kimi özünə məxsus şəxsi evi vardır. İddia ərizəsinə əlavə edilən xx.xx.2021-ci il tarixli fiziki şəxs tərəfindən verilmiş arayışdan göründüyü kimi Qəbələ rayonu, Mıxlıqovaq kəndində 1 otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı minimum 30 manat civarındadır. Onun cavabdehlər tərəfindən zəbt edilməsi onun mülkiyyətindən istifadə hüququndan məhrum edir. Belə ki, o, evin mülkiyyətçisi olsa da, nə evdə yaşaya bilir, nə də digər faydalı xassələrindən istifadə edə bilir. O, mülkiyyəti üzərində həm də sərəncam vermək hüququndan məhrum edilir. Belə ki, evini nə sata (çünki zəbt edilmiş evi heç kim üçün maraqlı deyil), nə kirayə verə, nə də başqa qanuni məqsədlər üçün istifadə edə bilir. Onun maddi vəziyyəti ağırdır, aztəminatlı müəllimədir, arayışdan göründüyü kimi 255 manat minimum əmək haqqı qədər məvacib alır. Həmin əmək haqqıya banklar maksimum 3.000 manat kredit verə bilirlər. Onun bankdan götürə biləcəyi 3.000 manat kredit civarında kompensasiya ödəməyə gücü çatır.
10. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının qanunsuz əldə etdiyi çıxarış, ona əsas verir ki, onu və ailə üzvlərini, halal zəhməti ilə ərsəyə gətirdiyi ocağı, evini, həyətini onun “xəbərdarlığı” ilə, guya boşaldıb harasa köçməlidir. Bu, iddiaçının fərdi təxəyyülünün virtual məhsuludur. Bu barədə məhkəmə qərarı, yaxud, icra vərəqəsi mövcud deyil. Həmçinin, bildirir ki, ünvan üzrə evin bağışlanması üz rə iddiaçının müəmmalı əldə etdiyi sənədlərin mötbərliyinin və qanuniliyinin, həmçinin, bağışlama prosesinin hüquqi əsaslılığının hərtərəfli araşdırılması üzrə tədqiqlər davam edir. Bu məsələlərlə bağlı, artıq bir sıra əsaslı sübutlar əldə edilmişdir. Həmin sübutlar növbəti məhkəmə predmeti olacaqdır və əmindir ki, bu cinayət tərkibli əməllərlə qanunsuz “çıxarış”ın əldə edilməsində təqsirli bilinənlər ciddi cəzalandırılacaqlar. İddia ərizəsində iddiaçı Qəbələ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə razılaşmaması barədə heç bir normativ hüquqi aktlara əsaslanmayan absurd mülahizələrini bildirir. İddiaçı məhkəmə qətnaməsində təsbit olunan qanunla əsaslandırılmış halları, öz düşüncə tərzinə uyğun təhrif edərək, hesab edir ki, o və ailə üzvləri, inşa və bərpa etdiyi və ona mə xsus olan evi, guya, “zəbt” edərək, “qeyri-qanuni” yaşayır, qanunu pozur. Bu halda, iddiaçı onun tərəfindən hansı qanunun, hansı maddəsinin pozulduğunu konkret göstərə bilmir və öz mülahizələrinin hansı hüquq normalarına əsaslandığını izah edə bilmir. İddiaçının ona və ailə üzvlərinə qarşı “kompensasiya ödəməklə evdən çıxarılmağa dair” iddia ərizəsi əsasında Qəbələ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamədə iddiaçı tərəfindən ona 7.000 manat ödənilməklə, onun və ailə üzvlərinin evdən çıxarılmasının mümkünlüyü barədə qeyd edilmişdir. Həmin qətnamədən onun və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində məhkəmə kollegiyası hesab etmişdir ki, “cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya ve rilməklə xitam verilməsinin mümkün olduğu qənaətinə gəldiyi halda, qanunvericiliyin tələblərinə əsasən bu əsaslandırılmalı, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarına uyğun olaraq hazırki tələb üzrə ədalətli kompensasiya məbləği müəyyən edilməli və tərəflərin bu məbləğə olan münasibətləri aydınlaşdırılmalıdır. Məhkəmə iddiaçının ona təklif etdiyi 3.000 manat kompensasiya verməsini ədalətli və ağlabatan hesab etməmişdir. İddia ərizəsində iddiaçı, Mülki Prosessual Məcəlləsinin 153 və 261 maddələrində təsbit olunan tələblərə zidd olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə təkrar iddia irəli sürərək, ünvan üzrə mübahisəli fərdi yaşayış evindən onun və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsinə görə 3.000 manat kompensasiya ödəməyi tək lif edir. Normal düşüncə tərzi ilə bu anlaşılmazdır. Hesab edir ki, bu hal iddiaçının ona və ailə üzvlərinə rahatlıq verməmək və psixoloji təsir göstərmək prinsipinə əsaslanan qərəzli təfəkkürün məhsuludur. O, bağışlama əqdinin ciddi qanun pozuntusu ilə əldə etdiyini və bu qanunsuz hərəkətlərin müstəqil nəticəsi olaraq, sonda istədiyini reallaşdıra bilməyəcəyini yaxşı anladığından, mahiyyətcə absurd məzmunlu iddialarla məhkəmələrə müraciətlər etməyə üstünlük verir. İddia ərizəsində iddiaçı onu ailə üzvləri ilə birlikdə qanunvericliyə uyğun olaraq, kompensasiya ödənilməklə, şəxsi mülkiyyətində qeyriqanuni yaşamalarına xitam verilməsini tələb edir. İddiaçının qanunvericiliyə uyğun hesab etdiyi tələb, heç bir qanunvericiliyə və mənəvi dəyərlərə uyğun deyil. O, halal zəhməti ilə və öz əli ilə inşa və bərpa etdiyi evini, 40 ildən artıq qulluq etdiyi həyətyanı torpaq sahəsini iddiaçıya nə satmamışdır, nə də bağışlamamışdır. İddiaçı, bacısına, özünə məlum olan yollarla, ciddi təsir və təzyiq etməklə, onun doğma bacısının övladlarının böyüyüb boya-başa çatdığı və hazırda yaşadığı ata ocağına qanunsuz sahiblik iddiasındadır. O, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatdadır və hazırda onun adına fərdi yaşayış evi yoxdur. Bu hal, Mıxlıqovaq kənd inzibati ərazi dairəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla da təsdiq olunur. İddia ərizəsində iddiaçı sadaladığı qanun müddəalarının, o cümlədən Mülki Məcəllənin 228.2-ci maddəsinin və ərizəyə köçürdüyü digər normativ hüquqi aktların mahiyyətini, hüquqi tətbiqinin əsaslığını və mümkünlüyünü tam anlamadan, hesab edir ki, qanunsuz yollarla başqasının mülkiyyətinə sahib olmaq, faydalı xassələrindən istifadə etmək mümkün olacaqdır. İddia ərizəsində maddi vəziyyətinin ağırlığından şikayətlənən iddiaçı, Qəbələ rayonu, Mıxlıqovaq kəndinə elə ilişib ki, Ağdaş şəhərində 3 otaqlı qiyməti 50.000-60.000 manat civarında olan evini, idarə etdiyi “Tayota” markalı maşını, gözəllik salonu adı altında işlədilən “obyektini”, icaryəyə verdiyi mağazalarını “inventarlaşdırmasını” unutmuşdur. Son 3 ildir ki, iddiaçı, qanunsuz əldə etdiyi Çıxarışdan istifadə edərək, artıq öz adından, absurd iddialarla məhkəmələrə müraciətlər edir. Hazırki iddia bundan əvvəlki iddiaların davamıdır. 1994-cü ildə iddiaçının bacısı ilə nikahın pozulduğu vaxtdan bu günə qədər, iddiaçının o zaman ona dediyi sənə zülm edəcəyəm, sənə yaşamağa imkan verməyəcəy əm sözə davamlı əməl etməklə, özünün dediyi kimi, zövq alır.
11. Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(025)-1447/2022 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin edilərək, iddiaçı tərəfindən cavabdehə 4.000 manat kompensasiya verilməsi şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə cavabdehin və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisələndirilən yaşayış sahəsinə istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Bu səbəbdən, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə cavabdehin həmin hüququna yalnız tərəflərin razılaşması ilə və ya belə razılaşma olmadıqda isə, məhkəmə qaydasında cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı cavabdehin bu hüququna xitam verilməsi üçün sonuncuya 4.000 manat kompensasiya verilməsini təklif etmişdir.Təklif olunan məbləğin yetərli olubolmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
13. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasi yanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
14. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı verir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyil. Qeyd edilən əsaslara görə, məhkəmə kompensasiya məbləğinin 4.000 manat müəyyənləşdirilməsini məqsədə müvafiq hesab etmişdir
16. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 152, 157, 158 və 228-ci maddə lərinə istina etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət reystrdən Çıxarışı saxta yollarla əldə edilmişdir. Belə ki, 1992-ci ildə inşasına başladığı 172.06 kv.metr olan evini saxta yolla 2019-cu ildə ələ keçirən keçmiş həyat yoldaşının bacısı İddiaçı əlində olan çıxarışda yaranmış mülkiyyət hüququ onun keçmiş həyat yoldaşı X2 ilə nikahlarına xitam verilərkən birgə nikah dövründə əldə edilmiş əmlakın yarı bölünməsindən meydana çıxmışdır. Yəni onlar ayrılarkən əmlakın yarısı X2, yarısı isə ona qalmışdır. O, ke çmiş həyat yoldaşı X1 ayrıldıqdan sonra ona əmlakın ona düşən hissəsinin dəyəri olan məbləği ödəmişdir. Lakin heç bir rəsmiləşdirmə aparmamışdır. Daha sonra isə 2019-cu ildə İddiaçı saxta arayış və müvafiq sənədlər tərtib etməklə Göyçay rayon Notariat kontorunda bacısına düşmüş əmlakı tam şəkildə öz adına rəsmiləşdirmişdir. Saxtakarlığın bir sübutu kimi onu da göstərir ki, ona pay torpağı kimi düşmüş torpaq sahəsinin ev yerləşən hissəsi yəni evin altı qədər hissəsi bələdiyyə torpağı kimi göstərilmişdir. O, məhkəməyə müvafiq arayışlar təqdim etməyinə baxmayaraq işi aparan hakim təqdim etdiyi sənədlərə münasibət bildirməmiş və işi araşdırmadan yekunlaşdırmışdır. O xahiş etmişdir ki, özünüz mütəxəsis dəvət edin ki, hər ikimiz sonda qiymətləndirmədən razı qalaq. Lakin hakim razı olmamışdır. Məhkəmə iclasından bir neçə gün sonra o, 14 noyabr 2022-ci il tarixdə vəsatətlə yazılı şəkildə məhkəməyə müraciət etmişdir. Hakim növbəti məhkəmə iclasında israrla ona evi qiymətləndirmək üçün ekspertizaya müraciət etməyi tapşırmışdır. O da ekspertizaya müraciət etmişdir. Ev 32.600 manat dəyərində qiymətləndirilib. Lakin Hakim sonda ekspertizyanın qiymətləndirilməsini yox, iddiaçının istəyini yerinə yetirmişdir. Bu da hakimin ədalətsiz mövqeyindən irəli gəlir. Həmçinin, hakim qərar verərkən kompensasiya məbləğinin haradan yaranmasına və niyə məhz 4000 azn həddində müəyyən edilməsinə heç bir aydınlıq gətirməmişdir. O cümlədən, o, 1992-ci ildən indiyə kimi həmin evin üzərində yaxşılaşdırma və bərpa işləri aparmışdır. Yəni əmlakın bu günkü vəziyyətdə olması üçün kifayət qədər ağla batan xərc çəkmişdir. Keçirilmiş bütün qiymətləndirmə və ekspertizalarda da əmlak üzərində aparılmış abadlaşdırma və təmir işləri öz əksini tapmışdır. Lakin məhkəmə zamanı bunların heç biri nəzərə alınmamış sadəcə iddiaçının qeyri peşəkar şəxs tərəfindən təqdim etdiyi aylıq kirayə haqqının 30.00 azn olmasına dair arayışla 4000 azn kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-362/2023 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və E.M.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(025)-1447/2022 saylı qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “cavabdehin ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən ist ifadə hüququna 4.000 manat kompensasiya ödənilməklə xitam verilməsi” barəd iddiası rədd edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İddiaçı qarşı mübahisə predmeti olan evə dair İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi barədə iddiası Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 may 2022-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Göründüyü kimi, apellyatorun həmin dəlilləri məhkəmə qətnaməsi ilə təkzib edilmişdir və əsaslı sayıla bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 may 2022-ci il tarixli qətnaməsinin əsa slandırıcı hissəsində qeyd edilmişdir ki, mübahisələndirilən qətnamənin məzmunundan müəyyən olunur ki, birinci instnasiya məhkəməsi iddiaçı tərəfə kompensasiyanın məbləği barədə təklif etməmiş, öz mövqeyinə əsaslanaraq ödənilməli məbləğin 7.000 manat olması qənaətinə gəlmişdir. Halbuki bu məbləğlə nə iddiaçı, nə də ki cavabdeh razı olmamışdır. İddiaçı kompensasiya məbləğinin çoxluğundan, cavabdeh isə azlığından şikayət etmişdir. İddiaçı nə qətnamədə qeyd olunmuş 7.000 manat məbləği ödəmək istəmiş, nə də ki, təklif etdyi 3000 manat məbləği artırmaq istəmişdir. Həmin iş üzrə göstərilən əsaslara görə məhkəmə kollegiyası tərəfindən qətnamə ilk iddianın təmin olunmasına münasibətdə ləğv edilmiş və ilk iddia tələbi təmin edilməmişdir.
23. Hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin yuxarıda göstərilən qərarındakı hüquqi mövqeyi əsas tutmaqla, məhkəmə kollegiyası 7.000 manat kompensasiya məbləğini daha ədalətli və ağlabatan hesab etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 4.000 manat kompensasiya məbləği yetərli olmadığı üçün kompensasiyanın məbləğinin 7.000 manat müəyyən edilməsini təklif etmiş, iddiaçı isə məbləğin artırılması ilə razılaşmamaqla iddianın 4000 manata münasibətdə təmin olunmasını tələb etmişdir. Mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Bu səbəbdən də, məhkəmə kollegiyası hesa b etmişdir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.2, 228.1 və 228.2-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına, habelə MPM-nin 9, 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansi yası məhkəməsinin qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır və məhkəmənin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, cavabdehlərlə qarşılıqlı münasibətlərimi əks etdirmir, eləcə də Azərbaycan Respublikası mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Apellyasiya instansiyası məhkəməsi mülkiyyətçinin cavabdehlərə ödəyəcəyi maddi imkanı çatan pul ya evin bazar qiymətinin, ya da evin yarı hissəsinin pulunu təşkil etməməlidir. İddiaçının razılığı ilə cavabdehlərin həmin evə bərabər şəkildə bir müddət yaşamaq mümkünlüyünü təmin edəcək bir məbləği təmin etməlidir. Cavabdehlərə 4.000 manat civarmda maddi gücü çatan pulu təklif etməklə onların artıqlaması ilə 5 illik kirayə haqqının ödənilməsini təmin etmiş olduğu halda məhkəmə bu hala diqqət etməmiş və evin qanunu mülkiİyətçisi olan iddiaçının hüquqlarını kobudcasına pozmuşdur. İddiaçının evinin cavabdehlər tərəfindən zəbt dilməsi onun mülkiyyətindən İstifadə hüququndan məhrum edir. Belə ki, iddiaçı evin mülkiyyətçisi olsa da nə evdə yaşaya bilir, nə də evin digər faydalı xassələrindən istifadə edə bilir. Ərizəçi mülkiyyəti üzərində həm də sərəncam vermək hüququndan məhrum edilir. Belə ki, iddiaçı evini nə sata, nə kirəyə verə, nə də başqa qanuni məqsədlər üçün İstifadə edə bilir. Məhkəmə iddiaçının maddi vəziyyətini, minimum əmək haqqı qədər aldığı əmək haqqını, mövcud bazar qiymətini, həmin kənddə kirayə pulunu n maksimum 30 manat olması barədə arayışını nəzərə almadan cavabdehələrin mövqeyindən çıxış edərək 7.000 manat kompensasiya təklif etməklə idiacmın hüquqlarını pozmuş və bundan əvvəlki hüquqi qüvvəsində olan məhkəmə qətnaməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 152 Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 228.1. Yaşayış bina sının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 32. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarı nın Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Mad də 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanıldı. Kassasiya ins tansiyası məhkəməsinin hüquqi mövqeyi
40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslanldırma ilə razılaşmayıb qeyd etmişdir ki, cavabdehin mübahisəli evdə istifadə hüququnun olması, habelə iddiaçının cavabdehlə hər hansı bir qohumluq əlaqəsinin olmaması, habelə iddiaçının sözügedən evi yüklü şəkildə əldə etməsi işin mübahisə olunmayan hallarıdır.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında cavabdehin evdən istifadə hüququna xitam verilməsi, habelə kompensasiyanın məbləği ilə bağlı hər hansı razılaşma yoxdur, əksinə tərəflər hazırda biri-birinə qarşı barışmaz mövqedədirlər. Belə olan halda qanunun mənasına görə tərəflərin mübahisəli evdə birgə yaşamaları qeyri-mümkündür və cavabdehin həmin evə olan istifadə hüququna evin mülkiyyətçisinin, yəni iddiaçının hazırki tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməlidir.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinəəsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 45. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərab ər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.
46. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən is tifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.
47. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, habelə cavabdehin apellyasiya şikayətinin dəlillərini arışdırıb qeyd etmişdir ki, iddiaçı cavabdehə və onun ailə üzvlərinə qarşı “fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və ailə üzvlərinin xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən onun mülkiyyəti olaraq tanınmış Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 172.06 kv.metr sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna kompensas iya ödənilməklə xitam verilməsini iddia edir.
48. Hazırda iddiaçı, mülkiyyətində olan Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evindən istifadə hüququna görə cavabdehə 4.000 manat kompensasiya təklif etmişdir.
49. Cavabdeh isə iddia ilə razılaşmır və mübahisəli evin üzərində yaxşılaşdırma və bərpa işləri apardığını, həmçinin iddiaçının əlində olan dövlət reystrindən çıxarışın saxta yollarla əldə edildiyini göstərib, iddiaya etiraz etmiş və eyni məzmunlu apellyasiya şikayəti vermişdir.
50. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, birinci instansiyasiya məhkəməsi iddiaçıya kompensasiyanın məbləği barədə təklif etməmiş və öz mövqeyinə əsaslanaraq ödənilməli olan kompensasiyanın məbləğini 7.000 manat müəyyən etmişdir. Halbuki bu məbləğlə nə iddiaçı, nə də cavabdeh razı olmamışdır. Belə ki, iddiaçı kompensasiyanın məbləğinin çoxluğundan, cavabdeh isə azlığından şikayət etmişdir. İddiaçı ümumiyyətlə nə qətnamə ilə müəyyən edilmiş 7.000 manat kompensasiyanı ödəmək istəmiş, nə də cavabdehə təklif etdyi 3000 manat kompensasiyanın məbləğini artırmaq istəmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bundan əvvəlki iddia tələbi üzrə baxılmış mülki iş üzrə müəyyən edilmiş halları nəzərə alıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mö vqeyini nəzərə alaraq qeyd etmişdir ki, cavabdehin və ailə üzvlərinin sözügedən evdən istifadə hüquqlarına xitam verilməsi üçün 7.000 manat kompensasiya məbləği ədalətli və ağlabatan olmaqla, mülki iş materillarına uyğundur.
52. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan normaların tələblərini əsas tutub qeyd etmişdir ki, mülkiyyətçi yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin, habelə MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidirlər. Eyni zamanda, bazar qiy mətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.
53. Hazırki iş üzrə məhkəmə kollegiyası cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 4.000 manat kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, kompensasiyanın məbləğinin 7.000 manat müəyyən edilməsini təklif etmiş, iddiaçı tərəf isə məbləğin artırılması ilə razılaşmamaqla iddia tələbinin 4.000 manata münasibətdə təmin olunmasını tələb etmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətl ərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinəəsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.
55. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddianın təmin edilməsi üçün əsaslar olmadığından rədd edilməlidir.
56. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdehin və ailə üzvlərinin mübahisəli evdən istifadə hüququna 7.000 manat kompensasiya ödənilməklə xitam verilməsinin yolverilən sayılması artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən, iddiaçı isə cavabdehə və ailə üzvlərinə qeyd olunan məbləğdə kompensasiya ödəmək istəmədiyindən, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2(107)-362/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanı