Məhkəmə qərarları › İş №2(102)-3113/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3113/2023

13.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3113/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X14 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı QƏRARİ Açar sözlər: miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, vəsiyyət üzrə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X10 və mübahisə predmeti barədə müstəqil tələblər ir əli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, vəsiyyət üzrə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınması» tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-259/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh4, Cavabdeh5, X14 tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X17 ilə X18 rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından Mustafayeva (Həsənova) Rəna Həsən qızı, Mustafayeva (Həsənova) Minirə Həsən qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Qədirova (Həsən ova) Rübabə Həsən qızı və İddiaçı adlı uşaqları anadan olmuşlar.

2. X18 xx.xx.2001-ci il tarixdə, X17 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişlər.

3. Göyçay rayonu, 2-ci Dövlət Notariat Kontorunda tərtib edilmiş 18 may 2001-ci il tarixli vəsiyyətnaməyə əsasən, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan X17 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən şəxsi yaşayış evini İddiaçı vəsiyyət etmişdir. Bundan əlavə olaraq, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən evinin həyətyanı sahəsinə dair də sərəncam vermişdir.

4. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınma z əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsi X11 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. Göyçay rayon Notariat Ofisinin 31 mart 2022-ci il tarixli 177 saylı məktubuna əsasən, İddiaçı xx.xx.2005-ci il tarixdə vəfat etmiş atası X7 miras qalmış Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Mülki Məcəllənin 1291ci maddəsinə istinad edilərək, miras şəriki olan Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X14 ilə aralarındahəmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilaf ı həll etmək üçün ona Göyçay Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur.

6. Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(046)-308/2009 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, mərhum X11 Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinin və digər əmlakının qızı İddiaçı vəsiyyət etməsinə dair 18 mart 2001-ci il tarixli Göyçay rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş vəsiyyətnamənin evə dair hissəsinin etibarsız hesab edilməsi; Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 102,6 m2 yaşayış, 58,7 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin mərhum X11 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı haqqında 09 sentyabr 2008-ci il tarixli, 4 nömrəli reyestr kitabı nın 60 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi; torpağa mülkiyyət hüququna dair JN-1479 saylı 17 dekabr 1998-ci il tarixli dövlət aktına əsasən verilmiş 1,14 ha torpaq sahəsində İddiaçı payının 0,689 ha, Cavabdeh5 payının isə 0,451 ha müəyyən edilməsi; torpağa mülkiyyət hüququna dair JN-1479 saylı 17 dekabr 1998-ci il tarixli dövlət aktına əsasən verilmiş 1,14 ha torpaq sahəsinin 0,689 ha hissəsinin İddiaçı, 0,451 ha hissəsinin isə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və həmin paylara müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.

7. Göyçay Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(046)-498/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçılar X8, Cavabdeh3, cavabdehlər Cavabdeh5 və İddiaçı mərhum X7 miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102,6 m2 yaşayış, 58,7 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evində qanun üzrə birinci növbə vərəsələr kimi hər birinin payının 1/4 hissə olmasının müəyyən edilməsi, mərhum X7 miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102,6 m2 yaşayış, 58,7 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evində iddiaçılar X8 1/4 hissə payı, Cavabdeh3 1/4 hissə payı, cavabdehlər Cavabdeh5 1/4 hissə payı və İddiaçı 1/4 hissə payı üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 mart 2005-ci il tarixdə vəfat etmiş X7 miras qalmış Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və onun həmin əmlaka vəsiyyət üzrə vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X17 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Mərhum atası 18 may 2001-ci il tarixdə Göyçay rayon Dövlət Notariat Kontorunda təsdiq edilməklə vəsiyyətnamə qoymuşdur. Həminvəsiyyətnamə ilə Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini mərhum X2 verərək ölən günədək ona məxsus olan, harada yerləşməs indən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını, o cümlədən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən evini və həyətyanı torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamənin həyətyanı torpaq sahəsinə dair hissəsi qüvvədədir. DƏDRX-nin 16 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Cavabdeh5 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsi X11 mülkiyyətindədir. İddia ərizəsinə əlavə etdiyi Göyçay rayon İcra Hakimiyyəti Başçısının İkinci Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən mərhum X11 yaşadığı müddətdə öhdəsində aşağıda adları göstərilən ailə üzvləri olmuşdur - Cavabdeh 1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X14, İddiaçı. O, X7 miras qalmış DƏDRX-nin 16 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Cavabdeh5 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu 1ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinə yiyələnmiş və miras əmlakı faktiki surətdə idarə etməyə başlamışdır. Bundan sonra o, mirası qəbul etməsi barədə ərizə ilə Göyçay rayon Notariat Ofisinə rəsmi müraciət edərək, X7 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsi barədə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Hesab edir ki, qeyd edilən xüsusatlar X7 miras qalmış DƏDRX-nin 16 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Cavabdeh5 adına verilmiş qeydiyyat nömrəsi * ********* olan, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinin İddiaçı tərəfindən faktiki qəbul etməyi kimi qiymətləndirilməlidir. Həmçinin, Cavabdeh5 DƏDRX-nin 16 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Cavabdeh5 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsində məcburi payı vardır, Cavabdeh5 miras əmlakda məcburi payını faktiki qəbul etmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X14 isə X7 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsini nə rəsmi, nə də faktiki qəbul etmişlər. Göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X14 Mülki Məcəllənin 1243.2-ci və 1245-ci maddələrində nəzərdə tutulan qaydada və mirasın qəbul üçün müəyyən edilmiş müddətdə X7 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsini nə rəsmi, nə də ki faktiki qəbul etmişlər. Bununla da, Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən edilmiş mirası qəbul etmə müddətini ötürmüşlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X14 notariat kontoruna gəlmir. Bu səbəbdən, Göyçay rayon notariat Ofisinin notariusu qərarla ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. 18 may 2001-ci il tarixdə Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamə hal-hazırda qüvvədədir, X7 miras Göyçay rayonu 1-c i Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılmamışdır. Bu səbəbdən hesab edir ki, miras əmlakda onun payı vəsiyyətnaməyə əsasən müəyyən edilməlidir.

10. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)- 1220/2022 nömrəli iş üzrə qəbul etdiyi 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia qismən təmin edilmiş, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən, mərhum X7 miras qalmış 0,26 ha torpaq sahəsində İddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, İddiaçı 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, mərhum X7 miras qalmış fərdi yaşayış evini X15, Cavabdeh3, İddiaçı və Cavabdeh5; kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə İddiaçı və Cavabdeh5 qəbul etmişdir. İşin mübahisəsiz hallarından görünür ki, mərhum X17 tərəfindən qoyulmuş xx.xx.2001-ci il tarixli vəsiyyətnamə evə dair hissədə etibarsız hesab edilmiş, torpaq sahəsinə dair hissədə isə hal-hazıradək qüvvədədir. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, mərhum X7 miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsi vəsiyyət üzrə vərəsələr arasında bölünməlidir. Hazırkı iddia tələbi ilə yalnız İddiaçı müraciət etdiyindən, mərhum X7 miras qalmış 0,26 ha həyətyanı torpaq sahəsindən yalnız İddiaçı payı müəyyən edilməlidir. Lakin iddiaçı iddia tələbində mə rhum Həsən Həsənovdan miras qalmış 0,26 ha torpaq sahəsinə bütünlükdə onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş etsə də, qanun qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, mərhum Həsən Həsənovdan miras qalmış əmlakı iddiaçı ilə bərabər digər birinci növbə üzrə vərəsələrdən X15, Cavabdeh3 və Cavabdeh5 da qəbul etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, X7 miras qalmış 0,26 ha torpaq sahəsinin bütünlükdə İddiaçı tərəfindən qəbul edilməsi və həmin miras əmlak üzərində sonuncunun vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması qanuni və əsaslı deyildir.

12. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1243.1, 1243.2, 1243.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Ca vabdehlər Cavabdeh3 və X15 birgə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və X7 miras qalmış 0,26 ha torpaq sahəsində İddiaçı 1/4 hissədə payının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdehlər apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişlər ki, Göyçay Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(046)-498/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçılar X8, Cavabdeh3 və İddiaçı mərhum əsənov Həsən Novruz oğlundan miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102,6 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evində qanun üzrə birinci növbə vərəsələr kimi hər birinin payının 1/4 hissə olmasının müəyyən edilməsi, mərhum X7 miras qalmış, Göyç ay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102.6 kv/m yaşayış, 58,7 kv\m köməkçi sahədən ibarət olan fərdi yaşayış evində iddiaçılar X8 1/4 hissə payı, Cavabdeh3 1/4 hissə payı, cavabdehlər Cavabdeh5 1/4 hissə payı və İddiaçı 1/4 hissədə payı üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir. Məhkəmə bu bölgünü ədalətli qaydada aparmamışdır. İddiaçı ¼ hissədə payının müəyyən edilməsi heç bir halda reallığı əks etdirmir. Bundan başqa qeyd olunan mülkiyyət ümumi qaydada 4 vərəsənin əmlakıdır. Məhkəmə bu bölgünü qanun üzrə vərəsələr sırasından 1/4 hissədə bölmək əvəzinə bu əmlakı 1/2 hissədə iddiaçının xeyrinə qəbul etməklə bu hüququ tanımışdır. Qeyd olunan şəkildə bölgünün aparılması əsassızdır.

15. Apellyasiya baxışının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və X8 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir.

16. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh5 izahatında birinci instansiya məhkəməsinin əsaslı olduğunu və dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X19 və X5) 2(107)-259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli qətnamə cavabdehlər Cavabdeh3 və X8 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

18. Kollegiya qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən mərhum Həsən Həsənovdan mira s qalmış fərdi yaşayış evini onun birinci növbəli vərəsələri İddiaçı, Rübabə Qədimova, Cavabdeh3 və Cavabdeh5, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə İddiaçı və Cavabdeh5 qəbul etmişlər. Həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mərhum Həsən Həsənov tərəfindən qoyulmuş xx.xx.2001-ci il tarixli vəsiyyətnamə yalnız fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilmişdir. Həmin vəsiyyətnamə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinə dair hissədə hal-hazıradək qüvvədədir. Belə olan halda Məhkəmə hesab edir ki, mərhum Həsən Həsənovdan miras qalmış 0,26 ha həyətyanı torpaq sahəsi İddiaçı iddiasına əsasən vərəsələr arasında bölünərək, iddiaçının payı müəyyən edilməlidir.

19. Kollegiya bildirmişdir ki, qanun qüvvəsini almış məh kəmə qətnamələri ilə müəyyən edilmişdir ki, mərhum Həsən Həsənovdan miras qalmış əmlakı iddiaçı ilə yanaşı, digər birinci növbə üzrə vərəsələrdən Rübabə Qədimova, Cavabdeh3 və Cavabdeh5 qəbul etmişlər. Miras əmlak olan 0,26 ha torpaq sahəsinin İddiaçı vəsiyyət edildiyini, digər miras əmlakları faktiki qəbul edən Rübabə Qədimova, Cavabdeh3 və Cavabdeh5 həmin 0,26 ha torpaq sahəsində məcburi pay hüququnun olmasını nəzərə alan Məhkəmə, hesab edir ki, torpaq sahəsində İddiaçı 1/2 hissədə payı müəyyən edilməli, onun 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır.

20. Məhkəmə kollegiyası cavabdehlərin apеllyasiya şikayətində sadaladığı dəlillərini işin faktiki hallarına uyğun olaraq araşdırmış və hеsab еtmişdir ki, Rayon Məhkəməsi işə baxarkən maddi və prosеssual hüqu q normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir.

21. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1146, 1166, 1193-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-259/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən cavabdehlər (vəkil Nümayəndə oölu) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassatorlar kassasiya şikayətini əsaslandıraraq qeyd etmişlər ki, ataları X17 ilə mərhum X12 birgə nigahından 7 övladları doğulmuşdur. X23 miras qalmış və Gö yçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi evində o, İddiaçı, Cavabdeh5 və Rübabə Qədirova yaşayır. Mərhum atası Həsən Həsənov hələ sağlığında özünəməxsus olan fərdi yaşayış evini, həyətyani və kənd təsərrüfatı təyinatlı torpaq sahələrini İddiaçı vəsiyyət etmişdir. Atası vəfat etdikdən sonra, yəni 2009-cu ildə sonuncudan miras qalmış əmlakla bağlı vərəsələr arasında ixtilaf yaranmış, bu səbəbdən, məhkəməyə müraciət edilmişdir. Göyçay rayon Məhkəməsinin qətnaməsi ilə mərhum atası və anasından miras qalmış 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və Cavabdeh5 arasında bölünmüş, İddiaçı payı 0,689 ha, Cavabdeh5 payı isə 0,451 ha müəyyən olunmuş, eyni zamanda həmin qətnamə ilə İddiaçı verilmiş vəsiyyətnamə evə dair hissədə e tibarsız hesab edilmişdir. Bundan sonra, Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə mərhum X7 miras qalmış və Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evində onun, X8, Cavabdeh5 və İddiaçı ¼ hissədə payları müəyyən olunmuşdur. Hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə payı müəyyən edilmiş hissədə İddiaçı 0,26 ha həyətyanı torpaq sahəsində də payı¼ hissədə müəyyən edilməlidir. Yəni, miras əmlak olan 0,26 ha torpaq sahəsi vəsiyyət üzrə deyil, qanun üzrə vərəsələr arasında bölünməlidir. Göyçay rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli İş № 2(046)-498/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçılar X8, Cavabdeh3 və İddiaçı mərhum X7 miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha tor paq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102,6 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evində qanun üzrə birinci növbə vərəsələr kimi hər birinin payının ¼ hissə olmasının müəyyən edilməsi, mərhum X7 miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102.6 kv/m yaşayış, 58,7 kv\m köməkçi sahədən ibarət olan fərdi yaşayış evində iddiaçılar X8 ¼ hissə payı, Cavabdeh3 Həəsən oğlunun ¼ hissə payı, cavabdehlər Cavabdeh5 ¼ hissə payı və İddiaçı ¼ hissədə payı üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir. Məhkəmə bu bölgünü ədalətli qaydada aparmamışdır. İddiaçı ¼ hissədə payının müəyyən edilməsi heç bir halda reallığı əks etdirmir. Bundan başqa qeyd olunan mülkiyyət ümumi qaydada 4 vərəsənin əmlakıdır. Həmin əmlak ata larından qalmış miras torpaq əmlakının tərəflərindən qəbul etməkləri sayəsində yaranıb. Məhkəmə bu bölgünü qanun üzrə vərəsələr sırasından ¼ hissədə bölmək əvəzinə bu əmlakı½ hissədə iddiaçının xeyrinə qəbul etməklə bu hüququ tanımışdır. Hesab edirəm ki, bütün bunlar əsassız. Məhkəmə bununla səhv nəticəyə gəlmişdir.

24. Kassator daha sonra bildirmişdir ki, məhkəmə prosessual hüquq normalarımı pozmuşdur. Məhkəmə tərəfindən sübutlar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, onun və digər vərəsələrin mövqeyləri və fikirləri obyektiv olaraq dəyərləndirilməmişdir. Nəticədə onun və digər vərəsələrin atalarının əmlakı əsassız olaraq X9 nisbətdə bölünmüşdür. Məhkəmə bununla onların sübutlarına obyektiv qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayət inə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

29. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

30. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

31. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərind ən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində cavabdehlər qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səl ahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

45. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-259/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar