Məhkəmə qərarları › İş №2(102)-3114/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3114/2019

25.04.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3114/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-5298/2018, hakim F.Ə.Məmmədov) İddiaçı Cavabdehnə qarşı i ddiası təmin edilmiş, Cavabdeh tərəfindən iddiaçının abunə hesabına itirilmiş qazın bərpasına görə hesablanmış 2.915 manat borcun silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12392/2018, hakimlər E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 15 fevral 2018-ci il tarixdə İddiaçı evinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəzləşdirilmişdir. Çıxarılmış sayğac ın sol tərəfdən ekranı aralı və cızıq olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 aprel 2018-ci il tarixli aktda sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olduğu qeyd edilmişdir. İddiaçı abonent hesabına itirilmiş qazın bərpası üzrə 2.915 manat borc hesablanmışdır. 16 may 2018-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz olaraq ondan tələb etdiyi 2.915 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsini n qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi iş üçün əhəmiyyəti olan, qəbul ediləcək qərarın hüquqi əsaslılığına, tərəflərin birbaşa hüquqi vəziyyətinə təsir edən və əhəmiyyət kəsb edən halların araşdırılmasını nəzərə almadan iddiaçının mövqeyini dəstəkləyən qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya m əhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “xətaların normaya uyğun olması, sayğacın klapanının işlək olmaması, sayğacın mexaniki göstəricisinin elektron göstəricidən artıq olması” müəyyən edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçının hesabına 2.915 manat borc yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalar ı” 4-cü maddəsi ilə qaz sayğaclarının quraşdırılması və istismarı qaydaları müəyyən edilmişdir. Həmin maddədə qaz sayğacının quraşdırılması və dəyişdirilməsinin fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir edilməsi, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişd irilməsi və quraşdırılmasının qaz paylayıcısı tərəfindən həyata keçirildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yalnız qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə vurulmuş zərərin əvəzinin istehlakçının vəsaiti hesabına ödənilir. Cavabdeh tərəfindən iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi, iddiaçının təqsirli olması, yaxud hər hansı qanunsuz əməl nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair mə hkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya məhkəməsi hesab emtişdir ki, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq nor maları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar