Məhkəmə qərarları › İş №2(102)-3114/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3114/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3114/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kompensassiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli 2(105)-78/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xaçmaz rayonu Gödəkli kəndində 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139,8 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı, evin yerləşdiyi torpaq sahəsi isə X1, X6 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir.

2. Cavabdeh1 ailə üzvləri X5 və 2007-ci il təvəllüdlü Cavabdeh2 ilə həmin yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar.

3. Cavabdehlər mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna malikdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X1 iddia ərizəsi ilə məhk əməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və yetkinlik yaşına çatmayan oğlu Cavabdeh2 ilə birlikdə 5000 manat kompensasiya ödənilməklə ona məxsus Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 27 nömrəli 18 aprel 1989-cu il tarixdə reyestrdə qeydə alınmış fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı X1 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və yetkinlik yaşına çatmayan oğlu Cavabdeh2 ilə birlikdə 14.000 manat kompensasiya ödənilməklə ona məxsus Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 27 nömrəli 18 aprel 1989-cu il tarixdə reyestrdə qeydə alınmış fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılmalar ı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı X1 ərizə ilə məhkəməyə müraciət edərək Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən onun əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir.

7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun iddiaçı X1 ilə əvəz edilməsi və iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, kompensasiya məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan tələblər əsas götürülməlidir. Bu məqsədlə Bakı şəhərindəki qiymətləndirmə mərkəzindən aldığı arayışda qeyd olunmuşdur ki, Xaçmaz rayon, Gödəkli kəndində yerləşən oxşar yaşayış sahəsinin orta aylıq kirayə haqqı 100-120 manat təşkil edir. Həmin prinsipləri əsas göt ürməklə cavabdehlərdən onun mülkiyyətində olan yaşayış sahəsindən xitam verilməsi müqavilində 14.000 manat kompensasiyanın ödənilməsi, cavabdehə 3-4 il ərzində mülkiyyətçinin hesabına davamlı surətdə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə yaşamaq imkanı verir. Həmçinin həmin evin dəyəri 27.000 manatdır və 1989-cu ildə inşa olunmuşdur. Eyni zamanda, cavabdehin həyat yoldaşının evdən çıxarılması barədə qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin cavabdehin kənd ərazisində atası tərəfindən alınmış 0,12 ha həyətyanı, 3 ha, 4 ha, 0.57 ha kənd təsərüfatı sahəsi vardır, yəni cavabdeh özünə şərait qura bilər. Cavabdehlərin niyyətləri başqasının əmlakı əsasında yaşmaq və varlanmaqdır. Bunu ərizə ilə də sübut etmişdir. Sübut olunur ki, cavabdeh valdeynləri sağ olduğu halda, özünü vərəsə hesab edir. Bu da gələcək niyyətini göstərir. 2005-ci ildən təsərüffatın ayrılması barədə arayış, cavabdehin şikayətləri, məhkəmə hökmləri və qərarları bu sənədlərdir. O, dəfələrlə evə gedəndə cavabdehlər hər zaman onu təhqir etmişlər.

9. Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(067)-329/2023 nömrəli qətnaməsi qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlərin Xaçmaz rayonu Gödəkli kəndində yerləşən evə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində 14.000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat məbləğ hesab edilə bilməz. Cavabdehlərin 3 nəfər olması nəzərə alınarsa 14.000 manat kompensas iya məbləğinin onlara düşən payı 5000 manata yaxındır. Bundan əlavə, mübahisə predmeti olan evin də yerləşdiyi 0.10 ha torpaq sahəsi cavabdehlərdən Cavabdeh1 da birgə mülkiyyətindədir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29, Mülki Məcəllənin 228.2-ci maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 18 aprel 1988-ci il tarixə əsasən reyestrdə qeydə alınmış sahəsi 139.8 kv.m. ümumi sahəsi ol an, fərdi yaşayış evi atasına məxsus olmuşdur. Xaçmaz rayon Məhkəməsinin 04 iyul 2006-cı il tarixli qətnaməsinə əsasən X4, Cavabdeh1 oqlu və bir uşaqları ilə Daştəmirov Yaşar Balasoltan oğluna məxsus Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 27 nömrəli 18 aprel 1989- cu il tarixə əsasən reyestrdə qeydə alınmış fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1-5934/2006 saylı qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra icra vərəqəsi icra olunmuş və cavabdehlər akta əsasən əşyalarını da götürüb çıxıb getmişlər. Bir müddət sonra cavabdehlər yenə onun evinə gəlib məcburi girmişlər. Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2012-ci il tarixli 2-(066)266/2012 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, X2 Xaçm az rayonunun Gödəkli kəndində yerləşən 27 nömrəli 18 aprel 1989-cu il tarixə əsasən reyestrdə qeydə alınmış fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 oqlunun Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 27 nömrəli 18 aprel 1989-cu il tarixə əsasən reyestrdə qeydə alınmış fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması qərara alınmışdır. Atası Yaşara kənd ərazində yaşayış üçün torpaq sahəsi alıb vermişdir. Özünün kənddə torpaq sahəsi vardır. Lakin bu şəxs valideynlərinin pulun, qızılların və başqa əmlakların oğurlayıb satmaqla məşğuldur. Onlar yaşlı olduğundan hədələyir, yaşamağa qoymur, söyür və təhqir edirlər. Nə özü, nə həyat yoldaşı və uşaqları işləmir, zəhmət çəkmək istəmir, valideynlərinin uzun illər qazandığı əmlakı mənimsə yib satmaq niyyəti ilə yaşayır. Atası mülkiyyətində olan evi 2022-ci ildə ona bağışlamış və mülkiyyətinə keçmişdir. Onu və ailəsini də öz mülkiyyətindən istifadə etməyə Yaşar qoymur, daim maneçiliklər yaradır. Mülkiyyətindən məhrum olunmuşdur.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı 17 ildir ki, həmin evə gəlmir. 14000 manat kompensasiya verilməklə evdən istifadə hüquqlarına xitam verilməsinə razı deyildir. Evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-78/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fuad M əmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 da mübahisəli evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. İddiaçının isə mülkiyyət hüququ yalnız onun üzərində yerləşən mübahisəli yaşayış evinə dair qeydə alınmışdır. Torpaq sahəsi üzərində paylar müəyyən edilməmiş və naturada bölünməmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, kompensasiya institutu tətbiq edilərək Cavabdeh1 və onun ailə üzvlərinin mübahisəli evdən çıxarılması və Cavabdeh1 başqaları ilə birlikdə ümumi mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqlarının məhdudla şdırılması, onun mülkiyyətçi kimi əmlakına (əşyaya) sərbəst surətdə sahib ola bilmək, ondan istifadə etməklə bağlı Mülki Məcəllənin 152.5-ci və 215.4-cü maddələri ilə təsbit olunmuş təminatının pozulmasına səbəb olar.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 135, 152, 213, 215 və 228-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsa slandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı y er onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

25. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

26. Maddə 135.4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib o la bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

30. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

31. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədi kdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

32. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

33. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti ləğv edə və ya məhdudlaşdıra bilməzlər.

34. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

35. Maddə 215.5. Paylı mülkiyy ətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

36. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

37. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

38. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.

39. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

40. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzv ləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın 14 may 2024-cü il tarixli 2(105)-78/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar