Məhkəmə qərarları › İş №2(102)-3116/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3116/2023

03.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3116/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 aprel 2023-cü il tarixli, 2(103)562/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 03 noyabr 2023- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri Yasamal Rayon İcra H akimiyyəti başçısının xx.xx.1994-cü il tarixli Kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncamına əsasən H.Hacıyev küçəsi, 85 saylı evdə yaşayan mənzil kirayəçisi X4 yeni mənzil alması və pasport qeydiyyatından çıxması ilə əlaqədar olaraq 3 otaqlı, sahəsi 53,8 kv.metr olan mənzilin kirayə müqaviləsi onun oğlu X9 ilə bağlanılmışdır. Ailə tərkibi qardaşı- X10, qızları X11, X12 və arvadı İddiaçı ibarət olmuşdur.

2. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamına əsasən H.Hacıyev küçəsi, 85 saylı evin kirayə müqaviləsinin bölünməsi haqqında İdarələrarası Komissiyanın rəyi təsdiq edilmiş və sahəsi 19 kv.metr olan otaq ev sahibi X6 qardaşı X7 adına keçirilmiş, sahəsi 34,8 kv.metr olan 2 otaqlı ev isə X1, istifadəsində qalmışdır.

3. Bundan sonra, B akı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamına əsasən H.Hacıyev küçəsi, 85 saylı evin sahəsi 14 kv.metr olan boşalmış otağı X6 mənzilinə əlavə edilmişdir. 4. 05 dekabr 1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, H.Hacıyev küçəsi, 85 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X6 adına qeydə alınmışdır. 5. 22 sentyabr 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, H.Hacıyev küçəsi, 85 saylı evin sahəsi 19.0 kv.metr olan 1 otaqlı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. 6. 28 may 2015-ci il tarixdə X9 ölmüşdür və sonuncunun vərəsəsi kimi arvadı İddiaçı qalmışdır və miras əmlak ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 60,3 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarətdir. 7. 23 yan var 2016-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 85 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən cavabdeh tərəfindən qanunsuz olaraq (qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmiş) divar boyu inşa edilmiş qanunsuz tikilinin damı ilə birlikdə iddiaçının divarı boyu sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini be lə əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur. X3 mülkiyyətində olan 3 otaqlı evin 1 otağını, yəni sahəsi 19,0 kv.metr olan yaşayış otağını və köməkçi sahələri qardaşı X8 bağışlamışdır. Həmin evin kirayə müqaviləsinin bölünməsinə dair Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.1995-ci il tarixli, 008/2 saylı sərəncam verilmişdir. Onun və ailə üzvlərinin razılığı olmadan X10 ona bağışlanmış hissəni iş üzrə cavabdehə satmışdır. 2015-ci ildə əri X9 ölmüşdür və sonuncunun ölümündən sonra bir müddət başı yas mərasiminə qarışmışdır. Bir müddət təqribən 2 ilə yaxın qızının ezam olunduğu ölkədə qızı ilə birlikdə yaşamışdır. Bundan istifadə edən iş cavabdeh ondan icazə almadan, xəbərsiz ümumi istifadədə olan həyətdə qanunsu z tikililər aparmışdır. Belə ki, o, iki evin arasında ümumi istifadədə olan həyəti 60 sm onların evinə məsafə saxlamaqla 2 mərtəbə hündürlüyündə hasar inşa edərək pəncərələr quraşdıraraq öz evinə birləşdirmişdir. Eyni zamanda mülkiyyətində olan evin 1-ci mərtəbədə həyətə baxan pəncərəsini bağlamış, özü isə qanunsuz tikinti apararaq onun həyətinə baxan əlavə pəncərələr qoymuşdur. Qanunsuz inşa etdiyi hasarın üstündə də onun evinin qarşısında pəncərə qoymuşdur. Həmin pəncərədən mütəmadi həyətə zibillər tullamış, eyni zamanda qeyri-etik davranışları ilə birgə yaşayış qaydalarının kobud şəkildə pozmuşdur. Bütün qanunsuz tikililər tullantı materiallarından (köhnə taxta, karton parçaları) inşa olunmuşdur.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini q əbul etmədiyini bildirmiş və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, həmin tikili qanunsuz olmamışdır. İddiaçı uzun müddətdir orada yaşamamışdır. Onunla prinsipi olduğundan həmən tikilini sokdürmək istəmişdir. Tikilinin onun üçün heç bir maneçiliyi olmamışdır. ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 53,8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin sahəsi 19 kv.metr olan 1 otağı onun xüsusi mülkiyyətində olmuşdur. Həmin evdə hər hansı tikinti işləri aparmamış və evi hazırki vəziyyətdə almışdır.

11. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən Cavabdeh adına olan ünvan 4 ünvana dair texniki pasport aşkar edilməmiş və çıxarış İdarənin arxivində saxlanılmamışdır.

12. Bakı Şəhəri Y asamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli ekspert rəyinə əsasən cavabdeh tərəfindən inşa edilmiş tikililərə dair yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti or qanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan yaşayış evinə baxış keçirilən zaman ikinci mərtəbədə yerləşən tikililərin pəncərə boşluqlarının qarşısında təqribən 0,6-0,8 metr məsafədə cavabdeh tərəfindən metal konstruksiyalar və müxtəlif tikinti materiallarından istifadə edilməklə tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilmişdir. Aparılmış tikinti-quraşdırma işlərinə dair yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilmişdir.

13. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(004)-32/2022 saylı mülki iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia təmin edilərək, ünvan 2 ünvanda cavabdeh tərəfindən qanunsuz olaraq (qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmiş) divar boyu inşa edilmiş qanunsuz tikilinin damı ilə birlikdə iddiaçının divar boyu sökülməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olm uşdur ki, ünvan 2 ünvanda cavabdeh tərəfindən qanunsuz olaraq (qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmiş) divar boyu inşa edilmiş qanunsuz tikili damı ilə birlikdə iddiaçının divarı boyu sökülməlidir. Belə ki, cavabdeh tərəfindən qeyd edilən tikililər “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadan tikilmiş və həmin tikililər özbaşına tikili hesab olunmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 24, 25, 27-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində qeyd edildiyi kimi yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırma layihəsinin pozulması ilə aparılan özbaşına tikilidən söhbət gedə bilməz. Belə ki, qanunun tələbindən göründüyü kimi (MM-in 12.5-ci maddəsi) eyvan yaşayış sahəsi hesab edilmir və mübahisə edilən (guya qanunsuz tikili aparılan) sahə onun eyvanına təsadüf etmişdir ki, bu da yaşayış sahəsi hesab edilə bilməz. Bundan başqa, o, yaşayış sahəsinin yenidən qurulm ası ilə bağlı özbaşına tikinti işləri aparmamış, məhkəmə iclasında qeyd etdiyi kimi mübahisəli tikilinin olduğu yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin evdə hər hansı tikinti işləri aparmamış və evi hazırkı vəziyyətdə almışdır. Tikili apardığı sahə isə onun eyvanına təsadüf etmişdir ki, bu da yaşayış sahəsi hesab edilə bilinmədiyi üçün yaşayış sahəsinə aid edilən qaydalar həmin tikili ilə bağlı tətbiq edilə bilməz. Buna baxmayaraq, onun eyvanda apardığı tikiliyə yaşayış sahəsi ilə bağlı qaydalar tətbiq edilməklə əsassız olaraq həmin tikilinin sökülməsi barədə qətnamə qəbul edilmişdir. Bundan başqa, ekspert rəyində aparılmış tikilinin iddiaçının hüquqlarını pozması qeyd edilməmiş və işin materiallarında da bu hal müəyyən edilməmişdir. Buna baxmayaraq, məhkəmə özbaşına tikilinin iddi açının hüquqlarını pozduğunu qeyd edərək, həmin tikilinin sökülməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən özbaşına tikili o, halda fiziki şəxsin müraciəti əsasında sökülə bilər ki, bu tikilinin həmin şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olması müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə qətnamə qəbul edərkən Mənzil Məcəlləsinin 24.1, 24.2.3 və 27.1-ci maddələrinə, həmçinin Mülki Məcəllənin 180-ci maddəsinə istinad etməsi birbaşa maddi hüquq normalarının pozulması ilə nəticələnmişdir. Məhkəmə yalnız iddiaçının dəlillərinə əsaslanmış və onun irəli sürdüyü dəlillərə hüquqi qiymət verməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası t əyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli ekspert rəyinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman sözügedən fərdi yaşayış evinin ümumi quruluşunun, tikililərin yerləşmə vəziyyətinin, ölçülərin və digər texniki parametrlərin texniki pasport sənədinə uyğun olduğu müəyyən edilmişdir. İddiaçının istifadəsində olan tikililərin Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasport sənədlərində öz əksini tapdığını nəzərə alaraq, iddiaçının cavabdeh ilə həmsərhəd tikililərinin tikinti inşaat normalarına və texniki sənədlərə uyğun olduğu müəyyən edilmişdir. Cavabdehə məxsus tikililərin iddi açıya maneçilik törədib-törətməməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığından sualın ikinci hissəsi üzrə tədqiqat aparılmamışdır.

19. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən cavabdehə məxsus evə baxış keçirilən zaman girişdən dəhlizə və dəhlizin sağ tərəfində 2-ci mərtəbəyə dairəvi pilləkənlə qalxanda dəhlizə və ondan sağ tərəfdə (iddiaçının evi ilə yanbayan və dəhlizlə üzbəüz) bir hissəsi daşla hörülmüş, bir hissəsi isə müvəqqəti nazik laylarla bağlanmış, üstü isə dəmir şiferlərlə örtülmüş divar müşahidə edilmişdir. Yan tərəfdə yerləşən iddiaçıya məxsus evin 3 pəncərəsi həmin divara tərəf baxmış və pəncərələrin açılmasına hər hansı maneə müşahidə olunmamışdır. Belə ki, divarlar arasında müəyyən məsafə (boşluq ) mövcud olmuşdur. İddiaçının mənzilinə baxış keçirilən zaman iddiaçının nümayəndəsi tərəfindən mübahisəli tikililərin günəş işığının iddiaçının evinə düşməsinin qarşısını aldığı qeyd edilmiş və o məqsədlə onların evinin qarşısında olan hissəsinə yönəlik cavabdehə məxsus tikililərin və bu tikililərin üzərində olan kümün onların sahəsinə yönəlik tərəfə təqribən 20-30 sm ölçüdə olan hissəsinin sökülməsi zəruriliyi bildirilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-562/2023 saylı mülki iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Azad İmanov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia rədd olunmuşdur.

21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin araşdırılması zamanı qonşuluq hüququ və onun təsiri həddi, habelə bu müstəvidə maneələrin nədən ibarət olması müəyyən edilməmişdir. İş üzrə ekspertiza və yerində müayinə zamanı iddiaçının özünə mənsub olduğu yaşayış sahəsinə cavabdehə məxsus sahədən dözülməz təsirin mövcud olması sübuta yetirilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericilik təsbit etmişdir ki, tikinti zamanı qonşunun (cavabdehin) sahənin sərhədlərini qərəzsiz pozması halında belə, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuy a dözməli, habelə daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbində ünvan 2 ünvanda cavabdeh tərəfindən qanunsuz olaraq (qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmiş) divar boyu inşa edilmiş qanunsuz tikilinin damı ilə birlikdə iddiaçının divar boyu sökülməsi qeyd edilsə də, qeyd edilən ünvan cavabdehin yaşayış sahəsi kimi göstərilsə də, cavabdehin təqdim etdiyi sənəddə ünvan fərqli göstərilmiş, habelə DƏDRX publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubunda cavabdehin adına olan ünvan 4 ünvana dair texniki pasport aşkar edilmədiyi təqdirdə ekspertizanın yalnız iddiaçıya məxsus texniki sənədlər əsasında tədqiqatın keçirilməsi anlaşılan olmamışdır. Bu da özlüyündə Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli ekspert rəyinin sübut qismində mötəbərliyini istisna etmişdir. Bundan əlavə, tələbin özündən müəyyən edilmişdir ki, iddiaçının divarı boyu damı ilə birlikdə sökülməsi tələb edilən “divar boyu inşa edilmiş qanunsuz tikili” qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmişdir. Bu mənada diqqətə çatdırılmalıdır ki, tərəflərin özlərinin öz aralarında olan razılığı əsasında mübahisənin həlli özlərinə mənsub olduğu halda bu məsələnin qanunvericilik müstəvisində h əlli yalnız bu səlahiyyətə malik müvafiq icra hakimiyyətinə müraciət edərək sənədləşmə və mərzlənmənin (bölünmənin) ixtisaslı şəxslər tərəfindən aparılması halında mümkündür.

24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29, 71, 80-cı maddələrinə, habelə Mülki Məcəllənin 16, 169, 170, 171, 172, 173, 560-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şi kayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ekspertiza təyin edərkən iddia ərizəsində göstərilənləri ekspert tam təsdiq edərək göstərmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikililərə müvafiq icazəsi olmadan tikmiş, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin, habelə Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarının tələbləri pozulmuşdur. Eyni zamanda, apellyasiya məhkəməsi tərəfindən təkrar ekspertiza təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “İddiaçının cavabdeh ilə həmsərhəd tikililərinin tikinti inşaat normalarına və texniki sənədlərə uyğunluğu müəyyən edilməklə iddia edilən cavabdehə məxsus tikililərin iddiaçıya maneəsi və onun nədən ibarət olması müəyyən edilsin.” Ekspert xx.xx.2022-ci il tarixdə rəy vermişdir. Rə y məhkəməyə daxil olduqdan sonra nümayəndəsi vəsatət verərək, iddiaçının mülkiyyətində olan evin ikinci mərtəbəsində olan otaqlarına cavabdeh tərəfindən həmsərhəd inşa etdiyi qanunsuz tikililər təbii işığın və günəş işığının qarşısını alırmı və məhdudlaşdırırmı sualı qoyaraq məhkəmə kollegiyası tərəfindən qoyulmuş suala cavab verilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Cavabdeh özü də məhkəmə kollegiyasından şifahi xahiş edərək, Fövqəladə Hallar Nazirliyinə ekspertizaya göndərilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası ekspertiza təyin edilməsi barədə tərəflərin vəsatətlərini heç bir səbəb olmadan təmin etməmiş və bu barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. Növbəti dəfə mənzillərə baxış keçirmiş və iddiaçının evinin ikinci mərtəbəsində olan otaqlarına təbii işığın və günəş işığının düşməməsi səbəbindən otaqların qaranlıq olduğunu müşahidə etmişdir. Lakin bütün bu hallara əhəmiyyət verməyərək, eyni zamanda məhkəmə kollegiyasının özünün qoyduğu suala cavab verilmədiyi halda araşdırmanı dayandırmış, yuxarıda qeyd olunan qaydada qətnamə qəbul etmişdir.

27. Kassator qeyd etmişdir ki, dəfələrlə məhkəmə prosesini qəsdən uzadan cavabdehdən birinci instansiya məhkəməsi mənzillərə baxış keçirən zaman çox çətinliklə ona məxsus evin texniki pasportunun və çıxarışının surətini almış və ekspertizaya təqdim etmiş, ekspert də həmin sənədlər və mülki işin materialları əsasında mənzillərə baxış keçirərək rəy vermişdir. Həmin rəy heç bir pozuntu olmadan verilmişdir. Məhkəmə kolleqiyası heç bir əsaslı dəlil olmadan ekspertin rəyini sübut kimi qəbul etməmişdir. 2

8. Kassator qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən tətbiq edilən maddi hüquq normaları mülkiyyətçinin hüquqlarının qorunması və tənzimlənməsi ilə bağlı olduğu halda, məhkəmə kollegiyası həmin normaları qanunsuz tikili inşa edən cavabdehin hərəkətlərinə tətbiq etmişdir. Cavabdeh öz apellyasiya şikayətində inşa etdiyi qanunsuz tikilinin həcmini və dairəsini etiraf edərək, ikinci mərtəbədə 85 kv.metrdən çox qanunsuz tikili inşa etdiyini göstərmiş, hətta mənzil qanunvericiliyinin həmin qanunsuz tikilmiş tikililərə şamil oluna bilməyəcəyini də göstərmişdir.

29. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 157, 170, 180-cı maddələrinə, Mənzil Məcəlləsinin 24, 25, 27-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14, 77, 88, 97-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə

24. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

32. Maddə

71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə m əhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

33. Maddə

80. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

35. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

36. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

37. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

38. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu komp ensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.

39. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

40. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

41. Mad də 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

42. Maddə 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin.

43. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.

44. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

45. Maddə 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir.

46. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.

47. Maddə 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər.

48. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.

49. Maddə 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər.

50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

51. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərin də həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

52. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq n ormalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və proses sual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

62. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

61. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərələr qonşudurlar və 23 yanvar 2016-cı il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 60,3 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi mülkiyyət h üququ üzrə iddiaçının, 22 sentyabr 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən həmin evin sahəsi 19.0 kv.metr olan 1 otaqlı mənzili mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmışdır.

62. Hazırda iddiaçı, cavabdehin yaşadığı evdə özbaşına tikinti işləri apardığını göstərib, sözügedən ünvanda yerləşən cavabdeh tərəfindən qanunsuz olaraq (qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmiş) divar boyu inşa edilmiş qanunsuz tikilinin damı ilə birlikdə onun divarı boyu sökülməsini iddia edir.

63. Cavabdeh isə yaşadığı sözügedən evi 18 il bundan əvvəl mövcud ölçüdə əvəzi ödənilməklə X2 aldığını, evdə hər hansı əlavə tikinti işləri aparmadığını, divar boyu inşa edilmiş tikililərin isə iddiaçının hər hansı hüququnu pozmadığını göstərib, iddiaya etiraz edir.

64. Apellyasiya i nstansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, işin araşdırılması zamanı qonşuluq hüququ və onun təsir həddi, habelə bu müstəvidə maneələrin nədən ibarət olması müəyyən edilməmişdir.

65. Belə ki, iş üzrə ekspertiza və yerində müayinə zamanı iddiaçının özünə mənsub olduğu yaşayış sahəsinə cavabdehə məxsus sahədən dözülməz təsirin mövcud olması sübuta yetirilməmişdir.

66. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki qanunvericilik təsbit etmişdir ki, tikinti zamanı qonşunun (cavabdehin) sahənin sərhədlərini qərəzsiz pozması halında belə, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq v ə ya aşkar edilən kimi pozucuya etiraz bildirdiyi hallardan başqa, həmin pozuntuya dözməli, habelə daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

67. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, iddia tələbində ünvan 2 ünvanda cavabdeh tərəfindən qanunsuz olaraq (qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmiş) divar boyu inşa edilmiş qanunsuz tikilinin damı ilə birlikdə iddiaçının divar boyu sökülməsi iddia olunsa da və qeyd edilən ünvan cavabdehin yaşayış sahəsi kimi göstərilsə də, cavab dehin təqdim etdiyi sənəddə ünvan fərqli göstərilmiş, habelə DƏDRX publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubunda cavabdehin adına olan ünvan 4 ünvana dair texniki pasport aşkar edilmədiyi təqdirdə ekspertizanın yalnız iddiaçıya məxsus texniki sənədlər əsasında tədqiqatın keçirilməsi anlaşılan olmamışdır. Bu da özlüyündə Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli ekspert rəyinin sübut qismində mötəbərliyini istisna etmişdir. Bundan əlavə, tələbin özündən müəyyən olunur ki, iddiaçının divarı boyu damı ilə birlikdə sökülməsi tələb edilən “divar boyu inşa edilmiş qanunsuz tikili” qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmişdir. Bu mənada diqqətə çatdırılmalıdır ki, tərəflərin özlərinin öz aralarında olan razılıq əsasında mübahisənin həlli özlərinə mənsub olduğu halda bu məsələnin qanunvericilik müstəvisində həlli yalnız bu səlahiyyətə malik müvafiq icra hakimiyyətinə müraciət edərək sənədləşmə və mərzlənmənin (bölünmənin) ixtisaslı şəxslər tərəfindən aparılması halında mümkündür.

68. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, o kassasiya şikayətində cavabdehin apardığı özbaşına tikilinin iddiaçının evinin ikinci mərtəbəsində olan otaqlarına təbii və günəş işığının düşməsinə mane olduğunu və bununla da iddiaçının hüququnun əhəmiyyətli dərəcədə pozulduğunu və sair göstərsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur.

69. Əksinə, işə əlavə edilmiş ekspert rəyləri, habelə məhkə mə kollegiyasının yerli baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus evin girişdən dəhlizə və dəhlizin sağ tərəfində 2-ci mərtəbəyə dairəvi pilləkənlə qalxanda dəhlizə və ondan sağ tərəfdə (iddiaçının evi ilə yanbayan və dəhlizlə üzbəüz) bir hissəsi daşla hörülmüş, bir hissəsi isə müvəqqəti nazik laylarla bağlanmış, üstü isə dəmir şiferlərlə örtülmüş divar müşahidə edilmişdir, yan tərəfdə yerləşən iddiaçıya məxsus evin 3 pəncərəsi isə həmin divara tərəf baxmış və pəncərələrin açılmasına hər hansı maneə müşahidə olunmamışdır. Belə ki, divarlar arasında müəyyən məsafə (boşluq) vardır.

70. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bu na lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla tikilmiş tikili maraqlı şəxsin müraciətinə əsasən o, halda sökülə bir ki, həmin tikili maraqlı şəxsin hər hansı hüququnu və qanunla qorunan mənafeyini pozmuş olsun.

71. Hazırkı işdən görünür ki, cavabdeh iddia tələbi ilə razılaşmır və izahatında göstərmişdir ki, yaşadığı sözügedən evi 18 il bundan əvvəl mövcud ölçüdə əvəzi ödənilməklə X2 alıb, həmin evdə hər hansı əlavə tikinti işləri aparmayıb və divar boyu inşa edilmiş tikililər isə iddiaçının hər hansı hüququnu pozmur.

72. Digər tərəfdən, kassator kassasiya şikayətində tərəflərin yaşadıqları evlər arasında ümumi istifadədə olan həyətyanı torpaq sahəsinin olduğunu, cavabdehin iddiaçının evinə tərəf 60 sm məsafə saxlamaqla qarşılıqlı razılıq əsasınd a tikilmiş divarın üstündə dam örtüyü ilə birlikdə 2 mərtəbə hündürlüyündə qanunsuz hasar inşa etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə də razılaşmır.

73. Belə ki, əvvəla işdə, tərəflərin yaşadıqları evlər arasında ümumi istifadədə olan həyətyanı torpaq sahəsinin olmasını və onların qarşılıqlı razılıq əsasında həmin torpaq sahəsində hər hansı hasar inşa etmələrini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur.

74. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin özbaşına apardığı tikinti işləri iddiaçının öz sahəsindən istifadə etməsində elə bir maneçilik yaratmadığını üçün kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

75. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 aprel 2023-cü il tarixli, 2(103)-562/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar