Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3117/2019 03.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı və vəkili Novruzov Dünyamin Məmmədəli oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13370/2018 nömrəli iş üzrə 14 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.Ə.Məmmədov) 2(011)-5380/2018 nömrəli, 30 avqust 2018-ci il tarixli qətnam əsi ilə İddiaçı cavabdeh ünvan 3 qarşı cavabdeh tərəfindən aparılmış 19.05.2016-cı il tarixli 3M-93 nömrəli reyestrdə qeyd edilmiş icra qeydinin ləğv olunması barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) 2(103)-13370/2018 nömrəli, 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2(011)-5380/2018 nömrəli qətnaməsi İddiaçı (apellyasiya şikayətinə) münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh ünvan 3 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabde h tərəfindən aparılmış 19.05.2016-cı il tarixli 3M-93 nömrəli reyestrdə qeyd edilmiş icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili Novruzov Dünyamin Məmmədəli oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13370/2018 nömrəli iş üzrə 14 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)13370/2018 nömrəli iş üzrə 14 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Borc verən X5 ilə borc alan İddiaçı arasında 19.05.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən borc verən borc alana 33332 manat məbləğində pul borc verir. Borc alan isə aldığı borcu 19.11.2016-cı il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İcra qeydindən görünür ki, həmin qeyd Bakı şəhəri 40 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən «Notariat haqqında Azərbaycan Respublikası Qanununun» 76-cı maddəsinə əsasən, həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan X2 xeyrinə ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı 19.11.2016-cı il üçün vaxtında ödənilməmiş 33332 manat məbləğində pulun tutulmasına dair verilmişdir. X2 ünvan 3 ünvanlanmış ərizənin surətindən görünür ki, o, İddiaçı 6 ay müddətinə 33332 manat borc vermişdir. İddiaçı ünvan 3 ünvanlanmış ərizənin surətindən görünür ki, o, X1 6 ay müddətinə 33332 manat borc almışdır. Notarius Ş.M.Hüseynovanın İddiaçı göndərdiyi məktubun surətindən görünür ki, ona öhdəliyi yerinə yetirmədiyi təqdirdə həmin öhdəliyin icra olunması üçün tərəfindən borcu müəyyən edən kredit müqaviləsinin əslində icra qeydi aparılaraq yaşadıqları yerin məhkəməsinə göndəriləcəyi bildirilmişdir. (həmin məktub poçt vasitəsilə 22.02.2018-ci il tarixdə qəbul edilmişdir) İddiaçı tərəfindən 26.04.2018-ci il tarixdə Suraxanı rayon icra şöbəsinə ünvanlanmış izahatın surətindən görünür ki, X3 hazırda 33332 manat borcundan heç bir ödənişi yoxdur, həmin borcun ödənilməsi üçün 5 gün möhlət verilməsini xahiş etmişdir. Aşağı instansiya məhkəmələri i ddianı rədd edərkən qeyd etmişlər ki, X5 ilə İddiaçı arasında 19.05.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı borc məbləğini 19.11.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə müddətin başa çatmasına baxmayaraq borc məbləği ödənilmədiyindən Janna Mamayeva 05.02.2018-ci il tarixdə icra qeydinin verilməsi ilə bağlı ünvan 3 müraciət etmişdir. Bundan sonra notariat kontoru tərəfindən iddiaçıya yazılı bildiriş göndərilmişdir. Bildiriş iddiaçının qeydiyyatda olduğu ünvanda 22.02.2018-ci il tarixdə alınmışdır. Daha sonra, cavabdeh tərəfindən 10.04.2018-ci il tarixdə icra qeydi verilmişdir. X5 və İddiaçı öz razılaşdırılmış iradə ifadələri əsasında 19.05.2016-cı il tarixdə kredit müqaviləsi bağladıqlarından, təqdim olunan sənədlər borc un mübahisəsiz olduğunu təsdiq etdiyindən və həmin müqavilə qüvvədə olduğundan, həmin müqavilə üzrə cavabdeh tərəfindən verilmiş icra qeydinin ləğv olunması barədə iddiaçının tələbi əsassızdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borc lu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Notariat haqqında» Azər baycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notariuslar bor cludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar. Həmin təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən on ildən çox keçməmişsə, müqavilə tələbləri üzrə münasibətlərdə isə üç ildən çox keçməmişsə. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət ərzində verilir. İcra qeydinin aparıla biləcəyi müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsini n 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin mat eriallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13370/2018 nömrəli iş üzrə 14 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili Novruzov Dünyamin Məmmədəli oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsinin MK-nın 2(103)-13370/2018 nömrəli iş üzrə 14 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3117/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3117/2019
03.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver