Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3117/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh1 və vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlunun iştirakları ilə, Cavabdeh1 və vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli, 2(105)271/2020 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkə məsinin 2(060)-5873/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli, 2(105)-271/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ş.R.Abasov, A.Ə.Abbasov və T.Q.Məmmədov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5873/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan X. ünvanında yerləşən qanunsuz tikilinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi, onl ara məxsus əşyaların həmin sahədən çıxarılması, iddia ərizəsini və apelyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 45,80 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin sökülməsi və cavabdehlərə məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, o, 25.09.2014-cü ildə X. ünvanında yerləşən fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsini almış və müvafiq çıxarış əldə etmişdir. Torpaq sahəsi alınarkən orada mübahisəli ev olmuş, lakin evdə heç kim yaşamamışdır. Hazırda həmin evdə cavabdehlərin əşyaları mövcuddur. Cavabdehlər bundan sui-istifadə edərək onun torpaq və evdən istifadəsini məhdudlaşdırırlar. O, cavabdehlərdən əşyaların çıxarılmasını tələb etsə də, bu günədək çıxarılmamışdır. Əvvəl də həmin əmlaka dair cavabdeh X6 ilə arasında məhkəmə mübahisəsi olmuş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 16.12.2015-ci il tarixli, 2(105)-1881/2015 saylı qətnaməsinə əsasən cavabdehin mübahisəli evdən istifadəsinə son qoyulması, evin boşaldılması, cavabdeh tərəfindən tikilmiş daş hasarın sökülməsi və cavabdehin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması və evin ona təhvil verilməsi tələbi təmin edilməmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində mülkiyyətindən istifadə edə bilmir. İş üzrə yuxar ıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh1 və vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası 2015-ci ildə verilmiş iddia ilə hal-hazırda verilmiş iddianın mahiyyətinin eynilik təşkil etməsinə əhəmiyyət verməmiş, cavabdehlərin sahiblik və istifadə hüquqlarını pozmuş, fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar cavabdehlərə maddi ziyanın dəyməsi məsələsinə toxunmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahi ş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh1 və vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya ba xışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edi lməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İddianın təmin edilməli olmasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. İşdən görünür ki, sökülməsi tələb edilən tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsindədir. Həmin tikili özbaşına tikilidir, qeyd edilən tikili rəsmi reyestrdə qeydə alınmamışdır. İddiaçı həmin qanunsuz tikilinin sökülməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.3-cü maddəs inə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mükiyyət hüququ tanına bilməz. -180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azə rbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) tor paq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, istinad olunan maddi hüquq normalarına əsasən iddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadəsinə son qoyulmasını və ərazinin boşaldılaraq ona qaytarılması üçün orada olan özbaşına tikilinin sökülməsini tələb etməkdə haqlıdır. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən tam qanuni və əsaslı hesab etmir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5348/2015 saylı, 30 iyul 2015-ci il tarixli qə tnaməsindən görünür ki, X3 Sumqayıt şəhəri, Saray bağlar nassivi 4576C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə son qoyulması, həmin evdən və torpaq sahəsindən çıxarılması, iddiaçının icazəsi olmadan tikilmiş daş hasarın sökülməsi, evin boşaldılması və torpaqla birlikdə İddiaçı təhvil verilməsi vəzifəsinin X5 həvalə edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının 2(105)-l881/2015 saylı, 16.12.2015-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2015-ci il tarixli qətnaməsi X3 Sumqayıt şəhəri, Saray bağlar massivi 4576C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə son qoyulması, X3 evdən çıxarılması, evin boşaldılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin e dilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi 16.12.2015-ci il tarixli qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır: “... Göründüyü kimi mübahisə predmeti təşkil edən torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi satılarkən alqı-satqının predmeti olmamış, həmin alqı-satqı müqaviləsindən əvvəl tikilib inşa edilmişdir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. (Mülki Məcəlləni n 180.1. və 180.2. maddələri). Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi ilkin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşsə də, ilkin iddiaçının həmin fərdi yaşayış evi ilə bağlı hər hansı bir hüququ qeydə alınmamış, həmin fərdi yaşayış evi qeyd olunan alqı- satqı müqaviləsinin predmeti olmamışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq üç elementin mə cmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçı mübahisə predmeti təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququna malik olsa da, həmin torpaq sahəsində yerləşən ilkin iddia üzrə cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi üzərində hər hansı bir hüququ yaranmadı ğından həmin fərdi yaşayış evi özbaşına tikili olsa da, cavabdehin çıxarılması üçün ilkin iddiaçının ilk növbədə onun həmin əmlaka qanunla müəyyən edilmiş qaydada subyektiv hüququ olmalıdır. Lakin iddiaçı həmin fərdi yaşayış evinə münasibətdə heç bir hüquqa malik deyil”. İş materiallarından göründüyü kimi hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni qüvvədə olan apelyasiya instansiyası məhkəməsinin 16.12.2015-ci il tarixli, 2(105)-1881/2015 saylı qətnaməsi ilə işin müəyyən olunmuş faktiki halını, yəni mübahisə predmeti təşkil edən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi satılarkən alqı-satqının predmetinin olmamasını, həmin alqı-satqı müqaviləsindən əvvəl tikilib inşa edilməsini nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.3-cü maddəsinə görə əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. Azərbaycan Respubli kası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uy ğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli, 2(105)-271/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3117/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3117/2020
25.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver