Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3118/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti) qarşı qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-430/2023 nömrəli, 7 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Süleyman Məlikov (2-ci Bayıl döngəsi) küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin 1/12 hissəsi X3 adına xüsusi mülkiyyət hüququ kimi 3 noyabr 2009-cu il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Ə.Hüseynzadə küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin 2/12 hissəsi İddiaçı2 adına xüsusi mülkiyyət hüququ kimi 14 noyabr 2018-ci il tarixdə qeydiyyatdan keçmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı2 ünvan 1 ünvanında 18 sentyabr 2003-cü il tarixdən qeydiyyatdadır.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı1 ünvan 2 ünvanında 21 iyul 2011-ci il tarixdən qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-in seriya RX 001339 saylı, xx.xx.2009-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X6 məxsus və seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı2 məxsus ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi və bunun əsasında yaranmış maneələrin aradan qaldırılaraq evin sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddiaçılar işin y uxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında paylı mülkiyyətdə olan evdə yaşamışlar. Ev ümumi həyətdən ibarət olmuş, ancaq hər bir mülkiyyətçinin evə giriş-çıxışı ayrı olmuşdur. Evin sol hissəsinin aşağı mərtəbəsi İddiaçı2 yuxarı, ikinci mərtəbəsi iddiaçı Məmmədova (Mahmudova) Məhin Qnyaz qızına aid olmuşdur. Evin həyətinin sağ tərəfində olan bir mərtəbəli hissədə isə Cavabdeh yaşamışdır. Cavabdeh onların evdən uzaqda olmağından istifadə edərək şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla yaşadığı bir mərtəbəli evin damını sökərək üzərində ikinci mərtəbə inşa etmiş və demək olar ki, iddiaçıların mənzillərinin qabağını tam şəkildə bağlamışdır. Bu tikilidən sonra onların mənzillərinin təbii havalanması v ə günəş işığının düşməsi pozulmuşdur. İddiaçı2 mənzilinə ümumiyyətlə günəş şüası düşməmiş, hava girməmişdir. İnşa olunmuş yeni tikili İddiaçı1 pəncərəsindən 2 metr məsafədə yerləşmişdir. Bu iki metrlik məsafənin özü də hasara alınaraq, qutu kimi düzəldilib içərisinə su çəni yerləşdirilmiş və üzəri dəmir şiferlə örtülmüşdür. Bu qutu şəklində olan tikili İddiaçı1 mənzilinin divarına tam şəkildə toxunmuş və evin təbii havalanmasını bir daha kəskin şəkildə pozmuşdur. Bununla yanaşı əlavə mərtəbə tikilərkən İddiaçı1 telefon xətti kəsilmiş, əlavə xətt calanaraq bütövlüyü pozulmuşdur. Televizor antenasının qarşısı tam tutulmuşdur. İddiaçı1 evinə giriş qapısının qarşısında ona məxsus olan kiçik eyvanı məhəccərlə kəsərək mənimsəmiş və oraya su mühərriki quraşdırmışdır. Günün bütün saatlarında müh ərrik yüksək səslə işləmiş və həmin evdə rahat yaşamağı mümkünsüz etmişdir. İddiaçı2 mənzilinin giriş qapısının qarşısını dəmir məhəccərlə kəsmiş və evinə giriş-çıxışı çətinləşdirmişdir. Onların yaşadığı kiçik olan ümumi həyətin girəcəyində, həyətin ölçülərinə nisbətdə böyük taxta dolab tikmiş, bununla da həyətə giriş-çıxışı da çətinləşdirmişdir. İddiaçı1 su sayğacının xətlərinin bir hissəsi həmin dolabın içərisində qalmışdır. İddiaçılar isə cavabdehin əşyaları ilə dolu olan ümumi həyətdən lazımınca istifadə edə bilməmişlər. Bu barədə cavabdehə dəfərlərlə şifahi şəkildə tikdiyi tikilinin və maneələrin aradan qaldırılmasını ona bildirsələr də, belə vəziyyətdə onların mənzillərdə yaşayışlarını çətinləşdiyini desələr də, o iddiaçıların sözlərinə məhəl qoymamış və onunla sivil qaydada danışıql arını davaya çevirmişdir. Bu barədə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə müraciət etməklərinə baxmayaraq heç bir tədbir görülməmişdir. Mülkiyyət hüquqularını təsdiq edən çıxarışların olmasına rəğmən iddiaçılar öz mülkiyyətində olan evdən istifadə edə bilməmişlər. Cavabdehin qanunsuz hərəkətləri, müdaxilələri sayəsində, konstitusion hüquqları olan mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Həmin yerdə özbaşına tikililər, iddiaçıların evdən sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək hüququnu pozmuşdur. Göstərdikləri bu iddialar fotoşəkillərdə də aydın görünmüşdür.
7. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi göndərmiş və ərizəsini onunla əsaslandırmışdır ki, onun mənzilinin ikinci mərtəbəsində olan tikili İddiaçı1 və İddiaçı2 mənzillərinin qarşısını tam şəkildə kəsməmiş, ə rizələrində onların mənzillərinin təbii havalanması və günəş işığının düşməsinin pozulmasını qeyd etmələri tamamilə əsassız olmuşdur. İddiaçıların mənzili ilə onun mənzilinin arasında 5 metr məsafə olmuşdur. Onun mənzilinin girişinin üzərində olan tikili mənzilinin içəri hissəsinə aid olmuşdur. Su çəni o mənzili alandan orada olmuşdur. Onun mənzilinin ikinci mərtəbəsi tikilərkən İddiaçı1 telefon xətti kəsilməmiş, əlavə xətt calanmamış, onun televizor antenasının qarşısını tutmamışdır. Giriş qapısının qarşısında olan məhəccər 30 il bundan qabaq orada olmuş, İddiaçı1 mənzilinin keçmiş sahibi X4 həmin məhəccərə və pilləkənə görə ona qarşı iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(009)1659/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qərardadına əsasən həmin mülki iş üzrə icraata xitam verilmişdir. Ümumi həyətin girəcəyində olan dolab 30 il bundan qabaq o mənzili alarkən orada olmuş, həyətə giriş-çıxışa heç bir çətinlik yaratmamışdır. İddiaçı1 mənzilinə gedən su xətlərinin bir hissəsi 30 il bundan qabaq o mənzili alarkən oradan keçmişdir. O, həmin tikiliyə 3 il bundan əvvəl başlayarkən iddiaçıların hər ikisinin razılığını almış, həmin vaxt iddiaçılar ona heç bir etiraz bildirməmişlər. İddia ərizəsində göstərilən su mühərriki isə yalnız sudan istifadə edən zaman işə düşmüş və onun tərəfindən həmin nasosun üzəri taxta diktlə bağlanaraq səssiz vəziyyətə gətirilmişdir ki, qonşulara səsi getməsin. Bütün bu göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı “qanunsuz tikilinin sökülərək əvvəlki vəziy yətinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilsin.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, cavabdehin etdiyi tikinti səbəbindən onun mənzilinə işıq şüası düşməmiş və hava daxil olmamışdır. Onun mənzilində daimi yaşayıb-yaşamamağından asılı olmayaraq istədiyi zaman gəldikdə günəş işığını görməlidir. Ekspert isə qərardadda göstərilən suallara tam məzmunda cavab verməmiş, bu səbəbdən rəy ilə razı olmamışdır. Cavabdeh İcra Hakimiyyətinə icazə ilə bağlı müraciət etsə idi, icazə verilməyəcəkdi. Orada kimsə yeni tikililər tiksə sıxlıq səbəbindən başqa şəxsin evinin qarşısını kəsəcək. Təcili yardım belə gələn zaman evə girə bilməmişdir. Bu səbəbdən iddianın təmin olu nmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi X7 iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, onun mənzilinə də işıq şüaları düşməmişdir. Evində havasızlıq, nəmişlik yaranmışdır. Orada olan balaca tikililər əlil arabasını hərəkət etdirməyə imkan verməmişdir. Evi onun babası tikib, dedikləri kimi pilləkən içəridə olmayıb, çöldə olmuşdur. Hətta onun nənəsi oradan yıxılaraq vəfat etmişdir. Proyekt öncədən olan kimi deyil, dəyişdirilmişdir. Reşotka (qəfəs) əvvəldən orada idi, əvvəlki qonşular arasında da bu mövzuda mübahisələr olmuşdur. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 etiraz ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Onun bacısı oğlu heç orada yaşamamış, əlillərin bərpa mərkəzində yaşamışdır. Saat 5-dən sonra pəncərə olmasına baxmayaraq onlar da işıqları yandırmışdır. Çünki günəş getdikdən sonra qaranlıq olmağa başlamışdır. Həmin reşotka (qəfəs) isə 2009-cu ildən əvvəl orada olmuşdur. Onlar sonradan heç nə qoymamışlar. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, usta kimi fəaliyyət göstərir. Cavabdehə məxsus köhnə dam örtüyü onun tərəfindən sökülərək yenisi ilə əvəz edilmişdir. Sökən zaman onun altında su çəni olmuşdur.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, o L.Babayev 45 ünvanında yaşayır. Cavabdeh ikinci mərtəbəni 3-4 il öncə tikmişdir. Su çəni isə dam örtüyünün altında olmuşdur.
13. Məhkə mə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır. İddiaçılar və cavabdeh əvvəl yaxşı münasibətdə olsalar da, son zaman aralarında mübahisələr olmuşdur. Eşitdiyinə görə pilləkən üstündə mübahisələri olmuşdur. İkinci mərtəbə də, pilləkənin üzəri də çoxdan tikilmişdir. Pilləkən əvvəl evin içərisində olmuşdur. Sonradan başqa adamlara satıldığından çöldə qoymuşlar. Su çəni cavabdehin hamamının üstündə, dam örtüyünün altında olmuşdur. Cavabdeh evində təmir işləri görüb, usta işləyən zaman görmüşdür. Hamamın üzərində olan çən axıtdığından təmir edilib, köhnə dam örtüyü yenisi ilə əvəz olunmuşdur.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizas ı Mərkəzi tərəfindən verilmiş 3 iyun 2022-ci il tarixli 10/6722 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin (yaşayış evinin) texniki pasportu iş materiallarına əlavə edilmədiyindən, həmin tikilinin texniki pasportdakı vəziyyəti ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən inşa edilmiş tikiliyə dair yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üz rə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Tədqiq olunan tikililərin iddiaçının evinə günəş şüasının və hava axının daxil olmasına, eləcə də qonşuların öz sahələrindən istifadə etmə hüquqlarına və mənafelərinə maneçilik və məhdudiyyət yaradıb-yaratmamasının, habelə insanların həyat və sağlamlığına təhlükə törədib-törətməməsinin müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmamışdır.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-127/ 2022 nömrəli iş üzrə 1 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddianın təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən yeni tikilmiş ikinci mərtəbə ilə İddiaçı1 məxsus mənzil arasında kifayət qədər məsafə olmuşdur. İddiaçıya məxsus mənzilə günəş şüaları və hava daxil olmuşdur. Cavabdehə məxsus su çəni cavabdehin öz mənzilinin damına qoyulmuş, üzəri dam örtüyü ilə örtülmüş və İddiaçı1 məxsus olan mənzilin pəncərəsinin alt hissəsindən aşağı düşmüşdür. İddiaçı2 məxsus olan mənzilin pəncərəsi ümumi həyətə baxmış və pəncərənin qarşısında cavabdehə məxsus olan mənzilin birinci mərtəbəsi olmuş və öncədən mövcud olmuş tikili olmuşdur. İddiaçıların hər hansı hüquq və mənafeyinə toxunması təsdiqin i tapmamışdır.
17. Həmçinin məhkəmə tərəfindən Cavabdeh tərəfindən inşa edilmiş tikiliyə dair müvafiq icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilmişdir.
18. İddiaçının iddia ərizəsində qeyd etdiyi cavabdehin apardığı t ikintinin qanunsuz aparılması, buna dair müvafiq icazələrin alınmaması kimi dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir.
19. Məhkəmə qeyd olunanlara istinadən hesab etmişdir ki, iddiaçıların hər hansı hüquq və mənafeyinə toxunması müəyyən edilmədiyindən müvafiq icazə olmadan tikilmiş tikililərin sökülməsi və cavabdehlərin yaşayış hüquqlarının məhdudlaşdırılması ilə bağlı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etməkdə iddiaçıların hüququ olmamışdır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 170, 171, 180-cı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 76, 95, 97-ci maddələrinə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”yə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı X9 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 2 mart 2023-cü il tarixli, 10/7697 nömrəli ekspert rəyinə əsasən 20 №-li evin cavabdehin istifadəsində olan hissəsində texniki pasportda göstərilməyən tikililər mövcud olmuşdur. Həmin tikililər yaşayış evinin ikinci mərtəbəsində yerləşmiş və bunlardan ibarət olmuşdur: 1) sahəsi 11,4 kv.m (3,80m x 3,0m), hündürlüyü 2,90 m təşkil edən tikili; 2) sahəsi 12,2 kv.m (3,80m x 3,20m), hündürlüyü 2,90 kv.m təşkil edən tikili. Ekspert rəyində daha sonra qeyd olunmuşdur ki, 20 №-li evin cavabdehin istifadəsində olan tiki liləri ilə evin iddiaçıların istifadəsində olan hissələrinin pəncərələri arasında ara məsafəsi 2,10 m təşkil etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-430/2023 nömrəli mülki iş üzrə 7 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və İkram Şirinov) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, Bakı şəhəri, Səbail rayonu, Ə.Hüseynzadə küçəsində (2-ci Bayıl döngəsində) yerləşən, ümumi paylı mülkiyyətdə olan 20 №-li evin Cavabdeh istifadəsində olan hissəsində texniki pasportda göstərilməyən tikililər – evin ikinci mərtəbəsində yerləşən, sahəsi 11,4 kv.m (3,80m x 3,0m), hündürlüyü 2,90 m təşkil edən tikilinin və sahəsi 12,2 kv.m (3,80m x 3,20m), hündürlüyü 2,90 kv.m təşkil edən tikilinin Cavabdeh hesabına sökülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində icraat zamanı tikinti-texniki ekspertiza keçirilmişdir. Ekspert rəyi verilərkən 20 №-li evin texniki pasportu iş materiallarına əlavə edilməmişdir. Ona görə də ekspert qeyd etmişdir ki, evin texniki pasportu iş materiallarına əlavə edilmədiyindən, tikilinin texniki pasportdakı vəziyyəti ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya icraatı zamanı texniki pasportların surətləri mə hkəməyə təqdim olunmuşdur. Ona görə iş üzrə əlavə tikinti-texniki ekspertiza keçilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7697 №-li ekspert rəyinə görə, 20 №-li evin cavabdehin istifadəsində olan hissəsində texniki pasportda göstərilməyən tikililər mövcud olmuşdur. Həmin tikililər yaşayış evinin ikinci mərtəbəsində yerləşmiş və bunlardan ibarət olmuşdur: 1) sahəsi 11,4 kv.m (3,80m x 3,0m), hündürlüyü 2,90 m təşkil edən tikili; 2) sahəsi 12,2 kv.m (3,80m x 3,20m), hündürlüyü 2,90 kv.m təşkil edən tikili. Ekspert rəyində daha sonra qeyd olunmuşdur ki, 20 №-li evin cavabdehin istifadəsində olan tikililəri ilə evin iddiaçıların istifadəsində olan hissələrinin pəncərələri arasında ara məsafəsi 2,10 m təşkil etmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıl ar həmin tikililərin 2019-cu ildə, cavabdeh isə 2021-ci ildə inşa edildiyini bildirmişlər. Tikililərin 2019 və ya 2021-ci ildə inşa edildiyinin mübahisənin düzgün həlli üçün əhəmiyyəti olmamışdır, çünki hazırda qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsi həmin illərdə qüvvədə olmuşdur. Müəyyən olunmuşdur ki, həmin tikililər inşa edilərkən Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) tələbinə əməl edilməmiş və tikililər evin texniki pasportunda qeyd olunmamışdır. Ona görə də həmin tikililər Mülki Məcəllənin 180.1-ci maddəsinin tələbləri baxımından özbaşına tikinti hesab olunmuşdur.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar özbaşına tikintinin sökülməsini tələb etmək hüququna malik olmuşlar. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına t ikinti obyektinin sökülməsini tələb etmək hüququna malik olan şəxslərdən biri “maraqlı tərəf” kimi qeyd olunmuşdur. İşdə olan sübutlar iddiaçıların “maraqlı tərəf” sayılmasına əsas vermişdir. Çünki özbaşına tikinti onları ümumi paylı mülkiyyətində olan evdə aparılmış, habelə həmin tikililər ilə evin iddiaçıların istifadəsində olan hissələrinin pəncərələri arasında ara məsafəsi 2,10 m təşkil etmişdir.
27. İddia ərizəsində həmçinin maneələrin aradan qaldırılması və evin sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması tələb olunsa da, məhkəmə Mülki Məcəllənin 157.4-cü maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, bu tələb təmin oluna bilməz. Çünki “maneə” deyildikdə nəyin nəzərdə tutulması və onun hansı formada aradan qaldırılması tələbdə qeyd olunmamış, o cümlədən “əvvəlki vəziyyət” de yildikdə hansı vəziyyətin nəzərdə tutulduğu tələbdə qeyd olunmamışdır.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 180ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələrini tətbiq edərək, işə çox formal yanaşmaqla, sadəcə göstərmişdir ki, cavabdeh tərəfindən həmin tikililər inşa edilərkən Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələbinə əməl edilmədiyindən və evin texniki pasportunda qeyd olunmadığından özbaşına tikinti hesab olunur və buna görə də sökülməlidir. Halbuki elə həmin Məcəllənin 180.3-cü maddəsinin özü müəyyən şərt daxilində özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasını nəzərdə tutur. Göründüyü kimi mülki qanunvericilik heç də bütün hallarda bütün özbaşına tikililərin sökülməsini zəruri və məqsədəuyğun hesab etmir. Apellyasiya instansiyası məhkəməsi bu dərəcədə formallığa əsaslanmaqla, qətnamə qəbul etməməli, işin digər bütün hallarını nəzərə almalı, həmin özbaşına tikintinin iddiaçıların mənafeyinə xələl gətirmədiyini diqqətə almalı idi.
31. Kassator qeyd etmişdir ki, cavabdeh tərəfindən yeni tikilmiş ikinci mərtəbə ilə İddiaçı1 məxsus mənzil arasında kif ayət qədər məsafə olmuşdur. İddiaçıya məxsus mənzilə günəş şüaları və hava daxil olmuşdur. Cavabdehə məxsus su çəni cavabdehin öz mənzilinin damına qoyulmuş, üzəri dam örtüyü ilə örtülmüş və İddiaçı1 məxsus olan mənzilin pəncərəsinin alt hissəsindən aşağı düşmüşdür. İddiaçı2 məxsus olan mənzilin pəncərəsi ümumi həyətə baxmış və pəncərənin qarşısında cavabdehə məxsus olan mənzilin birinci mərtəbəsi olmuş və öncədən mövcud olmuş tikili olmuşdur. Həmin tikililər özbaşına tikililər olsa da, iddiaçıların hüquqlarını və mənafeyini onların iddia etdiyi şəkildə əhəmiyyətli dərəcədə pozmamış və xələl gətirməmişdir. Hətta qonşuluq hüququ, qonşu təsirinə dözməklə bağlı mülki qanunvericilikdə müvafiq normalar, eləcə də, mülki hüququn ümumbəşəri prinsipləri var ki, şəxsin hüquq və maraqları əhəmiyyətli dərəcədə pozulmursa, maraqların ciddi toqquşması baş vermirsə, bu hallarda hər hansı tikinti aparmış şəxsin tikilisinin sökülməsini labüd hesab etmir.
32. Kassator qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində konkret olaraq göstərmişlər ki, onlar mübahisəli ünvanda deyil, başqa ünvanlarda (İddiaçı1: Bakı şəhəri, İnşaatçılar pr., 31 A, mənzil 17; İddiaçı2 isə ünvan 5 ünvanında) yaşadıqlarından məhkəmə bildirişlərinin onların faktiki yaşadıqları ünvanlara göndərilməsini xahiş etmişlər. Bununla da müəyyən olunmuşdur ki, cavabdehin özünə məxsus hissədə hər hansı tikinti aparması həmin ünvanda yaşamayan iddiaçıların hər hansı hüquqlarını da poza bilməz.
33. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 88-ci ma ddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı1 (vəkil X2) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almad an və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
37. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellya siya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
48. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-430/2023 nömrəli, 7 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.