Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3119/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-228/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.M.Yaqubov, iş № 2(027)-2777/2019) İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası rədd edilmişdir. Sum qayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.R.Abasov, A.Ə.Abbasov və T.Q.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Quba rayonunun Barlı kəndində yerləşən 0,06 ha ölçüdə torpaq sahəsi notariatda təsdiq olunmuş xx xxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırkı iş üzrə Cavabdeh tərəfindən dəyəri ödənilməklə alınmış və xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh adına həmin torpaq sahəsinə mülkiyyət hüququnu bildirən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2018-ci ildə Cavabdeh tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. 2018-ci ilin oktyabr ayın da İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tikintisinə başladığı fərdi yaşayış evinin həmin ərazidən keçən yüksək təzyiqli yeraltı magistral qaz kəmərindən 25 metr məsafədə yerləşməsini, halbuki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbinə görə magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonasının müəyyən olunmaqla həmin zona daxilində yaşayış evinin tikilməsinin qadağan olunmasını əsas göstərməklə həmin tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək cavabdehə məxsus evin magistral qaz kəmər inin mühafizə zonasında tikilməsini, lakin işə baxan apelyasiya instansiyası məhkəməsinin işin həmin halını lazımınca nəzərə almadan evin sökülməsi barədə İdarənin tələbinin rədd olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan so nra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını qanuni və əsaslı hesab edərkən Quba rayonunun Barlı kəndində yerləşən 0,06 ha ölçüdə torpaq sahəsinin Cavabdeh mülkiyyətində olmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4 və 240-cı maddələrinə əsasən cavabdehin həmin torpaq sahəsində onun təyinatı ilə bağlı tələbləri gözləmək şərt i ilə bina və qurğu ucaldılması hüququna malik olmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə iş üçün mühüm əhəmiyyəti olan halları nəzərə almadan və onlara müvafiq hüquqi qiymət vermədən gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən mübahisə predmeti olan evin magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsini və bunun “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” ilə qadağan olunmasını əsas göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş həmin “Qaydalar”da magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zo nası təyin edilmişdir. Qaydalara görə mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Həmin “Qaydalar”ın 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Mübahisəli torpaq sahəsinin mülkiyyətə verilərkən belə bir razılaşmanın olması işdən görünmür. İddia ərizəsindən, ona əlavə edilmiş xx xxxx 2018-ci il tarixli aktdan görünür ki, mübahisəli ev magistral qaz kəmər indən 25 metr məsafədə, kəmərin mühafizə zonasında inşa edilmişdir. Yuxarıda göstərilən Qaydaların qəbul edilməsində məqsəd qaz kəmərinin mühafizə zonasında yerləşən tikililərdən istifadə edən fiziki və hüquqi şəxslərin təhlükəsizliyinin təmin olunmasından ibarət olduğundan, bununla bağlı mübahisəyə baxan məhkəmələr, kollegiyaya görə, ilk növbədə işin həmin mühüm halına qiymət verməklə mübahisəni həll etməlidirlər. Mübahisəli torpaq sahəsinin cavabdehə məxsus olması və onun həmin sahədə tikinti işlərini aparmaq hüququna malik olması işin mübahisəsiz halı olmaqla həmin hal cavabdehin özünün təhlükəsizliyinin nəzərə alınmadan iddianın rədd edilməsi üçün məhkəməyə əsas verməmişdir. Belə ki, vətəndaşın həyat və sağlamlığının təmin edilməsi daha vacib və həyatı əhəmiyyət kəsb edən məsələdir. Apelyasiya instansiyası məhkəməsi iddianı əsassız sayarkən işin göstərilən hallarını araşdırmamış, onlara müvafiq hüquqi qiymət verməmiş və tələbin əsassız olması barədə nəticəni iddia tələbindən irəli sürülən dəlillər baxımından əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Su mqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3119/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3119/2020
22.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver