Məhkəmə qərarları › İş №2(102)-3120/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3120/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3120/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2(104)119/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qanuni qüvvəyə min miş Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 sentyabr 2016-ci il tarixli qətnaməsi ilə İddiaçı10, X11, İddiaçı5, Hüseynova (Quliyeva) Vəfa Kazım qızı, İddiaçı7, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı8 və İddiaçı9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Göygöl rayonu, Üçtəpə kəndində yerləşən, İddiaçı10 və onun ailə üzvləri İddiaçı11, İddiaçı12, İddiaçı13 məxsus olan 0,40 hektar, X11 və onun ailə üzvləri X5, X8, X12, X9, İddiaçı2 Mobil oğluna məxsus olan 0,57 hektar, İddiaçı5 və onun ailə üzvü İddiaçı6 məxsus olan 0,05 hektar, Hüseynova (Quliyeva) Vəfa Kazım qızı və onun ailə üzvləri İddiaçı2, İddiaçı3 məxsus olan 0,37 hek tar torpaq sahələrinin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi; Göygöl rayonu, Üçtəpə kəndində yerləşən İddiaçı10 və onun ailə üzvləri İddiaçı11, İddiaçı12, İddiaçı13 məxsus olan 0,40 hektar, X6 və onun ailə üzvləri X5, X8, X12, X9, İddiaçı2 Mobil oğluna məxsus olan 0,57 hektar, İddiaçı5 və onun ailə üzvü İddiaçı6 məxsus olan 0,05 hektar, Hüseynova (Quliyeva) Vəfa Kazım qızına və onun ailə üzvləri İddiaçı2, İddiaçı3 məxsus olan 0,37 hektar torpaq sahələrindən istifadə və mülkiyyət hüququnun Cavabdeh2 verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 07 mart 2017-ci il tarixli qərarı ilə X7 və 3-cü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X4, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 cavabdehlər Göygöl rayon Notariat Kontoruna, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia predmetini n dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Sadıqov Çingiz oğlundan və Göygöl rayon Notariat Kontorundan İddiaçı5 və ailə üzvlərinə məxsus 0,05 hektar torpaq sahəsinə görə 10.000 manat pulun və 5000 əldən çıxmış faydanın, İddiaçı10 və ailə üzvlərinə məxsus 0,40 hektar torpaq sahəsinə görə 80.000 pulun və 40.000 manat əldən çıxmış faydanın, İddiaçı7 və ailə üzvlərinə məxsus 0, 46 hektar sahəsinə görə 92.000 manat pulun və 46.000 manat əldən çıxmış faydanın Hüseynova (Quliyeva) Vəfa Kazım qızına və ailə üzvlərinə məxsus 0,37 hektar sahəsinə görə 74.000 manat pulun və 37.000 manat əldən çıxmış faydanın və hər birinə dəymiş 5000 manat mənəvi ziyanın alınaraq, onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan fakti ki hallarına istinadən belə əsaslandırılmışdır ki, X7, yəni İddiaçı7 və ailə üzvlərinin mülkiyyətində olan JN-270 saylı dövlət aktı ilə olan 0,46 ha torpaq sahəsini, İddiaçı10 və ailə üzvlərinin JN-271 saylı dövlət aktı ilə olan 0,40 ha torpaq sahəsini, İddiaçı5 və ailə üzvünə məxsus JN269 saylı dövlət aktı ilə olan 05 ha torpaq sahəsini və Hüseynova (Quliyeva) Vəfa Kazım qızının və ailə üzvlərinə məxsus JN-256 saylı dövlət aktı ilə olan 0,37 hektar torpaq sahəsini qanunsuz olaraq qətnamə yolu ilə öz adına DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən çıxarış almış və həmin çıxarışa əsasən onların torpaqlarını ayrı-ayrı vətəndaşlara satmışdır. Daha sonra yuxarıda qeyd olunan məhkəmə aktları qəbul olunmuşdur. Beləliklə, iddiaçılara məxsus torpaq sahələri müxtəlif şəxslərə satılmışdır ki, belə olduğ u halda həmin alıcıları vicdanlı əldə edən hesab edirlər. X2 və Göygöl rayon Notariat Kontorundan iddia ərizələrində göstərdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə görə cavabdeh Sadıqov Elturan oğlu torpaqlarını satıb pul qazandığına görə və cavabdeh Göygöl rayon Notariat Ofisi isə hər alqı-satqıda rüsum hesabına qazanc əldə etdiyinə görə onların torpaqlarının dəyərini onlara ödəməlidirlər.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin X13, İddiaçı5, İddiaçı7 və İddiaçı10 ünvanladığı 18 iyul 2017-ci il və 22 iyul 2017-ci il tarixli məktublarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə müraciətdə qeyd olunan torpaq sahələri üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın araq, xx.xx.2007-ci il, xx.xx.2007-ci il, xx.xx.2007-ci il tarixli çıxarışlar verilmişdir. Sonradan Cavabdeh2 torpaq sahələrini hissələrlə ayrı-ayrı şəxslərə satmış və həmin şəxslərin hüquqları dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışlarla rəsmiləşdirilmişdir. Qeyd olunan çıxarışlar ləğv edilmədiyindən yuxarıda göstərilən dövlət aktları ilə ayrılmış torpaq sahələrinin naturada sərhədlərinin müəyyən edilərək sizə təhvil verilməsi barədə qaldırdığınız məsələyə məhkəmə qaydasında baxıla bilər.

6. Göygöl Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(066)-207/2022 saylı qətnaməsi (hakim Əyyub Kərimov) ilə iddia təmin edilməmişdir.

7. Məhkəmə maddi ziyanın tutulması hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərdən iddiaçıların xeyrinə maddi ziyana görə hansısa məbləğdə pul tutulması üçün əvvəlcə iddiaçılar həmin maddi ziyanın nədən ibarət olmasını, necə yaranmasını və cavabdehin təqsirinin nədən ibarət olduğunu göstərməli sübut etməlidir. Hazırkı işdən görünür ki, iddiaçılar cavabdehlərdən maddi ziyana görə pul tələb etsələr də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişlər. Həmçinin iddiaçılar qeyd etmişlər ki, iddia ərizəsində göstərilən məbləğləri özləri tərəfindən təxmini hesablanmışdır.

8. Mənəvi zərərin tutulması hissəsində məhkəmə qeyd etmişdir ki, iddia tələbinin maddi ziyanla bağlı hissəsi təmin edilmədiyindən iddia bu hissədə də təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 386.1, 21, 1091.1, 1091.2, 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdi r. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçılar İddiaçı10 və İddiaçı7 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Göygöl Rayon Məhkəməsi qanunsuz və əsassız şəkildə iddialarının təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, sübutlar və sənədlər olduğu halda və iddiaları heç bir əsas gətirmədən təmin edilməmiş, birinci instansiya məhkəməsi qanunsuzluğa yol vermişdir. Mülkiyyət hüququna dair dövlət aktlarından görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən torpaq sahələri Ali Məhkəməsinin qətnaməsi ilə onlara qaytarılmış və onların mülkiyyət hüquqları tanınmışdır. Sadəcə vicdanlı alıcılar olduğuna görə məcburiyyət qarşısında qalaraq iddia tələbini dəyişərək pul və əldən çıxmış faydanı tələb etməli olmuşlar. Cavabdeh tərəfindən onlara külli miqdarda maddi ziyan vurulmuş və həmin zərər birmənalı şəkildə tam həcmdə cavabdeh tərəfindən onlara ödənilməlidir.

12. Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 20222-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş xx.xx.2005-ci il tarixli aktın aşağı hissəsində “İddiaçı10İ” yazılarının qarşısındakı imza İddiaçı10 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 13. "xxxx" MMC-nin 19 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN0271 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən İddiaçı10 məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,40 ha torpaq sahəsin in bazar dəyəri 40.000 manat, JN-0270 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən İddiaçı7 məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,46 ha torpaq sahəsinin bazar dəyəri isə 46.000 manat təşkil edir.

14. Göygöl rayon Notariat ofisindən əldə edilmiş 29 fevral 2020-ci il, 04 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 24 noyabr 2021-ci il və 20 oktyabr 2022-ci il tarixli alqı-satqı müqavilələrinin surətindən görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,017 ha torpaq sahəsi 5000 manata, 0,08 ha 4360 manata, 0,08 ha 3000 manata, 0,02 ha 2400 manata və 0,25 ha 1000 manata satılmışdır.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-119/2023 nömrəli iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.H.Hüseynzadə (sədrlik edən və məru zəçi), Ş.Q.Rzaquliyev və İ.T.Həsənov) iddiaçılar İddiaçı10 və İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Göygöl rayon məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsinin- iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddianın cavabdeh Göygöl rayon Notariat Ofisinə münasibətdə təmin edilməməsi, Cavabdeh2 münasibətdə qismən təmin edilməsi, Cavabdeh2 vurulmuş zərərə görə 16.000 manat pulun alınaraq İddiaçı10, İddiaçı12, İddiaçı13 və X3 verilməsi, 18.400 manat pulun tutularaq İddiaçı7, İddiaçı8 və İddiaçı9 verilməsi qət edilmişdir. İddia tələbi Cavabdeh2 münasibətdə qalan hissədə təmin edilməmişdir.

16. Məhkəmə kollegiyası Cavabdeh2 iddiaçıların ilk əvvəl torpaq sahələrini almış şəxslərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmalı olması, iddia üzrə əgər həmin şəxslər vicdanlı əldə edən hesab olunduğu halda, iddiaçıların hazırkı iddianı qaldıra bilməsi ilə bağlı etirazının dəlilini əsassız hesab etmişdir. Belə ki, işdə olan sübutlardan görünür ki, torpaq sahələri hissələrə bölünərək müxtəlif şəxslərə satılmışdır ki, həmin şəxslərin vicdanlı əldə edən olmamasını iddia etməsi hüququ hazırkı iş üzrə iddiaçılara məxsus olmuşdur. İddiaçıların torpaq sahələrini alan şəxsləri vicdanla əldə edən şəxs hesab etməsi halı, iddiaçıların həmin şəxslər tərəfindən onların hüquqlarının pozulmamasını qəbul etməsi anlamına gəlməklə, əldə edənlərlə iddiaçılar arasında hər hansı mübahisənin olmamasını təsdiq edir. Buna görə də həmin şəxslərə qarşı alqı-satqı müqaviləsinin et ibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmadan da iddiaçıların cavabdehdən onlara vurulmuş zərərin əvəzini tələb etmək üçün subyektiv hüququ mövcud olmuş olur.

17. Məhkəmə kollegiyası iddiaçılara dəymiş zərərin məbləği ilə əlaqədar olaraq "xxxx" MMC-nin 19 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyinə istinadən iddiaçılara vurulmuş zərər məbləğinin torpaq sahəsinin 0,01 ha-nın dəyərinin 400 manat götürülməklə müəyyən edilməsi əsaslı, ədalətli və ağlabatan hesab edir ki, bununla da birgə mülkiyyətçilər İddiaçı10, İddiaçı12, İddiaçı13 və X3 16000 manat məbləğində, digər birgə mülkiyyətçilər isə İddiaçı7, İddiaçı8 və X1 18400 manat məbləğində zərərin dəyməsi müəyyən olunur.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, yoxlanılan hissə üzrə iddiaçılar İddiaçı10, İddiaçı7 və digər birg ə mülkiyyətçi qismində iddiaçılar müvafiq olaraq 40.000 manat və 46.000 manat əldən çıxmış faydan tələb etsələr də, həmin tələblərini ümumiyyətlə əsaslandırmamış və buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Buna görə də məhkəmə kollegiyası iddiaçıların qeyd olunan tələblərini əsassız hesab etmişdir.

19. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların hazırkı tələbi həmçinin, Göygöl rayon Notariat Ofisinə qarşı yönəlmişdir ki, iddiaçılar bu tələblərini Göygöl rayon Notariat Ofisinin hər alqı-satqıda rüsum hesabına qazanc əldə etməsi ilə əsaslandırmışlar ki, onların bu tələbi əsassız olmuşdur. Belə ki, alqı-satqı müqavilələri bağlandığı zaman əsassız olsa da torpaq sahələri üzərində mülkiyyət hüququ Cavabdeh2 məxsus olmaqla, notarius tərəfindən də alqı-satqı müqavilələri hüquqmüəyyənedici sənədlər əsasında aparılmaqla, notarius tərəfindən iddiaçılara ziyan vurula biləcək hər hansı bir hərəkətin olması müəyyən edilməmişdir. Buna görə də iddia tələbi Göygöl rayon Notariat Ofisinə qarşı əsassız olmuşdur.

20. Məhkəmə kollegiyası cavabdehin məhkəmə ərazi aidiyyətinin pozulması ilə bağlı etirazına münasibətdə isə qeyd etmişdir ki, ərazi aidiyyəti üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığı hazırkı iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərardadı ilə həll edilməklə, mülki işin baxılması üçün Göygöl Rayon Məhkəməsinə verilməsi qərar alınmışdır. Həmin qərardadda digər əsaslandırma ilə yanaşı həmçinin qeyd olunmuşdur ki, iddia tələbi cavabdehlər Cavabdeh2, o cümlədən Göygöl rayon Notariat Ofisinə qa rşı qaldırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 iddia ərizəsi icraata qəbul edilən vaxt yaşayış yeri üzrə Göygöl rayonu ərazisində və ya Gəncə şəhəri ərazisində qeydiyyatda olub-olmamasından, iddianın predmetinin dəyişdirilibdəyişdirilməməsindən, həmçinin cavabdehlərdən birinə münasibətdə iddia tələbindən imtina edilməsi və ya iddia ərizəsinin geri götürülüb-götürülməməsindən asılı olmayaraq, Göygöl rayon Notariat Ofisinin hüquqi ünvanın Göygöl rayonu ərazisində olması, Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə qarşı iddianın cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilməsi və birinci instansiya məhkəməsinin həmin cavabdehə münasibətdə də iddia tələbini icraata qə bul etməsi nəzərə alındıqda, iddia ərizəsi düzgün olaraq icraata qəbul edilmiş hesab olunur. Buna görə də məhkəmə kollegiyası ərazi aidiyyət qaydalarının pozulması ilə mülki işə baxılmasına dair cavabdeh tərəfin etirazını əsaslı hesab etməmişdir.

21. Məhkəmə kollegiyası cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyləri və alqı-satqı müqavilələrinin surətlərinə münasibətdə qeyd etmişdir ki, həmin ekspert rəyləri başqa iş üzrə əldə edilmiş sübutlar olmaqla, həmin rəylərin hazırkı işə hər hansı bir aidiyyəti olmamışdır. Alqı-satqı müqavilələrində müvafiq düzəlişlər aparılmaqla, həmin müqavilələr 9 il əvvələ aid olmaqla, zərərin müəyyən edilməsi üçün mötəbər hesab edilə bilməz. Buna görə də cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlər sübut kimi qəbul edilməyərək, qiymətləndiri lməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 213.1, 213.2, 213.6, 222.1, 1096.1 və 1096.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçılar əvvəlcə iddia tələbində mübahisəli torpaq sahələri ilə bağlı alqı-satqı müqavilələrini mübahisələndirsələr də, sonradan iddia tələbini dəyişdirmiş və cavabdehdən pul tələb etmişlər. Halbuki, iddiaçılar ilk əvvəl torpaq sahələrini almış şəxslərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmalı, iddia üzrə əgər həmin şəxslər vicdanlı əldə edən hesab olunduğu halda iddiaçılar hazırkı iddianı qaldıra bilərdilər. Həmçinin, məhkəmə dəymiş ziyanla bağlı gəlmiş olduğu nəticəni hər hansı bir sübutla əsaslandırmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə ziyanın məbləğini müəyyən edərkən işdə olan bir neçə müqavilədən almış olduğu rəqəmlərə əsaslanmışdır. Lakin əvvəla məhkəmə nəzərə almamışdır ki, həmin müqavilələrdə alqı-satqı həyətyanı torpaq sahələri üzrə bağlansa da, iddiaçıların iddia etdiyi torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahələridir və təbii ki, onların qiyməti arasında fərqlər var. Bundan başqa, ca vabdeh tərəfindən məhkəməyə həm hazırki torpaq sahələrinin özlərinin alqı-satqı müqavilələrini, həmdə anoloji işlə bağlı keçirilmiş ekspertiza və alınmış mütəxəssislər rəyləri, həmçinin oxşar torpaq sahələri ilə bağlı alqı-satqı müqavilələri təqdim olunsa da, məhkəmə onları başqa işlə bağlı olduğu üçün sübut kimi qəbul etməmişdi. Halbuki həmin rəylərdə torpağın orta bazar qiyməti 150-200 manat kimi müəyyən edilmişdir. Bu baxımdan cavabdeh məhkəməyə vəsatət verərək ekspertiza təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüqu quna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

29. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

30. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

31. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

32. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmla ka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olun muş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəm əsinin hüquqi mövqeyi

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

45. Belə ki, Cavabdeh2 iddiaçıların ilk əvvəl torpaq sahələrini almış şəxslərə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmalı olması, iddia üzrə əgər həmin şəxslər vicdanlı əldə edən hesab olunduğu halda, iddiaçıların hazırkı iddianı qaldıra bilməsi ilə bağlı etirazının dəlilini əsassız hesab etmişdir. Belə ki, işdə olan sübutlardan görünür ki, torpaq sahələri hissələrə bölünərək müxtəlif şəxslərə satılmışdır ki, həmin şəxslərin vicdanlı əldə edən olmamasını iddia etməsi hüququ hazırkı iş üzrə iddiaçılara məxsus olmuşdur. İddiaçıların torpaq sahələrini alan şəxsləri vicdanlı əldə edən şəxs hesab etməsi halı, iddiaçıların həmin şəxslər tərəfindən onların hüquqlarının pozulmamasını qəbul etməsi anlamına gəlməklə, əldə edənlərlə iddiaçılar arasında hər hansı mübahisənin olmamasını təsdiq edir. Buna görə də həmin şəxslərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmadan da iddiaçıların cavadbehdən onlara vurulmuş zərərin əvəzini tələb etmək üçün subyektiv hüququ mövcud olmuş olur.

46. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərini araşdırıb, iddiaçılara dəymiş zərərin məbləği ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC-nin 19 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyinə istinadən iddiaçılara vurulmuş zərər məbləğinin torpaq sahəsinin 0,01 ha dəyərinin 400 manat götürülməklə müəyyən edilməsi əsaslı, ədalətli və ağlabatan hesab edir ki, bununla da birgə mülkiyyətçilər İddiaçı10, İddiaçı12, İddiaçı13 və İddiaçı11 16000 manat, digər birgə mülkiyyət çilər İddiaçı7, İddiaçı8 və Elsəvər Əmiraslanova 18.400 manat məbləğində zərərin dəyməsi müəyyən olunmuşdur.

47. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh2 məhkəmə ərazi aidiyyətinin pozulması ilə bağlı etirazına münasibətdə qeyd etmişdir ki, ərazi aidiyyəti üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığı hazırkı iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərardadı ilə həll edilməklə, mülki işin baxılması üçün Göygöl Rayon Məhkəməsinə verilməsi qərar alınmışdır. Həmin qərardadda digər əsaslandırma ilə yanaşı həmçinin qeyd olunmuşdur ki, iddia tələbi cavabdehlər Cavabdeh2, o cümlədən Göygöl rayon Notariat Ofisinə qarşı qaldırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 iddia ərizəsi icraata qəbul edilən vaxt yaşayış yeri üzrə Göygöl rayonu ərazisind ə və ya Gəncə şəhəri ərazisində qeydiyyatda olub-olmamasından, iddianın predmetinin dəyişdirilib-dəyişdirilməməsindən, həmçinin cavabdehlərdən birinə münasibətdə iddia tələbindən imtina edilməsi və ya iddia ərizəsinin geri götürülüb-götürülməməsindən asılı olmayaraq, Göygöl rayon Notariat Ofisinin hüquqi ünvanın Göygöl rayonu ərazisində olması, Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə qarşı iddianın cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilməsi və birinci instansiya məhkəməsinin həmin cavabdehə münasibətdə də iddia tələbini icraata qəbul etməsi nəzərə alındıqda, iddia ərizəsi düzgün olaraq icraata qəbul edilmiş hesab olunur. Buna görə də məhkəmə kollegiyası ər azi aidiyyət qaydalarının pozulması ilə mülki işə baxılmasına dair cavabdeh tərəfin etirazını əsaslı hesab etməmişdir.

48. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iddianı qismən təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndiri lən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2(104)-119/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar