Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3124/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Zərdab Rayon İcra Hakimiyyəti Başçısının İsaqbağı Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: vəsiyyətnamənin etibarsız sayılması barədə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Zərdab Rayon İcra Hakimiyyəti Başçısının İsaqbağı Kənd İƏD üzrə nümayəndəliyi və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-349/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh2, iddiaçının qardaşı Abdulqədir Ədilovun arvadıdır.
2. Cavabdeh2 1992-ci ildə Abdulqədir Ədilovla rəsmi nikaha daxil olmaqla, qayınatası Əli Ədilova məxsus olan, Zərdab rayonu Böyük Dəkkə kəndində 0.26 ha həyətyanı torpaq sahəsində yerləşən 112 kv.metr sahəsi olan birmərtəbəli fərdi yaşayış evinə gəlin köçmüşdür.
3. Cavabdehin əri X1 1993-cü ildə vəfat etmişdir.
4. X4 20 oktyabr 2014-cü il tarixdə Zərdab rayon İH Başçısının İsaqbağı kənd inzibati dairəsi üzrə nümayəndəliyində təsdiq edilmiş vəsiyyətnamə ilə ona məxsus 1984cü il tarixdə tikilmiş, 104 kv.m sahəsi olan 04 otaqlı evi, 0.25 ha həyətyanı və 0.85 ha əkin torpaq sahəsini, həyət tiklilərini hal-hazırda ona baxan gəlini Cavabdeh2 vəsiyyət etmişdir.
5. X4 xx.xx.2015-ci ildə vəfat etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Zərdab Rayon İcra Hakimiyyəti Başçısının İsaqbağı Kənd İƏD üzrə nümayəndəliyinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayonu Böyük Dəkkə kənd sakini xx.xx.2015-ci il tarixdə vəfat etmiş atası X2 məxsus Zərdab RİHB-nin İsaqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 20 oktyabr 2014-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir.
7. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Zərdab rayonun Böyük Dəkkə kəndində mərhum atası Əli Ədilova məxsus 0.26 ha həyətyanı torpaq sahəsi, 112 kv.metrlik birmərtəbəli fərdi yaşayış evi, həyətdə 24 kv.metr sahəsi olan mal tövləsi olmuşdur. Hazırda mərhum qardaşı Abdulqədir Ədilovun arvadı - Cavabdeh2 həmin əmlaka qeyri-qanuni yiyələnmişdir. Belə ki, Zərdab RİHB-nin İsaqbağı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 20 oktyabr 2014-cü il tarixdə tərtib edilmiş vəsiyyətnaməyə əsasən guya atası X4 özünə məxsus torpağı, evi və bütün başqa əmlakını digər vərəsələri vərəsəlik hüququndan məhrum etməklə Cavabdeh2 vəsiyyət etmişdir. Atası vəsiyyətnamə qoyarkən qoca və xəstə olmuşdur. Cavabdeh2 atasının qoca və xəstə olmasından istifadə edərək aldatma yolu ilə öz xeyrinə vəsiyyətnamə tərtib etdirməyə nail olmuşdur. Bu səbəbdən, həmin vəsi yyətnamə etibarsız hesab edilməlidir.
8. Cavabdeh2 iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, o, iddiaçının qardaşı Abdulqədirlə 1992-ci ildə rəsmi nikaha daxil olmaqla sözügedən evə gəlin köçmüş, həmin nikahdan Nişanə adlı qızı doğulmuşdur. Əri xx.xx.1993-ci il tarixdə vəfat etdikdən sonra da qızı Nişanə ilə birlikdə qayınanası və qayınatası Əli ilə bir yerdə yaşamışlar. Qayınanası xx.xx.1998-ci il tarixdə vəfat etdikdən sonra qayınatasına ölən günədək özü baxmışdır. Qayınatası da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Qayınatasının vəfatından sonra da evdə özü qızı Nişanə ilə birlikdə yaşamış, qızı sonra ərə getmiş, özü isə hazırda da həmin evdə yaşayır. Hələ bu evə gəlin gəlməmişdən əvvəl, yəni 1983-cü ildə iddiaçı valideynlərindən ayrılaraq həmin vaxtdan bu günədək ünvan 1 ünva nında özünə məxsus mənzildə yaşayır. Mərhum qayınatası Əli Ədilov vəfat etməmişdən öncə, yəni xx.xx.2014cü il tarixdə özünün bütün əmlakını Zərdab RİHB-nin İsaqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. Vəsiyyətnamə tərtib edilərkən qayınatası Əli Ədilova hər hansı bir zorakılıq, kənar təsir göstərməmiş, nə də ki, onu aldatmamışdır. Vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.
9. Zərdab Rayon Məhkəməsinin 2(035)-674/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Əli Ədilov vəsiyyətnamə ilə sərəncam verərək özünə məxsus Zərdab rayon Böyükdəkkə kəndində 0.45 ha torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evin avadanlıqları ilə və yardımçı tikililərlə birlikdə gəlini hazırkı Cavabdeh2 vəsiyyət etmişdir. Eləcə də, şahidlərin ifadələrinə əsasən Əli Ədilovun vəsiyyətnamə qoyarkən öz iradəsinə, istəyinə uyğun hərəkət etdiyi müəyyən olunmuşdur.
11. İddiaçı sözügedən vəsiyyətnamənin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı sözügedən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün hər hansı bir hal aşkar edilməmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, eləcə də “Av şar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-349/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədlinin sədrliyi və məruzəsi ilə, Ə.Məcidov və E.Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir.
16. Məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
17. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Əli Ədilov vəsiyyətnamə ilə sərəncam verərək özünə məxsus Zərdab rayonun Böyükdəkkə kəndində 0.45 ha torpaq sahəsində yerləşən 04 otaqlı fərdi yaşayış evini avadanlıqları ilə və yardımçı tikililərlə birlikdə gəlini hazırkı Cavabdeh2 vəsiyyət etmişdir.
18. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir.
19. Vəsiyyətnamə, ümumiyyətlə əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanunazidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mə nasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1.,1225.2. və 1225.3. maddələri). Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinin tələbinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
20. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu mü ddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
21. Məhkəmə kollegiyası qeyd edib ki, iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətin ə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur.
22. Mülki Məcəllənin 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Kollegiyanın iclasında iştirak edən iddiaçı vəsiyyətnamədən 2016-cı il tarixdə xəbərdar olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət etmək hüuqunu itirmişdir. Belə olan halda iddiaçı məhkəməyə müraciət etmək hüququnu itirmişdir.
23. Kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair məhkəmələr qətnamə çıxarda bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmu r. Halbuki mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifəsi yalnız haqların (hüquqların) təsdiq olunmaqla qorunmasını təmin etməkdir (MPM.m.2.1). İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Halbuki məhkəmələrin qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM.m.217.1). Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsnin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəx sin qanuni manefeyini hüquqa zidd bir şəkildə pozmuş olar.
24. Şikayətin vəsiyyətnamədəki imzanın kim tərəfindən icra edilməsi barədə müvafiq ekspertiza təyin edilməsi barədə vəsatətin təmin olunmaması barədə dəlil əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici ekspertiza təyin edilib edilməməsi barədə məhkəməyə hüquq tanımışdır. Yəni vəzifə deyildir. Digər tərəfdən iddiaçı tərəf vəsiyyətnamədəki imzadan fərqli bir imza nümunəsi məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya ekspertiza tə yin etməyə lüzum görməmişdir.
25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1, 1225.3, 1231.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassator şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr iddiaçının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq məcburi paya malik olmasına hüquqi qiymət verməmişdir.
28. Kassasiya şikayə tinin digər dəlilinə görə, məhkəmələr vəsiyyətnamənin imzalanmamasına əhəmiyyət verməmişdir. Belə ki, vəsiyyətnamənin çap edilmiş nüsxəsi imzalanmamış, yalnız “Əli Ədilov” yazılmışdır. Vəsiyyətnamənin əlyazma nüsxəsi isə “Əli Ədilov” yazılmaqla, eyni zamanda imzalanmışdır. Lakin mərhum Əli Ədilov latın əlifbası ilə yazıb-oxuya bilməmişdir. Eləcə də, vəsiyyətnamənin əlyazma və çap nüsxələrindəki “Əli Ədilov” yazısı fərqli xəttlərlə yazılmışdır. Buna baxmayaraq bu hallar, məhkəmələr tərəfindən araşdırılmamışdır. Belə ki, iddiaçı vəsiyyətnamələrdəki ziddiyətlərin araşdırılması üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət vermiş, məhkəmələr əsassız olaraq vəsatəti təmin etməmişlər.
29. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193, 1179, 1188-ci, A zərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76, 88 və 97-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası
31. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
33. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
34. Maddə 1186. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.
35. Maddə 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.
36. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
37. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
38. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.
39. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
40. Maddə 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.
41. Maddə 1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilə r. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
45. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəiz halları bu qərarın 1-5-ci paraqraflarında əksini tapmışdır.
55. İddiaçı onun atası tərəfindən özünə məxsus əmlakların cavabdehə vəsiyyət edilməsi barədə 20 oktyabr 2014-cü il tarixdə Zərdab rayon İH Başçısının İsa qbağı kənd inzibati dairəsi üzrə nümayəndəliyində təsdiq edilmiş vəsiyyətnamənin etibarsız sayılmasını tələb edir və tələbini onunla saslandırır ki, vəsiyyətnamə atasının iradəsinə uyğun olmamış, Cavabdeh2 atasının qoca və xəstə olmasından istifadə edərək aldatma yolu ilə öz xeyrinə vəsiyyətnamə tərtib etdirməyə nail olmuşdur.
56. Bu iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1225 və 1230-cu maddələri təşkil edir.
57. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil etmiş, həmçinin haqlı olaraq qeyd etmişdir ki, mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər.
58. Həqiqətən də vəsiyyətnamə mahi yyəti etibarilə əqddir və onun etibarsız hesab olunması barədə iddia tələbləri müddətlərə tabe tutulur. Apelyasiya instansiyası haqlı olaraq iddiaçının vəsiyyətnamədən 2016-cı il tarixdə xəbərdar olduğunu və qanunla müəyyən edilmiş müddətdə vəsiyyətnaməni mübahisələndirmədiyini bildirmişdir.
59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. İddia tələbi müddətə görə təmin olunmadığına görə, iş üzrə ekspertiza təyin olunmasına zərurət qalmır və buna görə də kassatorun ekspertiza ilə bağlı dəlilləri araşdırılmır.
60. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır və həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predm etini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şi kayət təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)349/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.