Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3128/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X8, İddiaçı5, X2, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nisyə alqı-satqı müqavilələrinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar X8, İddiaçı5, X2, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı nisyə alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-468/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1, X3, X2, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-2664 saylı və xx.xx.2019-cu il tarixli, 4Ə-2665 saylı nisyə alqı-satqısı müqavilələrinə əsasən iddiaçıların mülkiyyətində olan 0,6276 hektar və 1,5695 hektar torpaq sahələrini Cavabdeh satmışlar. Tərəflər arasında razılaşmaya əsasən cavabdeh hər müqavilə üzrə nəzərdə tutulmuş 14500 manat məbləğində puldan 1000 manatını ödəmiş, qalan məbləğləri isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Sonradan tərəflər arasında bağlanmış 04 oktyabr 2021-ci il tarixli sazişə əsasən nisyə alqı-satqısı müqavilələri ü zrə qalan məbləğlərin cavabdeh tərəfindən ödənilməsi tarixi dəyişdirilərək xx.xx.2022-ci il tarix müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, X3, X2, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın nisyə alqı-satqısı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. Sonradan iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəməyə iddia tələbinin artırılması barədə ərizə göndərərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-2664 saylı və 12 sentyabr 2019-cu il tarixli 4Ə-2665 saylı Daşınmaz əmlakın nisyə alqı-satqısı müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddiaçılar ərizəni onunla əsaslandırmışdır ki, onlara torpaq islahatı aparılan zaman keçmiş Samux Rayon Aqrar İslahat Komissiyası tərəfindən Samux Rayonu Sərkar kənd ərazisi hissəsində olmaqla, yəni 0.6279 ha və 1.5695 ha əkinə yararlı torpaq sahəsi xüsusi mülkiyyətə verilmişdir. Onlar maldarlıqla məşğul olmaq niyyətinə düşmüşlər. Bu məqsədlə 2019-cu ildə X6 ilə öz aralarında sövdələşmə aparmışlar. Sövdələşmə zamanı razılığa gəlmişlər ki, Natiq Məhərrəmova 30.000 manat pul veriləcək, əvəzində ondan 200 baş xırda buynuzlu mal-qara alınacaq və əlavə olaraq mal-qara saxlamaq üçün 30 ha torpaq sahəsi icarəyə götürüləcək. Nəticədə pul vəsaitləri olmadığı üçün xüsusi mülkiyyətdə olan torpaq sahələrinin satılması üçün alıcı gəzmişlər. ünvan 1 ünvanda yaşayan Cavabdeh onların iki hissədə olan 2.1971 (0.6276+1.5695) ha torpaq sahəsini 29.000 manata almaq istədiyini bildirmişdir. Onlar onunla razılaşmış, Gəncə "ASAN xidmət" mərkəzinin notariat ofisində 12 sentyabr 2019-cu il tarixdə hər iki torpaq sahəsinin hər birinə Daşınmaz Əmlakın nisyə alqı-satqısı müqaviləsi bağlamışlar. Hər iki müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1000 manat pulu İddiaçı1 notarius tərəfindən bankda açılan depozit hesaba ödəyir. Hər bir müqavilə üzrə yerdə qalan 13500 manat, yəni ümumilikdə 27000 manat pulu xx.xx.2021-ci il tarixə kimi bankda açılan depozit hesaba ödəməyi alıcı öhdəsinə götürür. Lakin alıcı tərəf ödənişi xx.xx.2021-ci il tarixə kimi ödəməmişdir. Nəticədə Gəncə "Asan xidməti”nin notarius ofisində xx.xx.2021-ci il tarixdə hər iki müqavilənin 5- ci bəndində nəzərdə tutulmuş ödəniş müddəti xx.xx.2022-ci il tarixə kimi ödənilməsi barədə alqı-satqı müqaviləsinə dəyişiklik edilərək saziş bağlamışlar. X1 alıcıya bir daha izah etmişdir ki, ödənişi depozit hesab vasitəsi ilə həyata keçirməlidir. Alıcı bir daha müqavilənin şərtlərinə əməl edəcəyinə vəd vermişdir. Alıcı Cavabdeh xx.xx.2019cu il tarixdə bağlanmış Daşınmaz Əmlakın nisyə alqı-satqısı müqavilələrinin şərtlərinə və xx.xx.2021-ci tarixdə bağlanmış sazişin tələbinə əməl etməmişdir. O, ilkin ödənişdən başqa bankda olan depozit hesaba heç bir pul vəsaiti ödəməmişdir və bu barədə müvafiq arayış alınmışdır. Cavabdeh bir alıcı kimi müqavilələrin şərtlərinə və verdiyi vədə əməl etmir. Ondan ödəniş tələb etdikdə hədə-qorxu gəlir. Ona ödəniş barədə rəsmi poçt vasitəsi ilə müraciət etmi ş, lakin heç bir nəticəsi olmamışdır. O, ona pretenziya məktubu vermişdir. Həmin məktubda aydın görünür ki, alıcı müqavilə şərtinə əməl etməmişdir. Bundan əlavə pretenziya məktubunda imza tarixi xx.xx.2022-ci il yazılmışdır və həmin tarixə hələ 10 ay vardır. Bu səbəbdən həmin pretenziya müqavilə şərtinə ziddir və heç bir hüquqi əhəmiyyəti yoxdur. Alıcı Cavabdeh ödənişdən yayınmaq məqsədilə müqavilə şərtinə əməl etmir. Belə ki, o, ödənişi bankda olan depozit hesaba ödəmək əvəzinə 2021-ci ilin aprel ayında İddiaçı2, X2 və İddiaçı3 hər birinə 1000 manat olmaqla cəmi 3000 manat ödəniş etmişdir. Bundan başqa alıcı heç bir ödəniş etməmişdir. Bununla alıcı müqavilənin 5-ci bəndinin tələblərinə əməl etməmişdir. Onlar tərəfindən Daşınmaz əmlakın nisyə alqı-satqısı müqaviləsində bir satıcı kimi nəzə rdə tutulmuş bütün bəndlərə əməl etmişlər. Satıcılar tərəfindən müqavilələrin heç bir bəndinin tələbi pozulmamışdır. Lakin alıcı tərəfin müqavilənin şərtləri pozulmuşdur və bankda olan depozit hesaba heç bir ödəniş edilməmişdir
5. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı1 onun qonşusu olmuş, YYYin özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini satmaq istədiyini bilmiş, həmin torpaq sahəsi almaq üçün ona müraciət etmiş, qarşılıqlı razılıq əsasında 29000 manata YYYə və onun ailə üzvlərinə məxsus 2 hissədən ibarət torpaq sahəsini ona nisyə şəkildə satılmasını razılaşdırmışlar. Bununla bağlı 12 sentyabr 2019-cu il tarixdə Gəncə “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmişlər. YYYə onun ailə üzvləri ilə onun arasında həmin tarixdə 4Ə-2665 saylı, YYYlə onun arasında isə həmin tarixdə 4Ə2664 saylı daşınmaz əmlakın nisyə alqı-satqısı müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə ilkin olaraq 2000 manat YYYin adına açılmış depozit hesabına köçürmüşdür. Sonradan “Coronavirus” infeksiyasının yayılması ilə işləri zəifləmişdir. Pandemiyanın yayıldığı müddətdə YYYin oğlanlarının hər birinə poçt vasitəsi ilə 1000 manat olmaqla cəmi 3000 manat pul göndərmişdir. Məhkəmə tərəfindən müddət təyin ediləcəyi təqdirdə müqavilənin icra edilməməsinə kompensasiya etməklə 29000 manat ödəməyə hazırdır. İddia təmin ediləcəyi təqdirdə həmin torpaq sahəsi ilə bağlı çəkilmiş xərclərinin də nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçilar İddiaçı1, X3, X2, İddiaçı2 və İddiaçı3 il ə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-2664 saylı və xx.xx.2019-cu il tarixli, 4Ə-2665 saylı nisyə alqısatqısı müqavilələrinə əsasən iddiaçıların mülkiyyətində olan 0,6276 hektar və 1,5695 hektar torpaq sahələrini cavabdehə satmışlar. Tərəflər arasında razılaşmaya əsasən cavabdeh hər müqavilə üzrə nəzərdə tutulmuş 14500 manat məbləğində puldan 1000 manatını ödəmiş, qalan məbləğləri isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Sonradan tərəflər arasında bağlanmış 04 oktyabr 2021-ci il tarixli sazişə əsasən nisyə alqı-satqısı müqavilələri üzrə qalan məbləğlərin cavabdeh tərəfindən ödənilməsi tarixi dəyişdirilərək xx.xx.2022-ci il tarix müəyyən edilmişdir. Sonradan cavabdeh qalan məbləğdən cavabdehlərə cəmi 5000 manat ödəniş etmişdir. Müqavilələr üzrə nəzərdə tutulmuş müddət başa çatmasına baxmayaraq Cavabdeh qalan məbləği iddiaçılara ödəməmişdir.
7. Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-66/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin olunmuş, iddiaçılar İddiaçı1, X3, X2, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-2664 saylı və xx.xx.2019-cu il tarixli, 4Ə-2665 saylı nisyə alqı-satqısı müqavilələrinin ləğv edilməsi, 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 200 7-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhz iddiaçılar, iddia ərizəsində göstərilmiş müqavilələrin ləğvi üçün əsas olan halları təsdiq edən sənədi t əqdim etməlidirlər. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçıların öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş nisyə alqı-satqısı müqavilələrindən görünür ki, iddiaçılar müqavilə üzrə öhdəliklərinə əməl etmiş və mübahisə predmeti olan torpaq sahələrini cavabdehə satmışlar. Lakin cavabdeh tərəfindən müqavilələrin şərtlərinə əməl edilməsi, həmin müqavilələrdə, eyni zamanda müqavilələrə dair sonradan bağlanmış sazişin şər tlərinə əməl etməsi və qeyd edilən vaxtda ödəməli olduğu pul məbləğini iddiaçılara ödəməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 152, 157, 390, 404, 421, 567, 568, 570, 600 və 646-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-66/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi ona satıldıqdan sonra orada müxtəlif meyvə ağacları əkmişdir. 2020-ci ildə dəfələrlə qalıq borc məbləğini ödəmək istəsə də cavabdehlər, xüsusilə İddiaçı1 bunun qarşısını almışdır. Belə ki, 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar sonuncunun yaşı 65-dən yuxarı olduğundan o notariusa gəlməmiş və ödəniş prosesində iştirak etmədiyindən ödənişin depozit hesaba ödənilməsi mümkün olmamışdır. Dəfələrlə onun tərəfindən cavabdehlərə pretenziya məktubları göndərilərək ödəniş edilməsi üçün notariusa və banka dəvət edilsələr də, sonuncular onun çağırışlarına gəlməmişlər. Eləcə də, 2020-ci ildən mübahisə predmeti olan torpaq sahəsindən və həmin sahədə yerləşən bağdan cavabdehlər istifadə etməklə həmin bağdan gəliri onlar əldə etmişlər. Onu isə həmin torpaq sahəsinə buraxmamışlar. Sonradan YYY ona bildirmişdir ki, onların ödənişin əldə edilməsindən yayınmalarına səbəb həmin sahəni daha böyük qiymətə satmaqdır. Əgər bu xüsusda razılaşma ə ldə olunsa sahəni ona təhvil verə və ödənişin edilməsi üçün lazimi çağırışlara gələ bilərlər. O isə buna etiraz etmişdir. Hətta məhkəmə prosesində də dəfələrlə qalıq borc məbləğini ödəməyə hazır olduğunu bildirmişdir, lakin cavabdehlər həmin pulu almaqdan imtina etmişlər. Bu səbəbdən də məhkəmənin onun müqavilə üzrə öhdəlikləri icra etməməyilə bağlı gəldiyi qənaət yanlışdır. Ona müqavilə üzrə öhdəlikləri icra etmək üçün şərait yaradılmamışdır.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-468/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli və Elçin Mehdiyev) Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-66/2023 nömrə li qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki qanunvericiliyin müvafiq normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
15. Kollegiya qeyd etmişdir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildi r və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Nisyə alqı-satqı müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf – satıcı mülkiyyətində olan (daşınmaz) əmlakı alıcının mülkiyyətinə verməklə, müqavilədə nəzərdə tutulan satış məbləğindən, digər tərəf – alıcı a ldığı əmlakı (sahəni) öz məqsədləri üçün ifadə edib, gəlir əldə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilə nin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanark ən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə.
16. Göründüyü kimi, Cavabdeh müqavilələr üzrə müəyyənləşdirilmiş məbləğdən cavabdehlərə cəmi 5000 manat ödəniş etmiş, müqavilələr üzrə nəzərdə tutulmuş müddət başa çatmasına baxmayaraq qalan məbləği iddiaçılara ödəməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi şərh olunmuş hüquq normalarına əsasən tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi haqqında iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
17. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 20-ci bəndində göstərilmiş dəlillərinə mü nasibət bildirərək qeyd etmişdir ki, apellyatorun göstərdiyi hallar işin materialları ilə təsdiq olunmur. Apellyator göstərdiklərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı m üəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 14.1. mülki hüquqlar və vəzifələr mülki qanunver icilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 14.2.1. mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 390.1. fiziki və hüquq i şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Maddə 390.2. müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
26. Maddə 404.1. müqavilə şərtlərini təfsir edərkə n məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
27. Maddə 404.2. bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
28. Maddə 421.1.müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
29. Maddə 421.2. tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyi şdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
30. Maddə 567. alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
32. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatı nı, istismar təlimatını və i.a.) verməyə borcludur.
33. Maddə 570. əgər alqı-satqısı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayıl mır.
34. Maddə 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
35. Maddə 600.2. əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
36. Maddə 600.4. əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
37. Maddə 646.1. daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlə rindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Məhkəmə koll egiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-468/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. nömrəli,