Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3128/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayonu Notariat ofisi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsi, əqdin edibarsızlığı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayonu Notariat ofisi) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(105)-408/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları 1. ünvan 1ində yerləşən 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Avçı qızına, oğlu Nümayəndə1 və qızı X1 məxsus olmuşdur. Onun mülkiyyət payı ½ hissə, oğlu Elmarın və qızı Elnarənin mülkiyyət payları isə ¼ hissə müəyyən olunmuşdur. Cavabdeh, iddiaçının oğludur.
2. İddiaçı 28 dekabr 2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.86 ha torpaq sahəsini Cavabdeh hədiyyə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayonu Notariat ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaq sahəsinin bağışlanması barədə 28 dekabr 2022-ci il tarixli 4Ə2687 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə yanaşı ev və həyətyanı torpaq sahəsi də var. Həmin ev əvvəllər ərinə məxsus olmuş, əri vəfat etdikdən sonra isə vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. O, həmin evdə oğlu Elmar və onun ailəsi ilə birlikdə yaşamış, digər oğlu Cavabdeh isə Qusar şəhərində yaşamışdır. 2022-ci ilin dekabr ayında oğlu Elnura artıq qocaldı ğını, xəstə olduğunu, evi və torpaq sahələrini qızı Elnarə Əskərovaya vəsiyyət etmək istədiyini bildirmişdir. 28 dekabr 2022-ci il tarixdə Elnur onu Qusar rayon Notariat ofisinə apararaq orada evini və torpaq sahələrini qızı Elnarəyə vəsiyyət etmək üçün hansısa sənədlərə imza etməli olduğunu bildirmişdir. O da oğluna inanaraq, həmin sənədlərə imza etmişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra Elnurun ona və öz qardaşlarına qarşı münasibəti tamamilə dəyişməyə başlamış və onun bütün əmlaklarının artıq ona məxsus olduğunu bildirmişdir. Həmçinin, onun və oğlu Elmarın ailə üzvləri ilə birlikdə həmin evdən çıxmalarını tələb etməyə başlamışdır. Bundan sonra oğlu Elmarın vasitəsi ilə Qusar rayon Notariat ofisinə müraciət etmiş və 28 mart 2023-cü il tarixdə ona məlum olmuşdur ki, oğlu Cavabdeh evi və torpaq sahələrini qızına vəsiyyət etmək adı ilə onu aldadaraq özünün adına olan vəsiyyətnaməyə və bağışlama müqaviləsinə imza etdirmişdir. 29 mart 2023-cü il tarixdə isə o, Qusar rayon Notariat ofisinə müraciət edərək vəsiyyətnaməni ləğv etdirmişdir. Lakin bağışlama müqaviləsinin ləğv edilməsi üçün Elnurun da Notariat ofisinə gəlib imza etməli olduğunu bildirmişlər. Bundan başqa, ona məlum olmuşdur ki, Elnur onu Notariat ofisinə aparmamışdan əvvəl evin bütün sənədlərini, şəxsiyyət vəsiqəsini evdən gizli şəkildə götürüb aparmışdır. Cavabdeh yaşadıqları evə gələrək açıq şəkildə onları hədələmiş, onlara hücum çəkmiş, xuliqanlıq hərəkətləri etmişdir. Bununla bağlı, Cavabdeh barəsində polisə və prokurorluğa şikayət olunmuş, Elnurun ona məxsus sənədləri və şəxsiyyət vəsiqəsini ondan xəbə rsiz aparması da həmin orqanlara bildirilmişdir. Qusar rayon Polis Şöbəsinin İB tərəfindən müraciətləri əsasında araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərar Qusar RPŞ-nin İTB-yə verilmiş, ona isə məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Cavabdeh onu aldadaraq, onun yaşından, xəstəliyindən və hüquqi savadsızlığından sui-istifadə edərək torpaq sahəsini ələ keçirməklə əsassız şəkildə varlanmışdır.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli yer əvvəllər onun atasının, bacısının, qardaşısının və anasının olmuşdur. Onun da, orada təxminən 80 sot torpağı olmuşdur. Bu torpaqlar dövlət tərəfindən verilmiş pay torpaqları olmuşdur. Bundan əlavə onlara 3 yerdən torpaq sahəsi verilmişdir. Anası ona torpaqları satıb bacısına ev almağı təklif etmişdir. Sonra narazılıqlar olduğuna görə torpağı satmamışlar. Anası onun evindən bacısına etibarnaməni verməsi ilə bağlı zəng etmişdir, bacısı isə etibarnamə göndərməmişdir. Sonra anası ona bu torpağın əvəzinə onlara pul verməyi, həmin pul müqabilində də bacısına ev almağı demişdir. Daha sonra o, bankdan 7500 pul götürmüş, 2500 manatını ata evinin təmirinə, 5000 manatı isə torpağa vermişdir. Pul müqabilində bağışlanma müqaviləsi bağlanmışdır. Anası tək bağışlanma müqaviləsini deyil, öz adına nə olubsa bir böyük oğlu kimi ona vəsiyyət etmişdir. Bağışlanma müqaviləsi təklifini anası irəli sürmüşdür. Notariusa gedərkə n anasına hər hansı fiziki və ya psixi təzyiq etməmişdir. Anasına bağışlama müqabilində cəmi 5 min manat pul vermişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qusar Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 26 oktyabr 2023-cü il tarixli 2(029)-618/2023 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunmuşdur. Tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin-yəni İddiaçı həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. B ununla da, qeyd olunan bağışlama müqaviləsi bağlanarkən Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Həmin bağışlama müqaviləsinin etibarsızlığına səbəb ola biləcək, Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Müqavilənin etibarsız sayılması üçün əsas müəyyən edilməmişdir. Hədiyyə verənin müqaviləni və notariat sənədlərini şəxsən imzaladığını təsdiq edən foto da iş materiallarına əlavə edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 324.1, 324.2, 324.4, 331.1, 337.1, 337.2, 337.3, 339.1, 394, 390.1, 399.1, 666.1, 667.1, 668.1-ci, Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 35 və 45-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı Avçı qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Onun tərəfindən məhkəməyə təqdim olunan sübutlar qiymətləndirilməmişdir. İş materiallarından da göründüyü kimi cavabdeh öz iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Onun tərəfindən maddi sübut kimi təqdim olunmuş Qusar RPŞ- nin və prokurorluğun araşdırmaların nəticələri haqqında qəbul edilmiş qərarların surətləri və s. təqdim olunan sübutlar naməlum səbəbdən işə əlavə olunmamış və iş materiallarında yer alan sübutlar qiymətləndirilməmiş, cavabdehin əsassız mülahizələri əsasında Qusar Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən notarius Nümayəndə4 izahatında bildirmişdir ki, Elnarə Əskərovanın xarici vətəndaş olduğu üçün mübahisəli torpaq sahəsinin ona bağışlanmasının mümkünsüzlüyü barədə iddiaçı ilə heç bir söhbəti olmamış və Cavabdeh bu izahatı həqiqətə uyğun olmamışdır. Əksinə, əmlaklara dair bütün hüquqmüəyyənedici sənədlərin Cavabdeh olduğunu və bir gün əvvəl notariat ofsinə gələrək bacısının adına sənədləşmək üçün hansı sənədlər lazım olduğu barəd ə ətraflı məlumat əldə etdikdən sonra ertəsi gün 28 dekabr 2023-cü il tarixdə anası İddiaçı ilə notariuat ofisinə gəlmişdir. Başqa işlə bağlı təcili getməli olduğundan həmin vaxt zalda əyləşən İddiaçı yaxınlaşaraq əqdin bağlanmasına etirazının olub-olmadığını aydınlaşdırarkən, həqiqətən də əmlakı kimə bağışlamasını iddiaçıdan soruşmamış, digər ikinci əqd olan vəsiyyətnamə verməsini belə ondan soruşmağı nəzərindən qaçırmışdır.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-408/2024 nömrəli 7 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul e dilmiş, iddia tələbinin təmin edilərək, İddiaçı Avçı qızı ilə Cavabdeh arasında Qusar rayonu Notariat ofisində bağlanmış 28 dekabr 2022-ci il tarixli 4Ə-2687 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən göründüyü kimi iddiaçı yaşlandığını və xəstə olmasını nəzərə alıb özünə məxsus evi və torpaq sahəsini qızı Elnarəyə vəsiyyət etmək niyyətini Cavabdeh bildirmiş, 28 dekabr 2022-ci il tarixdə oğlu Elnur Qusar rayon Muruq Qışlaq kəndindən yas mərasimindən qayıdarkən onu notariat ofisinə aparmış, orada əmlakını qızı Elnarəyə vəsiyyət niyyətini Elnura əvvəlcədən bildirdiyindən ona inanaraq həmin sənədlərə imza etmişdir. Lakin bir müddət sonra Elnurun ona və öz qardaşlarına qarşı münasibəti tamamilə dəyişmiş, əmla kların hamısının artıq ona məxsus olduğunu bildirərək onun və oğlu Elmarın ailə üzvləri ilə birlikdə həmin evdən çıxmalarını tələb etməyə başlamış, bundan sonra oğlu Elmarın vasitəsi ilə Qusar rayon Notariat ofisinə müraciət etmiş və 28 mart 2023-cü il tarixdə ona məlum olmuşdur ki, oğlu Cavabdeh evi və torpaq sahələrini qızına vəsiyyət etmək adı ilə onu aldadaraq öz adına vəsiyyətnamə və bağışlama müqaviləsinə imza etdirmişdir. Bundan sonra vəsiyyətnaməni ləğv etdirsə də, Elnur Notariat ofisinə gəlmədiyindən müqaviləni ləğv etdirə bilməmiş, məcbur olub polis və prokurorluq orqanlarına şikayət etmiş və nəticədə ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
14. İddiaçı istər iddia ərizəsində, istərsə də polis və prokurorluq oqanlarına müraciətlərində oğlu Cavabdeh tərəfindən aldanıld ığı israrla bildirərək, özünə məxsus əmlakları qızı Elnarəyə vəsiyyət etmək niyyətində olduğunu, məhz bu məqsədlə oğlu Elnura inanaraq notariusa gedərək müqaviləyə imza atdığını bildirmişdir. Onun heç vaxt torpaq sahəsini cavabdehə bağışlamaq niyyətinin olmadığını, bu niyyətdə olsaydı aldanıldığını xəbər tutan kimi dərhal Cavabdeh etirazını bildirərək notariat ofisinə gedib vəsiyyətnaməni ləğv etdirməklə, (bağışlamanın ləğvindən isə cavabdeh imtina etmiş) elə həmin günü də hüquq mühafizə orqanlarına müraciət etməzdi. Eyni zamanda xx.xx.2023cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarla razılaşmadığından, həmin qərarın xx.xx.2023-cü il tarixdə ləğvinə nail olaraq istintaqın Cavabdeh barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tədbirlər görülməsi üçün təhqiqat orqanına göndəri lməsi barədə nəticəsindən asılı olaraq məhkəməyə mövcud tələblə müraciət etməsi məhz onun bu müqavilənin bağlanmasında iradə ifadəsinin olmadığını və onun müqavilənin ləğv edilməsində bir daha israrlı olduğuna dəlalət edir.
15. Həmçinin o da vurğulanmalıdır ki, məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş Cavabdeh Qusar RPŞ-nin İstintaq Bölməsinə verdiyi izahatından da görünür ki, anası İddiaçı evi və əmlakını bacısı Elnarə Əskərovanın adına keçirmək istəyi barədə iradə ifadəsini əvvəlcədən ona bildirmiş və anası ilə razılaşaraq birlikdə notariusa getmişlər. Notarius bacısının xarici vətəndaş olduğundan bunun mümkün olmadığını və bundan sonra anasının ona etdiyi təklifi qəbul etdiyini bildirmişdir.
16. Cavabdeh Elnur Əsgərov apellyasiya baxışında bu halı bir daha təsdiq etmiş olsa da, lakin məhkəmə kollegiyasının dəvət olunaraq dindirilən notarius Nümayəndə4 Elnarə Əskərovanın xarici vətəndaş olduğu üçün mübahisəli torpaq sahəsinin ona bağışlanmasının mümkünsüzlüyü barədə iddiaçı ilə heç bir söhbəti olmadığını və Cavabdeh bu izahatının həqiqətə uyğun olmadığını bildirmişdir. Əksinə əmlaklara dair bütün hüquqmüəyyənedici sənədlərin Cavabdeh olduğunu və bir gün əvvəl notariat ofsinə gələrək bacısının adına sənədləşmək üçün hansı sənədlər lazım olduğu barədə ətraflı məlumat əldə etdikdən sonra ertəsi gün 28 dekabr 2023-cü il tarixdə anası İddiaçı götürüb notariuat ofisinə gəlmişdir. Cavabdeh notariusun əməkdaşının notariat əməliyyatlarının aparılması üçün lazım olan sənədlərin siyahısı barədə yazılı məlumatların onda olduğunu, lakin bu onun əleyhinə olacağından ehtiyatl andığını bildirərək həmin sənədləri məhkəmə kollegiyasının təqdim etməkdən imtina etmişdir.
17. Notarius Nümayəndə4 həmçinin qeyd etmişdir ki, başqa işlə bağlı təcili getməli olduğundan həmin vaxt zalda əyləşən İddiaçı yaxınlaşaraq əqdin bağlanmasına etirazının olub-olmadığını aydınlaşdırarkən, həqiqətən də əmlakı kimə bağışlamasını iddiaçıdan soruşmamış, digər ikinci əqd olan vəsiyyətnamə verməsini belə ondan soruşmağı nəzərindən qaçırmışdır.
18. Halbuki, Notariat haqqında Qanunun 45-ci maddəsinə görə notarius qanunvericiliklə nəzərdə tutulmuş hallarda notariat qaydada təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edərkən əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamaq vəzifəsi daşıyır.
19. Həmçinin qeyd etmək lazımdır ki, istər bir inci, istərsə də apellyasiya baxışı zamanı cavabdeh torpaq sahəsinin ona bağışlanmasına görə iddiaçıya 5000 manat pul ödənildiyini qeyd etsə də, nəzərə almaq lazımdır ki, bu hal bağışlama müqaviləsinin hüquqi mahiyyətinə və yaratdığı hüquqi nəticəyə ziddir. Ona görə ki, qanunvericilik bu müqaviləni hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən etmişdir.
20. Göründüyü kimi tərəflər arasında bu müqavilənin bağlanması zamanı iddiaçının həqiqi iradə ifadəsi mövcud olmadığı, əksinə mübahisəli torpaq sahəsini Cavabdeh deyil, məhz qızı Elnarə Əskərovanın adına keçirmək istəyi və bu iradə ifadəsini əqd bağamazdan əvvəl danışıqları zamanı əvvəlcədən cavabdehə bildirməsi, bu məqsədlə də ona inanaraq notariat ofisinə getməsi, lakin müqavilənin cavab dehlə bağlanacağı halda iddiaçının buna razılıq verməyəcəyini bildiyi halda, onu aldadaraq əqdin bağlanmasına nail olması öz təsdiqini tapdığından, müqavilənin etibarlılıq şərtləri, o cümlədən Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbləri pozulmuşdur.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.5, 337.1, 339.2, 404.1, 666.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, bağışlama müqaviləsi bağlanan anda əqdin etibarsızlığına səbəb olacaq hər hansı qüsur mövcud olmamışdır. İddiaçının bağışlama müqaviləsindən sonra müxtəlif orqanlara şikayətlər etməsinin səbəbi isə, digər övladlarının onu təhrik etməsi olmuşdur. İddiaçının əvvəlcə torpaq sahəsini Rusiya Federasiyasında yaşayan qızına vəsiyyət etmək və ya bağışlamaq istəməsi və bağışlama müqaviləsinin qanunsuz olmasına dəlalət edə bilməz. Çünki, iddiaçı mülkiyyətçi olaraq sərbəst şəkildə sərəncam səlahiyyətlərini həyata keçirməyə ixtiyarlı şəxs olmuş və sonradan öz fikrini dəyişərək torpaq sahəsini Cavabdeh bağışlamaq niyyətinin olmasını sonuncuya bildirməklə, bu barədə iradə ifadəsini bildirmişdir. İddiaçı bağışlama müaviləsini bağladıqdan sonra digər övladlarının təsiri və təhriki nəticəsində əqdi bağlamasına peşmanlıq hissi keçirə bilərdi, lakin bu bağışlama zamanı onun Cavabdeh tərəfindən aldadıldığı kimi qiymətləndirilə bilməzdi. Bundan başqa, Qusar rayon Notariat Ofisinin notariusu Nümayəndə4 izahatında işlərinin çox olması səbəbindən və ya dugər səbəbə görə İddiaçı torpaq sahəsini kimə bağışlamaq istəməsini soruşa bilməməsini bildirməsi də əqdin qanuniliyini şübhə altına ala bilməz. Çünki, bağışlama müqaviləsi Notariat Ofisində notariusun özü tərəfindən tərtib edilmiş və orada bağışlama müqaviləsinin predmeti, subyektiv tərkibi dəqiq və konkret şəkildə göstərilmiş, müqavilə imzalanan anda müqavilənin hər iki tərəfinin foto şəkili çəkilərək elektron notariat informasiya sisteminə daxil edilmişdir. Belə olan halda, İddiaçı torpaq sahəsinin Cavabdeh bağışladığını bilməməsini be lə bir iradə ifadəsinin olmamasını güman etmək absurd bir hal olduğundan, Nümayəndə4 qeyd olunan izahatı işin faktiki hallarını müəyyən edən sübut kimi qəbul edilə bilməzdi.
24. Bundan başqa, cavabdehin İddiaçı mübahisələndirilən bağışlama əqdini bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə həmin şəxsdə əqd barədə yanlış təsəvvür yaratması hər hansı mötəbər sübutla öz təsdiqini tapmamış, yalnız bağışlama müqaviləsindən sonra baş verən hadisə və prosesləri yanlış təfsir etməklə aldatma faktının mövcud olduğunu ehtimal etmişdir. Bu səbəbdən, mübahisəldirilən bağışlama müqaviləsinin iddiaçının iradə ifadəsinin olmaması, aldadılaraq bağlanması hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığı halda, o cümlədən müqavilənin etibarsızlığına dair iddianın faktiki əsasları Mül ki Məcəllənin 339.2-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşmadığı halda apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını əksinə təfsir etməklə düzgün olmayaraq qətnaməni ləğv etmişdir.
25. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2, 324.3, 337.1, 339-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mül ki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
31. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələb lərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mü bahisələndirə bilər. Belə mü bahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mü bahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanl a bunu gözləsin.
36. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
37. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əs as verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilə
38. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
39. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndi kdə bağışlama etibarlıdır.
40. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
41. Maddə 670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.
42. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
43. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
44. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğu n olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
46. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
47. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
48. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mü bahisələndirə bilər. Belə mü bahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mü bahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
49. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərək ət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
50. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilə
51. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə ala n tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
52. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
53. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
54. Maddə 670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq i cra hakimiyyəti orqanı tələb edə bilər. Azərbaycan Respublikasının “Notariat haqqında” Qanunu
55. Maddə
35. Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır.Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliy yəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır.Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir.
56. Maddə
45. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hə rtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin ak tı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti y alnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
67. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmış, işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
68. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
69. İddiaçı bağışlama müqaviləsinin etibarsız sayılmasının əsası kimi mənz ilin satılmasına razılıq verilməsi üçün onun aldadıldığını bildirir və bu dəlili ümumən belə əsaslandırır ki, notariat kontoruna torpaq sahəsini qızına vəsiyyət etmək üçün getmiş, cavabdeh bunun əvəzinə həm də ona məxsus olan daşınmaz əmlakı guya ona hədiyyə etmək istədiyini notariat ofisinə bildirmiş və o, vəsiyyətnamə ilə yanaşı mahiyyətini bilmədən bağışlama müqaviləsini də imzalamışdır. Cavabdeh bağılama müqaviləsi bağlamaqla onu aldatmışdır.
70. Müqavilənin etibarsızlığına əsas olan aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
71. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
72. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
73. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;
2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;
3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).
74. Müqavilənin etibarsız sayılması üçün aldatma müqavilə tərəfinin iradə ifadəsini zədələmiş olmalıdır. Bağışlama müqaviləsində müqavilənin qurucu ünsürü bağışlayanın iradə ifadəsidir. Mübahisələndirilən müqavilənin bağlanmasında iddiaçının iradə ifadəsinin zədələnməsi müəyyən olunub. İddiaçı əmlakını qızına vəsiyyət etmək üçün cavabdehdən onu n otariat kontoruna aparmağı xahiş etmiş, lakin notariat konrotunda cavabdehin dedikləri əsasında vəsiyyətnamə ilə yanaşı əmlakın cavabdehə bağışlanması barədə müqavilə tərtib olunmuşdur.
75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
76. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onla rın dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-408/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.