Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3134/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı ilk, Cavabdeh2 İddiaçı və Cavabdeh1nə qarşı qarşılıqlı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs a ) iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilkin, iddiaçı Cavabde h2 cavabdehlər İddiaçı və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs a ) tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)9757/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının və 3-cü şəxsin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə 16 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-91/2020 saylı hökmü ilə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cina yət Məcəlləsinin178.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2ci maddəsi ilə 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar ayrı-ayrılıqda qismən toplanılmış və əlavə cəza əsas cəzaya birləşdirilməklə ona qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzif ə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cəza təyin edilməmişdir.
2. Məhkəmənin hökmünə əsasən, X13 xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində Ko-19 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, ********** nömrəli VÖEN-lə Vergilər Nazirliyində vergi uçotuna durmuş Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin xx.xx.2005-ci il tarixli təsis müqaviləsinə əsasən 20% payla 5 nəfər təsisçilərdən biri olmaqla həmin kooperativə faktiki rəhbərliyi və idarəçiliyi həyata keçirən vəzifəli şəxs kimi faktiki olaraq direktor vəz ifələrini icra edərək vəzifəli şəxs olmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə özünə olan inamdan aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək niyyəti ilə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektində tikintisinə başlanmış çoxmərtəbəli, çoxmənzilli yaşayış kompleksinin 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 485 m2 təşkil edən qeyri-yaşayış sahəsini Kooperativin təsisçilərinin xx.xx.2004-cü il tarixli qərarı ilə və həmin tarixli 09 nömrəli əmrlə Kooperativin sədri təyin olunmuş qardaşı X14 ilə Cavabdeh2 arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alqı-satqısına dair” xx.xx.2006 -cı il tarixli müqavilə əsasında ******* ABŞ dolları məbləğ göstərilib sonuncuya faktiki olaraq 600000 ABŞ dollarına sataraq Nağı Nağıyevlə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında həmin tarixdə Kooperativin Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektində yerləşən mərkəzi ofisində, xidməti otağında rəsmi sənəd olan qeyd edilən müqavilənin məzmununa gələcəkdə həmin obyektlə bağla digər şəxslərlə əqdlər bağlayacağı halda Cavabdeh2 razılaşdırılan məbləği tam ödəməməsini əsas gətirərək tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etmiş, həmin sahəni Cavabdeh2 satmasına və pulu şəxsən sonuncudan qəbul etməsinə baxmayaraq, 2017-ci ilin may ayının sonlarında qeyd olunan binadan qeyri-yaşayış sahəsi almaq üçün ona müraciət etmiş tanı şı X5 həmin sahənin sonuncuya satılmasına dair Cavabdeh2 razılığını aldığını bildirərək aldatmaqla ******* manata Rasim Kərimova satmaqla bağlı razılığa gəlib həmin məbləğdə pulu sonuncudan 2017-ci ilin may ayında Kooperativin mərkəzi ofisində, xidməti otağında aldıqdan sonra sonuncunun tanışı İddiaçı adına 2018-ci ilin fevral ayından əvvəlki, yəni xx.xx.2010-cu il tarixə xidməti otağında məzmununa tamah və törətdiyi dələduzluq cinayətini pərdələməkdən ibarət şəxsi niyyətlə guya obyektin xx.xx.2010-cu il tarixdə İddiaçı ******* manat məbləğində pul müqabilində satılması barədə bilə-bilə yalan məlumatlar daxil etməklə hazırladığı rəsmi sənəd olan “mənzil tikintisi haqqında” xx.xx.2010-cu il tarixli müqaviləni onun dələduzluq cinayətindən xəbərsiz olan Kooperativin sədri Nağı Nağıyev tərəfin dən imzalanmasına və Kooperativin möhürünün vurulmasına nail olub Nağı Nağıyevlə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında təkrarən vəzifə saxtakarlığı etmiş, X4 ******* manat məbləğində pulunu qulluq mövqeyindən istifadə etməklə ələ keçirib ona külli miqdarda ziyan vuraraq dələduzluq etmiş, həmin əməli ilə fiziki şəxs Cavabdeh2 öz qeyri-yaşayış sahəsinə normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. 4. xx.xx.2006-cı il tarixli 01/08 nömrəli maliyyə arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektindəki 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 485 m2 təşkil edən qeyriyaşayış sahəsinə görə X2 Cavabdeh1 MTK-ya maliyyə borcu yoxdur.
5. Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli müqaviləsinə əsasən, Kooperativin sədri X14 Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektindəki 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 485 m2 təşkil edən qeyri-yaşayış sahəsinin ümumi qiyməti ******* ABŞ dolları məbləğində müəyyən olunmuşdur.
6. Mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospekti 54D ünvanında inşa edilən 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 487 m2 təşkil edən qeyri-yaşayış sahəsi üçün müqavilə qiyməti ******* manat müəyyən olunmuşdur. xx.xx.2010-cu il tarixli, 04/11 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospekti 54 D saylı çoxmərtəbəli yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Həmin binanın 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 487 m2 olan qeyri-yaşayış sahəsinə görə İddiaçı Cavabdeh1 MTK-ya maliyyə borcu yoxdur. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə, Bakı şəhəri, Yasamal rayonu, 558566-cı məhəllə, H.Cavid prospekti 54D ünvanında inşa edilən 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 487 m2 təşkil edən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.12. 2018-ci il tarixli, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospekti 54 D ünvanında inşa edilən 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 487 m 2 təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Daşınmaz əmlakın alqı-satqısı haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospekti 54D ünvanında yerləşən, ümumi sahəsi 487 m 2 təşkil edən qeyriyaşayış sahəsi İddiaçı tərəfindən a na ******* manata satılmışdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı və həmin qərarın icrasının doğurduğu hüquqi nəticələr ləğv edilmişdir. Bakı Apellya siya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-1215/2019 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2006cı il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2009-2010-cu illərdə yaxın tanışı olan Rasim Kərimova daşınmaz əmlak almaq istəməsini demiş, Rasim tanıdığı inşaat şirkəti olduğunu və şirkətin Yasamal rayonu ərazisində inşa etdiyi binadan sərfəli qiymətə və hissə-hissə ödəmək şərti ilə obyekt ala biləcəyini bildirmişdir. Ona etibar etdiyinə görə əvəzindən şirkətlə danışıqlar aparmasını xahiş etmişdir. Şirkətin təsisçisi Azadla danışıqlar aparıldıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, 558/566-cı məhəllə, Hüseyn Cavid prospekti ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 487 kv.m olan qeyri-yaşayış sahəsinin ******* manata, onun altındakı zirzəminin isə 300000 manata alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Müqavilə bağlananda dərhal 500000 manat ilkin ödəniş etmiş, qalan vəsaiti isə hissə-hissə ödəməklə 2015-ci ilin iyun ayında tam bitirmişdir. Həmin əmlaklarla bağlı borcunun olmamasına dair maliyyə arayışları da verilmişdir. Elə həmin vax tdan etibarən bu əmlaklar istifadəsinə verilmiş, o isə, obyekti Rasim Kərimova icarəyə vermişdir. Daha sonra 2018-ci ildə Rasim onunla əlaqə saxlayaraq Azad Nağıyevin təsisçisi olduğu "xxxx" MMC-dən Rasimin qardaşı Nizaminin adına alınan qeyri-yaşayış sahəsi ilə bağlı Azadın və Valehin qanunsuz əməlləri barədə ona məlumat vermişdir. Həmin vaxt ölkədə olmadığı üçün obyektin sənədləşmə işlərinin aparılmasını Rasimdən xahiş etmişdir. Rasim etibarnamə əsasında qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, iddia təmin edilmiş və həmin qərar qanuni qüvvəyə minərək adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra Rasimdən həmin obyekti satmasını xahiş etmiş, o da, 2019-cu ilin yanvar ayında obyekt i satışa çıxarmış və xx.xx.2019-cu il tarixdə ******* manata a na satmışdır. Qeyri-yaşayış sahəsi satılan ərəfədə Rasim Azada aid olduğunu bildiyi əşyaları obyektdən çıxararkən sonradan adının Cavabdeh2 olduğunu öyrəndiyi şəxs 7-8 nəfərlə birlikdə gələrək Rasimə maneçilik yaratmış və aralarında mübahisə yaranmışdır. Məhəmməd bu obyektlə bağlı onda müqavilə olduğunu demişdir. Rasim isə orda dava-dalaş yaranacağını görmüş və ona görə də mübahisənin qanuni həlli üçün dərhal 27-ci Polis Bölməsinə şikayət etmişdir. Sonradan Rasim, Məhəmməd və Azad bu məsələ ilə bağlı söhbət aparmış və Azad obyekti ona satdığını, Məhəmmədə isə borcunun olduğunu demiş və Məhəmməddən vaxt istəmişdir. Daha sonra Cavabdeh2 şikayəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, bu epizodl a bağlı X7 qarşı Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri, X8 isə CM-in 313-cü maddəsi ilə ittiham irəli sürülmüş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılarkən X13 izahat verərək göstərmişdir ki, qeyriyaşayış sahəsi 2010-cu ildə Qalinaya satılmış, Məhəmmədə verdiyi 2006-cı il tarixli müqavilə sonradan xx.xx.2019-cu il tarixdə tərtib edilmiş və həmin müqaviləni müvəqqəti olaraq 600000 ABŞ dollarının zəmanəti olaraq vermişdir. Həmçinin, xx.xx.2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində X13 ifadə verərək bir daha həmin mənzilin ancaq ona satıldığını, Cavabdeh2 verilmiş müqavilə xx.xx.2019-cu il tarixdə Azadın Məhəmmədə olan borcunun girovu məqsədi ilə tərtib edilib imzalanı ldığını təsdiq etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Məhəmməd Azad ilə görüşmüş və İddiaçı adına olan çıxarışı Azada göstərərək obyekti satdığını, lakin nəyə görə onun borcunu qaytarmadığını deyərək ona hədə-qorxu gəlmiş, borcun təminatı olaraq ancaq obyektlə bağlı müqavilə bağlandığı təqdirdə borcu gözləyə biləcəyini və şikayət etməyəcəyini demişdir. Ona görə də Azad həmin müqaviləni bağlamaq məcburiyyətində qalmışdır. Bundan başqa, mübahisələndirilən müqavilədə alqı-satqının dəyəri olaraq ******* ABŞ dolları göstərilmişdir. Azad Nağıyev həmçinin ifadəsində onu da qeyd etmişdir ki, “payçılarla bağlanan bütün müqavilələrdə pulun valyutası manat olaraq göstərilmişdir. Məhəmmədə verilən müqavilədə dollar kimi göstərilməsinin səbəbi ona 600000 ABŞ dollar borcunun olması dır və Məhəmməd israrla tələb etdiyi üçün valyuta ABŞ dolları kimi yazılıb.” Bundan başqa, 2010-cu ildə Cavabdeh1nə müraciət edəndə Azad Nağıyev bildirmişdir ki, qeyri-yaşayış sahəsi altındakı zirzəmi ilə birlikdə satılır və ayrı-ayrı şəxslərə satılması qeyri-mümkündür, birinci mərtəbənin satışları ancaq bu qaydada aparılır, çünki, heç kəs başqasının obyektinin altındakı zirzəmini almır. Ona görə qeyri-yaşayış sahəsini alarkən, zirzəmini almaq fikri olmasa da, onunla birlikdə eyni zamanda zirzəmini də almalı olmuşdur. Lakin, Cavabdeh2 adına ancaq qeyri-yaşayış sahəsi ilə əlaqədar müqavilə verilmiş və zirzəmi ilə əlaqədar hər hansı müqavilə bağlanılmamışdır. Qeyri-yaşayış sahəsinin ancaq altındakı zirzəmi ilə birlikdə satılması mümkün olduğu halda, Cavabdeh2 adına ancaq qeyri-yaşayış sahəsi ilə bağlı müqavilənin olması da həmin müqavilənin formal olmasına və real alqı-satqı olmadığına dəlalət edir. Bundan əlavə, bu günədək aparılmış araşdırmalar əsasında da təsdiq olunmuşdur ki, tərəflər arasında mübahisə yaranan günədək qeyri-yaşayış sahəsi onun sahibliyində və istifadəsində olmuş və keçən müddət ərzində hər hansı şəxs onun bu sahibliyinə və istifadəsinə etiraz etməmiş, eləcə də iddiaçının həmin sahədən çıxarılmasını tələb etməmişdir. Halbuki, həqiqətən də Cavabdeh2 həmin əmlakı əldə etmiş olsaydı və xx.xx.2019-cu il tarixədək bu əmlakla bağlı əlində müqaviləsi olsaydı, əmlaka sahiblik edər və ən pis halda başqa şəxslərin həmin əmlakdan istifadə etməsinin qarşısını alardı. Lakin, bunları etməmiş və aparılmış araşdırmalar zamanı bunun səbəblərini ağlabatan formada izah edə b ilməmişdir. Bu hal da mübahisələndirilən müqavilənin sonradan tərtib edilməsini bir daha təsdiq edir. Göründüyü kimi, Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqavilənin xx.xx.2019-cu il tarixdə tərtib edilməsinə və bu zaman onun razılığı alınmadan ona məxsus əmlak üzərində sərəncam verilməsinə, həm də tərəflər öz aralarında borc və ipoteka müqavilələri bağlamaq əvəzinə alqı-satqı müqaviləsini bağlamasına görə bu müqavilə etibarsız əqddir.
11. Həmçinin, Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında xx.xx.2010-cu il tarixdə saxta tərtib edilmiş qeyriyaşayış sah əsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində göstərdikləri yalan və uydurmadan ibarətdir. Belə ki, X13 xx.xx.2019-cu il tarixdə istintaq zamanı və xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən, onun obyektini saxta sənədlə sataraq dələduzluq etdiyini etiraf etmiş və obyektin alqı-satqısının onun göstərdiyi kimi baş verdiyini göstərmişdir. Belə ki, 2006-ci ildə Yasamal rayonu, H.Cavid prospektindəki 16 mərtəbəli 3-cü binanın 1-ci mərtəbəsində olan 485 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsini və onun altında olan zirzəmisini satmaq qərarına gəlmiş və 600000 ABŞ dollarına ona satmışdır. Külli miqdarda borcu olduğuna görə 2017ci ilin may ayının sonlarında obyekti tanışı Rasimə ******* manata, zirzəmisini isə 300000 manata satmış və elə həmin tarixdə də Rasimin adına saxta alqı-satqı müqaviləsi tərtib etmişlər. Bu zaman obyektin ona məxsus olduğunu Rasimə demişdir. Lakin bir müddətdən sonra Rasim müqaviləni və maliyyə arayışını gətirib, xahiş etmişdir ki, müqaviləni və maliyyə arayışını 2010-cu il tarixə öz adına deyil, İddiaçı adına rəsmiləşdirsin. O da, 2018ci ilin fevral ayında qardaşı N.Nağıyevlə müqaviləni və maliyyə arayışını dəyişərək İddiaçı adına 2010-cu il tarixə saxta tərtib etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, mübahisələndirilən müqavilədə alqı-satqının dəyəri olaraq ******* ABŞ dolları göstərilmişdir. A.Nağıyev isə göstərmişdir ki, guya bütün payçılarla müqavilələrdə pulun valyutası manatla, Cavabdeh2 verilən müqavilədə isə onun təkidilə 600.000 ABŞ dolları kimi göstərilmişdir. Bu göstərilən də yalandır və heç bir sübuta əsaslanmır. Belə ki, Azaddan qeyri-yaşayış sahəsini alarkən onun altında olan zirzəmini də 400.000 ABŞ dollarına almasını razılaşmış və buna görə də müqavilədə obyektin dəyəri 1.000.000 ABŞ dolları göstərilmişdir. İddiaçı adına tərtib olunmuş alqı-satqı müqaviləsinin saxta olmasını yuxarıda sadaladığı sübutlardan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 8335 saylı rəyi ilə də tam sübut olunur. Həmin rəydə göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş “Mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin sonunda “Payç ı İddiaçı” yazılarından aşağıdakı imza X14 tərəfindən yox, X13 tərəfindən yox, X11 tərəfındən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” İddiaçı adına tərtib olunmuş xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən ünvan, həmin binaya DƏDRX tərəfindən ancaq 2011-ci ildə verilmişdir. Bu xüsusat da həmin müqavilənin saxta olmasını təsdiq edir. Həmin müqavilə saxta olduğuna görə ərizəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi özünün xx.xx.2018-ci il tarixli qərarını ləğv etmiş, həmin qərarı Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlamış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı iddiasını rədd etmiş və həmin iddiadan irəli gələn bütün hüquqi nəticələri ləğv etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2019- cu il tarixli 8335 saylı rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış sahəsindəki qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli müqavilənin aşağı hissəsində “N.X.Nağıyev” yazılarının qarşısındakı imza, Cavabdeh2 adına olan xx.xx.2006-cı il tarixli 01/08 nömrəli maliyyə arayışının sonunda “N.X.Nağıyev” yazılarının qarşısındakı imza, xx.xx.2010-cu il tarixli müqavilənin sonunda "N.X.Nağıyev” yazılarının qarşısındakı imza X13 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, ”Super İnşaat” MTK tərəfindən tikilən yaşayış sahəsindəki qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli müqavilənin aşağı hissəsində “X1” yazılarından aşağıdakı imza-Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertiza Mərkəzin in xx.xx.2019-cu il tarixli 8334 saylı rəyində göstərilir ki, təqdim edilmiş Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin alqısatqısına dair xx.xx.2006-cı il tarixli müqavilədə, xx.xx.2006-cı il tarixli, 01/08 nömrəli maliyyə arayışında olan möhür əksləri bir başa relyef klişe vasitəsilə vurulmuşdur. Tədqiq olunan möhür əksləri Cavabdeh1 MTK-yə məxsus “Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh1 MTK” məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Göründüyü kimi, ”Super İnşaat” MTK ilə İddiaçı arasında, ona məxsus qeyri-yaşayış sahəsinə dair müqavilə 2017-ci ilin may ayında saxta bağlanmışdır və buna görə də Q.X12 cinayət əlaqəsinə girərək, həmin saxta müqaviləni pərdələmək məqsədilə xx.xx.2019-cu ildə obyekti formal olaraq, heç bir vəsaiti olmayan a na satmışdır. Buna görə də İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış həmin alqı-satqı müqaviləsi etibarsız əqddir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.S.Məmmədov) 2(004)68/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli qeyri-yaşayış sahəsinin alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh1 MTK tərəfindən ilk öncə Cavabdeh2 satılmış və sonuncu onun dəyərini tam ödəmişdir. Buna baxmayaraq, iddiaçı bu günə kimi mübahisəli qeyri- yaşayış sahəsinə dair hüquqlarını reallaşdıra bilmir. Belə ki, qeyd olunan qeyri-yaşayış sahəsi Cavabdeh1 MTK tərəfindən saxta sənədlər əsasında təkrarən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı satılmışdır.
15. Məhkəmənin gəldiyi qənaətə görə, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi əsaslı olub təmin edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsi barə də qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsi əslində xx.xx.2019-cu il tarixdə geri tarixlə tərtib edilmiş və X6 Cavabdeh2 olan borcunun girovu məqsədi ilə, başqa sözlə digər əqdi pərdələyən yalan əqd olmuşdur. Cavabdeh2 adına ancaq qeyri-yaşayış sahəsi ilə əlaqədar müqavilə verilmiş və zirzəmi ilə əlaqədar hər hansı müqavilə bağlanılmamışdır. Bu da həmin müqavilənin formal olmasına və real alqı-satqı olmadığına dəlalət edir. Bundan əlavə, tərəflər arasında mübahisə yaranan günədək qeyri-yaşayış sahəsi iddiaçının sahibliyində və istifadəsində olmuş və keçən müddət ərzində hər hansı şəxs onun bu sahibliyinə və istifadəsin ə etiraz etməmiş, eləcə də iddiaçının həmin sahədən çıxarılmasını tələb etməmişdir.
19. İşin apellyasiya baxışı zamanı a iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. 20. 3-cü şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk və qarşılıqlı iddiaların rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) ( 2(103)- 9757/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia qi smən təmin olunmuş, cavabdehlər İddiaçı və Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllə, 54 D ünvanında yerləşən ümumi sahəsi 487 m2 təşkil edən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi xx.xx.2010-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satq ı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsinə gəlsə də, qətnamədə bu mövqeyinin hüquqi əsasını göstərməmiş, hansı əsasla sözügedən müqaviləni etibarsız hesab etməsini əsaslandırmamışdır. 24. 3-cü şəxs a kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk və qarşılıqlı iddiaların rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubikasının Mülki Məcəlləsi
26. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
27. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
28. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqa vilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Maddə 752.2 Podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətlərində q ətnamə iddiaçı və 3-cü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin alınmasına dair 15 avqust 2006-cı il tarixli müqavilə ilk dəfə Cavabdeh2 ilə bağlanmış və sonuncu qeyri-yaşayış sahəsini tam dəyərini ödəməklə almışdır. Lakin buna baxmayaraq həmin sahə MTK tərəfindən İddiaçı satılmışdır.
40. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmünə və həmin müqavilələrin bağlanma tarixlərinə əsaslanmışdır. 41. 15 oktyabr 2020-ci il tarixli hökmlə müəyyən olunmuşdur ki, MTK-nın təsisçilərindən biri və faktiki direktoru olan Azad Nağıyev 16 avqust 2006-cı il tarixli müqaviləyə əsasən mübahisəli qeyri-yaşayış sahəsini Cavabdeh2 600000 ABŞ dollarına satmasına baxmayaraq 01 noyabr 2010-cu il tarixdə həmin qeyri-yaşayış sahəsini təkrar İddiaçı satmaqla sonuncuya məxsus ******* manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmiş və eyni zamanda M.Gahangirzadənin aldığı əmlakdan sərbəst istifadə etmək hüququna və qanuni istifadəsinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
42. Həmin hərəkətlərinə görə A.Nağıyev Azərbaycan Respublikası CM-nin 1783.3,308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur.
43. Qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqav ilələrin bağlandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
44. Cavabdeh2 qanunun göstərilən normasına əsasən mübahisəli əmlaka faktiki mülkiyyət hüququ əldə etməsinə baxmayaraq həmin əmlakın İddiaçı satılması Mülki Məcəllənin müddəalarına zidd olduğundan məhkəmə kollegiyası İddiaçı ilə bağlanmış müqaviləni Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsız hesab etməkdə haqlı olmuşdur.
45. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
46. Mübahisəli qeyri-yaşayış sahəsinin əvvəlcə Cavabdeh2 satılması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olduğundan, kollegiya hesab edir ki, həmin hal işə baxan məhkəmə üçün məcburi olmuşdur.
47. Göstərilən vəziyyətdə Cavabdeh2 ilə bağlanmış müqavilənin etibarsız sayılması üçün əsaslar olmadığından İddiaçı iddiasının rədd edilməsi qanuni və əsaslı olmuşdur.
48. Kollegiya işin yuxarıda göstərilən hallarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kas sasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.