Məhkəmə qərarları › İş №2(102)-3139/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3139/2019

06.05.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3139/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı10 vəkili X2, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı10, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10642/2018 nömrəli iş üzrə 28 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Binəqədi rayon məhkəməsinin (hakim Fərrux Qasımov) 20 iyun 2018-ci il tarixli, 2(001)-1201/2018 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Vüqar Həsənov) 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Binəqədi rayon məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunaraq Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy-2 ünvanında, Sumqayıt -Ələt-Qazax yolunun kənarında Cavabdeh1 tərəfindən qanunsuz inşa edilmiş, 838 kvadrat metr sahəni əhatə edən, 4 metr hündürlüyündə olan daş hasarın Cavabdeh1 hesabına sökülməsi qət edilmiş, iddia tələbinin qalan hissəsi rədd olunmuşdur. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy 2 ünvanında Sumqayıt- Ələt-Qazax yolunun kənarında Cavabdeh1 tərəfindən qanunsuz inşa edilən hasarın və digər tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 iddia tələbi ni onunla əsaslandırmışdır ki, o və digər iddiaçılar uzun müddətdir ki, ünvan 5 ünvanında yaşayırlar. Həmin ərazidə Sumqayıt-Ələt-Qazax yolunun kənarında Cavabdeh1 məxsus köşk vardır. Hazırda yaşadıqları məhəlləyə həmin köşkün yanından olan keçid yolu cavabdeh tərəfindən müxtəlif tikililərlə bağlanmışdır. Onlar həmin ərazinin sakinləri olaraq Cavabdeh1 qeyri-qanuni tikinti işləri aparmasında maneçilik törətmək istəsələr də, ərazidə xidmət aparan 40-cı Polis Bölməsində sahə inspektoru vəzifəsində işləyən Cavabdeh2 onlara maneçilik yaradır. Onlar bununla bağlı aidiyyatı orqanlara müraciət etsələr də, həmin tikililərin sökülməsi istiqamətində müsbət cavab almamışlar. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Apellyasiya instansiyası məhkməsı qətnaməsini onunla əsaslandırmağa çalışmışdır ki, Binəqədi RİHB-nin 14.04.1994-cü il tarixli, 647 nömrəli sərəncamı və Xocasən Bələdiyyəsinin sədri ilə bağlanmış 08.01.2007-ci ıl tarixli 237 nömrəli icarə müqaviləsi torpaq sahəsinə hüquq vermir. Məhkəmə eyni zamanda i carə müqaviləsini əhəmiyyətsiz əqd adlandıraraq, əhəmiyyətsiz əqdin məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqd olduğunu qeyd etmişdir. Xocasən Bələdiyyəsinə müraciəti ilə əlaqədar ona təqdim olunmuş icarə müqaviləsi imzalanmış və torpaq sahəsi ona icarəyə verilmişdir.Həmin icarəmüqaviləsi hazırda qüvvədədir, ləğv olunmamışdır və barəsində etibarsızlığına dair mübahisə olmamışdır. Məhkəmə icarə müqaviləsini əhəmiyyətsiz əqd adlandırsa da, əqdin əhəmiyyətsizliyini sübut edən hər hansı əsasa istinad edə bilməmişdir. Məhkəmənin qeyd etdiyi kimi Bələdiyyə ilə bağlanmış icarə müqaviləsi kollegial orqan olan bələdiyyənin qərarından sonra bağlanmalı idisə belə onun icarə müqaviləsinin bağlanması ilə bağlı müraciətinə bələdiyyə tərəfindən hansı form ada rəsmiləşdiriləcəyi, düzgün və ya yanlış rəsmiləşdiriləcəyi onun müqavilə tərəfi olmaq hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Bir halda ki əqdin subyektiv tərkibində qüsur vardır (əqdin digər tərəfinə münasibətdə) və ya əqdin bağlanmasından əvvəl qərar da qəbul edilməli idi, onda həmin əqd buna subyektiv hüququ olan şəxs (və ya şəxslər) tərəfindən məhkəmə qaydasında mübahisləndirilə bilərdi. İş materiallarına görə isə, hazırkı mübahisə əqdin etibarsızlığı ilə bağlı olmamış, daş hasarın və digər tikilinin sökülməsi ilə əlaqədar olmuşdur. Bundan başqa məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçıların hərəkəti qanunidir. Məhkəmə belə bir qənaətə gəlməsini onunla izah etməyə çalışmışdır ki, fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan hamının buraxılması üçün açıq to rpaq sahələrinə heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Məhkəmə qeyd etmişdir ki, həmin “sərbəst ola bilər” ifadəsi fiziki şəxs uçun müəyyən olunmuş subyektiv hüququ bildirir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, əvvəla o, adı çəkilən torpaq sahəsini özbaşına zəbt etməmişdir. O, həmin torpaq sahəsini müqavilə əsasında icarəyə götürmüdür. İcarəyə götürdüyü ərazi ictimai məqsədlərlə sahibkarlıq fəaliyyəti uçun istifadə olunur ərazidə yaşıllıq salınıb, orada vətəndaşlara xidmət göstərilir. Hasarın çəkilməsi ilə ərazi təmizlənmiş və digər şəxslərin (eləcə də iddiaçıların) həmin ərazilərə məişət tullantıları və tikinti materialları tökülməsini n qarşısını alınmışdır. Eyni zamanda iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyindən məlum olur ki, hasara alınmış sahə digər şəxslərin yola sərbəst çıxmasına maneə yaratmamışdır. Məhkəmənin mövqeyindən belə bir nəticə ortaya çıxır ki onun icarəyə götürdüyü torpaq sahəsini hasara almağı digər şəxslərin həmin ərazilərdən sərbəst istifadə etməsinə mane olursa, onda iddia irəli sürən şəxslərin torpaq sahələrini qanunsuz zəbt edərək həmin ərazidə özlərinə ev tikdikləri üçün onun da həmin şəxslərin hasara aldıqları ərazilərdən sərbəst istifadə hüququ pozulur və belə olan halda o da eyni iddia irəli sürərək onların evlərinin və hasarlarının sökülməsini tələb edə bilər ki, subyektiv hüquqları pozulur və o ərazilərdən sərbəst istifadə etmək istəyir. Əgər məhkəmənin bu yanaşması ha qlıdırsa onda onun da belə bir iddia qaldırmağına heç nə maneə olmayacaqdır. Göründüyü kimi, məhkəmə qanunvericiliyə zidd bir əsaslandırma ilə iddiaçıların subyektiv hüquqlarının mövcud olduğu qənaətinə gəlmişdir. İddiaçılar məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tərəflərin izahatları: Cavabdeh1 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı10, onun və digər iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı8 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçılar İddiaçı7 və İddiaçı11, digər Cavabdeh2 gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya sı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən, yəni 4 metr hündürlüyündə olan daş hasarın Cavabdeh1 hesabına sökülməsi hissədə təmin etmiş, kassasiya şikayəti verən cavabdeh qətnamənin iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. İddiaçılar isə qətnamədən kassasiya şikayəti verməmişlər. Ona görə də, məhkəmə kollegiyası dispotizivilik prinsipinin tələblərini nəzərə alaraq iddiaçılar tərəfindən mübahisələndirilməyən iddianın təmin edilməyən hissəsini, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı rədd edilən hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yoxlamır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, mübahisə Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy-2 ünvanında, Sumqayıt-Ələt-Qazax yolunun kənarında inşa edilmiş daş hasarla bağlıdır. Hasarın hündürlüyü 4 metrdir. 11 nəfər iddiaçı hasarın yaxınlığında yerləşən fərdi yaşayış evlərində yaşayan sakinlərdir. Cavabdeh1 hasarı inşa etmiş şəxsdir. İddiaçılar iddia edirlər ki, cavadeh qanusuz tikinti işləri apararaq onların yaşadığı evlərə keçid yolunu bağlamışdır. İddia tələbini daş hasarın sökülməsi hissədə təmin edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində Cavabdeh1 heç bir hüququ yoxdur, o, torpaq sahəsinin hasara alıb, bununla da torpaq sahəsini zəbt edib. Bəldəiyyə ilə bağlanmış icarə müqaviləsi əhəmiyyətsiz əqd olduğuna görə hüquqi nəticə torpağa hüquq yaratmır. Cavabdeh1 hərəkəti, yəni torpaq sahəsini hasara alması qanunsuzdur. İddiaçıların hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd et mişdir ki, 11 nəfər iddiaçı ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsinin yaxınlığında yerləşən fərdi yaşayış evlərində yaşayırlar. Mülki Məcəllənin 239-cu maddəsində istifadə olunan “sərbəst ola bilər” ifadəsi fiziki şəxs üçün müəyyən olunmuş subyektiv hüququ bildirir. Cavabdeh1 hasara aldığı torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və hamının buraxılması üçün açıq torpaq sahəsidir. Belə ki, torpaq sahəsinə fiziki şəxslərin buraxılmasına dövlət və ya bələdiyyə tərəfindən məhdudiyyət qoyulması barədə məlumatlar yoxdur. Odur ki, torpaq sahəsindən iddiaçıların və onların ailə üzvlərinin istifadə etməsinə (gediş-gəliş üçün və s.) Cavabdeh1 tərəfindən yaradılan məhdudiyyət (torpağı hasara alma) qanunsuzdur. Belə tələbi torpaq sahəsinin (hamının buraxılması üçün açıq torpaq sahəsinin) yaxı nlığında yaşayan, işləyən, təhsil alan hər bir şəxs irəli sürə bilər, kifayətdir ki, həmin şəxsin torpaq sahəsində sərbəst olmasına (gediş-gəliş üçün və s.) məhdudiyyətin yaradıldığı müəyyən olunsun. 1-ci instansiya məhkəməsində keçirilmiş mühəndis-texniki ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən hasara alınmış torpaq sahəsinin ölçüsü 838 kvadrat metrdir. Ona görə də 838 kvadrat metr sahəni əhatə edən hasar sökülməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1, onun vəkili Vəkil, İddiaçı10, onun və digər iddiaçılar İddiaçı1, İddiaçı2 vəkili X2 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyası nın 28 noyabr 2018-ci il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə ləğv edilməli və iş ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edilərkən prosessual pozuntulara yol vermiş, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, həmçinin qətnamə maddi hüquq normalarının düzgün tədbiq edilməməsi ilə çıxarılmışdır ki, bu hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. İşdən görünür ki, Binəqədi rayon İcra hakmiyyəti başçısının 14.04.1994-cü il tarixli, 647 nömrəli sərəncamı ilə Cavabdeh1 Müşfiqabad yolunun kənarənda əhaliyə xidmət etmək üçün uzun müddət istifadə etdiyi çayxana tikilisindən istifadə etməsinə icazə verilmişdir. Xocasən Bələ diyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2007-ci il tarixli, 237 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Binəqədi rayonu, 28 May qəsəbəsində Cavabdeh1 300 kvadrat metr torpaq sahəsi çayxana təyinatlı tikinti işləri görüb istifadə edilməsi məqsədi ilə 99 il müddətə icarəyə verilmişdir. Həmin müqavilədə rayon İcra hakmiyyəti başçısının yuxarıda göstərilən sərəncamına istinad edilmişdir. Apellyasyia məhkəməsi zəbt olunmuş torpaq sahəsinin Xocəsən bələdiyyəsinin mülkiyyəti kimi qəbul etsə də, RİHB-nın qeyd olunan sərəncamı ilə Cavabdeh1lə bələdiyyə arasında bağlanmış icarə müqaviləsi arasındakı ziddiyyəti diqqətdən qaçırmış, həmçinin torpaq sahəsinin magistral yolun kənarında olmasını, bu kateqoriya torpaq sahələrinin qanunvericliyə görə xüsusi s tatuslu olmasını nəzərə almamışdır. Halbuki torpaq mübahisələrinin həlli zamanı ilk növbədə mübahisənin predmeti olan torpaq sahəsinin hüquqi statusu müəyyən olunmalı (hüquqmüəyyənedici sənədlər əsasında), bunun üçün Binəqədi rayon İcra hakimiyyəti, Xocasən Bələdiyyəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X3 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətini də üçüncü şəxslər kimi işə cəlb edilməli idi. İddiaçıların hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 239-cu maddəsinə istinad edən apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi hamının buraxılması üçün açıq olan torpaq sahəsidir, i ddiaçılar da bütün fiziki şəxslər kimi həmin torpaq sahəsində heç bir icazə almadan sərbəst istifadə edə bilərlər. Bu baxımdan da cavabdeh torpaq sahəsini zəbt edib hasara almaqla iddiaçıların hüquqlarını pozmuşdur. İşin müəyyən edilmiş hallarında görə iddiaçıların tələbinin faktiki əsası ondan ibarət olmuşdur ki, sözügedən ərazidə onların hər birinin yaşayış evi və həyətyanı torpaq sahəsi vardır, cavabdehin inşa etdiyi tikili onların yaşadıqları evə gediş-gəliş yolunu məhdudlaşdırır, yaşayış evlərindən və həyətyanı torpaq sahələrindən təyinatı üzrə istifadə olunmasına, normal yaşamalarına maneəçilik törədir. Lakin iddiaçılara məxsus yaşayış evlərinə və həyətyanı torpaq sahələrinə dair iş materiallarında hər hansı bir sənəd aşkar edilməmişdir, izahatlarında torpaq sahələrini zəbt etdikləri ni, yaşayış evlərini isə özbaşına inşa etdiklərini göstərimşlər. Bu vəziyyətdə iddiaçıların Cavabdeh1 məxsus özbaşına tikilinin sökülməsini tələb etmək kimi subyektiv hüquqlarının olmasının qəbul edilməsi, dolayısı ilə onların özlərinin zəbt etdikləri həyətyanı torpaq sahələrinə, özbaşına inşa etdikləri yaşayış evlərinə və digər tikililərə hüquqlarının olmasının məhkəmə tərəfindən tanınması kimi dəyərləndirilə bilər. İşə baxan apellyasyia instansiyası məhkəməsi həmin hallı da diqqətdən qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi mübahisləndirilən hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı i şin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10642/2018 nömrəli iş üzrə 28 noyabr 2018-ci il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən, yəni iddia tələbinin 4 metr hündürlüyündə olan daş hasarın Cavabdeh1 hesabına sökülməsinin təmin edilməsi hissədə ləğv olunsun və iş ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansi yası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar