Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-314/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, işə mülki məhkəmə icraatında məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadi yyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2328/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh2 qonşudurlar.
2. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********5810301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
3. Həmin evin qonşuluğunda yerləşən Gəncə şə həri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 37-də 0,01034 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqla fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MN seriyalı, ******* nömrəli çıxarış verilmişdir. 4. 01.07.2021-ci il tarixli **********86-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 68,7 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 və X1 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. 5. xx.xx.2021-ci il tarixli, 2V-550 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, vəfat etmiş X1 vərəsələri - X2, X4 və Cavabdeh2 miras qalmış ünv an 2 ünvanında yerləşən miras əmlakdan hər biri 1/3 hissədə pay almışdır.
6. Mirasdan pay almış X2 və X4 xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən özlərinə məxsus miras paylarını Cavabdeh2 bağışlamışlar.
7. Bundan sonra ünvan 2 ünvanında yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 68,7 kv.m olan fərdi yaşayış evi üzərində tam olaraq Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2021-ci il tarixli, **********86-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarış verilmişdir.
8. Tərəflər arasında mülkiyyətlərində olan ev və həyətyanı torpaq sahələrindən istifadə münasibətləri ilə bağlı mübahisə olub.
9. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-133/2022 nömrəli qətnaməsi ilə Cavabdeh2 xüsusi mülki yyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa edilmiş özbaşına tikililərin cavabdeh İddiaçı hesabına sökülməsi və ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısının əvvəlki vəziyyətə gətirilməsi İddiaçı həvalə edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra Gəncə Ərazi İdarəsi) və Cavabdeh2 (bundan sonra - cavabdeh) qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş xx.xx.20 21-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə isə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra Cavabdeh2 özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı qonşuluqda tikili inşa etməyə başlamış və bu zaman monolit dəmir beton pilləkənlə və qazdıqları zirzəmi ilə fərdi yaşayış evinin giriş darvazasını bağlamışdır. Həmçinin həmin mülki işə baxılarkən məhkəmədə Cavabdeh2 nümayəndəsi bildirmişdir ki, mübahisəli tikilinin 12.50 kv.m hissəsini İddiaçı ona aid olmayan, Cavabdeh2 giriş-çıxışı üçün istifadə olunan yolda tikilmişdir. Halbuki, İddiaçı mülkiyyətində olan **********35810301 saylı texniki pasport və xx.xx.2021-ci il tarixli çıxarış fərdi yaşayış evinə verilmiş layihəyə uyğun tikilmişdir və evin bayır hissəsində qurulmuş açıq pilləkən texniki pasporta daxil edilmişdir. Bu fakt ərizəyə əlavə etdiyi cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Bundan başqa, ona məxsus olan yaşayış evi ilə Cavabdeh2 məxsus olan ev və onun giriş qapısı arasında kifayət qədər böyük bir məsafə vardır və Cavabdeh2 özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş material larında həmin evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 Adil oğluna aid olmasına dair hər hansı bir sübut yoxdur. Əksinə, həmin mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********091030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində 68.7 kv.m ev vardır və torpaq sahəsi 0.011 ha olmaqla bələdiyyə mülkiyyətindədir. Həmçinin mülki işdə olan digər reyestr nömrəli **********86-10301, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, iş materiallarında olan 68.7 kv.m olan evin altında yerləşən 0.14 ha torpaq sahəsinin isə işdə ölüm kağızı olan artıq 5 ildən də artıqdır ki, vəfat etmiş Aqil Məmmədovun paylı mülkiyyətində olması qeyd edilmişdir. Həmçinin həmin mülki işdə iddiaçı tərəf bələdiyyədən torpaq aldıqlarını qeyd etsələr də, ərizəyə əlavə etdiyi Gəncə Regional İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X3 və Cavabdeh2 Gəncə şəhəri Nizami Bələdiyyəsi tərəfindən hər hansı torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməmişdir. Həmçinin Cavabdeh2 özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş materiallarına Cavabdeh2 atası mərhum X1 adına verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın texniki pasportu əlavə edilməmişdir. Belə olan halda yəni, X3 və Cavabdeh2 Gəncə şəhəri Nizami Bələdiyyəsi tərəfindən hər hansı torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməməsinə və mərhum X3 adına verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın texniki göstəricilərinə dair texniki pasportun mövcud olmamasına baxmayaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanunsuz çıxarış verilmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(125)-3599/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi çıxarış üzrə torpaq sahəsinə onun heç bir hüququ, aidiyyəti olmadığından və hər hansı hüququnu pozmadığından həmin torpaq sahəsini və çıxarışı mübahisələndirməkdə subyektiv hüququ olmamışdır. Daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız olduqda yalnız hüquqlarına toxunulmuş şəxs iddia qaldırmaq hüququna malikdir.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 148.2, 149.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum X1 adına verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın texniki göstəricilərinə dair texniki pasportun mövcud olmamasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış verilmişdir. Cavabdehin adına verilmiş 2007-ci il tarixli çıxarışda torpaq sahəsinin ölçüsü 0,10 ha, 2021-ci ildə verilmiş çıxarışlarda isə 0,11 ha və 0,14 ha göstərilmişdir. 2007-ci olduğu kimi torpaq sahəsi 0,14 ha deyildir.
17. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər - L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ş.Rzaquliyev) xx.xx.2023-cü il tarixli, 2(104)-2328/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3599/2023 nömrəli qətnaməsi ləğv edilmiş, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxmaqda haqlı olmamışdır. Tələb əslində inzibati orqan olan Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş müvafiq çıxarışın ləğvi ilə bağlıdır. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı 2007-ci il tarixli çıxarışda tor paq sahəsinin ölçüsü 0,10 ha, 2021-ci ildə verilmiş çıxarışlarda isə 0,11 ha və 0,14 ha göstərildiyini qeyd edərək, həmin inzibati aktı mübahisələndirmişdir. Digər tərəfdən, iddiaçı həmin çıxarışda düzəliş edilməsi vəzifəsinin cavabdeh Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Belə olan halda, hazırkı mübahisəyə mülki mühakimə icraatında baxılması yolverilməzdir.
19. Məhkəmə gəldiyi nəticəni İnzibati Prosessual Məcəlləsinin 32.1, 33.1, 33.2-ci, MPM-nin 31.1, 261.0, 262.0.1-ci maddələrinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndinə istinadla əsaslandırmışdır. Kas sasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2328/2023 nömrəli qərardadının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qərardad prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Çünki hazırki mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarışı iş üzrə Cavabdeh2 vərəsəlik qaydasında əldə etdiyindən hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Ona görə ki, “ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Daşınmaz əmla kın dövlət reyestrindən çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz.
22. Hazırki iddia predmet və mаhiyyəti baxımından inzibati xarakterli olmadığından inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz, mübahisə əmlak hüquqları ilə bağlı yarandığından verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıd ır.
24. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
25. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;... “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə ai diyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarı 26. 17. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati o rqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
29. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
30. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icr aatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
31. Maddə 391.Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.
32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə inzibati məhkəmədə baxılması əsası ilə mülki iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
38. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
39. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və kommersiya mübahisələrindən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. 40. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı“n 17-ci bəndində deyilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılı dır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
41. İşin hallarından göründüyü kimi iddiaçının ləğvini tələb etdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.2021-ci il tarixli, 2V-550 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi əsasında aparılmış qeydiyyata görə verilmişdir.
42. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
43. Lakin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
44. Hazırda verilmiş iddia tələbinin predmet və əsası, iddianın inzibati məhkəməyə aid olduğunu deməyə əsas verir. Belə ki, hər bir iddianı iki element fərdiləşdirir: iddianın predmeti və onun əsası. Bu elementlər təkcə iddia tələbini deyil, həm də iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xa rakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.
45. İddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
46. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir.
47. Baxılan iddia tələbinin faktiki əsası ondan ibarətdir ki, X3 və Cavabdeh2 Gəncə şəhəri Nizami Bələdiyyəsi tərəfindən hər hansı torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməməsinə və mərhum X3 adına verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın texniki göstəricilərinə dair texniki pasportun mövcud olmamasına baxmayaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına ünva n 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış verilmişdir.
48. Göründüyü kimi iddiaçı qeydiyyatın əsasları olan vərəsəlik şəhadətnaməsi və bağışlama müqaviləsinin (hüquqmüəyyənedici sənədlərin) əsaslılığını və qanuniliyini deyil, onlardan irəli gələn qeydiyyatın özünün, inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirir.
49. Başqa sözlə, iddiaçı torpaq sahəsi ilə bağlı reyestrdəki qeydiyyatın hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparıldığını qeyd edir ki, bu halda iddianın əsaslarını yoxlamaq üçün məhkəmə tədqiqatı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməsindən ibarət olmalıdır. Bu cür araşdırma isə mülki məhkəmə icraatının predmeti deyildir və həmin iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
50. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir.
51. İddiaçının «“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına istinadla irəli sürdüyü dəlil də qərardadın ləğvinə əsas vermir. Çünki, həmin qərarda eyni zamanda göstərilmişdir ki, ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 5
2. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.
54. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir.
55. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
56. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol veri lməməsi əksini tapmışdır.
57. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.
58. Beləliklə, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq, iddia tələbi üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi barədə nəticəyə gəlmiş və çıxarışın ləğv edilməsi barədə tələblə ilkin olaraq inzibati orqana, inzibati orqan bundan imtina etdiyi halda isə iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah etmişdir.
59. Qərardadın ləğv olunması üçün əsaslar yoxdur.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2328/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.