Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3140/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir rayonu 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, əşyanın geri qaytarılması tələbləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir rayo nu 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı və əşyanın geri qaytarılması tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-652/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 7 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli, 47 nömrəli qərarı ilə JN– 197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətinə əsasən, Şəmkir rayonu, Qapanlı kəndinin ərazisindən 2.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq s ahəsi həmin kənd sakinləri, İddiaçı3 İsax qızı, X28 və İddiaçı2 ümumi birgə mülkiyyətlərinə verilmiş və onların adına xx.xx.1998-ci il tarixdə JN-197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. 2. xx.xx.2003–cü il tarixdə Cavabdeh1 4ə–388 nömrəli reyestrdə qeydə alınmış alğı–satqı müqaviləsi ilə Sərkərova X21 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli, 47 nömrəli qərarı ilə JN–197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında özünə və ailə üzvlərinə məxsus olan, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 2.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh2 həmin vaxt dövriyyədə olan pul vahidi ilə 2.000.000 (iki milyon) manata satmışdır. Bu müqavilə əsasında Cavabdeh2 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınm az əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 3. xx.xx.2005-ci il tarixdə həmin 2.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı3 İsax qızının adından Cavabdeh1 40-391 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında həmin vaxt dövriyyədə olan pul vahidi ilə 10.000.000 (on milyon) manata Cavabdeh3 satılmışdır. Həmin müqavilə əsasında alınmış mübahisəli 2.09 hektar torpaq sahəsi də daxil olmaqla Cavabdeh3 adına 34.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmış və onun adına xx.xx.2006-cı il tarixdə JN-887 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir.
4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2017–ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən, 0.26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına xx.xx.2017–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2018–ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən, 1.8275 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına xx.xx.2018–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir rayonu 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998– ci il tarixli, 47 saylı qərarı ilə CN–3197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızı, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən, 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh2 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontor unda (ofisində) xx.xx.2003–cü il tarixdə 4ə–388 nömrəli reyestrdə qeydə alınmış alğı– satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli, 47 saylı qərarı ilə CN–3197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızının, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən, 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh3 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2005–ci il tarixdə 4ə–391 nömrəli reyestrdə qeydə alınmış alğı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və 0.26 hektar torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququna dair xx.xx.2017 –ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və 1.8725 hektar pay torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququna dair xx.xx.2018–ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və 2.09 hektar pay torpaq sahəsinin faktiki sahibliklərinə qaytarılması haqda qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998- ci il tarixli, 47 saylı qərarı ilə JN—197 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kəndi ərazisindən 2.09 hektar pay torpaq sahəsi onun və ailə üzvlərinin ümumi paylı mülkiyyətlərinə verilmişdir. O, həmin torpaq sahəsinə dair Cavabdeh2 ilə xx.xx.2003-cü il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda 4Ə-388 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi bağlamış və həmin müqavilə əsasında torpaq sahəsini Cavabdeh2 2.000.000 (iki milyon həmin dövriyyədə olan pul vahidi ilə) manat məbləğində pula satmışdır. Lakin sonradan o, həmin pulu cavabdehə qaytarmışdır. Bununla da onunla Cavabdeh2 arasında olan müqavilə münasibətlərinə öz aralarında xitam verilmişdir. Ona baxmayaraq, Cavabdeh2 həmin torpaq sahəsini şifahi razılaşma əsasında Cavabdeh3 icarəyə vermişdir. Lakin həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Lakin mübahisəli torpaq sahəsi Cavabdeh2 tərəfindən digər Cavabdeh3 şifahi razılaşma əsasında icarəyə verilmə sinə baxmayaraq, onun xəbəri olmadan adından Cavabdeh3 arasında xx.xx.2005-ci il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda 4Ə-391 nömrəli reyestrdə qeydə alınmış saxta alqı-satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsi Cavabdeh3 satılmışdır. Cavabdeh3 da həmin alqı-satqı müqaviləsi əsasında mübahisəli 2.09 hektar torpaq sahəsini də digər torpaq sahələri ilə birləşdirərək cəmi 34.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair öz adına xx.xx.2006-cı il tarixdə keçmiş Dövlət və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon Şöbəsi tərəfindən JN—887 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib etdirmişdir. Ondan sonra Cavabdeh3 ona və ailəsinə məxsus torpaq sahələri üzərində mülkiyyət hüququ əldə etmiş və öz adına daşınmaz əmlakın dövlət reyestrindən Hüquqlarını dövlə t qeydiyyatı haqqında Çıxarış almışdır. Hesab edir ki, onunla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi digər iddiaçıların payına münasibətdə, onunla Cavabdeh3 arasındatərtib edilmiş alqı-satqı müqaviləsi isə tam şəkildə bağlandığı andan etibarsızdır. Çünki o, Cavabdeh3 torpaq satmamış, nə də onunla alqı-satqı müqaviləsi bağlanmamışdır
8. Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, Şəmkir rayonunun Qapanlı kənd sakini İddiaçı3 İsax qızı 2.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona satmışdır. Doğrudur, o, həmin torpaq sahəsini satın almış, pulunu da ödəmişdir. Lakin həmin vaxt, yəni müqavilə bağlanan tarixdə o, Azərbaycanda olmamış, onun adından bütün əməliyyatları verdiyi etibarnamə əsasında X11 aparmışdır. Qeyd olunan müqavilədəki imza onun tərəfindən icra olunmamışdır. Çünki o, Rusiya Federasiyasında işlədiyi üçün torpaq sahələri almaq məqsədi ilə X8 pul və etibarnamə vermişdir. X11 da ona bir neçə on hektarlarla torpaq sahəsi almış, o da pulunu ödəmişdir. Yekunda iddiaçı onun adına tərtib edilmiş, 34.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN 887 saylı xx.xx.2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nı təqdim etmişdir. Həmin Dövlət aktında mübahisəli torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixdə Cavabdeh1 4Ə-391 saylı reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi də öz əksini tapmışdır. O, Şahəddin Hüseynovdan dövlət aktını aldıqdan sonra onunla tam şəkildə hesablaşmışdır. O, torpaq sahəsinin mülkiyyətçilərinin çoxunu, o cümlədən hazırkı iddiaçıları tanımamışdır. Onun adından etibarna mə əsasında X11 çıxış etmişdir. O, bütün torpaq sahələrini əvəzli olaraq əldə etmişdir. Ona görə də torpaq mülkiyyətçilərinin heç biri ona qarşı etiraz etməmişdir. X3 onun həmin vaxt Azərbaycanda olmamasından sui-istifadə edərək, mübahisəli torpaq sahəsini İddiaçı3 İsax qızından əvvəlcə Cavabdeh2 adına almışdır. O, Şahəddindən torpaq sahəsinin sənədlərini tələb edəndə, özü qəsdən ikinci dəfə saxta müqavilə bağlayaraq, torpaq sahəsini onun adına sənədləşdirmişdir. Şahəddin Hüseynovun niyyəti həmin torpaq sahəsini sonradan ələ keçirməkdən ibarət olmuşdur. Şahəddin Hüseynov ikinci alqı- satqı müqaviləsini qəsdən tamah məqsədilə saxtalaşdırmışdır. O, mübahisəli torpaq sahəsi ilə bağlı notariat kontorunda olmamışdır. Həmin müqavilədə göstərilən imza da ona məxsus deyildir. O yalnız xx.xx.2002-c i il tarixdə X5 adına 7e- 2829 nömrəli etibarnamə vermişdir. Ona görə də onun adından aparılan bütün notariat əməliyyatlarını X11 icra etmişdir. X5 həmin müqaviləni qəsdən saxtalaşdırması ondan görünür ki, sonuncu alqı-satqı müqaviləsi bağlanan zaman notariat işinə birinci alqı-satqı müqaviləsində olan sənədlərin eynisi və kserosurətləri əlavə edilmişdir. Belə ki, 2005-ci ildə bağlanmış müqaviləyə də 2003-cü il tarixli müqavilədə olan həmin tarixli ailə tərkibi haqqında arayış əlavə edilmişdir. Hansı 2005-ci il tarixli müqavilə guya İddiaçı3 İsax qızı ilə bağlanmışdır. Ona görə də hər iki müqavilə X11 özü olmuşdur. Belə ki, Şahəddin Hüseynov hər iki müqavilənin əsillərini iddiaçılara verməklə və iddia ərizəsinə əlavə etməklə bir daha özünü ifşa etmişdir. İddiaçılar da sonuncu müqavilənin əslinin əldə etmə mənbəyini göstərməmişdir. Hesab edir ki, Şahəddin Hüseynov qəsdən hər iki müqaviləni özündə saxlamış və münasibətləri pozulduğuna görə ona təsir etmək üçün iddiaçılara vermişdir. X4 münasibəti yaxşı olmuşdur. Ona görə də Şahəddin bu vaxta qədər susmuşdur. X6 özünə məxsus başqa yararsız torpaq sahəsinin alınmasını tələb etmiş, o isə iddiaçının istəyini yerinə yetirə bilməmişdir. Ona görə də münasibətləri pisləşmişdir. O səbəbdən də Şahəddin Hüseynov qərəzli olaraq ona qarşı iddiaçıların adı ilə iddia sürmüşdür. Halbuki, həmin müqavilə Şahəddin Hüseynov və notarius tərəfindən saxtalaşdırılmışdır. X16 qarşı olan qərəzli münasibətini və digər qanunsuz niyyətlərini həyata keçirmək üçün saxta sənədlərdən ona qarşı istifadə etməklə onun əmlakını əvəzsiz olaraq ələ keçirmək istə yir. Mülkiyyətçilər pullarını aldıqlarına görə hazırkı vaxta qədər heç bir tələb irəli sürməmişlər. Hazırda iddiaçılar Şahəddin Hüseynovun təsiri altında iddia qaldırmışlar. Çünki iddiaçı uzun müddətdir həmin kəndin bələdiyyə sədri vəzifəsində işləmişdir. Ondan başqa iddiaçılar daima həmin torpaq sahəsinin onun istifadəsində olduğunu bilmiş və görmüşlər. Belə olan halda, iddiaçılar bu vaxta qədər bir dəfə də olsun ondan həmin torpaq sahəsini nə şifahi, nə yazılı, nə də məhkəmə qaydasında tələb etməmişdir. Əgər iddiaçılar həmin torpaq sahəsinin dəyərini almasaydılar, dərhal ona qarşı iddia qaldırardılar. Lakin iddiaçılar bu vaxta qədər susmuş və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınmasından xəbərdar olmuşlar. Çünki həmin mübahisəli torpaq sahəsi heç vaxt iddiaçıların i stifadəsində olmamışdır. Mübahisəli torpaq sahəsini Şahəddin Hüseynov onun vəsaiti hesabına onun üçün almışdır. Bu hallar Şahəddin Hüseynovun ona təqdim etdiyi Dövlət aktında qeyd olunan əlyazmaları ilə də təsdiq olunur. Aradan 15-16 il keçdikdən sonra iddiaçıların iddia qaldırması, Şahəddin Hüseynovun ona qarşı qərəzli və əsasız olmasını göstərir. Hesab edir ki, iddiaçıların tələbləri ona münasibətdə əsaslı deyildir.
9. Şəmkir Rayon Məhkəməsinin (hakim N.Paşayev) xx.xx.2020-ci il tarixli, 2(076)-461/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Məhkəmə Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə iddia tələbi müqavilənin etibarsızlığı ilə əlaqədar verilmişdir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, müddətin keçməsinə görə müqav ilənin ləğv edilməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə mübahisə tərəfinin ərizəsi əsasında iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. İddiaçılar xx.xx.2005-ci il tarixdə Şəmkir rayon bir saylı Dövlət Notariat Kontorunda 4Ə391 nömrəli reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüquqlarını itirdikləri üçün Cavabdeh3 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda iddiaçıların iddia qaldırmaq üçün mübahisəli torpaq sahəsi üzərində əvvəllər mövcud olmuş paylı mülkiyyət hüquqları artıq mövcud olmadığından, onların həmin torpaq sahəsinə dair müvafiq tələb (sub yektiv) hüquqları da yoxdur. Bu da onu deməyə əsas verir ki, iddiaçılar öz hərəkətlərinə qanunla müəyyən olunmuş qaydaya riayət etməklə subyektiv hüququnun birinci elementi olan hüquqi ixtiyar əldə etməmişdir. Göründüyü kimi iddiaçılar xx.xx.2003-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışlar. İddiaçılar xx.xx.2003- cü il tarixli 4Ə-388 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürməkdə subyektiv hüququna malik deyillərsə, onda subyektiv hüququn digər elementlərin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 354.1- ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni əsaslandırarkən iddiaçıların qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-c il tarixli, 47 saylı qərarı ilə CN-3197 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında iddiaçıların ümumi paylı mülkiyyətinə verilmiş 2,09 ha torpaq sahələrinin 25 sentyabr 2003-cü il tarixli 4ə-388 saylı reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmasına baxmayaraq, sonradan həmin cavabdehlə araları nda olmuş şifahi razılaşmaya əsasən alıcı Cavabdeh2 torpağın satış pulunu nağd olaraq qaytarmağına görə həmin torpağı öz adına Çıxarış almamasına hüquqi qiymət verməmişdir. Cavabdeh2 İddiaçı1 satın aldığı həmin 2,09 ha pay torpaq sahəsini Cavabdeh3 icarəyə vermiş olması eynilə həmkəndliləri Şahəddin Hüseynovun da icarəsində olması səbəbindən son dövrədək ailənin həmin torpaq sahəsi ilə maraqlanmaması faktına məhkəmə tərəfindən real hüquqi qiymət verilməmişdir. Yalnız Cavabdeh3 izahatına əsaslanılmışdır ki, əgər iddiaçıların pay torpaqlarının Cavabdeh3 satılmasına dair xx.xx.2005-ci il tarixli 4ə-391 saylı reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsindən xəbərləri olmamışdırsa, həmin müqavilənin əslini haradan əldə edib iddia ərizəsinə əlavə etmişlər. Cavabdeh3 özü də məhkəmə iclaslarında torpaq sahibi olaraq onun iddiaçıları tanımamasını, heç bir halda iddiaçılara nağd pul verərək onlarla notariat kontorunda hər hansı müqaviləyə imza edərək torpaq sahəsi almamasını, həmin müqavilənin tərtib edilməsi zamanı İddiaçı1 Rusiyada olmasını, onun əvəzində verdiyi etibarnamə əsasında həmin torpağı və qeyrilərinin onun pulu ilə həmkəndlisi Şahəddin Hüseynovun rəsmi müqavilə əsasında alıb ona verməsini bildirməsi kimi izahatına məhkəmə iddianın təmini üçün obyektiv əsas olması mənasında obyektiv qiymət verməmişdir.
14. Apellyasiya baxışında Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/318 saylı rəyi ilə müəyyən olunmuşdur ki, mülki iş materiallarının 8-ci vərəqində olan İddiaçı3 İsax qızı və Cavabdeh3 adlarından olan 20 avqust 2005-ci il tarixdə bağlanmış 4Ə-391 reyestr nömrəli alğısatqı müqaviləsinin aşağı hissəsində imzalar qrafasında 1 rəqəminin qarşısında olan imza və 4Ə391 reyestr nömrəli reyestr jurnalının 13-cü vərəqəsinin 391-cı sırasında İddiaçı3 İsax qızı yazılarının qarşısında olan imza İddiaçı3 İsax qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 8-ci vərəqində olan İddiaçı3 İsax qızı və Cavabdeh3 adlarından olan 20 avqust 2005-ci il tarixdə bağlanmış 4Ə-391 reyestr nömrəli alğısatqı müqaviləsinin aşağı hissəsində imzalar qrafasında 1 rəqəminin qarşısında olan imza və 4Ə391 reyestr nömrəli reyestr jurnalının 13-cü vərəqəsinin391-cı sırasında İddiaçı3 İsax qızı yazılarının qarşısında olan imza İddiaçı3 İsax qızının imzasına oxşadılmaqla icra olunma əlamətləri müəyyən olunmuşdur.
15. Gəncə Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ş.Rzaquliyev) 01 iyul 2021-ci il tarixli, 2(104)-376/21 nömrəli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-461/2020 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 İsax qızının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı notariat ofisinə, ƏMDK yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli 47 saylı qərarı ilə CN–3197 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri SərkərovaŞəfiqə İsax qızının, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh2 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2003-cü il tarixdə 4ə-388 nömrəli reyestrdə qeydə alınmış alğı–satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların etibarsız hesab edilməsini xahiş etdikləri xx.xx.2003-cü il tarixdə Cavabdeh1 4Ə-388 nömrəli reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” notariat mərkəzində reyestrdə qeydə alınmış müqavilənin ləğvinə dair sazişlə ləğv edilmişdir. Ona görə də həmin tələbə məhkəmədə baxılmalı deyildir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülk i Kollegiyasının (hakimlə -L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ş.Rzaquliyev) 01 iyul 2021-ci il tarixli, 2(104)-376/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(076)-461/2020 nömrəli qətnaməsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 saylı qərarı ilə CN-3197 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızı, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh3 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2005-ci il tarixdə 4ə-391 nömrəli reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin edilməsi, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 saylı qərarı ilə CN–3197 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızı, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh3 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2005-ci il tarixdə 4ə-391 nömrəli reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, 0.26 hektar torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququna dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 1.8725 hektar pay torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 2.09 hektar pay torpaq sahəsi iddiaçıların faktiki sahibliklərinə qaytarılması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisələndirilən alğı-satqı müqaviləsi notarial qaydada təsdiq edilsə də, mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və tələblərə əməl edilməklə, tərəflərin razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmamışdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsini n qərardadı ilə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/318 saylı rəyi ilə müəyyən olunur ki, mülki iş materiallarının 8-ci vərəqində olan İddiaçı3 İsax qızı və Cavabdeh3 adlarından olan 20 avqust 2005-ci il tarixdə bağlanmış 4Ə-391 reyestr nömrəli alğı-satqı müqaviləsinin aşağı hissəsində imzalar qrafasında 1 rəqəminin qarşısında olan imza və 4Ə-391 reyestr nömrəli reyestr jurnalının 13-cü vərəqəsinin 391-cı sırasında İddiaçı3 İsax qızı yazılarının qarşısında olan imza İddiaçı3 İsax qızı tərəfindən yox, başqa şəxs tərəfindən onun imzasına oxşadılmaqla icra olunmuşdur. Həmçinin Cavabdeh3 birinci instansiya məhkəməsində verdiyi izahatı ilə müəyyən olunur ki, Şəmkir rayonu, Qapanlı kənd sakini İddiaçı3 İsax qızı ilə onun arasında 20 avqust 2005-ci il tarixli 4Ə -391 reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanılarkən, o, Azərbaycanda olmamış, onun adından bütün əməliyyatları verdiyi etibarnamə əsasında X11 aparmışdır. Qeyd olunan müqavilədəki imza onun tərəfindən icra olunmamışdır. Çünki o, Rusiya Federasiyasında işlədiyi üçün torpaq sahələri almaq məqsədi ilə X8 pul və etibarnamə vermişdir. İddiaçı tərəf bu iş üzrə hüquqlarının pozulmasını 2018ci ildə qızı Könülün xəstəliyi ilə bağlı pensiya düzəltmək üçün ona VÖEN açdırmaq lazım olduğundan, torpaq sahəsi ilə bağlı müvafiq sənədi almaq üçün DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərkən bilmişlər və bundan sonra qanunla müəyyən edilmiş müddətdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiklərindən, Azərbaycan Respublikası MM-nin 354-cü maddəsində nəzərdə tutulmuş müddəti ötürməmişlər. Birin ci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən nəticəyə gəlmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydılaşdırılmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 389.1, 389.2, 394 və 567-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
20. Cavabdeh3 kassasiya şikayəti və ona əlavə verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Azərbayca n Respublikası Ali Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(102)5779/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-376/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi torpaq sahəsinin iddiaçılara qaytarılması hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, kassatorun əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək üçün MM-in 354.1-ci maddəsində göstərilən müddətin keçməsinə dair mövqeyini əsaslı sayıla bilməz ona görə ki, xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi üzrə alıcıya verilən əşya (torpaq sahəsi) əvəzedilməyən olduğu üçün bu tələbə həmin müddət şamil olunmur. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin iddiaçılara geri qaytarılması tələbinə aid hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə ki, apellyasiya məhkəməsi həmin tələbin hansı maddi hüquq normasına əsasən təmin etdiyini dəqiqliklə göstərməmişdir. Başqa sözlə, məhkəmə bu iddia tələbinin qanuni əsasını tapmamış, işin müəyyən edilmiş halları ilə müvafiq normanın uyğunluğunu əsaslandırmamışdır. Apellyasiya məhkəməsi torpaq sahəsinin iddiaçılara qaytarılmasını qət edərkən onların əşyanın mülkiyyətçiləri olduqlarını müəyyən etməmiş və bu barədə əsaslandırılmış bir nəticəyə gəlməmişdir. Məlum olduğu kimi, qanunla müəyyən edilmiş bəzi hallar istisna olmaqla, torpaq sahəsi ü zərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatla əmələ gəlir Başqa sözlə, şəxsin mübahisəli daşınmaz əşyanın mülkiyyətçisi olması həmin reyestrdəki qeydlə müəyyənolunur. Bununla yanaşı, əşyanın mülkiyyətçisi barəsində reyestr qeydi əsassız da ola bilər. Yəni, həmin qeydin aparılmasının hüquqi səbəbi keçərli deyilsə (məsələn, alğı-satqı müqaviləsi əhəmiyyətsizdirsə) daşınmaz əmlakın dövlət reyestrindəki qeyd əsassız hesab edilir. Bu zaman həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs MM-in 157.2-ci maddəsi ilə əşyanın geri qaytarılmasını tələb etməklə yanaşı, MM-in 141-ci maddəsinə istinadən əsassız qeydin düzəldilərək özünün mülkiyyətçi kimi yazılması tələbini də irəli sürmüş olmalıdır. Baxılan işdə isə torpaq sahəsinin mülkiyyətçisinə dair reyestr qey dinin düzəldilməsi tələbi irəli sürülməmiş, apellyasiya məhkəməsi nəinki iddiaçıların həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olub-olmadıqlarını, işə baxılarkən mübahisəli daşınmaz əşyanın mövcud hüquqi vəziyyətini də çəkişmə prinsipinə riayət etməklə araşdırmamışdır. Halbuki, bu hallar sözügedən tələbin düzgün hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb edir. Kassasiya şikayətinə əlavədə qeyd olunur ki, Cavabdeh3 torpaq sahəsinin 1.8725 ha hissəsini xx.xx.2018-ci il tarixli notarial alğı-satqı müqaviləsi ilə X10, 0.26 ha-nı isə xx.xx.2019-cu ildə notarial alğı-satqı müqaviləsi ilə X1, 2019-cu ildə hər iki alıcının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi kimi qeydiyyat aparılmışdır. xx.xx.2021- ci ildə iş üzrə qətnamə çıxaran apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıl ara qaytarılması qət edilən torpaq sahəsinin mövcud mülkiyyətçisinin Cavabdeh3, yoxsa başqa şəxslər olmasına dair hüquqi vəziyyət tərəflərlə müzakirə olunmamış, bu xüsusat üzrə işdəki sübutlar kifayət etmədikdə zəruri əlavə sübutları təqdim etmələri onlara təklif edilməmişdir. Halbuki, işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi, o cümlədən surəti məhkəməyə təqdim edilmiş sənədin əslinin təqdim olunmasını tərəflərə təklif edə bilər. Odur ki, apellyasiya məhkə məsi, qətnamənin maraqlarına toxuna biləcəyi şəxsləri də işə cəlb etməli, onların da prosessual hüquqlarına riayət etməklə, MPMnin 14.1-ci maddəsinə uyğun olaraq həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, mübahisəli torpaq sahəsi üzərində iddiaçıların, əgər varsa üçüncü şəxslərin hüquqlarına (o cümlədən onların vicdanlı əldə edən olub-olmamalarına) mülki qanunvericilik əsasında hüquqi qiymət verməlidir.
23. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140, 141, 148, 149, 157.2, 337, 354, 389 və 405-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Təkrar apellyasiya icraatı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq X17 və X12 ü çüncü şəxs qismində işin baxılmasına cəlb olunmuşlar.
25. Apellyasiya instansiyası məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(104)- 1026/2022 nömrəli qətnaməsi ilə (hakimlər İ.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və R.Z.Mamedov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “iddia tələbinin 2,09 ha pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsinin rədd olunması” hissəsində ləğv olunmuş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilməmişdir.
26. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında yaranmış mübahisə əmlakın qaytarılması ilə bağlı yaranmış mübahisədir. Hazırda mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən özgəninkiləşdirimişdir. Bu hald a torpaqsahəsinin naturada qaytarılması mümkünsüzdür. İddiaçı tərəf isə torpaq sahəsinin dəyərinin ödənilməsinə razı deyildir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçıların faktiki sahiblərinə qaytarılmasının tələb etdiyi torpaq sahəsi üçüncü şəxs kimi işə cəlb edilmiş şəxslərin xüsusi mülkiyyətindədir. Bu halın mövcudluğu iddiaçıların Mülki Məcəllənin 157.2-ci maddəsindən çıxış edərək mülkiyyətçi kimi torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüququnu aradan qaldırır. Çünki həmin maddənin dispozisiya şərtlərindən biri mövcud olmur. Məhkəmə kollegiyası eyni zamanda göstərmişdir ki, əşyanın mülkiyyətçisi barəsində reyestr qeydi əsassız da ola bilər. Yəni həmin qeydin aparılmasının hüquqi səbəbi keçərli deyilsə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydi əsassız hesab edilir. Bunda başqa, hüquqi vəziyyətinə görə mülkiyyətçi olan şəxs əşyanın geri qaytarılmasını tələb etməklə yanaşı, əsassız qeydin düzəldilərək özünün mülkiyyətçi kimi yazılması tələbini də irəli sürmüş olmalıdır. Hazırki iş üzrə iddiaçılar tərəfindən bu cür tələb irəli sürülməmiş, və onlar torpaq sahəsinin mövcud durumda mülkiyyətçiləri deyildirlər.
27. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 141, 148.2, 149.2, 157.2, 337.5, 385.1 və 386-ci maddələrinə istinad etmişdir. e) Kassasiya instanisyası məhkəməsində ikinci icraat
28. İddiaçı3 (Vəkil2 Məhəmmədli oğlu) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və işin yenidən baxılması üçü n apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları prosessual qanunvericiliyin normalarına uyğun qiymətləndirməmiş, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddia tələblərini Mülki Məcəllənin 141 və 157.2-ci maddələrinin və digər aidiyyəti normaların dispozisiya şərtləri əsasında araşdırmaqla onlara lazımi hüquqi qiymət verməmişdir. İş materiallarında faktiki olaraq iddiaçıların öz mövqeyini müdafiə etmək üçün gətirdiyi sübutların olmasına baxmayaraq məhkəmənin həmin sübutları obyektiv tədqiq etməməsi prosessual normaların pozulması deməkdir.
30. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X13 (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlu) 2(102)-5388/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1026/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
31. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Buna görə də kassasiya instansiyası məhkəmə si hazırki iş üzrə MPM-nin 418.4- cü maddəsi üzrə araşdırma aparmış və müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasında işə baxırkən hakim Ş.Rzaquliyev iştirak etmiş və 01 iyul 2021-ci il tarixli, 2(104)-376/21 nömrəli qətnamə çıxarılmışdır (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ş.Rzaquliyev). Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(104)-376/21 nömrəli qətnaməsi kassasiya qaydasında ləğv olunub yenidən baxılması üçün göndərildikdən sonra həmin hakimlər işə yenidən baxılmasında iştirak edə bilməzdilər. Çünki MPMnin 19.1.3-cü maddəsinə görə, əvvəllər birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştir ak etmiş hakimin işə baxılmasında iştirakına yol vermir. Lakin apelyasiya instansiyası məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(104)- 1026/2022 nömrəli qətnaməsindən görünür ki, işə əvvəllər baxmış hakim məhkəmənin tərkibində olmuşdur. MPM-nin 418.4.1-ci maddəsinin imperativ tələbinə görə, işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxıldıqda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.
32. Kollegiya öz mövqeyini əsaslandırarkən MPM-in 19.3, 418.4, 418.4.1-ci maddələrinə istinad etmişdir. f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
33. Ali Məhkəmə sonuncu qərarında göstərmişdir ki, işə əvvəllər baxmış hakim məhkəmənin tərkibində olduğundan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarix li 2(104)-1026/2022 nömrəli qətnaməsi ləğv edilməlidir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
36. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), X19 və X30) 2(104)-652/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti qismən təmin edilmiş, İş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(076)461/2020 nömrəli qətnaməsi - iddia tələbinin 2.09 hektar pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsinin rədd olunması hissəsində ləğv olunmuş, Həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi 2.09 hektar pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsində təmin edilməmişdir.
37. Kollegiya qeyd etmişdir ki, Cavabdeh3 torpaq sahəsinin 1.8725 ha hissəsini xx.xx.2018ci il tarixli notarial alqı-satqı müqaviləsi ilə X10, 0.26 ha-nı isə xx.xx.2019-cu ildə notarial alqı-satqı müqaviləsi ilə X1, 2019-cu ildə hər iki alıcının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi kimi qeydiyyat aparılmışdır. Göründüyü kimi iddiaçıların faktik sahibliklərinə qaytarılmasını tələb etdiyi torpaq sahəsi üçüncü şəxslər kimi işə baxılmasına cəlb edilmiş X17 və X7 xüsusi mülkiyyətindədir. Bu halın mövcudluğu iddiaçıların Mülki Məcəllənin 157.2-ci maddəsindən çıxış edərək mülkiyyətçi kimi torpaq sahəsinin geri qaytarılmasını tələb e tmək hüquqlarını aradan qaldırır. Çünki həmin maddənin dispozisiya şərtlərindən biri mövcud olmur.
38. Kollegiya daha sonra bildirmişdir ki, Məhkəmə kollegiyası eyni zamanda göstərir ki, əşyanın mülkiyyətçisi barəsində reyestr qeydi əsassız da ola bilər. Yəni, həmin qeydin aparılmasının hüquqi səbəbi keçərli deyilsə (məsələn, alqı-satqı müqaviləsi əhəmiyyətsizdirsə) daşınmaz əmlakın dövlət reyestrindəki qeyd əsassız hesab edilir. Belə ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qey ddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Mülkiyyətçi olan şəxs MM-in 157.2-ci maddəsi ilə əşyanın geri qaytarılmasını tələb etməklə yanaşı, MM-in 141-ci maddəsinə istinadən əsassız qeydin düzəldilərək özünün mülkiyyətçi kimi yazılması tələbini də irəli sürmüş olmalıdır. Çünki Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qey olunan qərarında göstərilmişdir ki, əhəmiyyətsiz əqd arzu olu nan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Hazırki iş üzrə isə iddiaçılar tərəfindən bü cür tələb irəli sürülməmiş və onlar torpaq sahəsinin mövcud durumda mülkiyyətçiləri deyildir. Ona görə də iddia tələbinin 2.09 hektar pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsininrədd olunması əsaslıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissəsini rədd edərkən alqı-satqı müqaviləsinin qanuni və əsaslı olmasına istinad etmi şdir. Hansı ki, yuxarıda göstərilən maddi hüquq normaları baxımından iddia tələbi təhlil edilməli idi. Göründüyü kimi məhkəmə maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol vermişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-376/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(076)-461/2020 nömrəli qətnaməsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 saylı qərarı ilə CN-3197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızı, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.09 hektar pay torpaq sahəsinin İdd iaçı3 İsax qızından Cavabdeh3 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2005-ci il tarixdə 4ə-391 nömrəli reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, 0.26 hektar torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququna dair xx.xx.2017- ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 1.8725 hektar pay torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhk əməsi Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(102)-5779 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-376/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi torpaq sahəsinin iddiaçılara qaytarılması hissədə ləğv edilmiş, işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
39. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 139.1, 140.1, 148.2, 149.2, MPM-in 14.2, 77.1-ci maddələrinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarına istinad etmişdir. Kassasi ya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-652/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, İşə baxan məhkəmə bizə məxsus olan Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2,09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2005-ci ildə Cavabdeh1 tərəfindən bizim imzamız olmadan 4Ə-391 reyetr nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 həmin dövrdə olan manatın kursu ilə 04 milyon manata satılmasına bizim bu alqı-satqıda iştirak etməməyimizə alqı-satqı bizə məxsus olmamasına heç bir hüquqi qiymət vermədən iddiamızı rədd etmiş bununla da Konstitusiyanın13.1-ci maddəsində təsbit olunmuş hüququmuz kobud şəkildə pozulmuşdur. Məhkəmə qətnaməsi ilə biz iddiaçıların mülkiyyətimiz üzərində əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququmuz pozulmuşdur.
42. Kassator bildirmişdir ki, İşə baxan məhkəmə bizə məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.09 ha torpaq sahəsinin bizim iradə ifadəmiz olmadan satılmasına, alqı-satqıda olan imzaların bizə məxsus olmamasına da düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri 43. 3-cü şəxs X17 (vəkili Vəkil1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikası Mülki Məcəlləsi
44. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
45. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
46. Maddə 148.
2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
47. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü mad dələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.1. Məhkəmə həqiqətə nail o lmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
54. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində iddiaçılar apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfində n tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-652/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra