Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3141/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X15 Xidmət Mərkəzində Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3141/2022 Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, fərdi müəyyən əşyanın verilməsi öhdəliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X15 Xidmət Mərkəzində Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-209/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki rayonu, Dəhnə kəndində yerləşən 3.76 ha torpaq sahəsi 2002-ci ildə verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasında X8, X5, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 məxsus olmuşdur.
2. X6 xx.xx.2003-cü il tarixdə, Paşayeva (Qasımova) Zeynəb İdris qızı xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. 3. 19 yanvar 2021-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 1.07 ha və 2.69 ha ümumi birgə mülkiyyətində olan torpaq sahələrinin pay hissələri həm mərhumların, həm də ailə üzvlərinin hər birinin adına hər sahə üzrə ayrıca xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmiş, 25 yanvar 2021-ci il tarixdə göstərilən miras əmlaklar həmin şəxslərin vərəsələri Cavabdeh7, Cavabdeh8 və X3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras qalmışdır. 4. 26 yanvar 2021-ci il tarixdə müvafiq olaraq 1.07 və 2.69 ha torpaq sahələrinə dair dövlət reyestrindən yeni çıxarışlar verilmişdir. Həmin çıxarışlara əsasən torpaq sahələri 5/21 hissədə Cavabdeh1, 3/21 hissədə Cavabd eh2 qzı, 3/21 hissədə Cavabdeh3, 5/21 hissədə Cavabdeh7, 5/21 hissədə Cavabdeh8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. 5. 29 yanvar 2021-ci il tarixdə qeyd olunan mülkiyyətçilərə Cavabdeh9 arasında alqısatqı müqavilələri bağlanmışdır. AN-İ N0914834 saylı müqaviləyə əsasən 1.07 ha, AN-İ N ******* saylı müqaviləyə əsasən 2.69 ha torpaq sahəsi Cavabdeh9 satılmışdır. Müqaviləni satıcıların adından Cavabdeh4 imzalamışdır.
6. Hər iki torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh9 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmiş və çıxarışlar verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, notariata və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək notariatda bağlanmış 29 yanvar 2021-ci il tarixli 4Ə-111 və 4Ə-112 saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh9 adına verilmiş ********** qeydiyyat nömrəli, 03 fevral 2021-ci il tarixli və ********** qeydiyyat nömrəli, 03 fevral 2021ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Sonradan Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 iddiaçının ərizəsi əsasında cavabdeh qismində işə cəlb edilmişlər.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq mülkiyyətçiləri olmuş cavabdehlər onun həmkəndliləridirlər. 2015-ci ilin 23 iyul tarixində cavabdehlə rdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 3,76 hektar torpaq sahəsindən mülkiyyətlərinə düşən 3/7 hissəsini, yəni 1,61 hektar torpaq sahəsini notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında ona bağışlamışlar. Torpaq sahəsi yerində ona tanıdılmış və bu ilə kimi həmin torpaq sahəsi onun istifadəsində olmuşdur. Həmçinin, cavabdehlər tərəfindən ona bağışlanmış torpaq sahəsi ilə bağlı dövlət tərəfindən subsidiya da ödənilmişdir. 2021-ci ilin iyun-iyul aylarında 23 iyul 2015-ci il tarixli müqavilə əsasında ona bağışlanmış 1,61 hektar torpaq sahəsinə münasibətdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alması üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etdikdə oradan həmin torpaq sahəsinin cavabdehlər tərəfindən 29 yanvar 2021-ci il tarixdə Cavabdeh9 adına özgəninkiləşdiri ldiyi bildirilərək, torpaq sahəsinin onun adına rəsmiləşdirilməsindən imtina edilmişdir. Beləliklə, cavabdehlər 23 iyul 2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş müqavilə əsasında ona bağışladıqları torpaq sahəsini sonradan notarial qaydada təsdiq edilmiş digər müqavilələr əsasında başqa bir şəxsə satmışlar.
10. Birinci instansiya məhkəməsində cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh7 izahatında göstərmişdir ki, atası Qasım 2003-cü ildə, anası Zeynəb isə 2008ci ildə vəfat etmişlər. Qardaşı Cavabdeh1, qardaşı arvadı Cavabdeh2, qardaşı oğlu Cavabdeh3 Şəki rayonu Böyük Dəhnə kəndində qeydiyyatda olsalar da, 1998-ci ildən onlar Şəki şəhərində yaşayırlar. Qardaşı Ağaların və onun ailə üzvlərinin torpaq sahəsindən isə o və bacısı Aybəniz istifadə etmişlər və torpaq pulunu da ö zləri ödəmişlər. 2015-ci ildə qardaşı Cavabdeh1, qardaşı arvadı Cavabdeh2, qardaşı oğlu Cavabdeh3 Şəki rayonu Böyük Dəhnə kəndinə gələrək torpağı iddiaçıya satmaq istədiklərini bildirmişlər. Onlar da Ağalargilə torpağı satmamalarını, sadəcə olaraq icarəyə vermələrini tövsiyə etmişlər. Ancaq sonradan Ağalargil tərəfindən iddiaçıya verilmiş torpaq sahəsinin sənədləşməsi bağışlama şəklində rəsmiləşdirilmişdir. İddiaçı da qardaşı Ağalara götürdüyü torpağa görə icarə haqqı şəklində 500-600 manat pul vermişdir. Ancaq Ağalar tərəfindən torpaq sahəsinin iddiaçıya hansı müddətə icarəyə verilməsindən məlumatı olmamışdır. Həmçinin, iddiaçı ona 1,61 hektar torpaq sahəsindən əlavə digər torpaq sahəsinin istifadəsi ilə bağlı 1000 manat pul vermişdir. Həmin vaxt iddiaçı torpağın ona satılmasını təklif et sə də o, bununla razılaşmamışdır. Həmçinin, qardaşı Ağaların uşağının sənədləri iddiaçıda olduğundan həmin sənədlərin, habelə torpaq sənədlərinin qaytarılmasını tələb etmişdir. Lakin iddiaçı sənədləri qaytarmamışdır. O, iddiaçıya torpağı satacaqlarını bildirmiş və torpağı 29 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında Cavabdeh9 satmışlar. Əvvəllər iddiaçının istifadəsinə verdikləri torpaq sahəsi hazırda Rüstəmin istifadəsindədir. Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, rədd olunmasını xahiş etmişdir.
11. Cavabdeh2 izahatında göstərmişdir ki, 1998-ci ildən o, əri Ağalar və oğlu Ceyhun Şəki şəhərində yaşayırlar. 2015-ci ildə o, əri Ağalar və oğlu X16 kəndində yerləşən özlərinə aid torpaq sahəsinin iddiaçıya 10 il müddətinə icarəyə verilməsi ilə bağlı razılığa gəlmişlər. Belə ki, iddiaçı bu məqsədlə əvvəlcədən onlara 600 manat pul ödəmişdir. Sonradan da torpaqdan istifadə ilə bağlı onlara nə qədər vəsait ödənilməlidirsə iddiaçı həmin məbləği onlara ödəyəcəkdi. İddiaçıya torpağın icarəyə verilməsinə dair müqavilənin rəsmiləşdirilməsi üçün həm Ağalar, həm o, həm də oğlu Ceyhun notariat kontoruna getmişlər və orada müqaviləni imzalamışlar. Lakin onlar notariat kontorunda torpağı icarəyə verdiklərini bildirsələr də, onların adından bağlanan müqavilə bağışlama müqaviləsi kimi rəsmiləşdirilmişdir. Belə ki, onlar notariatda müqaviləni oxumadan imzalamışlar. Sonradan iddiaçı ilə aralarındakı razılaşmanın bağışlama müqaviləsi şəklində rəsmiləşdirildiyini bilmişdir. İddianı qəbul etmədiyini bildirərək, rədd olunmasını xahiş etmişdir.
12. Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Şəki rayonu X4 aqronom vəzifəsində işləyir. İş üzrə iddiaçı və digər cavabdehlər onun həmkəndliləridirlər. X15 Xidmət Mərkəzinə tez-tez gəlib getdiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 ona etibarnamə verərək onları notariat ofisində təmsil etmələrini və adlarından bağlanacaq alqı-satqı müqaviləsində onların adından iştirak etməsini xahiş etmişlər. O da buna etiraz etməmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 məxsus Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 3,76 hektar torpaq sahəsinin Cavabdeh9 satılmasında onların adından iştirak etmiş və 29 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələrini Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 adından imzalamışdır. Lakin onun iddiaçı ilə cavab dehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 arasındakı torpaqla bağlı anlaşılmazlıqdan məlumatı olmamışdır. İddianı qəbul etmədiyini bildirərək, rədd olunmasını xahiş etmişdir.
13. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi 23 iyul 2015-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsinin əslini məhkəməyə təqdim edə bilmədiyi üçün məhkəmə tərəfindən notariat ifisinə soru verilmişdir. X15 Xidmət Mərkəzində Notariat Ofisi (bundan sonra – notariat) tərəfindən məhkəməyə verilmiş məlumatda qeyd edilmişdir ki, müqavilənin tapılması mümkün olmamışdır, lakin məhkəməyə notariat hərəkətlərinin qeyd edilməsi üçün xx.xx.2015-xx.xx.2015-ci il tarixləri üzrə tərtib edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair 4Ə Reyestr kitabının təsdiq edilmiş surəti göndərilmişdi r.
14. Birinci instansiyası məhkəməsi həmin sənədlər əsasında müəyyən etmişdir ki, xx.xx.2015-ci il tarixdə iddiaçının adına 392-ci qeyd aparılmışdır, bağışlama müqaviləsinin surətində də müqavilənin xx.xx.2015-ci il tarixdə reyestrdə 4Ə-392 N ilə qeyd edildiyi göstərilmişdir.
15. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)-1310/2021 nömrəli iş üzrə 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia qismən təmin olunmuş, notariatda bağlanmış 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, reyestrdə 4Ə-111 nömrə ilə qeyd edilmiş və notariatda bağlanmış 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, reyestrdə 4Ə-112 nömrə ilə qeyd edilmiş alqı-satqı müqavilələrinin 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 3/7 hissələrinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, DƏDRX tərəfindən Cavabdeh9 adına verilmiş 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 3/7 hissələrinin qeydiyyata alınmasına dair hissədə ləğv edilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
16. Həmçinin, 29 yanvar 2021-ci il tarixli, 4Ə-111 və 4Ə-112 saylı alqı-satqı müqavilələrinin tərtibində, imzalanmasında və təsdiqində iştirak edən şəxslərin əməlindəki cinayət faktı barəsində xüsusi qərardad çıxarılmışdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağ lı qeyd etmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 23 iyul 2015-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında ümumi birgə mülkiyyətdə olan əmlakın özlərinə aid hissəsi üzərində sərəncam verərək 1,61 hektar torpaq sahəsini iddiaçıya bağışladıqları halda həmin müqaviləni mübahisələndirmədən, adıçəkilən müqavilə qüvvədə olduğu halda həmin torpaq sahəsini digər bir şəxsə alqı-satqı qaydasında özgəninkiləşdirmişlər. Cavabdehlər 1,61 hektar torpaq sahəsini 29 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ikinci dəfə özgəninkiləşdirilmələrinə baxmayaraq hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 29 yanvar 2021-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi 23 iyul 2015-ci il tarixdə bağlanmış və notarial qaydada tə sdiq edilmiş bağışlama müqaviləsi ilə eyni hüquqi qüvvəyə malik bir sənəddir. Hansı ki, əvvəlcədən bağlanmış müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması sonradan eyni əmlakla bağlı yeni müqavilələrin bağlanmasını və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal kimi çıxış edir. Bağlanmış bağışlama müqaviləsinin bağlandığı ərəfədə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün təqdim edilməməsi, iddiaçının cavabdehlər qarşısında hər hansı bir öhdəliyi icra etməkdən imtina etməsi əlaməti olmadığı kimi, bu hal cavabdehlərin sonradan eyni əmlakla bağlı digər bir şəxslə müqavilə münasibətlərində olmasının əsası kimi də qəbul edilə bilməz.
18. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 əvvəllər bağladığı bağışlama müqaviləsi əsasında üzər ində bir dəfə sərəncam verdikləri, digər bir şəxsin mülkiyyətinə verdikləri əmlakı üzərində qalmış formal hüquqlarından istifadə edərək növbəti dəfə özgəninkiləşdirməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) tələblərini pozmuşlar. Lakin iddiaçı tərəfindən 29 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələri və onlar əsasında verilmiş çıxarışlar bütünlükdə mübahisələndirilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən 23 iyul 2015-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi üzrə 3,76 hektar torpaq sahəsindən yalnız özlərinə aid 1,61 hektarının iddiaçıya bağışlanması nəzərə alınmalıdır.
19. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı notariatda bağlanmış 29 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələrinin bütünlükdə deyil, həmin müqavilələr üzrə 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 3/7 hissələrinin alqı-satqısına dair hissəsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır.
20. İddiaçı 29 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələrinin 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 3/7 hissələrinin alqı-satqısına dair hissəsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlı olduğundan həmin müqavilələr əsasında Cavabdeh9 adına verilmiş reyestrdən çıxarışların müqavilələrin etibarsız hesab edildiyi hissələrdə ləğv edilməsi tələbi özü-özlüyündə əsaslıdır.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 567, 646.1, 666.1, 666.2-ci, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Qanunun 8.0.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. Cavabdeh9 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilən hissəsində əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün məhkəmə Cavabdeh9 həmin əmlakı vicdanlı əldə edib-etməməsini araşdırmalı idi. İşin hallarından görünür ki, Cavabdeh9 qanuna müvafiq qaydada əmlakın dəyərini ödəyərək dövlətin müəyyən etdiyi şəkildə alqı-satqı əsas ında əmlaka sahib olmuşdur. Burada hər hansı problem mövcud olsa idi, notariat və DƏDRX tərəfindən bu hal müəyyən olunar və əmlakın satılması mümkün olmazdı. Şəxs dövlətin qurumlarına etimad göstərərək qanuni şəkildə əmlak əldə etmiş, daha sonra hüquqlarını qanunun tələb etdiyi formada qeydiyyata aldırmışdır.
24. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-209/2022 nömrəli iş üzrə 19 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi öz mövqey ini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
26. Mülki Məcəllənin 14.3-cü mаddəsinə əsаsən əgər qаnunlа əmlаk hüquqlаrının yаrаnmаsı üçün аyrı qаydа nəzərdə tutulmаyıbsа, dövlət qeydiyyаtınа аlınmаlı əmlаk hüquqlаrı оnlаrın qeydə аlındığı аndаn əmələ gəlir. Bundаn bаşqа, həmin Məcəllənin 140cı mаddəsinə əsаsən əqdin həqiqi sаyılmаsı üçün reyestrdəki əldə edən şəxsin xeyrinə оlаn qeydə dаir etirаzın reyestrə dаxil edilməməsi və yа əldə edən şəxsin qeydin qeyridəqiq оlmаsını bilməməsi əsаs şərtdir.
27. Bаşqа sözlə, əqd о vаxt həqiqi sаyılmır ki, bu qeydə dаir etirаz reyestrə dаxil edilmiş оlsun və yа əldə edən şəxs qeydin qeyri-dəqiq оlmаsını bilmiş оlsun. Hаzırkı işdə isə əqdin həq iqi оlmаmаsı üçün Mülki Məcəllənin 140-cı mаddəsində müəyyən edilən hаllаr mövcud deyildir.
28. Mülki qаnunvericiliyə əsаsən, mulkiyyətçi tərəfindən аlqı-sаtqı müqаviləsinin və оnun аlıcıyа verilmiş əmlаkının geri qаytаrılmаsı fоrmаsındа dоğurduğu nəticələrin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mübаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildikdə, Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə müəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir.
29. Cavabdeh9 vicdаnlı əldə edən оlduğundаn, оnunlа cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 arasında nümayəndələri Cavabdeh4 vasitəsilə xx.xx.2021-cü il tаrixdə bаğlаnmış AN-İ0914833 nömrəli və AN-İ0914834 nömrəli daşınmaz əmlakın аlqı-sаtqısına dair müqаvilələr etibаrsız hesаb edilə bilməz, göstərilən tarixdə bağlanmış müqаviləyə tətbiq edilə bilməz, çünki Cavabdeh9 vicdаnlı əldə edəndir.
30. Bundаn bаşqа, əqdin etibаrsız sаyılmаsı üçün mövcud оlаn hаllаr əqdin bütün tərəflərinə münаsibətdə mövcud оlmаlıdır. Yəni, əqdin etibаrsızlığı hаlını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və bunа bаxmаyаrаq, оnlаr əqdi bаğlаmаlıdırlаr. Hаzırkı hаldа isə Cavabdeh9 bаğlаdığı əqdə münаsibətdə vicdаnlı оlmuş, əqdin legitimsizliyi bаrədə оndа hər hаnsı şübhə оlmаmış və əqd üzrə üzərinə düşənləri edərək hüquqlаrını qeydə аldırmışdır. Bununlа dа vicdаnlı əldə edən kimi Cavabdeh9 iddiаçıyа nisbətdə dаhа üstün hüquqi mövqeyə çıxmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 14.3, 140, 149.2, 182.1, 567-ci, Аzərbаycаn Respublikаsı Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 67-ci maddələrinə, Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin S.N.Məmmədоvаnın şikаyəti üzrə 27 оktyаbr 2004-cü il tаrixli qərаrına, Könül Nаmidаr qızı Qəribоvаnın şikаyəti ilə əlаqədаr 08 mаy 2008-ci il tаrixli qərаrına, “H.Cəfərоvun şikаyəti uzrə 15 sentyаbr 2014-cü il tаrixli qərаrınа, Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (vəkil X1) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
33. Kassator şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh9 mübahisəli torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanarkən əqdin legitimsizliyi bаrədə məlumatı olmaması nəticəsinə gəlsə də bunu əsaslandıra bilməmişdir. Belə ki, Cavabdeh9 onların həmkəndlisi olmaqla artıq uzun illərdir ki, onun həmin torpaq sahəsinin mülkiyyətçisi olmasını, həmin torpaq sahəsinin onun tərəfindən istifadə edilməsini bilirdi.
34. Qanunvericiliyin tələbindən göründüyü kimi, bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. O da hədiyyəni qəbul edərək həmin torpaq sahəsini mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanana kimi istifadə etmişdir.
35. Bağışlama müqaviləsi bağlandıqdan sonra onun mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarını qeydiyyata almamağı əsası ilə iddianın rədd olunması qanunsuz və əsassızdır. O, mülkiyyət hüququnun 3 komponentindən olan istifadə və sahiblik hüququnu həyata keçirmişdir. Bağışlama müqaviləsi onun mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Hal-hazırda da həmin müqavilə qüvvədədir və cavabdehlər tərəfindən mübahisələndirilməmişdir.
36. Məhkəmənin gəldiyi nəticə faktlara deyil, apellyasiya instansiya məhkəməsinin formal mülahizələrinə əsaslanmışdır. Cavabdeh apellyasiya şikayətində həmin torpaq sahəsinin ona bağışlanmasından xəbərinin olmamasını bildirsə də, həmkəndlisi olmaqla özü də 100 hektarlarla torpaq sahəsi əkir və hansı ərazinin kimə məxsus olmasını, kimin istifadəsində olmasını və kimin tərəfindən əkilməsini yaxşı bilmişdir.
37. Kassato r şikayətinin əsası kimi, Mülki Məcəllənin 324.1, 337, 567, 646.1, 666-ci, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
39. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
40. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallar da qeydə alınmalıdır.
41. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
42. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
45. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kr editor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
46. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
47. Maddə
567. Aqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.
59. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
60. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi mübahisəli torpaq sahəsinin bağışlama müqaviləsinin əslini məhkəməyə təqdim edə bilməmiş, həmin əqdin rəsmiləşdirildiyi iddia edilən notariat ofisində də müqavilənin əsli aşkar edilməmiş dir.
61. Bununla yanaşı, Mülki Məcəllənin 452-ci maddəsinə müvafiq olaraq fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Lakin bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır.
62. Göründüyü kimi mülki qanunvericilik fərdi müəyyən əşyanın başqasının mülkiyyətinə verilməsi barədə iki müqavilə olduğu halda məhz bu əsasla onlardan birinin etibarsız olduğu barədə xüsusi qayda müəyyən etmir. Əksinə ikinci müqavilə üzrə əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsi birinci müqavilə üzrə kreditorun əşyanın ona verilməsi tələbini aradan qaldırır. Belə olan halda həmin şəxsin əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüquq yaranır.
63. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh9 mübahisəli torpaq sahəsini mülkiyyət hüququ ilə daha əvvəl əldə etmişdir.
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-209/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and