Məhkəmə qərarları › İş №2(102)-3142/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3142/2019

06.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3142/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, İddiaçıtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12942/2018 nömrəli iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin (hakim Fuad Babayev) 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddi açı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər arasında bağlanmış 01.10.2016-cı il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərlə aralarında bağlanmış 01.10.2016-cı il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 18.11.1976-cı il tarixdə nikaha daxil olmuşdur. Hazırda həmin şəxslə birgə nikahdadır. Birgə nikah dövründə 2002-ci il tarixində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,8 kvadrat metr olan mənzili əldə etmişlər. Həmin mənzil onların yeganə yaşayış yeridir və bütün ailə üzvləri ilə həmin mənzildə yaşayırlar. Yoldaşı 2016-cı ilin sonlarında ona bildirmişdir ki, borc məsələsi ilə bağlı borcun qaytarılacağının təminatı kimi Cavabdeh2 ondan əmlak tələb etməkdədir. Bütün ailə üzvləri kimi o, da buna qarşı çıxmışdır. Lakin bu hadisənin üstündən bir müddət keçəndən sonra Cavabdeh2 yoldaşı ilə bağladığı 01.10.2016-cı il tarixli alqı-satqı müqaviləsini məhkəməyə təqdim edərək və həmin müqaviləyə əsaslanaraq yoldaşı və ona qarşı Yasamal ray on məhkəməsində iddia qaldırmış, mənzildən çıxarılmalarını tələb etmişdir. Yoldaşı ilə Cavabdeh2 arasında sözügedən mənzilə dair alqı-satqı müqaviləsi bağlansa da, nə yoldaşının, nə də iddiaçının həmin mənzili satmaq niyyəti olmamış, nə də ki, cavabdeh həmin mənzilə görə hər hansı bir məbləği onlara ödəməmişdir. Eyni zamanda 01.10.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 4-cü bəndindən də görünür ki, İddiaçı ailəsinə məxsus olan Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsi, ev 211 ünvanında yerləşən 43 saylı mənzil 30000 manata satılmışdır. Halbuki, həmin evin dəyəri qeyd olunan məbləğdən dəfələrlə artıqdır. Göstərilənləri nəzərə alaraq 01.10.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəm ə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçıkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işin hərtərəli, tam və obyektiv araşdırılmasına şərait yaratmamış, tələskənliyə yol verərək sübutlara düzgün hüquqi qiymət verməmişdir. İş üzrə dindirilmiş şahid ifadələri nəzərə alınmamışdır. Əmlak Ekspert Mərkəzi tərəfindən aparılmış 21.05.2018-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə 21.05.2018-ci il tarixli hes abata məhkəmə tərəfindən qiymət verilməmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılsa da, həmin mənzili satmaq niyyətləri olmamış, həmin müqavilə əsasında hər hansı bir məbləğ ödənilməmişdir. Müqavilənin əsl məqsədi borcun təminatı kimi mənzilin girov qoyulması olub. Ev real dəyərindən aşağı qiymətə satılmışdır. Bu qiymətləndirmə rəyindən açıq-aşkar görünür. Məhkəmə bu hallara əhəmiyyət verməmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh2 vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxsləri izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Cavabdeh1 və Cavabdeh2 arasında bağla nmış 01.10.2016-cı il tarixli ******* nömrəli alqısatqı müqaviləsinə əsasən, Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsi, ev 211 ünvanında yerləşən 43 saylı mənzil Cavabdeh1 tərəfindən Cavabdeh2 30000 manata satılmışdır. İddiaçı tərəfindən imza edilmiş ərizədən görünür ki, əri Cavabdeh1 məxsus Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsi, ev 211 ünvanında yerləşən 43 saylı mənzilin satılmasına etiraz etmir. ünvan 2 ünvanlanmış ərizədən görünür ki,alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 30000 manat məbləğində pulun müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra satıcı - Cavabdeh1 verilməsi üçün bankda olan depozit hesabına qəbul edilməsini xahiş etmişdir. 30.09.2016-cı il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən “xxxx” ASC-nin hesabına 30000 ma nat ödənilmişdir. “xxxx” ASC tərəfindən verilmiş 283730 nömrəli 01.10.2016-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh1 bankdan 30000 manat məbləğində pulu qəbul etmişdir. Azərbacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə dair 18858 nömrəli 02 avqust 2018-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanan 01.10.2016-cı il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı pulun alınmasına dair 283730 nömrəli 01.10.2016-cı il tarixli bank qəbzindəki “çekdə göstərilən məbləği aldım” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra edilmişdir. İddiaçı cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin mübahisləndirir və tələbini iddia ərizəsində göstərilənlərlə əsasland ırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmiş, apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, tərəflər arasında müqavilənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə mövcuddur. İş materiallarından görünür ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulan 30000 manat pul satıcıya verilmişdir. İddiaçı mübahisəli mənzilin borcun təminatı kimi satıldığını iddia edir. İmzalanmış yazılı sübutun məzmunca düzgünlüyü və tamlığı prezumpsiyası mövcuddur. Həmin sübut notariat kontorunda təsdiq edilmişdirsə onun məzmunca düzgün olmamasına istinad edən tərəf elə mötəbər sübutlar təqdim etməlidir ki, yazılı sübutun mötəbəliliyi aradan qalxmış olsun. Lakin cavabdehlə iddiaçı arasında girovla təmin edilmiş borc müqaviləsinin bağlanmasına dair dəlili təsdiq edən hər-hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisəli mənzilin girov qoyulmasını təsdiq edən hər-hansı sənəd məhkəməyə təqdim edilmədiyindən və iddiaçı öz mövqeyini müdafiə edən tutarlı sübutlar təqdim etmədiyindən apellyasiya instansiyası məhkə məsi tərəflər arasında mübahisəli mənzilin borcun təminatı olaraq girov qoyulması dəlilini inandırıcı hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Məcəllənin 280.2-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 280.3-cü maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 280.4-cü maddəsinə əsasən bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Evin real dəyərindən aşağı satılması barədə dəlili əqdin etibarlı olmasını aradan qaldırmır. Tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq əmlakın dəyərini müəyyənləşdirmiş və razılığa gəldikləri qiymətə əmlakı rəsmiləşdirmişlər. Belə ki, iş materiallarından görünür ki, tərəflər evin dəyəri barədə razılığa gəlmişlər, alıcı sözügedən məbləği ödəmiş, satıcı isə qəbul etmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəməyə dəvət olunmuş şahid ifadələri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iddiaçının dəvət etdiyi şahidlərin ifadələrinə məhkəmə tənqidi yanaşır. Çünki şahidlər iddiaçın özünün deməsindən çıxış edərək evin satılmadığını, borc əvəzi olaraq girov kimi rəsmiləşdirildiyini bildirmiş lər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə görə Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, tərəflər arasında yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən mülki qanunvericiliyin müddəalarına uyğun olaraq mahiyyətcə düzgün həll edilmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12942/2018 nömrəli iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar