Məhkəmə qərarları › İş №2(102)-3149/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3149/2024

23.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3149/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-22/2024 nömrəli, 03 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 23 senty abr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1ndə yerləşən, ümumi sahəsi 173.8 kv.m. olan fərdi yaşayış evi İddiaçı tam, 0.1399 hektar torpaq sahəsi isə X2, X3, X5 və X1 ümumi birgə mülkiyyətindədir.

2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-3379/2018 saylı qətnaməsinə əsasən Cavabdeh xxx adlı uşaqları ilə birlikdə ünvan 1ndə İddiaçı adına qeyd edilmiş torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

3. Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-76-14/2-xx-xx-2024 nömrəli məktubuna əsasən, cari il üçün ünvan 1ndə 2 otaqlı yaşayış evi üçün aylıq kirayə haqqının miqdarı orta hesab la 150-200 manat civarında dəyişir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) 22 noyabr 2019-cu il tarixdə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 10.000 (on min) manat kompensasiya ödənilməklə mülkiyyət hüququ ilə ona məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evindən Cavabdeh (bundan sonra “cavabdeh”) istifadə hüququna xitam verilməsi və cavabdehin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı 7000 (yeddi min) manat kompensasiya qarşılığında evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda cavabdehi n iddiaçıya məxsus evdə yaşaması iddiaçının öz mülkiyyətində olan evdən istifadə hüququna məhdudiyyət yaratmışdır.

6. İddiaçı cavabdehə evindən istifadə hüququnun əvəzinə 10000 (on min) manat kompensasiya ödəmək istəmiş, lakin cavabdeh həmin məbləğdə pulu alıb evindən çıxarmaqdan imtina etmişdir. Cavabdehin iddiaçının evində qalması tez-tez ailə daxili ziddiyyətlər yaradaraq söz-söhbətlərə səbəb olmuşdur. Həmçinin, cavabdehin bu evdə yaşaması nəticəsində iddiaçının öz əmlakından istifadə hüquqları pozulmuşdur. Cavabdehlə bir evdə yaşamaq mümkün deyildir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etmişdir.

8. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

9. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3912/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı tərəfindən cavabdehə 10.000 (on min) manat kompensasiya verilməklə onun iddiaçının mülkiyyətində olan ünvan 1ndə yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi, cavabdehin həmin evdən çıxarılması, kompensasiyanın verilməsi ilə evdən çıxarılmanın eyni vaxtda icra edilməsi qət edilmişdir. (hakim Nemət Paşayev)

10. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, cavabdeh iddiaçının oğlu ilə evlənmiş, həmin vaxt iddiaçının mülkiyyətində olan mübahisədə adı keçən evə köçmüş, cavabdehin cehiz əşyaları da həmin evə yığılmışdır. Cavabdeh iddiaçını oğlundan boşanmış, Şəmkir Rayon Məhkəməsini 22 oktyabr 2018-ci il tarixli qətanməsi ilə cavabdeh 3 uşağı ilə birgə mübahisədə adı keçən evə kö çürülmüşdür. Cavabdeh hazırda həmin evdə yaşayır. Cavabdeh evə köçdükdən sonra ev mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır. Cavabdehin evin tərkib hissəsindən istifadə hüququ yaranmışdır.

11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hazırkı mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsi tətbiq edilməlidir və iddiaçı mübahisədə adı keçən evin mülkiyyətçisi kimi kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam vermək barədə tələb irəli sürməkdə subyektiv hüquqa malikdir.

12. Birinci instansiya məhkəməsi “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadən göstərmişdir ki, hazırkı mübahisəyə həmin qərarda əks olunan hüquqi mövqe prizmasından yanaşılmalıdır. Bu baxımdan, komp ensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təklif etdiyi 10000 manat kompensasiya məbləği mülkiyyətçinin hesabına cavabdehin azyaşlı uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün kifayətdir.

14. Birinci instansiya məhkəməsi kompensasiyanın məbləği ilə bağlı iddiaçının təqdim etdiyi və cavabdehin də təkzib etmədiyi həmin ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqqının 100-150 manat həddində olmasına dair reilter arayışını nəzərə alaraq hesab etmişdir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə ol an yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində ona 10.000 manat kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi bar ədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ev kəndin mərkəzində yerləşərək, evin müasir bazar qiyməti 100000 manatdan çoxdur. Bu səbəbdən cavabdehə təklif olunan kompensasiya evin real dəyərinə uyğun deyildir. Lakin iddiaçı həmin real dəyəri gizlədərək məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təklif edilən məbləğ ilə heç bir il kirayədə yaşamaq mümkün deyildir. Buna görə də cavabdehə və üç nəfər azyaşlı uşağının istifadəsinə verilmiş mübahisəli mənzil ekspertizaya təqdim olunmalı, həmin evin hazırki real bazar qiyməti müəyyən olunmalı idi. İddiaçı onlara 50.000 manat məblə ğində kompensasiya verməlidir. İddiaçı tərəfindən verilən 10000 manat pul təklifi hüququn xitamına əsas ola bilməz. Çünki, cavabdeh heç yerdə işləmir, onun maddi və sosial durumu imkan vermir ki, o, himayəsində olan uşaqla mənzillə təmin olunmasını reallaşdıra bilsin.

18. Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh yalnız 50.000 manat məbləğində kompensasiya verilməklə və ya evlə təmin ediləcəyi halda evdən istifadə hüquqlarına xitam verilməsinə razılıq verəcəkdir. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

19. Apellyasiya baxışında iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edə rək izahatında göstərmişdir ki, məhkəmə kollegiyası tərəfindən ona təklif edilən 15.000 manat kompensasiya məbləğinin ödənilməsinə iddiaçının maddi imkanı çatmır.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-22/2024 nömrəli, 3 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilməmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Mustafa Mustafayev)

21. Apellyasiya instansiyası məhkəməsi müəıyyən etmişdir ki, cavabdeh iddiaçının oğlunun arvadıdır. Cavabdeh 2007-ci il tarixdə iddiaçının oğlu Elmar İbrahimov ilə ailə həyatı quraraq həmin evə gəlin köçmüşdür və cavabdehin 3 uşağı vardır. Daha sonra cavabdeh ilə əri a rasında mübahisələr olduğu üçün ayrılmışlar. ünvan 1ndə yerləşən, ümumi sahəsi 173.8 kv.m olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi üçün 10.000 manat kompensasiya təklif etsə də, təklif olunan kompensasiyanın məbləğinin mülkiyyətç inin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasının qeyri-mümkün olduğunu birinci instansiya məhkəməsi nəzərə almamışdır. Belə ki, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatdan müəyyən olunur ki, onun ailə üzvləri ilə birlikdə daimi yaşayış yerləri olmamış və hazırda təklif olunan kompensasiya məbləği real qiyməti əks etdirmir.

23. Apellyasiya instansiyası məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 10.000 manat kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi qənaətinə gələrkən, kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddəti, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmini, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləğini, kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanlarını aydınlaşdırmamış, yalnız iddiaçı tərəfindən təklif edilən məbləği və oxşar fərdi yaşayış evi üçün ödənilən 100-150 manat kirayə haqqının olması əsası ilə iddia tələbini təmin etmişdir.

24. Hazırki iş üzrə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 10.000 manat kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, apellyasiya instansiyası məhkəməsi kompensasiyanın məbləğinin 15.000 manat müəyyən edilməsini təklif etmiş, iddiaçı tərəf isə məbləğin artırılması ilə razılaşmamaqla iddia tələbinin 10.000 manata münasibətdə t əmin olunmasını tələb etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif edilən məbləği cavabdehin himayəsində olan azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli hesab etməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2. 152.3, 152.4, 152.5, 228.2-ci, maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldildikdən sonra, icra məmuru həmin qətnaməni icra etmək səlahiyyətindən sui-istifadə etməklə iddiaçıdan kompensasiya üçün ödəməli olduğu pulu cavabdehə təqdim edərək evdən çıxaracağ ı vədi ilə almış, ancaq həmin pulu mənimsəyərək cavabdehə verməmiş, nəticədə iddiaçıya küllü miqdarda maddi ziyan vurulmasına baxmayaraq, iddiaçı təkrarən cavabdehə iddiası üzrə kompensasiyanı ödəməyə hazır olmasını bildirməklə iddiasını müdafiə etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının icra məmurunun qanunsuz əməli nəticəsində maddi ziyan çəkməsinə görə cavabdehə təklif etdiyi kompensasiya məbləğindən artıq kompensasiya ödəməyə maddi imkanının olmaması halını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarına, o cümlədən cavabdehin kompensassiyasız həmin evdə 5 ildən artıq müddətə yaşamış olmasına da hüquqi qiymət verməmişdir. Həmçinin, cavabdehin yaşamağa atasına məxsus müxtəlif şəhərlərdə çoxsaylı evlərinin olması və özünün də yeni almağa kifayət qədə r pulunun olması halına məhkəmə kollegiyası işin real halı olaraq düzgün qiymət verməmiş, cavabdehin sadəcə olaraq iddiaçıya mənəvi, maddi və psixi əzab verərək halal evinə köçüb yaşamasına imkan verməməsi də məhkəmənin diqqətini cəlb etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 152.5-ci maddəsinin normalarının da tələblərinə istinad edən birinci instansiya məhkəməsi mülki qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəlyi daşımamasına əsaslanmaqla cavabdehi hazırda yaşadığı evlə eyni şəraitli başqa evdə 4 il 2 ay müddətinə yaşamağa imkan verən məbləğdə, yəni on min manat məbləğində kompensasiya verilməklə həmin evə olan istifadə hüququna xitam veriməsi qənaətinə gəlm əkdə tam əsaslı olmuşdur. Ancaq apellyasiya instansiyası birinci instansiya məhkəməsinin həmin mövqeyinin əsassız olmasını heç bir əsasla sübut edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarı Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəs indən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. “Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilmə sinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4 -cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməs inin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə qanuni və əsaslı deyildir.

34. İşdən görünür ki, iddiaçı 10000 manat kompensasiya müqabilində cavabdehin onun mülkiyyətində olan evdən çıxarılmasını xahiş etmişdir. Həmçinin kompensasiya məbləğinin adekvat olması ilə bağlı oxşar ərazidə, oxşar yaşayış sahəsinin aylıq kirayə haqqının 100-150 manat civarında olması barədə arayış təqidm etdim etmişdir.

35. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə təklif etdiyi 10000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab olunmasını müəyyən edərək, həmçinin eyni ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqqının 100-150 manat həddində olmasına dair reil ter arayışını da nəzərə alaraq 10.000 manat kompensasiyanın ödənilməsini hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qiymətləndirməklə iddianı təmin etmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi isə bununla razılaşmayaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi 10.000 manat kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi qənaətinə gələrkən, kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddəti, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmini, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləğini, kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanlarını aydınlaşdırmamış, y alnız iddiaçı tərəfindən təklif edilən məbləği və oxşar fərdi yaşayış evi üçün ödənilən 100-150 manat kirayə haqqının olması əsası ilə iddia tələbini təmin etmişdir.

37. Əvvəla, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddəti, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmini, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləğini, kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanlarını aydınlaşdırmadığını göstərsə də, işə mahiyyəti üzrə sübutları araşdıran məhkəmə kimi özü də qeyd edilən bu hallara aydınlıq gətirməmişdir. Halbuki Mül ki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Buna görə də bir halda ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları iddianın düzgün həlli üçün əhəmiyyətli sayıldığı qənətinə gəlirdisə və birinci instansiya məhkəməsinin həmin halları araşdırmamasını səhv kimi qiymələndirirdisə, belə olan halda özü həmin hallara aydınlıq gətirlməli idi. Lakin qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi bunu etməmişdir.

39. Bundan əlavə, qətnamədən görünür ki, hazırki iş üzrə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 10.000 manat kompensasiya məbləğini kifayət hesab etməyən apellyasiya instansiyası məhk əməsi kompensasiyanın məbləğinin 15.000 manat müəyyən edilməsini təklif etdiyini və iddiaçının buna razı olmadığını əsas gətirib iddianı təmin etməmişdir. 40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında hüquqi mövqe belə olmuşdur ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsin in tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır.

41. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından görünür ki, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.

42. Apellyasiya instansiyası məhkəməsi də qətnamədə həmin qərara istinadən iddiaçıya kompensasiyanın məbləğinin 15.000 manat müəyyən edilməsini təklif etdiyini göstərmişdi r.

43. Lakin apellyasiya instansiyası məhkəməsinin kompensasiyanın məbləğinin 15000 manat olmasını nə ilə müəyyən etməsi qətnamədən görünmür. Üstəlik, həm birinci həm də apellyasiya baxışında təqdim edilən arayışlarda (i.v.30, 172) Şiştəpə kəndindəki (2 otaqlı) evlərdə icarə haqqının orta hesabla 150-200 manat civarında olması göstərilib.

44. Analoji işlərdə kompensasiyanın məbləğini müəyyən edərkən nəzərə alınmalı olan meyarlardan biri də oxşar ərazidə oxşar şəraitli yaşayış sahəsinin aylıq kirayə haqqının məbləğidir. Təcrübədə işin bu halı da bir qayda olaraq müvafiq sübutlar, məsələn, kirayə haqqı ilə bağlı rieltor firmalarının arayışı, internet resurslarında kirayə mənzil bazarındakı qiymətlər və s. əsasında müəyyən edilir.

45. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə qətnam ənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər... göstərilməlidir.

46. Prosessual qanunvericilik məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün gətirdiyi dəlillərin qətnamənin əsaslandırıcı hissəsində şərh edilməli olmasını müəyyən etmişdir.

46. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının təklif etdiyi 10000 manat kompensasiya ilə razılamadığını göstərsə də, onun kirayə haqqı ilə bağlı təqdim etdiyi sübuta – arayışa qiymət verməmiş, həmin sübutu rədd etmək üçün də heç bir əsaslandırma aparmamışdır.

48. Başqa bir məsələ ondan ib arətdir ki, Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarında işə baxan məhkəmələrin hər bir halda müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli olması barədə hüquqi mövqeyi məhkəmələrə öz mülahizələrinə əsasən hər hansı xəyali məbləği kompensasiya məbləği kimi müəyyən etmək səlahiyyəti vermir.

49. İşə baxan məhkəmə kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən edərkən, bütün hallarda bunu prosessual qanunverciliyin ümumi prinsiplərinə uyğun olaraq sübutlar əsasında müəyyən etməlidir.

50. Qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsinin hazırkı işdə kompensasiyanın məbləğinin 15000 manat olmasını müəyyən edərkən bunu hansı sübut əsasında müəyyən etdiyini göstərməmişdir.

51. Həmçinin apellyasiya baxşının protokolundan da oxşar əraz idə oxşar şəraitli yaşayış sahəsinin aylıq kirayə haqqının nə qədər olması ilə bağlı hər hansı araşdırma aparılması, tərəflərin bu barədə sorğu-sual edilməsi görünmür.

52. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.

53. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 55. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

56. Qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habel ə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

57. Barəsində kassasiya şikayəti verilən qətnamə isə əsaslılıq baxımından qanunvericiliyin tələblərinə uyğun gəlmir. Buna görə də məhkəmə kollegiyası kompensasiyanın məbləğinin 15000 manat olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olub-olmamasına qiymət verə bilmir.

58. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq et məklə qanuni və əsaslı qərar qəbul etməlidir.

59. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-22/2024 nömrəli, 03 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar