Məhkəmə qərarları › İş №2(102)-315/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-315/2023

23.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-315/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsinin boşaldılması tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış sahəsinin boşaldılması barədə ilkin, Cavabdeh İddiaçı MTK-ya qarşı iddia ərizəsi imzalama səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün iddia ərizəsinin və on a əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli 2(103)5220/2022 saylı qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən "xxxx" MTK-nin xx.xx.2014-cü il tarixli 01 saylı müraciəti nəzərə alınmış,Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikiliblərinin sökülərək, yerində yüksə kmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi həmin MTK-nin istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında təsdiq olunmuş 14/102 saylı ayrıc aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə "xxxx"MTK 1,9276 hektar torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018ci il tarixli, 104 saylı sərəncamının məzmununa əsasən "KARAYEV CİTY” Mənzil-Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli173 saylı müraciəti və "xxxx"MTK-nin xx.xx.2018-ci il tarixli razılıq məktubu nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerlə şən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu "KARAYEV CİTY” Mənzil-Tikinti Kooperativinin adına rəsmiləşdirilmişdir.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş MA seriyalı,0242632 saylı çıxarış ilə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən ümumi sahəsi 39.2 kv.m sahəsi olan 4 saylı 2 otaqlı mənzilə Cavabdeh xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə ********** reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir.

4. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli,x x.xx.2022-ci il tarixli arayışa əsasən mübahisəli mənzildə Cavabdeh, X4, Nümayəndə1, X1, X8, X11 və X3 qeydiyyatdadırlar.

5. İşdə olan əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi bildirişinə istinadən Vəkil1 06 avqust 2021-ci il tarixdə, İddiaçı MTK-də əmək haqqı 250 manat müəyyən edilməklə müddətsiz olaraq işə qəbul edilmişdir. 23 noyabr 2021- ci il tarixdə iddia ərizəsini imzalamaq səlahiyyəti daxil olmaqla Vəkil1 iddiaçının səlahiyyətli nümayəndəsi kimi qanunla müəyyən olunan qaydada etibarnamə verilmiş, xx.xx.2022-ci il tarixdə onunla vəkil kimi 15 saylı hüquqi yardım müqaviləsi bağlanmış və ona Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən İddiaçı MTK-ni məhkəmədə təmsil etmək üçün eyni tarixli order verilmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməy ə təqdim olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK tərəfindən Cavabdeh istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilin (iddia ərizəsində və qarşılıqlı iddia ərizəsində mənzilin nömrəsi səhvən 7 kimi göstərilmişdir) əvəzinə yeni tikiləcək binada 20 faiz olmaqla əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək kirayədə qaldığı müddət ərzində ona hər ay 300 manat kirayə haqqı ödənilməklə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi iddiaçının istifadəsinə verilib. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilib. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Cavabdeh mənzilinin qarşısında yerləşən təxminən 40-50 kv/m olan sahəni də qanunsuz zəbt edərək orada özbaşına tikili tikib və mənzilinə birləşdirib. Həmin özbaşına tikili rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmayıb. Qeyd edilən qanunsuz tikili yuxarıda göstərilən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün “Karayev City’’ MMC-yə ayrılan ərazidə yerləşir və söküntü-tikinti işlərinin aparılmasına maneə törədir. Həmçinin, Sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı binaya 10 fevral 2016-cı il tarixdə Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər MənzilKommunal Departamenti, Fövqəladə Hallar N azirliyi Tikintidə Təhlükəsizliyə X10, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə texniki baxış keçirilib və akt tərtib olunaraq müəyyən edilib ki, yuxarıda göstərilən binanın istismar müddəti bitib, texniki vəziyyəti qənaətbəxş deyildir, şəhərsalma və tikinti normalarına cavab vermir.

8. Məhkəmədə işə baxılarkən iddiaçı Cavabdeh İddiaçı MTK-nə qarşı ilk iddia ərizəsi imzalama səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qiytarılması barədə qarşılıqlı iddia vermişdir.

9. Qarşılıq lı iddia onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsi prosessual pozuntularla müşayiət olunan ciddi nöqsanlarla tərtib edilmiş, iddia ərizəsi, məhkəməyə təqdim etdiyi sənədlər, etibarnamə və iddia ərizəsi buna hüquqi olmayan şəxs tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə olunan binanın qəzalı vəziyyətdə olması barədə tərtib olunan aktda nə imzalar, nə də möhür yoxdur. “Karayev City" MTK tərəfindən Vəkil1 verilən 23 noyabr 2021-ci il tarixli (09 avqust 2023-cü ilə qədər qüvvədədir) etibarnamə başqa bir hüquqi şəxs “İmperial" MTK-nın direktoru Elşən İsmayılov tərəfindən imzalanıb "xxxx" MTK-nın möhürü ilə təsdiqlənib. ********** nömrəli VÖEN-i olan xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində Kommersiya X2 haqqında şəhadətnamə alan “Karayev City" MTK-nın blankını tamam başqa bir hüquqi şəxs imzalayır. Həmin etibarnaməyə əsasən “Karayev City" MTK-nın nümayəndəsi Vəkil1 iddia ərizəsini imzalayıb. Binanın baxış aktı imzlarla təsdiq olunmayıb. Göstərilən vəziyyətdə iddia ərizəsinin icraata qəbul olunması Mülki Prosessual Məcəllənin tələblərinə ziddir, Ona görə də “Karayev City" MTK-nın iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsinin və ona əlavə olunmuş sənədlrərin geri qaytarılması barədə qərardad çıxarılmalıdır.

10. İlk iddiaya münasibətdə cavabdeh göstərmişdir ki, mülkiyyətində olan ünvan 1 ünvandakı 7 saylı mənzil ona RF Vladimir şəhərində olan 2 otaqlı mənzillə dəyişməklə xx.xx.1989-u ildə verilmişdir, mənzili təhvil alanda binanın baxçasına tərəf çıxarılmış balkon olmuş, qarşısında isə bağcça olmuşdur. Hal-hazıra kimi həmin balkondan və bağçadan istifadə edirlər. Mənzildə yaşayan və qeydiyyatda olan 6 nəfər ailə üzvü vardır. Bağça və balkonla birlikdə mənzilin ümumi sahəsi 100 kv metrdir, bunun müqabilində iddiaçı MTK ona 127 kv metr sahəsi olan mənzil verməlidir. 11. 10 fevral 2016-cı il akta görə Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər MənzilKommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X10, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 say lı binaya 10 fevral 2016-cı il tarixdə texniki baxış keçirilib. Baxış zamanı müəyyən olunub ki, yuxarıda göstərilən bina 1961-ci ildə inşa olunub,iki mərtəbəli,8 mənzillidir,bəzi hissələrdə çatlar var, yükdaşıyıcı konstruksiyalarda aşınmalar var, istismar müddəti bitib, texniki vəziyyəti qənaətbəxş deyildir, şəhərsalma və tikinti normalarına cavab vermir.

12. Nizami Rаyоn Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(007)-591/2022 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı "KARAYEV CİTY” MTK tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlun tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təklif edilir. Bu isə, cavabdehin öz mülkiyyətlərində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəmcamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsi, ona məxsus yaşayış sahəsinin yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binasının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Bakı şəhərinin abadlaşdırılmasına, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Ərazidə yaşayan çoxs aylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 20 faiz artıq sahəsi olan təmirli yaşayış sahəsi təklif edən İddiaçı ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur.

14. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə qeyd etmişdir ki, Vəkil1 23 noyabr 2021ci il tarixdə iddia ərizəsini imzalamaq səlahiyyəti daxil olmaqla iddiaçının səlahiyyətli nümayəndəsi kimi qanunla müəyyən olunan qaydada etibarnamə verilmiş, xx.xx.2022-ci il tarixdə onunla vəkil kimi 15 saylı hüquqi yardım müqaviləsi bağlanmış və ona Azərbayc an Respublikası Vəkillər Kollegiyası tərəfindən İddiaçı MTK-ni məhkəmədə təmsil etmək üçün eyni tarixli order verilmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Beləliklə iddia ərizəsi imzalanarkən Vəkil1 həmin ərizəni imzalamaq səlahiyyəti olmuş, iddia ərizəsi Mülki Prosessual Məcəllənin təlbələrinə uyğun verilmşidir.

15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29 və 43-cü, Mülki Məcəllənin 16.1, 152.1, 152.6, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X5 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tar ixli 5 saylı Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 7 saylı mənzili xx.xx.1989-cu ildə AZ SSR X7 rayon İcraiyyə Komitəsi tərəfindən 105821 nömrəli orderinə əsasən verilmişdir. Həmin mənzil Vladimir şəhərində olan 2 otaqlı mənzillə Bakı şəhərində hal-hazırkı mənzillə dəyişilərək verilmişdir. O, həmin ünvanda olan mənzilə köçərkən 1-ci mərtəbədə yerləşən mənzilin balkonu binanın baxçasına tərəf çıxarılmış halda ona təhvil verilib. Hal-hazıra kimi mənzil onun mülkiyyətində və baxçaya çıxa rılan balkon isə mənzilə bitişik olaraq istifadəsindədir. 33 ildir ki, həmin mənzil və mənzilə bitişik baxçaya çıxarılan balkon onun istifadəsindədir. O vaxt İddiaçı MTK heç mövcud olmamışdır. Hal-hazırda başqa kooperativə aid olan sənədləri hansı yollarla isə adlarına keçirərək həqiqətə uyğun olmayan sənədlərlə mülkiyyətçini və istifadəçini aldadıb əmlakın ələ keçirtmək istəyir. Mənzildə yaşayan və qeydiyyatda olan 6 nəfər ailə üzvü var: X4, xx.xx.1991; Nümayəndə1Ağa Əli oğlu, xx.xx.1999; X1, xx.xx.1988; X8, xx.xx.1969; X11, xx.xx.2010; X6, xx.xx.2021-ci il. Bundan əlavə, oğlu Əsgər Nümayəndə1 2-ci Qarabağ müharibəsinin iştirakçısı, qazidir. xx.xx.2020-ci il tarixdə sağ pəncəsini dəlib keçən odlu silah yarasıalmış, hal-hazırda müharibə iştirakçısı kimi qeydiyyatdadır (sənədlər əlavə olunu r). Onların hüquqi savadları olmamağından istifadə edərək saxta sənədlərlə mənzillərini əllərindən alıb sökmək istəyirlər. Buna sübut olaraq, iddia ərizəsinə qoşma olunmuş sənədlərə diqqət yetirmək kifayətdir. ünvan 3 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 10 fevral 2016-cı il tarixli akt adları çəkilən şəxslər tərəfindən imzalanmamışdır. İddiaçıMTK tərəfindən Vəkil1 verilmiş 23 noyabr 2021-ci il tarixli etibarnamə başqa bir hüquqi şəxs "xxxx" MTK-nın direktoru Elşən İsmayılov tərəfindən imzalanmış və İddiaçı MTK-nın möhürü ilə təsdiqlənmişdir. ********** nömrəli VÖEN-ü olan xx.xx.2017-ci ildə AR Vergilər Nazirliyində Kommersiya X2 haqqında şəhadətnamə alan İddiaçı MTK-nın blankını tamam başqa bir hüquqi şəxs imzalayır. Həmin etibarnaməyə əsasən İddiaçı MTKnın nü mayəndəsi Vəkil1 iddia ərizəsini imzalamışdır. Göstərilənlərə əsasən etibarnamə və iddia ərizəsi imzalanmadığından etibarsızdır. Binanın baxış aktının isə heç bir hüquqi əsası yoxdur. Çünki akt imzalarla təsdiq olunmamışdır. Bütün bunlara baxmayaraq hakim iddia ərizəsini geri qaytarmaq əvəzinə məhkəmənin gedişində özü də bilmədən icraatına qəbul etdiyi sənədləri qanuna zidd olaraq dəyişdirmiş və heç bir hüquqi əsası olmayan qətnamə qəbul etmişdir. Məhkəmə iclasının aparılma halları pozulmuş, məhkəmənin hazırlıq iclasında sənədlərin toplanması vəsatətlərinə baxmayaraq məhkəməyə aktın əsli gətirilməmiş, məhkəmə baxışa çıxarılmamışdır. Hakim məhkəmə qətnaməsinin 4-cü səhifəsinin 4-cü abzasında qeyd etdiyi 10 fevral 2016-cı il tarixli akta istinad edir. Həmin aktın imzalanmadığını məhkəmənin d iqqətinə çatdırmış və həmin aktın əslini vəsatət qaydasında tələb etmişlər. Hakim həmin aktın məhkəməyə gətirilməsini təmin etməmiş və teztələsik məhkəməni bitirmişdir. ünvan 1 4 saylı mənzil xüsusi mülkiyyətindədir. İddiaçıMTK onların mülkiyyət hüquqlarını pozaraq öz istədiyini etmək istəyir yəni, razılaşma yolu ilə onların xüsusi mülkiyyətində olan mənzili və 33 il istifadələrində olan 45 kv metrlik torpaq sahəsini qanunsuz olaraq ələ keçirmək istəyir. Xüsusi mülkiyyətlərində olan mənzili və 45 kv metrlik torpaq sahəsi iki mərtəbəli binanın 1ci mərtəbəsində yerləşir. Onlar İddiaçı MTK-dan razılaşma yolu ilə mülkiyyətlərində və istifadələrində olan yaşayış və qeyri-yaşayış sahəsinin müqabilində onların tikəcəyi binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsi istəmişik. Yəni ümumi yaşayış v ə qeyriyaşayış sahəsində 20 faiz artıq sahə və 2-ci Qarabağ müharibəsi iştirakçısı qazi oğlu Nümayəndə1 Əli oğlunun müharibə iştirakçısı olmağını nəzərə almalarını xahiş etmişlər. Nizami rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsinin 7-ci səhifəsinin 1-ci abzasında məhkəmənin hakimi Fikrət Mirzəyev qeyd edir ki, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 20 faiz artıq sahəsi olan təmirli qeyriyaşayış sahəsi təklif edən İddiaçı MTK ilə razılaşmaması onun hüququndan sui-istifadə etməsi ilə qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və.s. hərəkətlərd ə ifadə olunur. Halbuki İddiaçıMTK onun mülkiyyət hüququnu pozur. Qətnamədə göstərilən şərtlərlə onlar razı olmuşlar, lakin onlara tikəcəkləri binanın 1-ci mərtəbəsində deyil, yüksək mərtəbədə mənzil təklif etmiş və sonda onların mülkiyyət hüquqlarını pozaraq özlərinin istədiklərini tətbiq etmək istəmişlər. Birinci instansiya məhkəməsi bu iş üzrə öz şəxsi mülahizələri əsasında qətnamə qəbul edərək cavabdeh tərəfindən məhkəməyə təqdim olunan təkzib olunmaz faktları rədd etmişdir. Bundan əlavə, binanın qəzalı vəziyyətdə olması barədə tərtib olunan aktın surətini məhkəməyə təqdim edən cavabdehdən aktın əslini məhkəməyə təqdim edilməsi tələb olumuşdur. Nə iddiaçı, nə də hakim bu tələbi təmin etməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 4 oktyabr 2022-ci il tarixli, 2(103)-5220/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilk iddia tələbinin təmin olunmaması qət edilmişdir. (Qarşılıqlı iddia tələbi hissəsində iş üzrə icraata xitam verilmişdir.)

19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab etmişdir ki, qətnamə yoxlanılan hissədə əsassız olmuş, maddi və prosessual hüquq normalarının tələbləri, həmçinin ilk iddia üzrə cavabdehlərin mülkiyyət hüquqları pozulmuşdur. Qeyd edilməlidir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamında olan tələblərə əsasən qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitini ödəməlidir. İddiaçı cavabdehlərə mülkiyyətlərinin əvəzinə həmin ərazidə inşa ediləcək hündürmərtəbəli binada yaşayış sahəsi təklif etsə də, təklifin məzmununun cavabdehlərin mənafeyinə uyğunluğu müəyyən edilmir. Həmçinin istər irəli sürülmüş iddia tələbi, istərsə də birinci instansiya məhkəməsinin mövqeyi cavabdehlərin mülkiyyət hüququnun ədalətli əvəzi (kompensasiyası) qismində çıxış etməmiş, bununla da mülkiyyət hüquqlarına əsassız müdaxilə baş vermişdir. İddiaçı qanunvericiliyin tələbləri çərçivəsində mülkiyyətçilərlə razılıq əldə etməmiş, həmçinin məhkə mə kollegiyasının da vaxt verməsinə baxmayaraq mübahisənin həlli istiqamətində hər hansı razılıq əldə olunmamışdır. Eyni zamanda, mübahisəli yaşayış sahələrinin ölçüsünün faktiki olaraq daha artıq olmasına baxmayaraq, cavabdehlərə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəyə əlavə 20 faiz əlavə olmaqla (kirayədə olma müddəti ərzində hər ay 300 manat kirayə haqqı verilməklə) yeni mənzil verilməsi barədə tələb irəli sürülmüşdür ki, bu da özü-özlüyündə mülkiyyətin əvəzinin ədalətli kompensasiyası kimi qəbul edilə bilməz. Apellyasiya məhkəməsi etmişdir ki, iddiaçı "KARAYEV CİTY” Mənzil Tikinti Kooperativinin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında qeyd olunan göstərişlərə uyğun olmayan tələblər, yəni ədalətli kompensasiya ilə təmin edilmədən və mülkiyyətçilərlə razılığı müvafiq müqavilə ilə şərtləşdirilmədən hazırki tələb əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının 1 və 1.1 bəndinə əsasən əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-nə həvalə edilmişdir. Əks hal, mülkiyyət hüququnun kobud surətdə pozulm ası ilə nəticələ bilər ki, bu da istər milli, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsinə zidd olardı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf cavabdehlərin yaşayış sahələrinin qəzalı vəziyyətdə olması ilə bağlı müvafiq akta istinad edir, lakin iddia üzrə iddiaçının həmin əsasla iddia tələbi irəli sürməsi yolverilən deyildir. Çünki həmin əsasla tələb irəli sürmək hüququ müvafiq icra hakimiyyəti orqanına aiddir. Müvafiq icra hakimiyyəti ilə bağlanmış icarə müqaviləsi tələb hüququnun hazırkı iddiaçıya keçməsi əsası kimi qəbul oluna bilməz. Həmçinin iddiaçı yoxlanılan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nət icənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29 və 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.1, 152.6, 560.1 və 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3 və 18-ci, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X5 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarına maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, ilkin iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Ka ssasiya şikayəti iddia ərizəsinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsi əsassız olaraq cavabdeh tərəfindən yol verilmiş pozuntuları və qanunvericiliyin tələblərini nəzərə almamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilib. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018- ci il tarixli, 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dai r sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilib. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Cavabdeh mənzilinin qarşısında yerləşən təxminən 40-50 kv/m olan sahəni də qanunsuz zəbt edərək orada özbaşına tikili tikib və mənzilinə birləşdirib. Həmin özbaşına tikili rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmayıb. Qeyd edilən qanunsuz tikili yuxarıda göstərilən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün “Karayev City’’ MMC-yə ayrılan ərazidə yerləşir və söküntü-tikinti işlərinin aparılmasına maneə törədir. Həmçinin, Sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerlə şən 26 saylı binaya 10 fevral 2016-cı il tarixdə Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər Mənzil Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi TikintidəTəhlükəsizliyə X10, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə texniki baxış keçirilib və akt tərtib olunaraq müəyyən edilib ki, yuxarıda göstərilən binanın istismar müddəti bitib, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir. İddiaçı "Karayev City” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onun tərəfind ən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təklif edilir. Bu isə, cavabdehin öz mülkiyyətlərində olan qeyri-yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. BakıŞəhər İcra Hakimiyyətinin məlum sərəmcamı halhazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Sərəncamın icrası həm də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi- nəzərindən zəruridir. Cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsi, ona məxsus yaşayış sahəsinin yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binasının tik ilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014- cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizamirayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyriyaşayı ş tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-nə həvalə edilmişdir. Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 20 faiz artıq sahəsi olan təmirli qeyri-yaşayış sahəsi təklif edən İddiaçı ilə razılaşmaması onun hüquqdan suiistifadə etməsi kimi qiymətləndirilməlidir. Bu suiistifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Kassasiya şikayətinin İ hissəsindən göründüyü kimi apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Belə ki, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə iddiaçının hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə baxışı zamanı ilkin iddia tələbi üzrə iddiaçının haqlı olduğunu göstərən hallara düzgün qiymət verilməmiş və ya nəzərə alınmamışdır. Kassasiya şikayətinin birinci hissəsindən göründüyü kimi məhkəmə heç bir sübuta əsaslanmadan, cavabdehin əsassız və yalan xarakterli məlumatlarına istinad etməklə, işə formal baxmaqla əsassız və qanunsuz qətnamə qəbul etmiş, nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini kobud pozmuşdur. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar düzgün göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə əsaslanmaqla qərar qəbul etmişdir. Qətnamədən göründüyü kimi məhkəmə öz mövqeyini əsaslandırma üçün düzgün hüquq normasına istinad etməmişdir. Odur ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digə r formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifad əyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə

18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-14.3. Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

167. Hakim tərəflərin barışması üçün tədbirlər görür. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya in stansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyriyaşayış binalarının sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmişdir. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018- ci il tarixli, 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. Sərəncama və sərəncam əsasında verlmiş ayrıc aktına görə göstərilə n ərazidə 1,9276 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. Bakı Şəhər İcra Hakimiyyəti həmin sahədə mövcud olan yaşayış və qeyri yaşayış sahələrinin onların sahbiləri ilə qarşılıqlı razılıq əsasında sökülməsi, sakinlərin köçürülməsi, yeni yaşayış binası tikilib təhvil verilənə kimi onların yaşayış sahəsi ilə təmin olunmaları işlərini MTK-ya həvalə etmişdir. Bakı şəhər İcra hakimyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə X10 “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutu və aidiyyatı olan daha 11 dövlət orqanının əməkdaşları tərəfindən tərtib edilmiş 10 fevral 2016-cı il tarixli akta görə cavabdehin mülkiyyətində olan 7 saylı mənzilin yerləşdiyi Bakı şəhəri, K.Balakişiyev küçəsi-26 ünvandakı yaşayış binasına baxış keçirilməsi zamanı həmin binanın istismar müddətini n bitməsi, texniki vəhziyyətinin qənaətbəxş olmaması və şəhərsalma və tikinti normalarına cavab verməməsi müəyyən edilmişdir. İşdən daha sonra görünür ki, Cavabdeh məxsus, ümumi sahəsi 39,2 kv metr olan 7 nömrəli mənzil iddiaçı MTK-nın icarəsinə verilmiş ərazidəki K.Balkişiyev küçəsi 26 saylı binada yerləşir. Cavabdeh iddiaya etirazında mülkiyyətində olan mənzilin sökülməsinə, əvəzinə həmin ərazidə inşa ediləcək binadan yeni yaşayış sahəsi, yaxud qeyri yaşayış sahəsi verilməsinə etiraz etmir, lakin veriləcək kompensasiyanın (sahənin) miqdarı ilə razılaşmır. Ona məxsus mövcud tikililərin 39,2 kv metr deyil, əlavə artırma olan balkon və bağça sahəsi də daxil olmaqla 101 kv metr olduğunu göstərərək 101 kv metr sahənin əvəzinin ödənilməsini tələb edir. İddianı rədd edən apellyasiya məhkəməsi h esab etmişdir ki, iddiaçı cavabdehə mülkiyyətində olan mənzilin əvəzinə həmin ərazidə inşa ediləcək hündürmərtəbəli binada yaşayış sahəsi təklif etsə də, təklifin məzmununun cavabdehlərin mənafeyinə uyğunluğu müəyyən edilmir. Mübahisəli yaşayış sahələrinin ölçüsünün faktiki olaraq daha artıq olmasına baxmayaraq, cavabdehlərə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəyə əlavə 20 faiz əlavə olmaqla (kirayədə olma müddəti ərzində hər ay 300 manat kirayə haqqı verilməklə) yeni mənzil verilməsi barədə tələb irəli sürülmüşdür ki, bu da özü-özlüyündə mülkiyyətin əvəzinin ədalətli kompensasiyası kimi qəbul edilə bilməz. İddiaçı "KARAYEV CİTY” MTK-nın Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında qeyd olunan göstərişlərə uyğun olmayan tələblər, yəni ədalətli kompensasiya ilə təmin edilmədən və mülkiyyətçilərlə razılığı müvafiq müqavilə ilə şərtləşdirilmədən hazırki tələb əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məxsus mövcud tikililərin 39,2 kv metr deyil, əlavə artırma olan balkon və bağça sahəsi də daxil olmaqla 101 kv metr olması, iddiaçının təklif etdiyi kompensasiyaının 101 kv metr sahənin əvəzləşdirilməsi üçün kifayət etməməsi qənaətinə gələn apellyasiya məhkəməsi cavabdehə məxsus olan tikililərin sahəsinin 101 kv metr olmasına dair cavabdehin özünün izahatından başqa iş materiallarında hər hansı sübutun olmadığını, bu barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyini nəzərə almamışdır. Belə olan halda məhkəmə mütəxəssis cəlb edilməklə, yaxud ekspertiza təyin etməklə cavabdehin faktiki istifadəsində olan sahəni müəy yən etməli, bundan sonra təklif olunun kompensasiyanın cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılmasına tənasüb olub-olmadığına qiymət verməli idi. Lakin instansiyası məhkəməsi qeyd olunan məsələni araşdırmadan iddianın rədd olunması qənaətinə gəlmiş, bununla da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmiş prosessual hüquq normasının pozuntusuna yol vermişdir ki, bu hal da qətnamənin ləğv edilməsi üçün əsasdır.

1. Şərh edilənlərə əsasən məhkəmə kollegiyiası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının qətnaməsi ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün təd birləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

2. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı mənzil tikinti kooperativi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5220/2022 nömrəli mülki iş üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar