Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3150/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1, Cavabdeh2, vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil2 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.08.2018-ci il tarxili qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunaraq, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 unvanındakı evə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi barədə bağlanmış 26 may 2017-ci il tarixli, 039 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilinin söküldüyü 01 iyun 2017-ci il tarixdən 01 avqust 2018-ci il tarixədək olan dövr üçün hər ay 450 manat kirayə haqqının əvəzi olaraq, cəmi 6300 manat məbləğində pul vəsaitinin ödənilməsi, Cavabdeh1 MMC-yə 01 avqust 2018-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən həmin ünvanda yeni tikiləcək çoxmərtəbəli yaşayış binasındakı mənzilə köçürülənədək İddiaçı aylıq 450 manat kirayə haqqının verilməsinin həvalə edilməsi və iddia ərizəsin qalan hissədə əsassız olduğu ndan rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və A.Hüseynov, İş № 2(103)11696/2018) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək həmin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.08.2018-ci il tarxili qətnaməsi apellyanta aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «əqdin etibarsız hesab olunması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 26 may 2017-ci il tarixli, 039 saylı müqavilənin etibarsız hesab edilməsi və İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzilin sö küldüyü vaxtdan yeni tikiləcək çoxmərtəbəli yaşayış binasındakı mənzilə köçürülənədək aylıq 450 manat kirayə haqqının verilməsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 26 may 2017-ci il tarixli, 039 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC tərəfindən İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzilin söküldüyü vaxtdan, yəni 01 iyun 2017-ci il tarixdən 01 avqust 2018-ci il tarixədək 450 manat kirayə haqqının əvəzi olaraq 6300 manat məbləğində pul vəsaitinin ödənilməsi, yəni tikiləcək çoxmərtəbəli yaşayış binasındakı mənzilə köçürülənədək aylıq 450 manat kiray ə haqqının verilməsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi, iddiaçıya dəymiş 300 manat maddi və 10.000 manat mənəvi ziyanın Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və vəkili Vəkil2 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, AR Prezidentinin 01.07.2004-cü il tarixli. 298 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 nömrəli qərarına sübut olaraq hüquqi qiymət verilməmişdi, həmçinin anoloji münasibətləri tənzimləyən hüquq norması tətbiq edilməmişd i.Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsinin Cavabdeh2 ilə "Cavabdeh1” MMC arasında Bakı şəhəri,ünvan 1 ünvanda yerləşən evə dair hüquqların ölürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillin təmin edilməsi barədə bağlanmış 26 may 2017-ci il tarixli, 039 saylı müqavilənin etibarsız hesab edilməsinə dair hissədə qismən ləğv edib, yeni qərar qəbul edilməsinixahiş edirlər. Məhkəmə kollegiyasınn iclasında Cavabdeh2 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, İddiaçı və vəkili Vəkil1 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyiş dirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzürlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi akt larına təsir göstərə bilər. Apellyasiya instansiyas ıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09 sentyabr 2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ev mülkiyyət hüququ əsasında İddiaçı adına 09 sentyabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 MMC ilə məcburi köçkün Cavabdeh2 arasında bağlanmış 26 may 2017-ci il tarixli, 039 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi barədə müqavilənin surətindən görünür ki, məcburi köçkünün, mülkiyyətçinin mülkiyyətində olan və lakin, hal-hazırda həmin yaşayış sahəsində faktiki olaraq müvəqqəti yaşadığı ünvan 3 ünvandakı ümumi sahəsi 78,51 kv.metr olan mənzilin sökülərək yerində yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə Cəmiyyətə təhvil verilməsinə etiraz etməyərək təhvil verməsi, məcburi köçkünün də inşa ediləcək yeni binada tikinti işləri başa çatdıqdan sonra həmin mənzilin ümumi sahəsindən az olmamaq şərti ilə, əgər tikinti işləri yekunlaşana qədər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi və yaxud digər dövlət qurumları tərəfindən müvafiq qaydada yaşayış sahəsi ilə təmin olunmadığı təqdirdə mülkiyyətçiyə təhvil veriləcək tam təmirli mənzili təhvil alması və həmin mənzildə yaşamaqda davam etməsi barədə razılığa gəlinmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(006)-5253/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ailəsi ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanından çıxarılması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(006)-470/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanının yerinə tikiləcək yaşayış kompleksindən İddiaçı mülkiyyətində olmuş ümumi sahəsi 61,7 kv.m mənzilin və əlavə olaraq 17 kv.m yardımçı sahənin əvəzində (həmin sahələrə 30% əlavə sahə verilməklə) cəmi 102,3 kv.m-dan az olmayaraq mənzil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 500 (beş yüz) manat hüquqi xidmət haqqının Cavabdeh 1 MMC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(103)-6023/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(006)-470/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, apellyasiya şikayəti əsassızdır belə ki, cavabdeh qətnaməni müqavilənin etibarsız hesab olunması hissəsində mübahisələndirir. Cavabdeh1 MMC ilə məcburi köçkün Cavabdeh2 arasında bağlanmış müqavilə etibarlı müqavilə deyil, qanunun tələbləri pozulmaqla bağlanmış əqddir. Əvvəla, Bakı şəhəri, ünvan 1 saylı ev mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh2 məlum hadisələndən sonra öz yaşayış yerlərindən məcburi olaraq köçkün düşdükdən sonra ailəsi ilə birlikdə həmin evdə məskunlaşmışlar. Həmin evin sökülməsi və yerində inşa ediləcək binada mənzil verilməsi məsələsi barədə məsələ ancaq mülkiyyətçi ilə razılaşdırılmaqla həll edilə bilərdi. Ona görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı mülkiyyətində olmuş mənzilin və əlavə olaraq 17 kv.m yardımçı sahənin əvəzində (həmin sahələrə 30% əlavə sahə verilməklə) cəmi 102,3 kv.m-dan az olmayaraq mənzil verilməsi öhdəliyi Cavabdeh1 MMCnin üzərinə qoyulmuşdur. İşə baxan məhkəmə haqlı olaraq həmin qətnaməni predisual əhəmiyyətli sübut kimi dəyərləndirmişdir. Bundan başqa, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Cavabdeh2 ailəsi ilə birlikdə ünvan 4 ünvanından çıxarılması qət edilmişdir. Həmin sübutlar cavabdehin mənzilə hüququ olmadığın təsdiq edir. Ona görə məhz idiaçıya məxsus mənzilin sökülməsi əvəzi olaraq hər-hansı hüquqların, kompensasiyanın verilməsinin mənzilin mülkiyətçisi ilə deyil, mənzilə hüququ olmayan şəxslə razılaşdırılması və bununla bağlı əqd bağlanması qanunsuz olmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsasını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə, ümumdünya İnsan hüquqları Bəyannaməsinin 17-ci maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 16.1-ci, 152.1-ci, 157.2-ci, 337.1-ci, 337.2-ci, 337.3-cü, 337.4 -cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Cavabdeh2 kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli təhlil edib məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mənzilə hüququ olmadığından, iddiaçıya məxsus mənzilin sökülməsi əvəzi olaraq hər-hansı hüquqların, kompensasiyanın verilməsinin mənzilin mülkiyyətçisi ilə deyil, mənzilə hüququ olmayan şəxslə razılaşdırılması və bununla bağlı əqd bağlanması qanunsuz olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına kifayət qədər əsaslı və hüquqi qiymət verilmişdir. Ona görə də hər iki məhkəmə instansiyasının gəl diyi nəticə qanuni və əsaslıdır. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbu
Məhkəmə qərarları › İş №2(102)-3150/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3150/2019
29.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver