Məhkəmə qərarları › İş №2(102)-3151/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3151/2024

05.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3151/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi 05.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2078/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra- iddiaçı) adı na olan abonent saldosuna (abonent kodu **********00080) əsasən iddiaçının abonent hesabına aktlar əsasında 2021-ci ilin dekabr ayında 1836 manat, 2023-cü ilin yanvar ayında isə 8812,80 manat olmaqla, cəmi 10638,80 manat məbləğində borc yazılmışdır. 2. xx.xx.2021-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərinə əsasən həmin tarixdə iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 16200 m3 həcmində (1836 manat dəyərində) itirilmiş təbii qaz hesablanmışdır. 3. xx.xx.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərinə əsasən həmin tarixdə iddiaçı tərəfindən say ğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 73440 m3 həcmində (73440 x 0.12 =8812,80 manat) itirilmiş təbii qaz hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında olan **********00080 saylı abonent hesabına yazılmış 10.648,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona məxsus ünvan 2 ünvanında olan **********00080 saylı abonent hesabına xx.xx.2021-ci il tarixdə yazılmış akta əsasən 1836 manat məbləğində borc hesablanmışdı r. Təbii qazdan sayğacdan kənar istifadə etmədiyi halda abonent hesabına borcun yazılması düzgün olmamışdır. Eyni zamanda qanunsuz və əsassız olaraq xx.xx.2023-cü il tarixli akta əsasən 8812,80 manat məbləğində borc təkrarən guya təbii qazdan sayğacdan kənar istifadə etdiyinə görə yazılmışdır. Həmin ünvanda yaşayış olmadığına görə təbii qazdan istifadə olmamışdır. İstinad olunan fotoşəkillərin həmin ünvana heç bir aidiyyəti yoxdur.

6. İddiaçının ünvanı yerində müayinə olunmuş və yerində müayinə zamanı iddiaçının yaşadığı ünvanda iki tikilinin olması – iki mərtəbəli və bir mərtəbəli yaşayış evinin olması, ünvanda üç ədəd sayğacın yerləşdirildiyi, quraşdırılmış sayğaclarının ikisi bir mərtəbəli evə aid olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, **********00080 nömrəli (iddi açının adına olan) abonent hesabı bir mərtəbəli evə aiddir, evdə PQ-4 və iran sobası vardır. Hazırda evdə sayğac vasitəsilə qazdan istifadə olunur.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3013/2023 saylı, 6 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.N.Cəfərzadə) iddia təmin edilmiş, iddiaçının adına olan **********00080 nömrəli abonent hesabından 10638,80 manat məbləğində borcun silinməsini qət edilmişdir. İddia ərizəsi qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması halına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, işin məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir.

9. Odur ki, məhkəmə qeyd edib ki, iddiaçının ünvanında qeyri-qanuni xətt vasitəsilə qa zdan istifadə edilməsi hallarının aşkar olunması barədə tərtib edilmiş aktlar əsassız olmaqla həmin aktlar əsasında hesablanmış ziyanın iddiaçıdan tələb edilməsi qanuni hesab edilə bilməz. İddiaçının yaşadığı ünvanın abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında olduğundan və həmin aktların tərtib edilməsinə əsas olmuş halların (müqavilə və qanunvericilik normalarının tələblərinə uyğun olmayan) iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, bununla da iddiaçının abonent hesabına hesablanan borc məbləğinin əsaslı olması müəyyən olunmadığından məhkəmə hesab edib ki, iddia tələbi əsaslıdır və təmin olunaraq ****** ****00080 nömrəli abonent hesabına cavabdeh tərəfindən hesablanmış cəmi 10638,80 manat məbləğində borc silinməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə, Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun 20 və 21.1-ci maddələrinə, habelə Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv ediməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfin dən Birliyə vurulmuş zərərləri sübut edir. Cavabdehin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir. Cavbdehin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərə əsasən qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçını təbii qazla təhciz etməyinə baxmayaraq iddiaçı bununla kifayətlənməyərək təbii qazdan qeyri qanuni istifadə etmişdir. Məhkəmə isə öz növbəsində talanmış qaz həcminə biganə göstərərək ədalətli hüquqi qiymət verməmişdir. Təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmamış və hakim təqdim edilmiş sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsasland ırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aktına bilməməsiniaraşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa abonentin caavabdehə dəymiş ziyanı öz təsdiqini tapmış olardı Məhkəmə tələbi müəyyən etmək üçün istehlak olunmuş qaz həcmini və ödənilmiş pul məbləğini müəyyən etmək üçün sadoya və çəkilmiş fotoşəkillərə diqqət etmiş olsa idi obyektiv nəticəyə gələrək iddia tələbinin rədd etmiş olardı. Qeyd edilənlərə baxmayaraq, məhkəmə qətnaməsini iddiaçının ifadəsi üzərində tərtib edərək qəbul etmişdir.

13. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin 18 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, abonentin sayğacdan kən ar qazdan istifadə etməsi nəzərə alınmaqla, qazpaylayıcıya dəyən zərərin məbləği 93.96+1183,0=1276,96 manat təşkil edə bilər.

14. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Bakı filialının 18 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçıya cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktla 16200 m³ (1836 manat dəyirində), xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla isə 73440 m³ (8812,8 manat deyerinde), cəmi 10638 manat dəyərində əlavə qaz sərfiyyatı hesablanaraq qaz abonent hesabına daxil edilmişdir. Tərtib edilmiş aktlara əlavə edilmiş sənədlərin tehlili abonentin sayğacdan kənar qazdan istifadə etməsini tam təsdiq etmir. Belə ki, aktlarda abonentin və ya hal şahidlərin imzaları yoxdur, ç əkilmiş fotoşəkillərin həmin ünvana aid olmasını müəyyən etmək mümkün deyil, istehlakçının istifadə etdiyi qaz qurğuları dəqiqləşdirilməmişdir. Bu baxımdan iddiaçıya hesablanan borcun məbləği həqiqəti əks etdirmir. İddiaçının qaz abonent saldosunun təhlilinə əsasən sayğacdan keçən qazın miqdarı 2021-2022-ci illər ərzində cəmi 150 m³ olmuşdur. Analogiya üzrə həmin dövr ərzində 5000 m³ a yaxın qaz sərfiyyatı ola bilərdi. 2023-cü ilin 25 iyun larixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Yuxarıda qeyd edilən ünvanda yerləşən evə baxış keçirildi və aşağıda göstərilən qaz qurğularının qaz xətlərinə qoşulu olduğu müəyyən edildi: 1 - ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi, 1 ədəd İran sobası, 1 ədəd 24 L həcmli qənaətli suqızdırıcı. Digər qaz qurğularının daxili qaz kəmərlərinə qoşulması əlamətləri müəyyən edilmədi. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə Qazdan istifadə Qaydalarının 6.5-ci, 6.51-ci ve 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdiyaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1.2 m³, 1 ədəd qənaətli su qızdırıcısı üçün 1.5 m³, 1 ədəd İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m³ istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada apanla bilər: xx.xx.2021ci il tarixli, ******* nömrəli akt üzrə: 1 əded PQ4 məişət tipli qaz plitəsi ü çün-1 x 1 x 2 m³ x 3 saat x 30 gün = 108 m³, 1 ədəd qənaətli su qızdırıcısı üçün-1 x 1,5 m³ x 3 saat x 30 gün= 135 m³, 1 ədəd İran sobası üçün 1 x 1.5 m³ x 12 saat x 30 gün = 540 m³ cəmi 783 m³, dəymiş ziyanın məbləği isə 93.96 manat təşkil edə bilər. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m³ x 3 saat x 360 gün = 1296 m³, 1 ədəd qənaətli su qızdıncısı üçün 1 x 1,5 m³ x 3 saat x 360 gün = 1620 m³; 1 ədəd İran sobası üçün - 1 x 1.5 x 1 x 12 saat x 150 gün = 2700 m³ cəmi 5616 m³ təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m³ (120 0 m³ daxil olmaqla) olan hissəsi üçün hər 1 m³ -i 0.12 manat, illik istehlak həcminin 1200 m³-dən 2500 m³-dək hissesi üçün hər 1 m²- 0,20 manat, illik istehlak həcminin 2500 m³dən çox olan hissəsi üçün hər 1 ma-i isə 0,25 manat qiymat təyin edildiyini nəzərə alaraq 5616 m³ qaz həcminin 1200 m³-i 0,12 manat ( 1200 x 0.12 = 144 manat), 1300 m³-i 0.20 manat ( 1300 x 0.2 = 260 manat), qalan 3116 m³ isə 0,25 manat (3116 x 0,25 = 779,0 manat) olmasını nəzərə alaraq, cəmi 144+260 +779,0=1183,0 manat məbləğində vurulmuş zərər müəyyən edilə bilər. Beləliklə, abonentin sayğacdan kənar qazdan istifadə etməsi nəzərə alınmaqla qazpaylayıcıya dəyən zərərin məbləği93.96+1183,0=1276,96 manat təşkil edə bilər.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2078/2024 saylı, 21 may 2024-cü il tar ixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov, sədrlik edən, məruzəçi E.C.Kazımov və N.Ş.Cəfərov) cavabdehii apellyasi şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3013/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçının adına olan **********00080 nömrəli abonent hesabından 9.361,84 (doqquz min üç yüz altmış bir manat səksən dörd qəpik) manat məbləğində borcun silinməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini s übut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Çünki sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılm aqla) qeydə alınır. Qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. (Müəyyən olunmuşdur ki, rayon məhkəməsinin qətnaməsində bir neçə yerdə mübahisləndirilən borcun məbləği texniki səbələrdən fərqli göstərilmişdir).

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə aparılmış ekspertiza nəticəsində verilmiş mütəxəssis rəyi ilə dəymiş ziyanın 1276,96 manat təşkil etməsi müəyyən edildiyindən, iddiaçıya məxsus ünvan 1 ünvanında olan **********00080 saylı abonent hesabına yazılmış 10638,80 manat məbləğindən mütəxəssis rəyi ilə hesablanmış dəymiş ziyanın məbləği 1276,96 manat çıxılmaqla, (10638,80-1276,96=9.361,84) 9.361,84 manat məbləğində borc sili nməlidir.

18. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.2, 560.3 və 560.3.5.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,88, 217.3, 217.4 -cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:

19. Cavabdeh (onun vəkili Vəkil) kassasiyaşikayəti verərək, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd göstərərək düzgün hüquqi nəticəyə gəlməməişlər.Məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmiş halbuki diqqət etməli olsa idi iddiaçının təbii qazdan istifadə etmədiyini və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödənilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən iddiaçı da digər abonentlər kimi sayğacla təhcizolunmuşdur. Ancaq iddiaçı qeyd etdi yim müqavilənin tələblərini pozaraq cavabdeh vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanaraq cavabdehə ziyan törətməsinə baxmayaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdilər.İddiaçı əslində əldə etdiyi cavabdehin mülkiyyətindəki qazdır bu qazı isə müqavilədə nəzərdə tutlmuş şəkildə yox qeyri qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar.Məhkəmələr bu halı araşdırmayaraq əsassız qətnamələr qəbul etmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüquq una malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

25. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 2

6. Maddə 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

27. Maddə 13, bənd

9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

28. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğu larının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

29. Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

30. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

31. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

32. Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələ nmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının t exniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyihalları sübut etməlidir.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara vətərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyimdən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi:

40. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın qismən təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəm əsi cavabdehin bu dəlilləri ilə razılaşmır.

42. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisələndirilən aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Çünki sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması m əsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, iş üzrə aparılmış ekspertiza nəticəsində verilmiş mütəxə ssis rəyi ilə dəymiş ziyanın 1276,96 manat təşkil etməsi müəyyən edildiyindən, iddiaçıya məxsus ünvan 1 ünvanında olan **********00080 saylı abonent hesabına yazılmış 10638,80 manat məbləğindən mütəxəssis rəyi ilə hesablanmış dəymiş ziyanın məbləği 1276,96 manat çıxılmaqla, silinməli olan borcun məbləği 9.361,84 manat məbləğində müəyyən edilməlidir.

44. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 may 2024-cü il tarixli, 2(103)-2078/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar