Məhkəmə qərarları › İş №2(102)-3152/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3152/2020

24.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3152/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı «Qaz İxrac» İdarəsinin vəkili X13 oğlunun iştirakı ilə, iddiaçı «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-214/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı «Qaz İxrac» İdarəsi tə rəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qusar Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(029)-64/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.V.Kazımov) iddiaçı «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasına dair ekspertiza xərcinin dəyəri olan 50 (əlli) manatın «Qaz İxrac» İdarəsindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə və iş üzrə keçirilmiş torpaq sahəsinin inventarlaşdırmasına dair ekspertiza xərcinin dəyəri 60 (altmış) manatın Kapital Bankın 1 saylı Xətai filialına keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-474/2019 saylı, 10 yanvar 2019-cu il ta rixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və A.Ə.Abbasov) iddiaçı «Qaz İxrac» İdarəsinin apelyasiya şikayəti təmin edilməyərək, Qusar Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(029)64/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4107/2019 saylı, 30 may 2019-cu il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev və T.A.Qoldman) iddiaçı «Qaz İxrac» İdarəsinin kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-474/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-214/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi), T.O.Quliyev və Ə.M.Rzayev) iddiaçının nümayəndəsi X6 apelyasiya şikayəti təmin edilməyərək, Qusar Rayon Məhkəməsinin bu iş üzrə 16 iyul 2018-ci il tarixli 2(029)64/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, iddiaçı “Qaz İxras” İdarəsindən ekspertiza xərci olan 50 (əlli) manatın tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X3 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NAB******************** SVVİFT BİK CTREAZ22 hesab AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı «Qaz İxrac» İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Qaz İxrac» İdarəsi Siyəzən Magi stral X8 istismarında olan 325 mm diametrli «Qusar QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu Bədirqala kəndi ərazisində Cavabdeh məxsus yarımtikilinin sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Bədirqala kəndi ərazisində Cavabdeh tərəfindən Az DTN 2.9-2 «X7 Layihələndirmə Normaları»nın və «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»-nın tələbləri pozularaq, «Qaz İxrac» İdarəsi Siyəzən Magistral X8 balans və istismarında olan 325 mm diametrli «Qusar QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 11 metr məsafə də hasar və 20 metr məsafədə yaşayış evi inşa olunmuşdur. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadagandır. Cavabdeh tərəfindən inşa olunmuş tikili isə yüksək təzyiqli maqistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yangına və digər bədbəxt hadisələrə səbəb ola bilər. «Qaz İxrac» İdarəsinin X11 Kəmərləri Sahəsi tərəfindən cavabdehə inşa etdiyi adı çəkilən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikilinin aparılmasının qadagan olunması və bu potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı «Qaz İxrac» İdarəsi həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı «Qaz İxrac» İdarəsinin vəkili X13 oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası mübahisəyə yalnız mülkiyyət hüququ prizmasından yanaşmış, mübahisəli tikililərin qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə və həmin tikilinin iddiaçının qaz kəmərindən təhlükəsiz istifadəsinə maneə yaratmasına əhəmiyyət verməmiş, iş üzrə keç irilmiş və iddiaçının iddiasını təsdiq edən ekspertiza rəyinin sübut növü kimi qiymətləndirilməməsini əsaslandırmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı «Qaz İxrac» İdarəsinin vəkili X13 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən mə hkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı «Qaz İxrac» İdarəsinin vəkili X13 oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı «Qaz İxrac» İdarəsinin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Al i Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN 046A saylı, kodu 30106028 olan şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarı ilə Cavabdeh, G.S.Həzərəliyevanın, N.Cavabdehanın, E.Cavabdeh və E.Cavabdeh mülkiyyətlərinə Qusar rayonu Bədirqala kəndi ərazisində fərdi yaşayış evi tikilməsi məqsədi ilə 0,21 hektar torpaq sahəsi verilmişdir. İşdə olan 24 may 2016-cı il tarixli aktın surətindən görünür ki, Cavabdeh tərəfindən Qusar rayonu Bədirqala kəndi ərazisindən keçən diametri 325 mm olan 12-15 atm. təzyiqli, “Qusar QPS qolu” qaz kəməri qolunun qaz kəmərinin təhlükəsizlik zonasında kəmərdən 11-20 metr məsafədə fərdi yaşayış evi və hasar inşa olunmuşdur. İş materiallarında olan “Qaz İxrac” İdarəsi X11 Kəmərləri Sahəsi tərəfindən Qusar rayon İcra Hakimiyyətinə, Qusar rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə ünvanl anmış məktublardan görünür ki, Siyəzən MQKS-nin istismarında olan “MozdokQazıməmməd” MQK-nin və onun qollarının rayonun ərazisindən keçən hissəsinin rayon xəritələrinə salınmasına və gələcəkdə baş verə biləcək hər hansı bir qəzanın vaxtında qarşısının alınması məqsədi ilə rayon ərazisindəki müvafiq icra orqanları tərəfindən qaz kəmərinin keçdiyi yerlərdə aparılan özbaşına tikintilərin qarşısının alınmasına dair müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. İşdə olan X11 Kəmərləri Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh tərəfindən inşa edilmiş hasar fərdi yaşayış evi ilə yüksək təzyiqli və 325 mm diametrli qaz kəməri qolu arasındakı məsafənin 11/20 metr olduğu, inşa etdiyi tikilinin yaxınlığında olan magistral qaz kəmərlərinin keçdiyi yerlərdə baş verə bilə cək hər hansı bədbəxt hadisələr nəticəsində ona dəyən maddi və mənəvi ziyana görə Siyəzən MQKS-nin məsuliyyət daşımadığı və inşa edilmiş tikili ilə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsinə dair aidiyyəti qurumlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 29 may 2018-ci il tarixli, 6230 saylı rəyindən görünür ki, mübahisələndirilən qaz kəmərinin təsdiq olunmuş layihə sənədləri ekspertə təqdim olunmadığından, eləcə də məhkəmə işi materiallarına əlavə edilmədiyindən mübahisələndirilən qaz kəmərinin təsdiq olunmuş layihəyə uyğun çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan ərazidən qaz kəmərinin keçməsini, kəmərin istiqamətinin 50.0 m məsafədə müəyyən edilmiş mühafizə zolağını, cavabdehin inşa etdiyi tikilinin p lanlı yerləşməsini, Siyəzən MQKS-nin nümayəndələri tərəfindən tərtib edilmiş 24.05.2016-cı il tarixli aktı və 11.05.2018-ci il tarixli, **********84 saylı mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, “Qaz İxrac” İdarəsinin Siyəzən magistral X8 balans və istismarında olan diametri 325 mm-lik yüksək təzyiqli Qusar QPS qolu magistral qaz kəmərinin təhlükəsizlik zonasında cavabdeh X1 tərəfindən faktiki olaraq 0,42 ha həyətyanı torpaq sahəsi istifadə edildiyi müəyyən edildi. Bununla yanaşı, istifadə edilən torpaq sahəsində 195 kv.m. yaşayış evi, 144 kv.m. tövlə və 33 kv.metrlik qaraj tikilisi inşa olunmaqla, həmin tikililərin 325 mm-lik yüksək təzyiqli Qusar QPS qolu magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edildi. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mə hkəmə Ekspertiza Mərkəzinin 02 dekabr 2019-cu il tarixli, 28983 saylı rəyi ilə müəyyən olunur ki, “Qaz İxras” idarəsi Siyəzən Magistral X8 istismarında olan 325 mm diametri “Qusar QPS qolu” yüksək təzyiqli (12-12 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qusar rayonu Bədirqala kəndi ərazisində cavabdeh Q.H.Həzrəliyev tərəfindən ev və hasar şəhadətnamə əsasında ona məxsus olan 0,21 ha torpaq sahəsində inşa edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -180.1-ci maddəsinə görə tikinti məqsədlər i üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. -84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. -111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (ora da olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı təşkilatın sökülməsini tələb etdiyi mübahisəli evin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olduğundan iddiaçı təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlillərlə razılaşmaq olmaz. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi Qusar rayonun Bədirqala kəndində yerl əşən tikili Torpağın mülkiyyətə verilməsinə dair JN 046A saylı, kodu 30106028 olan şəhadətnaməyə əsasən Cavabdeh və qeyrisinin mülkiyyətində olan 0,21 ha torpaq sahəsində yerləşir, həmin torpaq sahəsi üzərində cavabdehin sahiblik, istifadə və sərəncam hüquqları vardır. Sökülməsi tələb edilən tikinti də cavabdeh tərəfindən mülkiyyətində olan həmin torpaq sahəsində inşa edilmişdir. Azərbaycan Respublikası MM-nin 240.1-ci maddəsinə görə də torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Qusar ra yonun Bədirqala kəndində yerləşən 0,21 ha torpaq sahəsinə cavabdehin mülkiyyət hüququnu təsdiq edən Torpağın mülkiyyətə verilməsinə dair JN 046A saylı, kodu 30106028 olan şəhadətnamə qüvvədədir, həmin şəhadətnamə hər hansı şəxs və orqan, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, qanunvericilik reye strin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını müəyyən etmiş və bundan hər hansı kənara çıxma da bir qayda olaraq istisna edilmişdir. Belə olan halda, şəhadətnamənin həqiqiliyi prezumpsiyası qüvvədədir və nə qədər ki, cavabdehin torpaq sahəsinə hüquqlarını təsdiq edən həmin şəhadətnamə ləğv edilməyib, cavabdehi həmin şəhadətnamədən irəli gələn hüquqlarını həyata keçirməsindən məhrum etmək mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır. “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında Konstit usiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konsitusiya Məhkəməsinin eyni hüquqi mövqeyi “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında da öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən iş üzrə hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdə n təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Konstitusiya Məhkəməsinin istinad olunan hüquqi mövqeyinə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Qusar rayonun Bədirqala kəndində yerləşən 0,21 ha torpaq sahəsi cavabdehin mülkiyyətində olduğundan, onun həmin torpağın üzərində olan tikiliyə ən azından “titul” sahibliyi yaranmışdır ki, bu hüquq da özündə mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin Qusar rayonun Bədirqala kəndində yerləşən 0,21 ha torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, sökülməsi tələb edilən fərdi yaşayış evindən ibarət tikinti və hasar onun öz vəsaiti he sabına tikildiyindən, tikinti ilə bağlı hər hansı dövlət orqanı tərəfindən ona irad və narazılıqlar bildirilmədiyindən, cavabdeh torpaq sahəsinə və orada yerləşən tikintiyə sahiblik, istifadə və sərəncam verməkdə ifadə olunan mülkiyyət hüquqlarını həyata keçirdiyindən, hazırkı işdə bu mülkiyyət hüququna müdaxilə üçün qanunda nəzərdə tutulan şərtlər mövcud deyildir. Həmin fərdi yaşayış evinin tikintisi hər hansı ictimai maraqlara zidd deyildir, əksinə, fərdin layiqli yaşamaq üçün yaşayış sahəsinə malik olması barədə onun hüquqları ilə ictimai maraqlar arasında ədalətli tarazlıq yaradır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsi göstərilən torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığın dan, tikinti həmin torpaq sahəsində tikildiyindən, onun tikilməsi ilə bağlı aidiyyəti dövlət orqanları tərəfindən cavabdehə hər hansı irad və narazılıqlar bildirilmədiyindən, buna görə də qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından və onun tikintinin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən tikintinin sökülüb, torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Əks halda, cavabdehin mülkiyyətində olan torpaq sahəsində tikdiyi tikintinin boşaldılaraq sökülməsi, cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar. Azərbaycan Re spublikası MM-nin 149-cu maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göstərilən maddənin tələbləri baxımından apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əgər mübahisəli evin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehin sahiblik, istifadə və sərəncam hüquqlarının qeydiyyatı əsassız hesab edilərsə və həmin qeydiyyatın saxlanılması nəticəsində h əqiqətən iddiaçı təşkilatın hər hansı hüququ pozulmuş olarsa, hüququna toxunulmuş şəxs kimi iddiaçı təşkilat ilk növbədə torpaq sahəsinə dair cavabdehin adına verilmiş hüquq müəyyənedici sənədləri ayrıca məhkəmə qaydasında mübahisələndirə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfin dən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «Qaz İxrac» İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-214/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar