Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3156/2023 14.11.2023 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikası adından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müddətin bərpasından imtina və kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1851/2022 saylı mülki iş üzrə 06 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi: İşin halları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 22 iyul 2010-cu il tarixli, 12074 saylı “Mənzilin alğı-satqı müqaviləsi”nin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş, 3 saylı binanın, 3-cü blok, ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilinin boşaldılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsi ilə (hakim Şövkət Nəcəfova) iddia təmin edilərək, tərəflər arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa etdiyi, bina 3, blok 3 ümumi sahəsi 83,40 kv.metr ol an 3 otaqlı, 16 saylı mənzilin alğı-satqısına dair bağlanmış 22 iyul 2010-cu il tarixli 12074 saylı müqavilənin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci kmdə inşa edilmiş, 3 saylı binanın 3-cü blok, ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilin boşaldılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) 2(105)-1851/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməs i ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 may 2023-cü il tarixli, 2(105)-1851/2022 saylı qərardadı ilə Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(105)-1851/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
7. Bundan sonra, 11 may 2023-cü il tarixdə Cavabdeh kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Sumqayı t Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(105)-1851/2022 saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(105)-1851/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
9. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirib qeyd etmişdir ki, ərizə təmin edilməməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(105)-1851/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməli, kassasiya şikayəti geri qaytarılmalıdır.
10. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
11. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sözügedən qətnamənin surəti cavabdehin nümayəndəsi və vəkilinə xx.xx.2022-ci il tarixdə təqdim edildiyindən, qətnamədən xx.xx.2022-ci il tarixədək kassasiya şikayəti verilməli olduğu halda, xx.xx.2023cü il tarixdə vermişdir. Cavabdehin ərizədə göstərdiyi dəlillər prosessual müddətin bərpası edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh ərizəsini əsaslandırmamış, yalnız hüquqi savadının olmadığını əsas tutub prosessual müddəti ötürdüyünü bildirmişdir.
12. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasında vəkili və nümayəndəsi vasitəsilə təmsil olunmuş və qətnamədən kassasiya şikayəti verilməsi ilə bağlı müddəti ötürmüşdür.
13. Məhkəmə kollegiyası ərizəni rədd edərkən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkili Vəkil) iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1851/2022 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından kassasiya şikayəti verərək, sözügedən qərardadın ləğv edilməsini xahiş etmişdir.
15. Kassator, kassasiya şikayətini onunla əsaslandıraraq qeyd etmişdir ki, sözügedən qərardad qanunsuz və əsassızdır. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 19 oktyabr 2022-ci il tarixdə poçt vasitəsiilə göndərilmiş və cavabdeh tərəfindən 14 dekabr 2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Cavabdeh məhkəmə qətnaməsini oxuyarkən qətnamədən 2 ay müddətində kassasiya şikayəti vermək hüququ olduğunu bilmişdir. Vəkili onun kassasiya şikayəti vermək niyyətindən məlumatı olmamış, o, isə hüquqi savadı olmadığından 2 ay müddəti mütləq gözləməli olmuşdur. 14 dekabr 2022-ci il tarixdə o, vəkilə müraciət etməli olduğunu bilmişdir. Bu səbəbdən də qətnaməni xx.xx.2023-cü il ta rixdə vəkilə vermis, kassasiya şikayəti vermək niyyətinin olduğunu bildirmişdir. Həmin gün poçt qəbzinin surətini də vəkilə təqdim etmiş və kassasiya şikayəti tərtib olunaraq məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
19. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir.
20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
22. Maddə 135.6 Məcəllənin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçir ilir. Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (maddə. 135.5). “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərindəyerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
23. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
24. Maddə 36 6.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
25. Maddə 405.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadı işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa,kassasiya şikayəti geri qaytarılır.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayəti ndə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyindən, məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, bura xılmış mülki prosessual müddətin bərpa edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
33. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən qətnamənin surəti cavabdehin nümayəndəsi və vəkilinə xx.xx.2022-ci il tarixdə təqdim edildiyindən, qətnaməd ən xx.xx.2022-ci il tarixədək kassasiya şikayəti verilməli olduğu halda, xx.xx.2023cü il tarixdə verilmişdir. Cavabdehin ərizədə göstərdiyi dəlillər prosessual müddətin bərpası edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh ərizəsini əsaslandırmamış, yalnız hüquqi savadının olmadığını əsas tutub prosessual müddəti ötürdüyünü bildirmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan cavabdehin mülki prosessual müddətin bərpası barədə ərizəsini araşdırıb qeyd etmişdir ki, cavabdehin hüquqi savadının olmaması buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz.
36. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mülki prosessual müddətin bərpası barədə ərizəsini rədd edib, kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan mülki prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
37. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(105)-1851/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.