Məhkəmə qərarları › İş №2(102)-3160/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3160/2019

08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3160/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nın vəkili İmamverdiyev Beytulla Dadaş oğlunun, cavabdeh x2nun və vəkili Cəfərova Xəyalə Teymur qızının iştirakı ilə, cavabdehlər x2nun və x3nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-790/2018 saylı, 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi təmin edilərək, cavabdeh x2 əsas borc üzrə 33.313,36 manat, faiz borcu üzrə 1804,20 manat, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 35.147,56 manatın iddiaçının xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş digər cavabdeh x3 məxsus ünvan 1 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 186.577 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pulun x3 qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 oktyabr 2018-ci il tarixli, 2(103)9597/2018 saylı qətnaməsi ilə (hakimlər: İ.Şirinov, T.Səmədov və E.Kazımov) Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-790/2018 saylı, 14 iyun 2018-ci il tarixli qətnaməsi cavabdehlərin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər x2 və x3kassas iya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 oktyabr 2018-ci il tarixli, 2(103)-9597/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 06 fevral 2015-ci il tarixli 000165 saylı kredit müqaviləsi üzrə 33.313,36 manat əsas, 1.804,20 manat faiz, cəmi 35.117,56 manat borcun tutulması, borc tələbinin cavabdeh x3 məxsus, ipoteka qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 59 K saylı evin, 129 saylı mənzilinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarlar ı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər x2 və x3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 oktyabr 2018-ci il tarixli, 2(103)-9597/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2 və vəkili Cəfərova Xəyalə Teymur qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı x1-nın vəkili İmamverdiyev Beytulla Dadaş oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişd irilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı x1 cavabdeh x2 bağladığı 06 fevral 2015-ci il tarixli, 000165 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 6 faiz olmaqla, 50.000 manat məbləğində kredit vermiş, kredit öhdəliklərinin təminatı olaraq digər cavabdeh x3 iddiaçı ilə eyni tarixdə ipoteka müqavil əsi bağlayaraq, özünə məxsus ünvan 1 saylı mənzilini iddiaçının xeyrinə yüklü etmiş, ipoteka predmeti 100.000 manat məbləğində qiymətləndirilmiş, cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. İşdə olan x4 tərəfindən verilmiş 12.03.2018-ci il tarixli məktubdan görünür ki, mülki iş üzrə cavabdehlər tərəfindən ünvan 1 saylı mənzilinə vizual baxış keçirilməsi və zəruri şərait yaradılmadığından əmlakın real bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. İşdə olan x5 tərəfindən verilmiş 23 may 2018-ci il tarixli, 55 saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 saylı mənzilin 22.05.2018-ci il tarixinə bazar dəyəri 186.577 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəli yi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1 və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşlilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, girov saxlayan girov ilə yü klü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlərin özünə aid edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2nun və x3nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar