Məhkəmə qərarları › İş №2(102)-3160/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3160/2021

22.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3160/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi notariat kontorunun xüsusi notariusuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və tikilinin sökülməsi) Bakı şəhəri, 22 iyul 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhm əd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, iddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkətinin təsisçisi X3 və vəkili Vəkil iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(104)-758/2020 saylı qətnaməsindən iddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bərdə şəhəri, Babək küçəsində 0.138 ha torpaq sahəsində yerləşən 1 girişli, 17.4 kv.m. ümumi, 11,4 kv.m. əsas, 6 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası üzərində "xxxx" İstehsalat Kommersiya Şirkətinin mülkiyyət hüququ 19 dekabr 2006-cı ildə daşınmaz əmlak ın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.

2. X. ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,00775 ha torpaq sahəsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2016cı il tarixli ***seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında sonuncuya satılmışdır. Torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ 30 dekabr 2016-cı il tarix daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ******* saylı şıxarış verilmişdir.

3. Cavabdeh2 həmin torpaq sahəsini 10 yanvar 2018-ci il tarixli ***seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə bağlamaqla, Cavabdeh3 satmışdır. Qeyd olunan torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 29 yanvar 2018-ci il tarixdə qeydiyyata alınmış, bu barədə RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi notariat kontorunun xüsusi notariusu X2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bərdə şəhəri, Babək küçəsində yerləşən 0,00775 ha torpaq sahəsinə dair Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X4 tərəfind ən təsdiq edilmiş və ****nömrə ilə qeydə alınmış 26 dekabr 2016-cı il tarixli, ********** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş çıxarışa əsasən Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış və həmin notarius tərəfindən təsdiq edilərək 4Ə-29 nömrə ilə qeydiyyata alınmış 10 yanvar 2018-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Cavabdeh2 adına verilmiş 30 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Cavabdeh3 adına verilmiş 29 yanvar 2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın ləğv edilməsi, "xxxx" şirkətinin işlək yolunda qanunsuz tikilmiş hasarın sökülməsi və yolun açılması vəzifəsinin Cavabdeh1nə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə şəhəri, Bakı küçəsində mülkiyyətində olan 0,138 ha torpaq sahəsində yerləşən 1 girişli, 17,4 kv.m. ümumi, 11,4 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (yanacaq doldurma məntəqəsi) tam mülkiyyət hüququ üzrə "xxxx" İstehsalat Kommersiya Şirkətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 dekabr 2006-cı il tarixli, MH seriya ******* nömrəli çıxarış verilmişdir. Hazırda mübahisəli olan torpaq sahəsi "xxxx" İstehsalat Kommersiya Şirkətinə məxsus yanacaq doldurma məntəqəsinin torpaq sahəsinin genişləndirilməsi barədə Bərdə rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi nin 22 noyabr 1999-cu il tarixli, 182 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinə (obyektin yerləşdiyi sahəyə) gediş-gəliş yoludur. Qeyd edilən torpaq sahəsinin "xxxx" İstehsalat Kommersiya Şirkətinə ayrılması və sonradan Bərdə rayonu Bərdə Bələdiyyəsindən alqı-satqı yolu ilə alınması, həmçinin istifadədə və mülkiyyətdə olan ərazinin sxemi və planı müvafiq sənədlərlə təsdiq olunur. "xxxx" İstehsalat Kommersiya Şirkətinin təsisçisinin xəstə olmasından istifadə edən Cavabdeh1 gediş-gəliş yolunu bağlamış və şirkətin qarşısında olan torpaq sahəsini qanunsuz olaraq satmışdır. Bununla da, cavabdeh tərəfindən mülkiyyətçinin qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də Cavabdeh1 sədrinə və DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin rəisinə ərizə ilə müraciət edərək, "xxxx" İstehsalat Kommersiya Şirkətinin qeyri-yaşayış binasının yerləşdiyi 0,138 ha torpaq sahəsinin giriş-çıxış hissəsindən 77,5 kv.m. torpaq sahəsinin hərraca çıxarılmasını və başqa şəxsə yol verilməməsini xahiş etmişdir. Cavabdeh1ndən ərizəyə cavab verilməsə də, DƏDRX-nin 7 saylı Ərazi İdarəsi 17 oktyabr 2015-ci il tarixli məktub göndərərək bu məsələnin onların səlahiyyətinə aid olmamasını göstərməklə, müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edilməsi məsləhət görülmüşdür. Daha sonra isə DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin 22 may 2018-ci il tarixli məktubu ilə X. ünvanında yerləşən 0,00775 ha torpaq sahəsi 07 aprel 2016-cı il tarixdə Bərdə rayon Bələdiyyəsinin adına daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmışdır. 26 dekabr 2016-cı il tarixli Bərdə regional “Asan Xidmət” mərkəzində notariat ko ntorunun verdiyi ****nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi Cavabdeh2 adına alqı-satqı olunmuş və 30 dekabr 2016-cı il tarixdə daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış verilmişdir. 10 yanvar 2018-ci il tarixli Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontorunun verdiyi 4Ə-29 nömrəli alqı-satqı müqaqviləsinə əsasən həmin torpaq sahəsi Cavabdeh3 adına alqı-satqı olmuş və 29 yanvar 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. Şirkətin gediş-gəliş yolunda hasar tikildiyindən həmin hasarın sökülməsi üçün dəfələrlə torpağın hazırki sahibi Cavabdeh3 müraciət olunsa da, yolu açmaqdan imtina etmişdir. Bərdə Bələdiyyəsinin həmin torpaq sahəsini satması qanunsuz hərəkətdir v ə bu qanunsuz hərəkət nəticəsində sahibi olduğu şirkətin gediş-gəliş yolu bağlanmışdır. Həmin qanunsuz hərəkətlərin nəticəsidir ki, şirkətin gediş-gəliş yolunda tikilmiş hasar mülkiyyətindən istifadəyə maneə yaradır.

6. Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(021)-316/2019 saylı qətnaməsi ilə (hakim M.Ə.Allahverdiyev) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bərdə şəhəri, Babək küçəsində yerləşən 0,00775 ha torpaq sahəsinə dair Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş və reyestrdə ****nömrə ilə qeydə alınmış 26 dekabr 2016-cı il tarixli, ********** saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılmış reyestrdə 4 Ə-29 nömrə ilə qeydiyyata alınmış 10 yanvar 2018-ci il tarixli, ********** saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş 30 dekabr 2016-cı il tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Cavabdeh3 adına verilmiş 29 yanvar 2018-ci il tarixli Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, iddiaçı "xxxx" şirkətinin işlək yolunda qanunsuz tikilmiş hasarın Cavabdeh1 hesabına sökülməsi qət edilmiş, ekspertiza xərci cavabdehlərə aid edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* saylı çıxarışa əsasən Bərdə şəhəri, Babək küçəsində 0.138 ha torpaq sahəsində yerləşən 1 girişli, 17.4 kv.m. ümum i, 11,4 kv.m. əsas, 6 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 19 dekabr 2006-cı ildə mülkiyyət hüququ əsasında iddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkətinin təsisçisi X3 adına qeydə alınmışdır. ********** saylı alqısatqı müqaviləsinə əsasən Bərdə Bələdiyyəsi tərəfindən Cavabdeh2 satılmış və sonuncu tərəfindən isə AN-0672787 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmış, seriya RX ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında sonuncunun adına qeydə alınmış 0.00775 ha torpaq sahəsi "xxxx" İstehsalat Kommersiya Şirkətinin mülkiyyətində olan yanacaq doldurma məntəqəsinə gedən gediş-gəliş yolun üzərinə düşür. Göründüyü kimi 0.00775 ha torpaq sahəsi Bərdə Bələdiyyəsi tərəfindən Cavabdeh2 satılarkən qanunvericiliyin tələbləri pozulmuş, iddiaçı "xxxx" İs tehsalat Kommersiya Şirkətinin direktoru X3 öz mülkiyyətindən sərbəst istifadəsi məhdudlaşdırılmışdır. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin *****saylı, 05 iyul 2019-cu il tarixli rəyi ilə də öz təsdiqini tapmışdır. Ona görə də Bərdə Bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli, ********** saylı alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsi iddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkətinin təsisçisi X3 öz mülkiyyətində olan əmlakından istifadə hüquqlarını pozduğundan etibarsız hesab edilməli, həmin alqı-satqı müqavilələri əsasında Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən se riya RX ******* saylı, 30 dekabr 2016-cı il tarixli və Cavabdeh3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı, 29 yanvar 2018-ci il tarixli çıxarışlar ləğv edilməli, "xxxx" şirkətinin işlək yolunda qanunsuz tikilmiş hasarın sökülməsi və yolun açılması vəzifəsi cavabdeh Bərdə Bələdiyyəsinin hesabına aparılmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh3 və DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi ayrı-ayrılıqda Bərdə Rayon Məhkəməsinin 15 avqust 2020-ci il tarixli, 2(021)-316/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verərə k qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(104)-758/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Vəkil və A.H.Hüseynzadə) apelyasiya şikayətləri təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(021)-316/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmiş, ekspertiza xərci iddiaçıya aid edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi, yəni X. ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,00775 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olmuş və həmin torpaq s ahəsi Cavabdeh2 satılmış və bu barədə tərəflər arasında daşınmaz əmlakın 26 dekabr 2016-cı il tarixli ***seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh2 mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir. 10 yanvar 2018-ci il tarixli ***seriyalı ******* nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan torpağı Cavabdeh3 satmışdır. Cavabdeh3 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olmuş, daha sonra isə qeyd olunan alğı-satqı müqavilələri üzrə ardıcıl olaraq digər cavabdehlərin mülkiyyətinə keçmişdir. Belə olan t əqdirdə mübahisəli torpağa dair alğı-satqı müqavilələrinin, eləcədə verilmiş çıxarışların etibarsız hesab edilməsinə heç bir hüquqi əsası yoxdur. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139, 146, 152.1, 152.5, 324.1, 331, 334, 336.1, 337, 646, 647-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. İddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkəti kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə X1 mütəxəssis rəyi təqdim olunmuş, məhkəmə mütəxəssis rəyini məhkəmədə tədqiq etmişdir. X1 21 sentyabr 2020-ci il tarixli, 325 nömrəli mütəxəssis rəyində tədqiqatın nəticəsi olaraq müəyyən olunur ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən təqdim olunmuş sənədlərə əsasən, Bərdə şəhəri, Bakı küçəsində yerləşən "xxxx" İstehsalat Kommersiya Şirkətinin mülkiyyətində olan 0.138-ha torpaq sahəsindəki yanacaq doldurma məntəqəsinə ayrıayrılıqda təqribən 10.0-metr enində iki gediş-gəliş yolunun nəzərdə tutulduğu müəyyən edilir. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 152-ci madd ələrinin müddəaları düzgün qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi notariat kontorunun xüsusi notariusu X4 məktubla müraciət edərək məhkəmə iclasında iştirak edə bilməməsini üzrlü hesab edərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkətinin təsisçisi X5 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarə sinin nümayəndələri, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, h əmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahis ə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “ qanun Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələr in fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi a ktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsində məhkəmə qətnaməsinin qanuniliyi barədə nəzərdə tutulmuş tələb, qətnamənin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edilməsini ehtiva edir. Bu baxımdan, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Qeyd etmək lazımdır ki, iddiaçı bələdiyyə ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbini onunla əsalandırır ki, Cavabdeh2 satılmış torpaq sahəsi, onun mülkiyyətində olan yanacaq doldurma məntəqəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol sahəsindən verilmişdir.

28. İddiaçının bu dəlili məhkəmədən ilk növbədə iddiaçının mülkiyyətində olan yanacaq doldurma məntəqəsi üçün yolun haradan nəzərdə tutulduğunu, mübahisəli torpaq sahəsinin ərazinin baş planında yol kimi əksini tapıb-tapmadığını müəyyən etməyi tələb edirdi. Lakin məhkəmənin tərəflərə bu sübutları təqdim etməyi təklif etməsi iş materiallarından müəyyən edilmir. 29.Apelyasiya instansiyası məhkəməsi işdə olan ekspertiza rəylərinin qiymətləndirməsini aparmış və ekspert rəylərini sübut kimi qəbul etməmişdir. Bu zaman məhkəmə Bərdə rayon İH başçısı aparatının Memarlıq və Tikinti şəbəsinin müdiri tərəfindən verilmiş 17 avqust 2020-ci il tarixli 3/785 saylı rəyinə əsaslanaraq bildirmişdir ki, qeyd olunan rəy ekspertlərin gəldiyi nəticəni özlüyündə təkzib edir.

30. Lakin işdə bu cür rəy deyil, məhkəmənin şifahi sorğusuna Bərdə rayon İH başçısı aparatının Memarlıq və Tikinti şəbəsinin müdiri tərəfindən verilmiş 17 avqust 2020ci il tarixli 3/785 saylı cavab məktubu var. Həmin məktubda göstərilir ki, “İ.Ziyadovun mülkiyyətində olan sahibkarlıq obyektinin Sizə göndərdiyimiz fotoşəkildən də göründüyü kimi cənub istiqamətində qapısı olmuşdur və son vaxtlara qədər həmin qapı işlək vəziyyətdə olub. Son vaxtlar obyekt sahibi həmin qapını bağlamışdır. Həmçinin bildiririk ki, obyektin şima l istiqamətində dairəvi yol yerləşir, obyektin həmin istiqamətdə hər hansı yolu olmamışdır. Obyektin qarşısında 16x10 metr ölçüdə geniş ərazisi və obyektə gələn geniş yol mövcud olmuşdur”.

31. Məhkəmənin əsaslandığı bu məktubda göstərilən məlumatları Bərdə rayon İH başçısı aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən nəyə istinadən (baş plana və ya faktik vəziyyətə baxış əsasında) verildiyi məlum deyildir.

32. İşdən görünür ki, məhkəmə ekspertin qarşısında iddiaçının mükliyyətində olan torpaq sahəsinə və yanacaq doldurma məntəqəsinə gedən yolun zəbt edilib-edilməməsi barədə sual qoymuşdur.

33. Lakin verilmiş iddianın həlli, ekspert qarşısında sual qoyulmaqla, X. ünvanında yerləşən, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli ***seriyalı ******* nömrəli alqı- satqı müqaviləsi əsasında sonuncuya satılmış, 30 dekabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ******* saylı çıxarışda əksini tapmış 0,00775 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və yanacaq doldurma məntəqəsi üçün nəzərdə tutulmuş yolla üst-üstə düşübdüşməməsinin aydınlaşdırılmasını tələb edirdi.

34. Bu faktların müəyyən edilməsi eyni zamanda ona görə zəruridir ki, əgər həqiqətən də bələdiyyə tərəfindən Cavabdeh2 iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, ərazinin baş planında da yol kimi əksini tapmış torpaq sahəsi satılmışdırsa, bu halda iddia tələbi məhz o əsasla rədd olunacaqdır ki, torpağın satılmasına dair inzibati orqanın qərarı qüvvədə olduğuna görə müqavilə ləğv edilə bilməz. Bu h alda iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia qaldıra bilər. Məhkəmələr tərəfindən iş üçün əhəmiyyətli olan bu xüsusatlar araşdırılmamış, müəyyənlik gətirilməmişdir.

35. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkətinin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(104)-758/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar