Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3164/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3792/2019 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4942/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “qanu n üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3792/2019 saylı qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və A.Ə.Abbasov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilib, Cavabdeh1 adına notarial qaydada təsdiq edilməklə verilmiş xx xxxxx 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab olunması qət edilib. Cavabdeh1 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavab dehlərə qarşı iddia qaldıraraq, Cavabdeh1 adına notarial qaydada təsdiq edilməklə verilmiş xx xxxxx 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili x kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, Cavabdeh1, vəkili x və Sumqayıt “Asan Xidmət” X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili x izahatını dinləyib, kasasiya şikayə tinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddianın əsaslı olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəy ə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1145, 1146, 1151.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2015-ci il tarixli “hüquqların dövlət qeydiy yatı haqqında” Çıxarışa əsasən, Sumqayıt şəhəri, 9-cu mkr (köhnə), 36 saylı evin 16 saylı mənzili, yeni qaydalarla: Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 410,M1, m1 xüsusi mülkiyyət hüququ üzrə Gülarə Babayevanın adına qeydə alınıb. Tərəflərin anası Gülarə Babayeva xx xxxxxxx 2018-ci il tarixdə, atası Bağır Babayev isə xx xxxx 1997-ci il tarixdə ölüb. Daha sonra işdən görünür ki, xx xxxxx 2019-cu il tarixdə Cavabdeh1 yazılı ərizə ilə notariat orqanına müraciət edərək, digər vərəsələri göstərmədən mərhum xx miras qalmış sözügedən mənzilə dair onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş etmiş etmiş və notariat orqanı tərəfindən həmin mənzilə dair Cavabdeh1 adına xx xxxxx 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. Azə rbaycan Respublikası MM-nin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə acılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, tərəflərin anası Gülarə Babayeva xx xxxxxxx 2018-ci il tarixdə ölüb və sonuncunun ölümündən sonra sözügedən mənzil mir as qalıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanını ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə bərabər pay hüquqlu birinci növbədə vərəsə hesab edilirlər. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini araşdırıb, mülki iş materiallarını tədqiq edib müəyyən etmişdir ki, mərhum xx qanun üzrə birinci növbəli vərəsələri uşaqları İddiaçı, Cavabdeh1, xx və vəfat etmiş oğlunun arvadı xx və nəvəsi xx olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş materiallarında olan 2V-448 saylı notariat i şinin surətindən görünür ki, Cavabdeh1 xx xxxxx 2019-cu il tarixdə notariat orqanına müraciət edərək xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmiş Gülarə Babayevadan miras qalmış Sumqayıt şəhəri, 9-cu mkr, 36 saylı evin 16 saylı mənzili miras əmlak kimi qəbul etdiyini bildirərək həmin əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş edib. Göründüyü kimi, Cavabdeh1 qanunla müəyyən edilmiş mirasın qəbul müddətini 9 gün ötürdükdən sonra notariat orqanına müraciət etmiş, ərizəsində miras əmlakı qəbul etdiyini göstərsə də, bunun nədə ifadə olunduğu 2V-448 saylı notariat işindən görünmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99 cu bəndinə görə vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutlardır. 2V-448 saylı notariat işində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndində nəzərdə tutulan sənədlər, o cümlədən Cavabdeh1 miras əmlak olan mənzildə yaşaması, yaxud qeydiyyatda olması barədə hər hansı bir sənəd yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, Cavabdeh1 miras ın qəbulu barədə notariat orqanına müraciət edərkən özündən başqa, anasının digər vərəsələri olduğunu bildiyi halda, bunu notariat orqanından gizlətmiş, mirasın qəbulu haqqında ərizədə özündən başqa vərəsə olmadığını bildirmiş, bununla da təkcə özünün vərəsəliyə çağrılmasına nail olmuş, bununla da Mülki Məcəllənin 1300-cü maddəsinin tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, miras əmlak olan mənzilə dair vərəsələr, o cümlədən İddiaçı ilə Cavabdeh1 arasında razılaşma da olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmi yyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinin etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadala nan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3792/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3164/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3164/2020
16.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver