Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3164/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras, payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(105)-530/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı atası Ağasiyev Kamran Qəzənfər oğlundan və nənəsi X17 miras qalmış Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsini qəbul edilməsi üçün 07 avqust 2020-ci il tarixdə ərizə ilə notariusa müraciət etmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin məktubuna əlavə edilmiş sənədlərə əsasən, X9 adına Quba rayonu, Zərdabi qəsəbəsində (07 iyun 1993-cü il tarixli, 294 saylı qeydiyyat vəsiqəsi) fərdi yaşayış evi, X9 və X26 adına Quba rayonu, Zərdabi qəsəbəsində ümumi birgə 0.06 torpaq sahəsinə verilmiş JN-181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin 17 iyun 2020-ci il tarixli məktubuna əsasən Ağasiyev Kamran Qəzənfər oğlunun adına, Quba rayonu, Zərdabi qəsəbəsi, 0,25 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinə verilmiş JN 400 KOD ********* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı, X9 adına Zərdabi qəsəbəsində fərdi yaşayış evi və ümumbirgə JN 181A KOD ********* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə qeydə alınmışdır. Əlavə olaraq X14 və X33 0,78 ha torpaq sahəsinə JN 398 KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı verilmiş, lakin həmin torpaq sahəsi 15 mart 2002-ci il tarixdə 4ə/18 saylı alqı-satqı müqaviləsinə əsasən Quba Notariat X1 adına ozgəninkiləşdirilmişdir. 4. 03 fevral 2020-ci il tarixli Çıxarışa ə sasən, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 1,0 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə X27 adına qeydə alınmışdır.
5. JN 398 KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən X18, X42 və X19 Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 115 saylı qərarı ilə 0,78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir.
6. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə X7 qalmış mirasın Ağasiyev Kamran Qəzənfər oğluna düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılmış; X5 miras qalmış JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin t orpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən Ağasiyev Kamran'Qəzənfər oğluna düşən hissəsinə ölümündən sonra onun, yəni İddiaçı tərəfindən qəbul etməsi faktı müəyyən edilmişdir.
7. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 29 dekabr 2021-ci il tarixli qərardadına əsasən Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır.
8. Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə X18 və X33 məxsus olmuş fərdi yaşayış evinin tikintisi üçün verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A KOD 30316018 saylı Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi nə və İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyə və yaşamağına Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.
9. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh2 və digərlərinə qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” barədə iddiası rədd edilmişdir.
10. Quba rayonu, Zərdabi bələdiyyəsinin 24 avqust 2021-ci il tarixli arayışına və 23 avqust 2021-ci il tarix li akta əsasən Cavabdeh2, X6 miras qalmış JN 181AKOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsaən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmiş və məhrum atası X20 və anası X28 dəfn mərasimlərinin təşkili və xərcləri onun tərəfindən çəkilmişdir.
11. Quba rayonu, Zərdabi bələdiyyəsi tərəfindən təsdiq edilmiş və 27 dekabr 2021-ci il tarixdə Zərdabi bələdiyyəsinin sədri X36, Zərdabi bələdiyyəsinin üzvləri X37, X54, Zərdabi qəsəbə sakinləri X4, X38 və X29 iştirakıları ilə tərtib olunmuş Aktdan görünür ki, mərhum Ağasiyev Kamran Qəzənfər oğlu 1999-cu il tarixdən etibarən Zərdabi qəsəbəsində mərhum atası X14 məxsus evdə yaşamamışdır və ümumiyyətlə həmin evə gəlib getməsi müəyyən olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası miras qoyan X7 miras qalmış JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən atası Ağasiyev Kamran Qəzənfər oğluna düşən hissəsinə ölümündən sonra onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qoyan X7 miras qalmış JN181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən və nənəsi miras qoyan X21 qalmış JN181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilmə sinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan ibarət miras əmlaka (miras qoyanlar X30 və X21 qalmış miras əmlaka) tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Ağasiyev Kamran Qəzənfər oğlu 18 oktyabr 1973-cü il tarixdə Quba rayonu, Zərdabi kəndində, anası Nümayəndə xx xxxxxxxx 1978-cu il tarixdə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuşdur.
14. Ağasiyev Kamran Qəzənfər oğlunun atası X18, anası X34r. Nənə ilə babasının onun atasından başqa Mafızə və Esmira adlı qızları, Vüqar və Elman adlı oğulları olmuşdur. Ağasiyev Kamran Qəzənfər oğlu və X39 nikahlarını 23 noyabr 2001-ci il tarixdə rəsmiləşdirmiş, birgə nikahdan İddiaçı xx xxx 2002-ci il tarixdə anadan olmuşdur. Anası atası ilə ailə quraraq babası və nənəsinə məxsus Quba rayonu, Zərdabi qəsəbəsində olan JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evinə gəlin köçərək yaşamış və o, orada doğulmuşdur. Atası ilə anasının nikahı Quba rayon məhkəməsinin 02 mart 2009-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Onların nikahları pozulana kimi orada yaşamışdır. Sonradan atası ilə anasının nikahı pozulduğu üçün o, anası ilə birlikdə Xaçmaz rayonu, Arzu kəndinə qayıtmış, lakin atası babası və nənəsi ilə birlikdə Quba rayonu, Zərdabi kəndində JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən həmin evdə yaşamışlar. X49 02 i yul 2014-cü ildə vəfat etmişdir. Babasının vəfatından sonra atası ilə nənəsi evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək, babasından qalmış mirası qəbul etmişlər. Atası Kamran Ağasiyev 10 avqust 2018-ci il tarixdə ölmüşdür. Vəfatından sonra ondan qalmış miras əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, notariat kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. Quba Regional “Asan” Xidmət Mərkəzində Notariat Ofisinin 07 avqust 2020-ci il tarixli məktubuna əsasən o, atası 10 avqust 2018-ci il tarixdə ölmüş Kamran Ağasiyevin vərəsəsi sırasına daxildir. X56 29 iyun 2020-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən 3 ay sonra qanunla altı aylıq müddəti ötürmədən nənəsindən və babasından qalmış nənəsinin qəbul etdiyi miras əmlakdan atası Kamran Ağasiyevə düşən pay həcmi ndə mirasın qəbul edilməsi üçün notariat kontoruna ərizə vermiş və ərizəsi 07 avqust 2020-ci il tarixdə qəbul edilmişdir. X73 Xidmət Mərkəzində Notariat Ofisinin 05 mart 2021-ci il tarixli məktubuna əsasən o, 02 iyul 2014cü il tarixdə vəfat etmiş X8 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş X26 qanun üzrə vərəsələri sırasında daxildir. Beləliklə miras qoyan babası X30 02 iyul 2014-cü il tarixdə vəfat etdiyindən, onun vəfatından sonra qalan miras əmlakı miras qoyan atası Kamran Ağasiyev və miras qoyan nənəsi Sədiqə Aqasiyeva idarə edərək faktiki olaraq qəbul etdiyindən, atasından qalmış miras əmlakı qəbul etdiyindən, nənəsindən qalmış miras əmlakın qəbul edilməsi notariat kontoruna qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürmədən ərizə verdiyindən dolayısı ilə miras qoyan X35 qalmış miras əmlakı da qəbul etmişdir. Lakin babasından qalmış miras əmlakın atası Ağasiyev Kamran Qəzənfər oğluna düşən hissəsinə miras qalan payı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu qeyd edilmişdir. O isə yuxarıda qeyd etdiyi kimi babası 02 iyul 2014-cü il tarixdə vəfat etmiş X5 qalmış miras əmlakın qəbul edilməsi üçün müddəti ötürməmişdir. Nənəsi və babasından qalmış miras əmlak olan Quba rayonu, Zərdabi kəndində JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsində paylar ümumi bi rgə olduğundan və həmin torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evində onun ölümündən sonra nənəsinin və atasının yaşaması ümumi bilinən inkar edilməz fakt olduğundan, o, nənəsi və atasından qalmış miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verərək onların vərəsəsi kimi tanındığından dolayısı ilə babasından qalmış miras əmlakı da qəbul etmişdir. Bundan başqa o, X73 Xidmət Mərkəzinin Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ərizəsinin təmin edilməsi qət edilmişdir. Bundan sonra qətnamə üzrə maraqlarına to xunan şəxs bibisi Cavabdeh2 Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 29 dekabr 2021-ci il tarixli qərardadına əsasən hüquq haqqında mübahisə olduğu üçün Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, ona iddia qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
15. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı X40 Cavabdeh2 və digərlərinə qarşı “mirasın qəbul edilməsi” faktının və payının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçının atası X31 18 oktyabr 1973cü il tarixd ə Quba rayonu, Zərdabi qəsəbəsində, anası Nümayəndə isə xx xxxxxxxx 1978-ci ildə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuşdur. Onun valideynləri 23 noyabr 2001-ci il tarixdə ailə qurmuşlar. Onların nikahından xx xxx 2002-ci il tarixdə X40 doğulmuşdur. Valideynlərinin nikahı 02 mart 2009-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçının anası nikahın pozulması barədə mülki işə baxılarkən məhkəmədə verdiyi izahatında bildirmişdir ki, o 2001-ci ildə iddiaçının atası X31 ilə rəsmi nikaha daxil olsa da birgə nikahdan xx xxx 2002-ci ildə doğulmuş azyaşlı oğlu Əlibəylə 09 fevral 2002-ci ildən hal-hazıra qədər Xaçmaz rayonu, Arzu kəndində pensiyaçı olan atası Tofiqin himayəsində yaşayırlar. İddiaçının atası X31 10 avqust 2018-ci ildə ölmüşdür və onun ölümündən sonra ondan miras qalmış əmlak ın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, notariat kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X57 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsindən atasına düşən pay həcmində mirasın qəbul edilməsi üçün notariat kontoruna ərizə vermişdir. Lakin babasından qalmış miras əmlakın atası Ağasıyev Kamrana düşən hissəsindən ibarət miras əmlaka payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etsə də oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün imtina məktubu verilmişdir. İddiaçı qeyd edir ki, guya atası X31 babası və nənəsi ilə birlikdə həmin evdə yaşamışdır. X64 02 iyul 2014-cü il tarixdə vəfat etmişdir. Babanın vəfatından sonra nənəsilə evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək babasından qal mış mirası qəbul etmişdir. Lakin, 27 dekabr 2021-ci il tarixli Aktdan görünür ki, X31 1999-cu il tarixdən etibarən Zərdabi qəsəbəsində 02 iyul 2014-cü ildə vəfat etmiş atası X10 məxsus evdə yaşamamış və həmin evə gəlib-getməmişdir. Bundan başqa “Torpağın mülkiyyətə verilməsinə dair” JN181AKOD30316018 saylı Şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli, 115 saylı qərarı ilə Quba rayonu, Zərdabi kəndində X20, X43, X22 fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Bu sənədlərdə iddiaçının atası X11 adı qeyd edilməmişdir. İddiaçı atasının babası və nənəsi ilə birlikdə həmin evdə yaşamasını qeyd etsə də bununla bağlı mötəbər sübutu ərizəsinə əlavə etməmiş və ya məhkəməyə sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı məhkə məyə 10 avqust 2018-ci ildə ölmüş atası X2 olduğu müddətdə mirasın faktiki qəbulu, orada babası və nənəsi ilə birlikdə yaşaması, əmlakı idarə etməsi, ona sahiblik etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı X23 məhrum atası Ağasıyev Kamranın sağlığında babası X6 miras qalmış əmlakı faktiki qəbul etməmiş və ya bu barədə notariat orqanına ərizə verməmişdir. İddiaçının babası X20 02 iyul 2014-cü ildə vəfat etsə də, oğlu Kamran bunu bilsə də, miras əmlakın olduğu mənzildə yaşamadığından (çünki bu barədə ərizəçi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir) notariat kontoruna ərizə də verməyərək qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır. Guya atası babası və nənəsi ilə birlikdə həmin evdə yaşamışdır. X52 02 iyul 2014-cü il tarixdə vəfat etmişdir. Babasının vəfatından sonra atası nənəsilə evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək babasından qalmış mirası qəbul etmişdir. X71 isə 10 avqust 2018-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, notariat kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X57 29 iyun 2020-ci il tarixdə vəfat etmiş, nənəsindən atasına düşən pay həcmində mirasın qəbul edilməsi üçün notariat kontoruna ərizə vermişdir. Lakin babasından qalmış miras əmlakın atası Ağasıyev Kamrana düşən hissəsindən ibarət miras əmlaka payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinə müraciət etsə də həmin Mərkəzdən 10 avqust 2018-ci il tarixdə ölmüş atası X2 olduğu m üddətdə mirasın faktiki qəbulu, ona sahiblik etmək barədə sübutlar təqdim etmədiyindən onun vərəsəsi olan X32 “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamə verilməsi mümkün olmamışdır. Bu səbəbdən ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün 07 avqust 2020-ci il tarixli imtina məktubu verilmişdir. İddiaçı atasının babası və nənəsi ilə birlikdə həmin evdə yaşamasını qeyd etsə də, bununla bağlı mötəbər sübutu ərizəsinə əlavə etməmiş və ya məhkəməyə sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı məhkəməyə 10 avqust 2018-ci ildə ölmüş atası X3 olduğu müddətdə mirasın faktiki qəbulu, orada babası və nənəsi ilə birlikdə yaşaması, əmlakı idarə etməsi, ona sahiblik etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı X23 atası Ağasıyev Kamran sağlığında babası X6 miras qalmış əmlakı faktiki qəbul etməmiş və ya bu barədə notariat orqanına ərizə verməmişdir. İddiaçının babası X20 02 iyul 2014-cü ildə vəfat etsə də oğlu Kamran bunu bilsə də, miras əmlakın olduğu mənzildə yaşamadığından (çünki bu barədə ərizəçi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir) notariat kontoruna ərizə də verməyərək qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır. İddiaçının atası X31 da 10 avqust 2018-ci ildə ölmüşdür. Göründüyü kimi, iddiaçının atası vəfat etdiyi tarixə qədər (4 ildən artıq müddət) Əlibəyin babasından qalmış miras əmlakı faktiki qəbul etmədiyindən və notariat orqanına ərizə vermədiyindən üzrsüz səbəbdən iddia müddətini buraxmışdır. Belə olan halda ərizəçinin dəlilləri tamamilə əsassız olmaqla mötəbər sübutları yoxdur. Mülki qa nunvericiliyə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməklə, yaxud da vərəsəlik açılan gündən 6 ay müddətində notariat kontoruna ərizə verməklə qəbul etməlidir. İddiaçının X71 10 avqust 2018-ci ildə vəfat etmiş, lakin o 2014-cü ilin iyul ayında vəfat etmiş atasından miras qalmış evin hissəsini faktiki idarə etməklə, yaxud da notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. Kamran Ağasıyev atasından miras qalmış əmlakı qəbul etmədiyindən, ərizəçi Əlibəy Ağasıyev isə miras evə və torpaq sahəsinə vərəsə hesab oluna bilməz, bu barədəki tələbi əsassızdır. Bundan başqa iddiaçı X40 10 avqust 2018-ci il tarixdə atası X11 vəfatından sonra da mirası faktiki qəbul etməmiş və yaxud vərəsə kimi notariat orqanına ərizə verməmişdir. Müddəti n gecikdirilməsi, uzadılması üçün mütləq şəxsin hərəkətsizliyi üzrlü olmalıdır, məsələn, üzrlü sayılması üçün əsaslar, xəstəlik, xarici ölkədə ezamiyyədə olma, miras qoyanın ölümündən xəbərsiz olma və sair ola bilər. İddiaçı isə gecikdirmənin səbəbləri, onun uzadılması üçün əaslar və sair barədə ümumiyyətlə heç bir sübut təqdim edə bilməmişdir. Mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlər üzrə aşağıdakı sübutların təqdim edilməsi zəruridir: əmlaka sahiblik etməyi və ya əmlakı idarə etməyə faktiki başlamağı təsdiq edən sübutlar (vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqları n vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər) cavabdehlərdən olan Cavabdeh2 X6 miras qalmış JN 181AKOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmiş və məhrum atası X20 və anası X28 dəfn mərasimlərinin təşkili və xərcləri onun tərəfindən çəkilmişdir (Quba rayonu, Zərdabi bələdiyyəsinin 24 avqust 2021-ci il tarixli arayışı əlavə edilir). Qeyd olunanlara əsasən iddia rədd edilməlidir.
16. Quba Rayon Məhkəmə sinin 28 oktyabr 2022-ci il tarixli, 2(027)-1023/2022 saylı qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia təmin edilməmişdir.
17. Məhkəmə müəyyən etmişdir ki, X30 02 iyul 2014-cü il tarixdə ölmüş və onun ölümündən sonra miras qoyan X7 miras qalmış JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi oğlu Ağasiyev Kamran Qəzənfər oğlu tərəfindən nə faktiki, nə də rəsmi qəbul edilməmişdir. İddiaçı da iddia predmeti olan miras torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin atası Ağasiyev Kamran Qəzənfər oğlundan miras qalması və həmin torpaq sahəsi və üzərində yerləşən evə vərəsəlik hüququnun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəllənin 1272, 1273-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə razılaşmır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi miras qoyanlar onun nənəsi Sədiqə Aqasiyeva və X49dir. Qeyd edilən miras qoyanların oğlu olan atası Kamran Ağasiyev nənəsi Sədiqə Aqasiyeva vəfat edərkən sağ olmamış və Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, nənəsi Sədiqə Aqasiyevadan miras qalmış əmlakın atası Kamran Ağasiyevə düşən hissəsinə o, vərəsədir. Bununla bağlı nənəsi Sədiqə Aqasiyevanın ölümündən 3 ay müddət keçməmiş notariusa ərizə ilə müraciət edərək mirası qəbul edib. Notariusa ərizə ilə müraciət edərək mirası qəbul edib. Nənəsi miras qoyan Sədiqə Ağasiyevadan (vəfat edib 29 iyun 2020-ci il tarixdə) o, mirası notariusa ərizə verərək (ərizə verib 07 avqust 2020-ci il tarixdə, 339 nömrəli vərəsəlik işi) və heç bir müddəti ötürmədən onsuz da qəbul edib. Çünki mövcud qanunvericiliyin tələbinə əsasən vərəsə tərəfindən miras əmlak iki yolla qəbul edilə bilər ki, bunlardan birincisi faktiki qəbul, digəri isə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməkdir. Eyni zamanda atası Kamran Ağasiyevdən qalan miras əmlakı da notariat ofisinə ərizə ilə müraciət edərək qəbul edib. X35 miras qalmış əmlakı isə həm atası Kamran Ağasiyev, həm də nənəsi Sədiqə Aqasiyeva faktiki olaraq eyni təsərrüfatı idarə edərək və Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evində yaşayaraq qəbul etmiş və həmin şəxslərdən miras qalan əmlakı isə o qəbul etdiyindən dolayısı ilə babası miras qoyan Qəzənfər Ağasiyevdən miras qalmış əmlakı da qəbul etmiş sayılmalıdır. Hal-hazırda mübahisə edilən miras kütləsinə daxil olan əmlak JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X18 və X26 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin miras qoyanlara aid hissəsi və X41 Aqasiyevanın birgə nikah dövründə əldə etdiyi fərdi yaşayış evindən ibarətdir. Eyni zamanda, məhkəmə prosesind ə miras kütləsinə daxil olan fərdi yaşayış evinin X41 Aqasiyevanın birgə nikah dövründə satın alındığı, ona görə də həmin evin yarısının Sədiqə Aqasiyevaya məxsus olması, Sədiqə Aqasiyeva vəfat etdikdən sonra isə mirası qəbul etməyi ilə bağlı ərizə verdiyi üçün həmin əmlakda da onun payının olması əsaslarına, o cümlədən Qəzənfər Ağasiyevin vəfatından sonra Sədiqə Aqasiyevanın qeyd edilən fərdi yaşayış evində və torpaq sahəsində yaşayaraq öz mərhum ərindən miras qalmış əmlakı faktiki qəbul etdiyi və Sədiqə Aqasiyeva vəfat edərkən ondan qalan miras kütləsinə eyni zamanda birgə nikah dövründə əldə etdiyi əmlaklardakı payı və mərhum əri Qəzənfər Ağasiyevdən faktiki olaraq qəbul etdiyi paylarının da daxil olması hallarına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan əlavə atası Kamran Ağasiyev vəfat etdiyi günə kimi Quba rayonu, Zərdabi kəndində yerləşən valideynlərinə məxsus olmuş fərdi yaşayış evində yaşamış, atası Qəzənfər Ağasiyevdən miras qalmış əmlakı faktiki qəbul etmişdir. Əgər belə olmasaydı, məhkəmə araşdırması zamanı cavabdehlər və onlar tərəfindən məhkəmədə şahid qismində ifadə vermiş şəxslər özləri də etiraf edirlər ki, mirası qoyanlar Qəzənfər və Sədiqə Ağasiyevlər vəfat edənədək bütün ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışlar, atasının dəfn və yas mərasimləri qeyd olunan evdə həyata keçirilmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(105)-530/2023 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, A.A. Mahmudov və S.A.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsi nin 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1272, 1273-cü maddələrinə, habelə Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın predmetinə daxil olmasa da, tələbdən kənara çıxmaqla kassatorun atasından qalmış miras əmlakı qəbul etmədiyini və müddəti ötürdüyünü bildirir. Lakin, atası Kamran Ağasiyev ölərkən onun 16 yaşı olmuş və həmin vaxt o yetkinlik yaşına çatmayan məhdud fəaliyyət qabiliyyətli şəxs idi. Onun atasından qalmış miras əmlakı qəbul etməməyi üçün məhkəmə qətnaməsi ilə mirasdan imtina etməyi tələb olunurdu. Bundan əlavə, atasının vərəsələri arasında mübahisə olmadığından, müddət qurtardıqdan sonra məhkəməyə müraciət etməklə mirasın qəbul edilməsinə qanunvericilik imkan verir. Daha sonra, məhkəmə miras qoyan Qəzənfər Ağasiyevin ölümündən sonra Sədiqə Aqasiyevanın qeyd edilən fərdi yaşayış evində və torpaq sahəsində yaşayaraq öz mərhum ərindən miras qalmış əmlakı faktiki qəbul etdiyi və Sədiqə Aqasiyeva vəfat edərkən ondan qalan miras kütləsinə eyni zamanda birgə nikah dövründə əldə etdiyi əmlaklardakı payı və mərhum əri Qəzənfər Ağasiyevdən faktiki olaraq qəbul etdiyi paylarının da daxil olması və buna görə də onun vərəsə kimi nənəsi Sədiqə Aqasiyeva vəfat edərkən onun mirasına daxil olan bütün əmlaklardan, yəni həm fərdi yaşayış evindən, həm də torpaq sahəsindən pay almaq hüququnun olması hallarına ümumiy yətlə hüquqi qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdehlər Cavabdeh2, X24, X15 nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.
30. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
31. Maddə 1243.3. Vər əsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir.
32. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
33. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Mülki prosessual normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
40. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini pozub və düzgün tətbiq etməyib.
41. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, X53 Ağasiyeva ilə ailə qurub və onların birgə nikahından Mafizə, Elmira, Vüqar, Kamran və Elman adlı övladları doğulub. 42. 07 iyun 1993-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Qəzənfər Ağasiyevin adına qeydə alınıb. Həmçinin Quba rayon AİK-nın 01 fevral 1999-cu il tarixli, 115 saylı qərarı ilə Quba rayonu, Zərdabi kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Qəzənfər Ağasiyev, Sədiqə Ağasiyeva və Elvin Ağasiyevin mülkiyyətlərinə verilib. 43. 23 noyabr 200 1-ci il tarixdə Kamran Ağasiyev rəsmi nikah əsasında Nümayəndə ilə ailə qurub və onların birgə nikahından xx xxx 2002-ci il tarixdə İddiaçı adlı övladları doğulub. Quba rayon məhkəməsinin 02 mart 2009-cu il tarixli qətnaməsi ilə Kamran Ağasiyevlə Xatirə Ağasiyeva arasında bağlanmış nikah pozulub və onların birgə nikahından xx xxx 2002-ci il tarixdə doğulmuş İddiaçı anası Xatirə Ağasiyevanın yanında saxlanılması qət edilib. 44. 02 iyul 2014-cü il tarixdə Qəzənfər Ağasiyev, 10 avqust 2018-ci il tarixdə Kamran Ağasiyev və 29 iyun 2020-ci il tarixdə Sədiqə Ağasiyeva vəfat edib. 45. 07 avqust 2020-ci il tarixdə iddiaçı, yazılı ərizələrlə notariat orqanına müraciət edərək, mərhum X56dan, mərhum atası Kamran Ağasiyevdən miras qalmış, Quba rayonu, Zərdabi kəndində yerləşən torpaq sahəsinə dair “Qa nun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş edib.
46. Həmçinin, 05 mart 2021-ci il tarixdə iddiaçı, yazılı ərizə ilə notariat orqanına müraciət edərək, mərhum X35 miras qalmış əmlaka dair “Qanun üzrə vərəsəlik hüquq haqqında” Şəhadətnamə verilməsini xahiş edib. 47. 07 avqust 2020-ci il tarixdə notariat orqanı tərəfindən iddiaçının ərizəsinə cavab olaraq qeyd olunmuşdur ki, mirası qoyan X13 Ağasiyev 10 avqust 2018-ci il tarixdə ölüb və sonuncunun mirası faktiki qəbul etməsinə və ona sahiblik etməsinə dair heç bir sübut təqdim edilmədiyi üçün, onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib.
48. Hazırda iddiaçı, miras qoyan X35 miras qalmış JN:181 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha to rpaq sahəsindən ona düşən paydan, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən atası Kamran Ağasiyevə düşən hissəsinə ölümündən sonra onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsini, həmin 0,06 ha torpaq sahəsindən ona düşən paydan, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən, habelə miras qoyan nənəsi Sədiqə Aqasiyevadan miras qalmış JN:181 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan ibarət miras əmlaka (miras qoyanlar Qəzənfər Ağasiyev və Sədiqə Aqasiyevadan qalmış miras əmlaka) tam payının müəyyən edilməsini iddia edir.
49. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı, iddia tələbi üzrə irəli sürdüyü tələblərin əsaslarını sübuta yetirə bilməyib. Belə ki, mirası qoyan Qəzənfər Ağasiyev 02 iyul 2014-cü il tarixdə ölüb və ondan mübahisəli 0,06 ha torpaq sahəsinin hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi miras qalıb. İddiaçının atası Kamran Ağasiyev mirası nə faktiki, nə də rəsmi qəbul etməyib, iddiaçı isə bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Mirasın qəbul edilməsi üçün müddətin gecikdirilməsi, uzadılması üçün mütləq şəxsin hərəkətsizliyi üzürlü olmalıdır. İddiaçı mirasın qəbul etmə müddətinin gecikdirməsinin səbəbləri, müddətin uzadılması üçün əsaslar təqdim edə bilməyib. Halbuki, qanuna görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisə maraqlı şəxsin bundan ötrü mü vafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Bu səbəbdən də iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib.
50. Kassasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir.
51. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit edib. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda gö stərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
52. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur.
53. Mülki qanunvericilikdə mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilib göstərilib.
54. Mülki Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki baş ladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul edib.
55. Həmçinin, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).
56. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
57. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası q əbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.
58. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olur.
59. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.
60. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəh adətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.
61. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətindəatası Kamran Ağaysiyevin mübahisəli evdə doğulması, ölənədək həmin evdə yaşaması, başqa sözlə X49in ölümündən sonra da atası Kamran Ağasiyevin miras əmlakın idarə olunmasında fəsiləsiz və etirazsız olaraq iştirak etməsinə dair dəlilləri üzrə heç bir araşdırma aparmadan, Qəzənfər Ağasiyevin 02 iyul 2014-cü il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açılarkən Kamran Ağasiyevin həmin ünvanda yaşayıbyaşamadığını, onun 2014-cü ildən 2018-ci il tarixədək hansı ünvanda yaşadığını aydınlaşdırmadan, iddiaçının mərhum X49in ölümündən sonra ondan miras qalmış təsərrüfata, torpaq sahəsinə və fərdi yaşayış evinə vərəsələrdən kimlərin sahiblik etdiyini aydınlaşdırmadan, cavabdehlərin də 2014-cü ildən ötən 8 il müddət ərzində mirası rəsmiləşdirməmələrini nəzərə almadan, həmçinin əksi, yəni Kamran Ağasiyevin mərhum atası Qəzənfər Ağasiyevdən miras qalmış əmlakı faktiki qəbul etməməsinə dair işin halları hər hansı yazılı sübutlarla təsdiq edilmədiyi halda, yalnız cavabdeh tərəfin irəli sürdüyü arqumentlərlə kifayətlənək, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməməsinə dair işin halları barədə səhv nəticəyə gəlib.
62. Digər tərəfdən, mülki qanunverciliyə görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqla rı, mirası qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
63. Mirası qoyanların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar.
64. Vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
65. Apellyasiya instansiyası məhkəməsi mülki qanunverciliyin tələblərini poza raq, iddiaçının X56nın 29 iyun 2020-ci il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka (fərdi yaşayış evinin ½ hissəsinə, 0,06 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə) vərəsəliyin açılmasını, iddiaçının atası Kamran Ağasiyevin miras qoyan X56dan əvvəl ölməsini və belə olan halda miras qəbul edilənədək iddiaçının atası Kamran Ağasiyev öldüyü üçün, mirasdan pay almaq hüqunun irsi transmissiya qaydasında onun yeganə vərəsəsi olan oğlu İddiaçı keçməsini, sonuncunun 07 avqust 2020-ci il tarixdə X56dan miras qalmış əmlaka vərəsəlik açılandan 1 ay 9 gündən sonra həmin miras əmlakı qəbul etməsinə dair notariat orqanına yazılı ərizə verməsini nəzərə almadan, onun vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etmədiyinə dair işin halları barədə səhv nə ticəyə gəlib.
66. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, əslində irsi transmisiya qaydasında iddiaçının Konstitusiya ilə qorunan vərəsəlik hüququnu pozub. Halbuki, Konstitusiyanının 29-cu maddəsinin Vİİ bəndinə görə, dövlət vərəsəlik hüququna təminat verir.
67. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
68. Nəzərə alınmalıdır ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi, məsələn: vərəsənin qanunla müəyyən eilmiş müddətdə mirası qəbul etməsinə dair notariat orqanına yazılı ərizə verməsi, onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.
69. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, mərhum Sədiqə Ağasiyevadan miras qalmış əmlakın nəvəsi İddiaçı tərəfindən irsi transmissiya qaydasında qəbul etməsi ilə bağlı mülki qanunverciliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almayıb.
70. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
71. Azərbaycan Respublikası MPM-nin 418.1-ci madd əsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(105)-530/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.