Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3165/2022 04.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər XXX Bələdiyyəsi və XXX X1rşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qərarın və əmrin ləğvi, işə bərpa, işçilərin sayı və ya ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsinin ləğvi, maddi və mənəvi zərər tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər XXX oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər XXX Bələdiyyəsi və XXX X1rşı “XXX Bələdiyyəsinin xx.xx.2020ci il tarixli, X4 həmkarlar təşkilatlarının 21,01.2020-ci il tarixli iclasının qərarlarının, XXX Bələdiyyəsinin sədrinin xx.xx.2021-ci il tarixli 13 saylı əmrinin və XXX bələdiyyəsi sədrinin xx.xx.2020-ci il tarixli işdən azad edilməsilə bağlı əmrinin ləğv edilməsi barədə” ilk və Cavabdeh1 İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)410/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 04 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2014-cü il tarixdən XXX Bələdiyyəsində məsləhətçi vəzifəsinə təyin edilmişdir.
2. XXX Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclas protokolu ilə, Əm ək Məcəllləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq XXX rayon Bələdiyəsinin məsləhəçi ştatının ixtisar edilməsi qərara alınmışdır.
3. X3 Təşkilatının xx.xx.2021-ci il tarixli protokolu ilə, XXX Bələdiyyəsi sədrinin xx.xx.2021-ci il tarixli təqdimatının müzakirəsi zamanı bələdiyyənin məsləhətçi ştatının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ixtisar olunması və həmçinin həmin vəzifədə çalışan işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri gözlənilməklə xitam verilməsi qərara alınmışdır. İddiaçı Həmkarlar Təşkilatının iclası zamanı iclasdakı gündəlik oxunan kimi iclası tərk etmiş və bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. 4. 25.01.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olara q iddiaçı, on ildən artıq əmək stajı olduğuna görə 09 təqvim həftəsi öncəsindən xəbərdarlıq edilmişdir. 5. xx.xx.2021-ci il tarixli, 28 saylı əmrlə, Əmək Məcəllləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq XXX Bələdiyyəsinin məsləhətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işçi xx.xx.2021-ci il tarixdən işdən azad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə müraciət edərək, XXX Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclas protokolunun 5-ci məsələ ilə bağlı ştat ixtisarı barədə qərarının ləğv edilməsi, X4 həmkarlar təşkilatının 21.01,2021-ci il tarixli iclas protokoluna əsaslanan qərarının ləğv edilməsi, XXX Bələdiyyəsi sədrinin xx.xx.2021-ci il tarixli 13 nömrəli əmrinin, XXX bələdiyyəsi sədrini n xx.xx.2020-ci il tarixli işdən azad edilməyi ilə bağlı əmrinin ləğv edilməsi, XXX Bələdiyyəsinin sədri Cavabdeh1 ona qarşı qərəzli mövqeyinə görə haqqında apardığı böhtan kompaniyası, kollektiv arasında qəsdən gözdən salındığına, barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayaraq ona vurduğu maddi və mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində təzminat ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 2005-ci ildən hal-hazıra qədər XXX Bələdiyyəsində müxtəlif vəzifələrdə işləmişdir. Son 7 ildə isə XXX Bələdiyyəsində məsləhətçi vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində əmək intizamına ciddi riayət etməklə yanaşı əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə səlahiyyətlərini həmişə qüsursuz və yüksək səviyyədə yer inə yetirmişdir. Məhz bu səbəbdən indiyə qədər rəhbərlik tərəfindən barəsində heç bir inzibati tənbeh tədbirləri görülməmiş, əksinə dəfələrlə rəhbərlik tərəfindən nümunəvi əmək qabiliyyəti ilə bağlı şifahi qaydada təşəkkürə layiq görülmüşdür. Cavabdeh1 2020-ci ilin aprel ayından bələdiyyə sədri vəzifəsinə seçildikdən sonra ona və vergi şöbəsinin müdiri XXXyə qarşı mütəmadi olaraq etimadsızlıq mühiti yaradaraq müxtəlif bəhanələrlə digər işçiləri də daim onlara qarşı çıxmağa təhrik etmişdir. Ötən ilin noyabr ayının 23-də XXXyə Əmək Məcəlləsinin tələblərinə zidd olaraq axırıncı xəbərdarlıqla şiddətli töhmət verərkən o, Cavabdeh1 inzibati tənbeh tədbirinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə riayət edilməsini xatırladarkən o, ona həmin işçinin cinayətkar olduğunu və ona xəyanət etdiy ini, həmçinin onun onu nahaqdan müdafiə etdiyini bildirmişdir. O, isə rəsmi surətdə bələdiyyə sədrinin adına təqdimat yazaraq işçiyə qarşı edilən inzibati tənbeh tədbirinin Əmək Məcəlləsinin tələblərinə zidd olduğunu vurğulayaraq həmin əmrin ləğv edilməli olduğunu bildirmişdir. Onun bu təklifi konkret olaraq bir işçinin müdafiəsi ilə bağlı deyil, tutduğu məsləhətçi vəzifəsinin səlahiyyəti daxilində işinin icrası ilə əlaqədar bir mövqedə olmuşdur. Təəssüflər olsun ki, Cavabdeh1 nəinki həmin əmri ləğv etmiş, əksinə XXXyə təzyiq göstərərək öz ərizəsi ilə işdən getməsini tələb etmişdir. Bundan 10 gün keçməmiş Cavabdeh1 heç bir rəsmi əmr vermədən vergi şöbəsinin müdiri XXXnin səlahiyyətlərini əlindən alaraq onun elektron məlumat portalına çıxışını ləğv edərək, onun internet əlaqəsini kəsmişdir. Sonra dekabr ayının 29-da bələdiyyənin onlayn qaydada iclasını keçirərək vergi şöbəsini ləğv etməklə, şöbə müdiri vəzifəsini ixtisara salmışdır. 2021-ci ilin yanvar ayının 6-da isə bələdiyyənin həmkarlar təşkilatının iclasını çağıraraq vergi şöbəsinin müdiri vəzifəsinin ixtisar edilməsi barədə rəy alınmasını müzakirəyə çıxarmışdır. Həmin iclas barədə telefon vasitəsi ilə verilmiş, lakin iclasın gündəliyi barədə heç kəsə məlumat verilməmişdir. Halbuki iclasın yeri, vaxtı və gündəliyi barədə ən azı iclasdan əvvəl yazılı elan vurulmalı idi. O, həmin iclasa 2 dəfə karantin postunda yoxlamaya görə 5-7 dəqiqə gecikmiş və mobil telefonunda texniki problem olduğu üçün müvəqqəti olaraq ona zəng çatmamışdır. O, əvvəlcə iş otağına gəlib əşyalarını qoyduqdan sonra iclasa getmək istəyərkən bələdiyyəni n əməkdaşı XXX otağına gələrək onu iclasa dəvət etdikdən sonra o, ona qısaca iclasa gecikməyi barədə məlumat vermişdir. İclas zalına daxil olduqda görmüş ki, bələdiyyənin həmkarlar təşkilatının iclasını bələdiyyə sədri Cavabdeh1 aparır. O, ondan ittihamedici tonda iclasa nə üçün gecikdiyini mobil telefonunun nə üçün söndürdüyünü və birbaşa iclas zalına deyil, iş otağına gəldiyini soruşmuşdur. O, bundan sonra əlini qaldırıb çıxış üçün söz istəyərək iclasa gecikməyinin obyektiv səbəbini, mobil telefonunun özü tərəfindən deyil texniki səbəbdən öz-özünə söndüyünü və əşyalarını qoymaq üçün əvvəlcə iş otağına getdiyimi bildirsə də Cavabdeh1 cavablarında qane olmayaraq onu yenə də əsassız olaraq ittiham etmişdir. Bundan sonra əvvəla həmkarlar təşkilatının iclası barədə müvafiq elanın vurulmalı ol duğunu və həmin elanda həmin qeydlərin əks edilməli olduğunu bildirərək iclasın aparılma qaydasına iradlarını çatdırmışdır. Bu iclasın sədarətində bələdiyyə sədrinin əyləşməsi problem deyil, onun həmkarlar təşkilatının iclasına sədrlik etməsi Nizamnamə tələblərinə uyğun deyildir. Daha sonra iclasın sədarətində əyləşmiş bələdiyyə işçiləri həmkarlar təşkilatının rayon komitəsinin sədriXXXa etiraz edərək o, 15 ildir ki, bu təşkilatın üzvüdür və heç vaxt rayon komitəsinin konfransının keçirilməsi barədə məlumatı olmayıb, həmçinin rayonun ən böyük bələdiyyəsi olan bu təşkilatdan kimsənin həmin konfransda nümayəndə qismində iştirak etməsinin şahidi olmamışdır. Ona görə də o, XXXu legitim komitə sədri hesab edə bilməz və onun sədarətdə yer tutmasına etiraz etmişdir. Onun bu iradlarıdan sonra XXX sədarətdən düşərək iclas zalının 1-ci sırasında əyləşməli oldu. Daha sonra o, iclasda müakirə edilən məsələ ilə bağlı öz fikirlərini bildirərkən Cavabdeh1 onu qəsdən iclası pozmaqda ittiham edəndə o, həmkarlar təşkilatının Nizamnaməsinə uyğun olaraq onun iclas aparılma qaydasına və iclasda müzakirə edilən məsələrlə bağlı çıxış etmək, rəy bildirmək və təklif vermək hüququ vardır. Bundan sonra onun təklifi nəzərə alınaraq yerli həmkarlar təşkilatının iclasına təşkilatın sədri Cavabdeh2 sədrlik etmişdir. Halhazırda vergi şöbəsinin ləğv edilərək, şöbə müdiri vəzifəsinin ixtisarı bu sahədə işin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı deyildir və bu ixtisarın əsas səbəbi vergi şöbəsinin müdiri XXXyə qarşı sədrin qərəzli münasibətidir. Çünki hələ 2020-ci ilin dekabr ayının 10-dan etibarən heç b ir rəsmi əmr olmadan vergi şöbəsinin müdirinin səlahiyyətləri əlindən alınmış, ötən ilin noyabrında isə ona əsassız olaraq sonuncu xəbərdarlıqda şiddətli töhmət verilmişdir. O, həmin vaxt bələdiyyə sədri Cavabdeh1 xidməti məlumat verərək bu inzibati tənbeh tədbirinin Əmək Məcəlləsinin tələblərinə zidd olaraq tətbiq olunduğu üçün onun ləğv edildiyini vurğulamışdır. Bələdiyyə sədri Cavabdeh1 həmin vaxt özünün verdiyi əsassız əmrini nəinki ləğv etmiş, əksinə onu vergi şöbəsinin müdiri cinayətkar olduğu halda onu müdafiə etməkdə ittiham etmişdir. Həmin iclasda da həm bələdiyyə sədri Cavabdeh1 və onun yaxın rəfiqəsi olan XXX onu ittiham edərək onu əsassız olaraq yenə də müdafiə etməkdə günahlandıranda o, buna etiraz edərək, nəinki XXXni, həmçinin bələdiyyənin fəhlə kateqoriyasına daxil olan t əmizlikçi işləyən XXX xanımı, fəhlə işləyən XXXı və XXX xanımı da müxtəlif vaxtlarda müdafiə etmişdir. İclasın sonunda mühəndis vəzifəsində işləyən və sədrin rəfiqəsi olan XXX təklif edərək bildirdi ki, İddiaçı tutduğu vəzifəyə ali təhsilli hüquqşünas gətirilməlidir, çünki o, ixtisasca coğrafiya müəllimidir. O, Cavabdeh1 ona qarşı əsassız təzyiq və böhtan kompansiyası apardığı üçün rəsmi ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad etməsini xahiş etsə də o, onun bu ərizəsini geri qaytararq işinə davam etməyini bildirmişdir. Sonrakı gün onu iş otağına dəvət edərək etik davranış qaydalarını kobudcasına pozaraq onun nə üçün işçilərin davamiyyət kitabına mühəndis XXXnın və sürücü XXXin adının daxil edilməməsinə etiraz etdiyinə görə bu məsələyə nə üçün qarışdığını bildirmişdir. Eyni zamanda o, ona “sən belə işlərə qarışa bilməzsən, bunlar sənin səlahiyyətinə aid deyil və həmin kitaba kimin adının daxil edilib edilmədiyini mən müəyyən edirəm. Get yerində otur və işinlə məşğul ol.” O, isə ona qarşı elə kobud davranışına görə vəzifə səlahiyyətlərini aşdığını, işçilər arasında ayrı-seçkiliyə yol verilməsini düzgün olmadığını vurğulayaraq mövcud qaydalara hamının rəiayət etməli olduğunu bildirmişdir. Cavabdeh1 cavabında uca səslə və kobudcasına “XXX Bələdiyəsinin sədri mənəm və bu məsələlərə kimsənin qarışmasına imkan verməyəcəyəm.” demişdir. Lakin onun tutduğu haqlı, ədalətli və prinsipial mövqeyindən çəkindirə bilmədiyindən bələdiyyə sədri Cavabdeh1 ondan qisas almaq və yaxa qurtarmaq yolunu seçərək onun tutduğu məsləhətçi vəzifəsini ixtisara salmaq qərarı vermişdir. Eyni zaman da ona bildirirmiş ki, “ştat ixtisarı zamanı mənim ictimai nüfuzum, pandemiya şəraitində ştat ixtisarına yol verilməməsi barədə ölkə Prezidenti cənab İ.Əliyevin tövsiyələri və mənim təqaüdə çıxmağıma az müddət qaldığı da mütləq nəzərə alınmalı idi. Buna baxmayaraq XXX Bələdiyyəsinin sədri Cavabdeh1 törətdiyi qanunsuz əməlləri və özbaşnalıqlarına susmadığı üçün onu ştat ixtisarı adı ilə işsiz qoymaqla cəzalandırmaq məqsədi ilə ona qarşı qərəzli mövqe tutaraq onun əmək hüquqlarını kobudcasına pozmuşdur. Bələdiyyə sədri öz qanunsuz və qərəzli mövqeyi ilə Əmək Məcəlləsinin 287-ci maddəsinin tələblərini kobudcasına pozmuş və Əmək Məcəlləsinin 290-cı maddəsinin 3cü bəndinə görə ona vurduğu maddi və mənəvi ziyana görə məsuliyyət daşımalıdır. Belə ki, Cavabdeh1 onu dövlətə qarşı təxribat aparmaqda ittiham edərək böhtan atmış, guya onu işçilərə təzyiq etməkdə günahlandıraraq kollektiv arasında barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymaqla məşğul olmuşdur. Bu barədə o, hətta Xaçmaz Regional Ədliyyə şöbəsinə də yalan məlumatlar vermişdir
8. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı ona vurduğu maddi ziyan məbləği olaraq 15000 (on beş min) manat və ona vurduğu mənəvi ziyan məbləği olaraq 55000 (əlli beş min) manat məbləğində pul vəsaitlərinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iddiaçının bu tələblərini tamamilə əsassız və hüquqazidd saymaqla yanaşı, ona qarşı vurduğu maddi və mənəvi ziyanın ödənilməsi h aqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi zəruri sayır. Belə ki, İddiaçı istər məhkəməyə təqdim etdiyi iddia ərizəsində, istərsə də müxtəlif dövlət orqanlarına etdiyi yazılı müraciətlərində ona qarşı böhtan və iftira xarakterli ifadələr işlədərək onun şəxsiyyətini təhqir etmiş, onun işgüzar nüfuzuna və mənəviyyatına xələl gətirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, İddiaçı işlədiyi məsləhətçi ştatının ixtisar edilməsi qərarı onun tərəfindən deyil, kollegial orqan olan XXX Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsinin zərurəti də bələdiyyə qərarının özündə tam əks etdirilmişdir. Məhz bu səbəblərdən bələdiyyə ştatında ixtisara gedilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsi məcburiyyəti yaranmışdır ki, XXX Bələdiyyəsi tərəfindən İddiaçı çalı şdığı məsləhətçi ştatının ixtisar edilməsi məqsədəuyğun sayılmışdır. Sözügedən qərar bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilmiş və XXX Bələdiyyəsinin sədri olaraq onun tərəfindən imzalanmışdır. Bələdiyyə sədri olaraq da o, qəbul edilmiş bələdiyyə qərarının icrasını həyata keçirərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla xitam verilməsinə dair əmr vermişdir. İddiaçı verilmiş bələdiyyə qərarının və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrin guya ona qarşı olan qərəzi ilə əlaqəli olması barədə iddia ərizəsində göstərdikləri həqiqətə uyğun olmamaqla yanaşı, iddiaçının özünün ona qarşı qərəzli olduğunu sübuta yetirir. Hər hansı mötəbər sübutlara və faktlara əsaslanmayan İddiaçı uzun müddətdir ki, XXX Bələdiyyəsinin sədri ola raq şəxsən onu gözdən salmaq və ləkələmək üçün çalışır. Bələdiyyə sədri olaraq onun guya torpaqların sənədləşdirilməsi zamanı saxtakarlığa yol verməyi, torpaqların növbədənkənar şəxslərə satılması, maddi yardımların təyinatı üzrə ayrılmadığı kimi böhtan xarakterli yazılarla hüquq-mühafizə və ədliyyə orqanlarına müraciət edən İddiaçı ona şər və böhtan atmaqla qalmayaraq, XXX Bələdiyyəsinin və bələdiyyə üzvlərinin fəaliyyətinə də kölgə salmağa çalışır. Baxmayaraq ki, İddiaçı yuxarıda qeyd etdiyi orqanlara etdiyi müraciətlərin araşdırılması zamanı onun göstərdiyi faktlar öz təsdiqini tapmamışdır, o, öz çirkin əməllərində qalmayaraq onu qaralamaq və gözdən salmaq üçün yenə də müxtəlif orqanlara böhtan xarakterli müraciətlər göndərməyə davam edir. Bütün bu hallar da uzun illər müxtəlif rəhbər v əzifələrdə çalışmış və XXX rayonunda kifayət qədər tanınmış bir şəxs olaraq onun işgüzar nüfuzuna və şəxsiyyətinə zərər vurmaqdadır. Nəzərə alınsa ki, o, yerli hakimiyyət orqanının rəhbəridir və XXX əhalisinin seçdiyi bir şəxsdir. İddiaçı kimi dövlətçilik anlayışı və Vətən sevgisi olmayan insanın onu bu şəkildə ləkələməyə və gözdən salmağa çalışmasını o, cavabdehin şəxsiyyətinə və işgüzar nüfuzuna zərər vurmağa yönəlmiş bir addımı kimi qiymətləndirir ki, buna görə də o, maddi ziyanla yanaşı, ona vurulmuş mənəvi ziyanın da cavabdehdən ödənilməsini tələb etməkdə qərarlıdır. Bu səbəbdən qanunçuluğun keşiyində duran və ədalət mühakiməsini həyata keçirən bir orqan olaraq məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etməyi zəruri sayır.
10. X XX Rayon Məhkəməsinin (hakim Rahim Həsənov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)-894/2021 saylı, 26 avqust 2021-ci il qətnaməsi ilə hər iki iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsinin ilk iddianın rədd edilməsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, əmək qanunvericiliyinə uyğun olaraq müvafiq prosedur qaydalara əməl edilmiş, bələdiyyədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmış, stajına uyğun olaraq işçiyə rəsmi xəbərdar edilmiş, həmçinin ona işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi digər hallar (bələdiyyə sədrinin ona qarşı qərəzli olması, onu cəzalandırmaq istəməsi, barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayması, ona maddi və mənəvi ziyan vurması və s.) şəxsi fikir və fərziyy ələrindən ibarət olmuş, həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə bu hissədə mövqeyini Əmək Məcəlləsinin, 70-ci maddəsinin “b” bəndi, 80, 292-ci maddələrə istinadla əsaslandırmışdır.
13. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən maddi və mənəvi ziyan məbləğləri ilə əlaqədar məhkəməyə hər-hansı bir əsaslandırılmış sübut təqdim edilməmişdir. Bələdiyyə sədri, cavabdeh tərəfindən müxtəlif orqanlarda onun işgüzar nüfuzuna xələl gətirən və böhtan xarakterli məlumatların yayılmasını ona maddi və mənəvi zərər vurduğunu bildirsə də, dəymiş zərərin nədən ibarət olduğu və hansı meyarla hesablandığı aydınlaşdırılmamışdır.
14. Məhkəmə bu hissədə mövqeyini Konstitusiyanın 46-cı mad dəsinin İ və İİ bəndləri, Mülki Məcəllənin 23-cü maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Qətnаmədən nаrаzı qаlаn ilk iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, ilk iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmiş və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin əsaslandığı hüquq normalarından biri Əmək Məcəlləsinin 70 və 80-ci maddələridir. Məhkəmə Əmək Məcəlləsinin sözügedən maddələrini səhv təfsir etmişdir. Bundan əlavə məhkəmə Əmək Məcəlləsinin 77-ci maddəsini tətbiq etməli olduğu halda etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin mənasına görə ştatlar ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunmuş əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidirlər. İş materiallarından göründüyü kimi cavabdehlər XXX Bələdiyyəsi və X4 həmkarlar təşkilatı onun vəzifəsi ilə əlaqəli bələdiyyənin məsləhətçi ştatının ixtisar olunması barədə qərar qəbul etməzdən əvvəl onu rəsmi xəbərdar etməmişlər. Digər tərəfdən məhkəmə mübahisəli əqdlərin qəbul edilməsinə səbəbin bələdiyyə sədrinin bələdiyyə kollektivinə qarşı qanun azidd, o cümlədən özbaşına hərəkətləri barədə XXX Bələdiyyəsinin sədrinə, X4 həmkarlar təşkilatının sədrinə və XXX Prokurorluğuna göndərdiyi rəsmi müraciətlərinə qərəzli olduğuna münasibət bildirməmişdir. Cavabdeh XXX Bələdiyyəsinin qanunsuz hərəkətləri barədə onun 2021-ci ilin yanvar ayında ünvanladığı şikayəti əsasında AR ƏNnin Xaçmaz Regional Ədliyyə İdarəsində aparılmış araşdırmanın nəticəsinə dair qərarın AR ƏN Xaçmaz Regional Ədliyyə İdarəsindən tələb edilməsinə dair xx.xx.2021-ci il tarixli vəsatətinə baxmamışdır. Bununla da məhkəmə MPM-nin 47.1, 47.2-ci maddələri ilə ona verilmiş hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsi MPM-nin 47-ci maddəsi ilə ona verilmiş vəsatət vermək hüququnu pozaraq bələdiyyə sədrinin vergi və ödənişlər şöbəsinin əməkdaşlarına qarşı qanunazidd hərəkə tlərini təsdiq edən, iş materiallarında olan XXX Bələdiyyəsinin sədri Cavabdeh1 19 avqust 2020-ci il tarixli, 546 saylı xəbərdarlığın və həmin şəxslərə qarşı Cavabdeh1 qərəzliliyinin davamlılığını ifadə edən 19 noyabr 2020-ci il tarixli, 09 saylı əmrin qeyd edildiyi “Əmrlər kitabı”nın cavabdeh XXX Bələdiyyəsindən tələb edilməsinə dair 04 aprel 2021-ci il tarixli sübutların tələbinə dair vəsatətinə münasibət bildirməmişdir. XXX Bələdiyyəsinin sədri Cavabdeh1 ona qarşı qərəzliliyinə səbəb özbaşına hərəkətləri və onun vəzifə səlahiyyətlərinə uyğun olaraq həmin hərəkətlərə etirazları olmuşdur. Az əhəmiyyət kəsb edən bəzi ştatların ixtisar edilməsi adı altında məhz onun qulluq etdiyi “XXX Bələdiyyəsinin məsləhətçisi” ştatı nəzərdə tutulmuş və həmin ştat əhəmiyyətsiz hesab edilərək ləğv edilmişd ir.“XXX Bələdiyyəsinin məsləhətçisi” ştatının az əhəmiyyətli olmasının uydurma və əleyhinə qərəzli olduğunu məhkəmə araşdırmamışdır. Lakin onun iş fəaliyyəti, həmin ştatın çox əhəmiyyətli olduğunu təsdiq edir. Belə ki, iyul 2020-ci il tarixdə o, növbəti əmək məzuniyyətində olduğu üçüncü günü istehsalat zərurəti əsasları ilə XXX Bələdiyyəsinin sədri Cavabdeh1 əmri ilə o əmək fəaliyyətinə qaytarılmışdır. Digər tərəfdən, yanvar 2020-ci il tarixdən yanvar 2021-ci il tarix dövründə bələdiyyənin icra aparatındakı əməkdaşların arasında ən çox tapşırıqları icra edən, mübahisələri araşdıran və həmin məsələlərlə bağlı məktubları tərtib edən əməkdaş bələdiyyənin məsləhətçisi kimi o olmuşdur. Həmin faktlar “Ərizələrin və məktubların qeydiyyatı” kitabındakı işin icrasına aid qeydlərdə əks olunur. Bunda n başqa son 05 il ərzində XXX Bələdiyyəsi ilə bağlı onlarla məhkəmə mübahisələrində XXX Bələdiyyəsinin adında nümayəndə qismində iştirak etmək yalnız ona etibar edilmişdir. Onun səriştəli nümayəndəlik fəaliyyəti nəticəsində bütün məhkəmə mübahisələrində XXX Bələdiyyəsinin xeyrinə məhkəmə aktları qəbul edilmişdir. Həmin faktlar bir daha onu təsdiq edir ki, onun qulluq etdiyi məsləhətçi ştatının az əhəmiyyətli olması kimi qiymətləndirilməsi uydurmadır, həmin məsələnin uydurulması bələdiyyə sədri Cavabdeh1nm ona qarşı qərəzliliyinin ifadəsidir. Bundan başqa XXXun, XXXun (Əski İqriq üzrə nümayəndə), XXXun (sədrin sabiq köməkçisi) və bələdiyyə üzvüXXXun şahid qismində ifadələrinin alınmasını məhkəmədən xahiş etmiş, məhkəmə bunu əhəmiyyətsiz hesab etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-410/2022 saylı mülki iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ilkin iddia tələbinə dair hissədə ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin o, apellyasiya şikayətini əsaslandırmamış, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə iddia ərizəsi eynilik təşkil edir. Qeyd edilən dəlillərə isə məhkəmə qətnam əsinə araşdırılaraq qiymət verilmişdir.
19. Məhkəmə kollegiyası mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 80 və 292-i maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində dəyişdirilməsi və ilkin iddianın təmin edilməsini xahiş etmişdir.
21. Şikayət iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda tərtib edilmiş və əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən əmək münasibətlərində hüquq bərabərliyinin təmin edilməməsi, iş yerində ona qarşı ayrı-seçkiliyə yol verilməsinə dair məhkəməyə sübutlar təqdim etmişdir. Məhkəmə tərəfindən bu maddi hüq uq pozuntusuna diqqət yetirilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən mübahisəyə obyektiv baxılması üçün zəruri olan sənədlərin XXX Bələdiyyəsindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsindən tələb olunaraq alınması barədə vəsatətləri təmin edilməmişdir. Bu baxımdan qətnamə əsassızdır.
22. Kassatorun mövqeyinə görə, məhkəmələr tərəfindən Əmək Məcəlləsinin 16, 80.2, “Həmkarlar İttifaqı haqqında” Qanunun 5, Mülki Prosessual Məcəllənin 78.2-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
24. Maddə
11. İşəgötürənin əsas hüquqları
25. Bənd
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: 26. ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək;
27. Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
28. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: 29. b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296- cı maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ix tisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsi nə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılm alıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
40. Kassasiya şikayə tinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən əmək münasibətlərində hüquq bərabərliyinin təmin edilməməsi, iş yerində ona qarşı ayrı-seçkiliyə yol verilməsinə dair məhkəməyə sübutlar təqdim etmişdir. Məhkəmə tərəfindən bu maddi hüquq pozuntusuna diqqət yetirilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən mübahisəyə obyektiv baxılması üçün zəruri olan sənədlərin XXX Bələdiyyəsindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsindən tələb olunaraq alınması barədə vəsatətləri təmin edilməmişdir. Bu baxımdan qətnamə əsassızdır.
41. İddiaçının digər dəlilləri iddia ərizəsi, eyni zamanda apellyasiya şikayətindəki dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri lazımi qaydada yo xlayaraq ona hüquqi qiymət vermişdir.
42. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçı öz iddiasının əsasını təşkil edən (bələdiyyə sədrinin ona qarşı qərəzli olması, onu cəzalandırmaq istəməsi, barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayması, ona maddi və mənəvi ziyan vurması və s.) mötəbər sübutları məhkəməyə təqdim etməmişdir, əksinə, cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ştat ixtisarı ilə əlaqədar işçinin işdən çıxarılması zamanı əmək qanunvericiliyinin tələbləinə uyğun olan müvafiq prosedur qaydalara tam şəkildə riayət edilmişdir.
43. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən mübahisəyə obyektiv baxılması üçün zəruri olan sənədlərin alınmasına dair vəsatətin təmin edilməməsi ilə bağlı qeyd edilməlidir ki, iddia çının həmin vəsatətlərinin təmin edilməməsi qətnamənin əsassız olmasına dəlalət etmir. Belə ki, Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Həmçinin, MPM-in əvvəlki redaksiyasında (hazırki işə birinci instansiyada baxılan zaman qüvvədə olan) 78.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göründüyü kimi, verilmiş vəsatətlər MPM-in 7 8.1 və 78.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən haqlı olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir.
44. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl ed ilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)410/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.