Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3168/2019 02.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, X4 oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.F.Babayev iş 2(004)-3294/2018) İddiaçı Cavabdeh1na, üçüncü şəxslər X6 və Cava bdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov, İ.S.Şirinov, E.C.Kazımov, iş 2(103)-13595/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: ünvan 1 ünvanında yerləşən evin 3/2 hissəsini mülkiyyətçisi olan X2 25.03.1963-cü il tarixdə vəfat etmiş, miras əmlak 14.10.2016-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən miras qoyanın oğlu – birinci növbəli vərəsəsi - Cavabdeh2 İbrahim oğluna verilmişdir. 05 mart 2018-ci il tarixdəİddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 14 oktyabr 2016-ci il tarixli Cavabdeh2 adına verilmiş ünvan 2 ünvanda yerləşən miras əmlakın 2/3 hissəsinə pay alınmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 həmin evə 09.12.2002-ci ildə qeydiyyata alınıb və həmin evdə yaşamamışdır. Miras qoyan X2 25.03.1963-cü il tarixdə vəfat etmişdir. Cavabdeh2 atası İbrahim Cəfərov 1969-cu ildə İddiaçı nənəsi Bilqeyiz Məmməd-səfi qızı ilə 11 avqust 1969-cu ildə rəsmi evləniblər. İddiaçı 1960-cı il tarixdə anadan olmuş və 1969-cu ildən nənəsi nin yanına həmin evə köçməklə bu günə qədər həmin evdə qeydiyyatdadır, ailə üzvləri ilə yaşayır. İbrahim Cəfərovun 23.03.1981-ci il tarixdə vəfat etməsinə baxmayaraq Cavabdeh2 notariat kontoruna 2016-cı il tarixdə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, işə baxılarkən iddiaçının iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsin i xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kolegiyyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsasını vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız edilməsi tə şkil edir. İddiaçı mərhum nənəsi Bilqeyiz Məmməd-səfi qızının mübahisəli əmlakın mülkiyyətçisi olmuş və 1963-cü ildə vəfat etmiş Seynəbəd İbrahimovanın əri Cavabdeh2la 1969-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarına, onun nənəsi Bilqeyizlə həmin evə köçdüyünə və hazırki vaxtadək orada yaşadığına, Cavabdeh2 1981-ci ildə, nənəsi Bilqeyizin 1992-ci ildə vəfat etdiyinə, Cavabdeh2 həmin yaşayış sahəsini 40 ildən artıq müddətə tərk etdiyinə, 2007-ci ildə miras əmlakdakı payından imtina etdiyiniə, 2016-cı ildə isə qanunsuz olaraq mübahisəli əmlaka dair vərəsəlik şəhadətnaməsi aldığına istinad etmişdir. İddiaçı həmin yaşayış sahəsinə dair vərəsəlik hüququnun mövcudluğunu ümumiyyətlə mübahisələndirmədən, hazırki iddianı qaldırmışdır. Bu halda apellyasiya məhkəməsi hazırki mübahis ə üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olmaması barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi Konstitusya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tamhüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş z ahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. B elə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İddiaçı etibarlılığını mübahisələndirdiyi vərəsəlik şəhadətnaməsinin hazırda hansı hüququnu pozduğu və şəhadətnamənin etibarsız hesab ediləcəyi təqdirdə hansı hüququnun bərpa ediləcəyi barədə hər hansı tələb irəli sürməmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3168/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3168/2019
02.05.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver