Məhkəmə qərarları › İş №2(102)-3170/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3170/2023

14.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3170/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasınin hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2915/2023 saylı mülki iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 “A” saylı evin yan tərəfindəki 2000 kv.metr torpaq sahəsinə X4 mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi qət edilmiş, qətnamə icraya yönəldilmiş, lakin bu günədək icra edilməmişdir.

2. X5 xx.xx.2015- ci il tarixdə ölmüşdür. Onun oğlu İddiaçı Bakı şəhəri, 39 saylı notariat kontoruna etdiyi müraciəti əsasında vərəsəlik işi açılmış və sonuncu atası Heydərzadə Zahir İsmayıl oğlunun vərəsəsi kimi tanınmış, adıçəkilən torpaq sahəsinə dair Çıxarışın verilməsi üçün notarius tərəfindən DƏDRX-yə müraciət edilmişdir və Çıxarış bu günədək verilməmişdir.

3. İddiaçı inzibati qaydada başqa bir məhkəmə çəkişməsi olmuş dur. Belə ki, İddiaçı Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldlıraraq, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi nəticəsində kompensasiyanın ödənilməsini istəmişdir. Bakı İnzibati Məhkəməsin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmiş və sonradan həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il və Azərbaycan Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdar əsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 “A” saylı evin yan tərəfindəki 2000 kv.metr torpaq sahəsinə dair Cavabdeh3 istifadəsinə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsi, eyni zamanda Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlərin mübahisəli torpaq sahəsindən və qeyri-yaşayış sahələrindən məcburi qaydada öz hesablarına çıxarılması və iddiaçının həmin sahəyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbləri onunla əsaslandırılmışdır ki, ünvan 100 kv.metr torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti X3 ilə iddiaçının mərhu m atası X5 arasında bağlanmış “stasionar xidmət obyektinin təşkili haqqında” xx.xx.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə atasının icarəsinə verilmiş və Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2006-cı il tarixli qətnaməsi ilə atası X4 həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla torpaq sahəsinin atasının adına rəsmiləşdirilməsi qət edilmişdir. Lakin, atası X5 həmin qətnamə əsasında 2000 kv.metr torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışı almamış vəfat etmişdir. X8 qeyd edilən torpaq sahəsində dəmir məmulatları istehsalı sexləri tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyatda dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yanındakı ərazidə rayon icra hakimiyyətinin rəhbərliyinin razılığı ilə əlavə olaraq sahəs i 74 kv.metr, 21 kv.metr olan dəmir məmulatları istehsal edən digər sexlər tikdirmiş və həmin sexlərdə də sahibkarlıq fəaliyyəti göstərmişdir. X8 xx.xx.2015-ci ildə vəfat etmiş və iddiaçı vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri, 39 saylı notariat kontoruna müraciət etmiş və vərəsəlik işi açılmışdır. Həmçinin, Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd edilən dəmir məmulatları sexlərini atası vəfat etdikdən sonra iddiaçı işləmişdir. Vərəsəlik işi ilə bağlı olaraq notarius tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilsə də bu qur um cavab verməkdən imtina etmişdir. Bundan başqa, məhkəmə qərarının icrası həmin quruma göndərilsə də, bu qurum belə bir öhdəlik müəyyən edilmədiyi səbəbini əsas gətirməklə qərarın icrasından yayınmışdır. Hal-hazırda Reyestr Xidmətinin arayış verməməsi nəticəsində iddiaçı sözü gedən torpaq sahəsinə dair vərəsəlik hüququnu rəsmiləşdirə və faktiki olaraq mülkiyyət hüquqlarını qeydiyyata aldıra bilmir. Bu azmış kimi faktiki olaraq da öz mülkiyyətindən məhrum olub. Belə ki, Sabunçu rayon icra Hakimiyyəti tərəfindən məhz zor güc işlədilməklə iddiaçıya məxsus qeyri-yaşayış sahələrindən çıxarılmışdır. Sonradan ona məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi heç bir səbəb olmadan Cavabdeh3 ayrılmışdır. Bu zaman torpaq sahəsinin üzərində olan obyketlərə iddiaçının mülkiyyət hüququnun olması nəzərə alınmamışdır. Cavabdeh3 sonradan bu ərazini digər Cavabdeh1 satmışdır. Halbuki torpaq üzərində iddiaçının obyektrlərinin olması bu sahənin üçüncü şəxslərə deyil, ona verilməsi ilə bağlı iddiaçının üstünlük hüququ vardır.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-807/2023 saylı mülki iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia rədd edilmişdir.

7. Məhkəmə, iddia tələbləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçının iddia etdiyi 2000 kv.metr torpaq sahəsinə dair yalnız sonradan ləğv edilmiş məhkəmə qətnaməsi olmuşdur. Həmin torpaq sahəsi Zahir Heydərovun adına rəsmiləşdirilərkən qanunvericiliyin tələbləri pozulmuş və X1 belə bir səlahiyyəti olmamışdır.

8. Mübahisəli torpaq sahəsi Zahir Heydərovun adına daşınmaz əmlakın dövlət reyestrində qeyd apar ılmamış və onun adına mülkiyyət hüququna dair Çıxarış verilməmişdir. Bunun əksinə olaraq, Cavabdeh3 0,29 ha torpaq sahəsinə dair olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmişdir.

9. Bundan başqa, iddiaçının iddia etdiyi torpaq sahəsinin ünvanı “ünvan 100 kv metr torpaq sahəsi”, Cavabdeh3 0,29 ha torpaq sahəsinin ünvanı isə “Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolu, sağ tərəfində 0,29 ha torpaq sahəsi” kimi qeyd edilmişdir. Həmin torpaq sahələrinin eyni sahə olmasını müəyyən etmək mümkün deyil. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin mücərrəd ünvanı var, cavabdehə isə ayrılmış torpaq sahəsinin koordinatları göstərilməklə səlahiyyətli orqan tərəfindən bölgü sxemi tə rtib edilmişdir.

10. Yuxarıda qeyd edildiyi kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarları ilə də iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququnun olmadığı müəyyən edilmişdir.

11. Göstərilənlərə əsasən, Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edə bilmədiyi üçün, onun belə bir iddia qaldırmağa subyektiv hüququ olmamışdır.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67ci maddəsinin 1-ci bəndi, 68-ci maddəsi, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məh kəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti də iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2915/2023 saylı mülki iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), R.Eyvazov və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara, habelə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək qeyd etmişdir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

16. Belə ki, mülki iş mater ialları ilə müəyyən olunur ki, iddiaçının iddia etdiyi 2000 kv.metr torpaq sahəsinə dair yalnız sonradan ləğv edilmiş məhkəmə qətnaməsi olmuşdur. Həmin qətnamədə torpaq sahəsinə iddiaçının atasının mülkiyyət hüququ tanınmış və torpaq sahəsinin atasının adına rəsmiləşdirilməsi qət edilmişdir. Həmin mülki iş üzrə cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinin X2muşdur. Qətnamə ilə torpaq sahəsinin X4 adına rəsmiləşdirilməsi qət edilərkən, həmin torpaq sahəsinin cavabdeh X3 tərəfindən hansı qaydada rəsmiləşdirilməsi qət edilməmişdir. Qeyd edildiyi kimi, adıçəkilən qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılmamış və mülkiyyət hüququna dair Çıxarış verilməmişdir.

17. Bunun əksinə olaraq, Cavabdeh3 0,29 ha torpaq sahəsinə icarə hüququ dövlət qeydiyyatına alınmış və torpaq sahəsi nin plan və ölçüsü tərtib edilmişdir.

18. Daha sonra, iddiaçının iddia etdiyi torpaq sahəsinin ünvanı “ünvan 200 kv.metr torpaq sahəsi”, Cavabdeh3 0,29 ha torpaq sahəsinin ünvanı “Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolu, sağ tərəfində 0,29 ha torpaq sahəsi” kimi qeyd edilmişdir. Həmin torpaq sahələrinin eyni sahə olmasının müəyyən edilməsi qeyrimümkündür. Belə ki, iddiaçı iddia etdiyi torpaq sahəsini mücərrəd ünvanı var, cavabdehə isə ayrılmış torpaq sahəsinin koordinatları göstərilməklə səlahiyyətli orqan tərəfindən bölgü sxemi tərtib edilmişdir.

19. Bundan başqa, mülki iş materiallarından görünür ki, İddiaçı cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdeh tərəfi ndən sökülməsi nəticəsində kompensasiyanın ödənilməsini istəmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, sonuncu qərar isə Azərbaycan Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

20. İddiaçının iddiasının məhkəmələr tərəfindən rədd edilməsinin hüquqi əsası ondan ibarət olmuşdur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə olan hüququnu təsdiq edə bilməmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, i ddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

22. Yuxarıda qeyd olunduğu kimi hazırki mübahisədən qabaq da iddiaçı iddianın predmetini təşkil edən torpaq sa həsi ilə bağlı mübahisələr açmış və məhkəmələr tərəfindən yuxarıda qeyd olunan və hazırki işə birbaşa təsir edən hallar artıq müəyyən olunmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyildir.

23. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 139.1, 238.1, 239.2, 421.1-ci maddələrinin, Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələrinin, “Torpaq icarəsi haqqında” Qanunun 12-ci maddəsinin, habelə Mülki Prosessual Məcəllənin 372, 77.1, 101.3 -cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və mülki işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı ilə iddiaçının mübahisəli ərazidə yerləşən tikililərə mülkiyyət hüququ birmənalı şəkildə tanınmışdır. Qanunvericiliyin tələblərinə əsasən bu halın yenidən sübuta yetirilməsinə ehtiyac yoxdur və məhkəmə bu halı qəbul etməyə bilməz. Ancaq işə baxan məhkəmə qeyd edilən halı yan keçmək üçün qətnamədə qeyd edir ki, guya i ddiaçının iddiasının məhkəmələr tərəfindən rədd edilməsinin hüquqi əsası ondan ibarət olmuşdur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə olan hüququnu təsdiq edə bilməmişdir. Lakin, bu zaman məhkəmə unudur ki, iddiaçı qeyd edilən halı sübut etməli deyil. Qeyd edilən mübahisənin araşdırılması zamanı məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilərək iddiaçının iddia etdiyi torpaq sahəsi ilə mübahisələndirilən və cavabdehlərə ayrılmış torpaq sahəsinin eyniliyi müəyyən edilməli olduğu halda, məhkəmə faktiki olaraq bir iclası tez keçirərək qeyd edilən apelyasiya şikayətinin rədd edilməsinə şərait yaratmışdır. Faktiki olaraq məhkəmə işin çəkişmə prinsipi ilə ədalətli həllində maraqlı olmadığını qətnamədə biruzə vermişdir. Bundan başqa, məhkəmə icraatın dayandırılmasına dair vəsatəti rədd etsə də, qeyd etmişdir ki, vəsatətdə göstərilən hal ilə hazırki işin bağlılığı yoxdur. Halbuki vəsatətdə qeyd edilmişdir ki, inzibati icraat qaydasında hazırki iş bir başa təsir göstərəcək iddia qaldırılmışdır və həmin işin müsbət həll olunacağı təqdirdə, apellyasiya baxışında olan işin daha ədalətli həlli mümkündür və inzibati icraat qaydasında iş həll edilməyincə hazırki mübahisənin qanuni həlli qeyri-mümkündür. Ancaq məhkəmənin qənaəti hesab edirik ki, səhv olmuş və prosessual pozuntuya yol verilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

29. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dö vlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

30. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi ə saslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

40. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara, habelə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək qeyd etmişdir ki, iddian ı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

41. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, iddiaçının iddia etdiyi 2000 kv.metr torpaq sahəsinə dair yalnız sonradan ləğv edilmiş məhkəmə qətnaməsi olmuşdur. Həmin qətnamədə torpaq sahəsinə iddiaçının atasının mülkiyyət hüququ tanınmış və torpaq sahəsinin atasının adına rəsmiləşdirilməsi qət edilmişdir. Həmin mülki iş üzrə cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinin X2muşdur. Qətnamə ilə torpaq sahəsinin X4 adına rəsmiləşdirilməsi qət edilərkən, həmin torpaq sahəsinin cavabdeh X3 tərəfindən hansı qaydada rəsmiləşdirilməsi qət edilməmişdir. Qeyd edildiyi kimi, adıçəkilən qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılmamış və mülkiyyət hüququna dair Çıxarış verilməmişdir.

42. Bunun əksinə olaraq, Cavabdeh3 0,29 ha torpaq sahəsinə icarə hüququ dövlət qeydiyyatına alınmış və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir.

43. Daha sonra, iddiaçının iddia etdiyi torpaq sahəsinin ünvanı “ünvan 200 kv.metr torpaq sahəsi”, Cavabdeh3 0,29 ha torpaq sahəsinin ünvanı “Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolu, sağ tərəfində 0,29 ha torpaq sahəsi” kimi qeyd edilmişdir. Həmin torpaq sahələrinin eyni sahə olmasının müəyyən edilməsi qeyrimümkündür. Belə ki, iddiaçı iddia etdiyi torpaq sahəsini mücərrəd ünvanı var, cavabdehə isə ayrılmış torpaq sahəsinin koordinatları göstərilməklə səlahiyyətli orqan tərəfindən bölgü sxemi tərtib edilmişdir.

44. Bundan başqa, mülki iş materiallarından görünür ki, İddiaçı cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Bakı İnz ibati Məhkəməsində iddia qaldıraraq, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdeh tərəfindən sökülməsi nəticəsində kompensasiyanın ödənilməsini istəmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, sonuncu qərar isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

45. İddiaçının iddiasının məhkəmələr tərəfindən rədd edilməsinin hüquqi əsası ondan ibarət olmuşdur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə olan hüququnu təsdiq edə bilməmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlav ə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərə findən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

47. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, hazırkı mübahisədən qabaq da iddiaçı iddianın predmetini təşkil edən torpaq sahəsi ilə bağlı mübahisələr açmış və məhkəmələr tərəfindən yuxarıda qeyd olunan və hazırki işə birbaşa təsir edən hallar artıq müəyyən olunmuşdur.

48. Beləliklə, qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

49. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

50. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: İddiaçı kass asiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)-2915/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar