Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3173/2020 01.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh və onun vəkili X4 iştirakı ilə, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)4558/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Abşeron rayon məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 2(012)-133/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 0,06 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 29 metr uzunluğu hissəsində inşa edilmiş daş hasarın Cavabdeh hesabına sökülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun Cavabdeh alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abbasov - sədrlik edən və məruzəçi, Aqil Abbasov, Telman Məmməd ov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində tikilmiş hasarın Cavabdeh hesabına sökülərək ərazidən uzaqlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində n çıxarışa əsasən Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Lakin, Cavabdeh ona məxsus olan torpaq sahəsinin təxminən 0,03 ha hissəsini zəbt edərək hasara almışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehkassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən n əticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. 2003-cü ildən həmin ərazidə ev tikərək ailəsi ilə birlikdə uzun illərdir ki, maneəsiz istifadə edir. İddiaçı öz adına saxta sənəd əldə edərək onun oradan çıxarılmasını tələb edir. Məhkəmə bu hallara əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı və onun vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxs lərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Hazırki tələbində iddiaçı mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirib onun oradan çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib o lmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə ona sərbəst surətdə sahiblik və maneəsiz istifadə etməyə əsas verir. Başqa sözlə, mübahisə halında əmlak o vaxt istinad olunan hüquq normalarının müdafiəsinin təsiri altına düşür ki, özünü hə min əmlakın mülkiyyətçisi hesab edən şəxs bunu sübut etmiş olsun. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Eyni zamanda iş üzrə keçirilən xx xxxx 2019-cu il tarixli, 14142 saylı ekpert rəyindən görünür ki, İddiaçı məxsus mübahisəli torpaq sahəsi Cavabdeh tərəfindən 29 metr uzunluğunda daş hasara alınmışdır. Beləliklə, Cavabdeh iddiaçıya məxsus mübahisəli torpaq sahəsini zəbt etmiş və bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Bu isə mülki qanunvericiliyin tələbləri ilə bir araya sığmır və yol verilməzdir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəmə si cavabdehin iddiaçıya məxsus mübahisəli torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində qanunsuz tikilmiş hasarın sökülməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr olmaqla həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kasasiya şikayətində qeyd etdiyi hallar qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün, eyni zamanda iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas deyildir. İddiaçının saxta sənəd əsasında mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsi barədə cavabdehin dəlilləri formal mülahizələrdən ibarətdir, heç bir sübuta söykənmir. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ hər hansı mübahisə predmeti olmamışdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehkassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-4558/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3173/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3173/2020
01.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver