Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3174/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qədimova (Pirimova) Aytən Nadirşah qızı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat ofisi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinə dair sazişin etibarsız hesab edilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Qədimova (Pirimova) Aytən Nadirşah qızı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cava bdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat ofisi) qarşı alğı-satqı müqaviləsinə dair sazişin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli 2(105)-266/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 və X2 (bundan sonra mətndə iddiaçı) arasında nikah xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Nikahdan sonra qadın Pirimova soyadını qəbul etmişdir. xx.xx.2016cı il tarixdə tərəflərin nikahı pozulmuşdur.
2. AN-İ seriyalı ******* nömrəli, 4Ə-998 reyestr nömrəli, 05 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cav abdeh2, Cavabdeh4, Cavabdeh3, X1 rayonu Mollaburhan kəndində yerləşən 0,1 ha torpaq sahəsini Cavabdeh1 satmışlar. 3. 3M-356 reyestr nömrəli, 16 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair sazişə əsasən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 Xaçmaz rayon 1 saylı notariat ofisində rəsmiləşdirdikləri xx.xx.2017-ci il tarixli ünvan 1ində yerləşən 0,1 ha torpaq sahəsinə dair bağladıqları 4Ə-998 reyestr nömrəli alqı-satqı müqaviləsini ləğv etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Qədimova (Pirimova) Aytən Nadirşah qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə da ir xx.xx.2017-ci il tarixli 4Ə-998 reyestr nömrə ilə Maraqlı şəxsndə rəsmiləşdirilmiş Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin Maraqlı şəxs tərəfindən 16 dekabr 2021-ci il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi Sazişlə" ləğv edilməsinə dair sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı movgeyini belə əsaslandırmişdır ki, daşınmaz əmlakın 1-AN ******* saylı 05 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2i ünvanında yerləşən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 birgə mülkiyyət üzrə onlara məxsus torpaq sahəsinin 0.10 ha hissəsini Cavabdeh1 ilə birgə əldə etmişlər. Nikahları Xaçmaz rayon Qımıl-qışlaq kənd İcra nümayəndəliyində 16 mart 2016-cı il tarixdə 02 nömrə ilə qeydə alınmışdır. 2022-ci ilin fevral ayının əvvə lərində ona məlum olmuşdur ki, cavabdeh birgə mülkiyyətlərində olan yeri başqa şəxslərə satmaq istəyir. Bu zaman birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü ilə bağlı iddia qaldırmaq üçün vəkil ilə artıq müqavilə bağlamışdır. Vəkil tərəfindən DƏDKX-nin 5 saylı ərazi idarəsinə sorğu verib. DƏDRX-nin 5 savlı ərazi idarəsinin **********76 nömrəli xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavabı aldıqdan sonra ona məlum olmuşdur ki, birgə nikah dövründə birgə qazanc hesabına əldə etdikləri ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsinə dair Cavabdeh2 və ailə üzvləri ilə Cavabdeh1 arasında Xaçmaz rayonu 1 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 40-998 reyestr nömrəli bağlanmış alqı-satqı müqaviləsi Xaçmaz rayonu 1 saylı notariat kontorunun xx.xx.2021-ci il tarixli daşınmaz əmlak ın alqısatqı müqaviləsinə dair sazişə əsasən ləğv edilmişdir. Xaçmaz ravon 1 saylı Notariat Ofisinə vəkil sorğusu verilərək notariat işi alındıqdan sonra ona tam şəkildə aydın oldu ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 16 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə dair sazişinə əsasən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 Xaçmaz rayonu 1 saylı notariat otisində rəsmiləşdirdikləri xx.xx.2017-ci il tarixli ünvan 1i ünvanında verləşən 0.10 ha torpaq sahəsinə dair bağladıqları 4Ə-998 reyestrli alqı-satqı müqaviləsini ləğv etmişlər. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusu ilk növbədə "Daşınmaz Əmlakın alqı-satq müqaviləsinin ləğvi barədə" müqavilə bağlamamış, daşınmaz əmlakın alqı-satqı müqaviləsi barədə saziş bağlamışdır. Saziş müqavilə de yil, sadəcə ərizədir. Daşınmaz əmlakın alıq-satqısına dair müqavilənin dəyişdirilməsi və ləğvi yalnız müqavilə yolu ilə həyata keçirilə bilər. Bundan əlavə ünvan 1ində verləşən 0.10 ha torpaq sahəsi onunla Cavabdeh1 birgə nikahları dövründə qazandıqları birgə vəsait hesabına əldə edildiyindən onun həmin torpaq sahəsindən birgə sahiblik və istifadə hüququ yaranmışdır. 16 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi barədə sazişi notarius ləğv edərkən onun Cavabdeh1 həyat yoldaşı kimi razılığını almamışdır. Həmin torpaq sahəsində birgə nikah dövründə ikisinin qazancı hesabına tam şəraitli ev tikilmişdir. Müqavilənin ləğvi Cavabdeh1 təşəbbüsü ilə həyata keçirlməsi şübhə doğurmamılıdır. Belə ki, torpağın keçmiş mülkiyyətçisi onun dayısı, dayısının yoldaşı və onların övladla rıdır. Cavabdeh1 bilmişdir ki o, nikahın pozulması, əmlak bölgüsü və aliment ilə bağlı ilə mediasiya prosesinə başlamışdır. Cavabdeh1 bunları bilə-bilə məhz o bu yola əl ataraq dayısını və ailə üzvlərini gətirərək 4 ildən artıq bağlanmış müqaviləni ləğv etdirmişdir ki, ona və övladlarına hər hansı bir əmlak payı çatmasın. Onun mülkiyyət hüququ pozulmuş, ona çatan pay cavabdeh tərəfindən planlı şəkildə, oyun qurularaq əlindən alınmaqdadır. Hal-hazırda torpaq sahəsində tikilmiş evdə özü yaşamaqdadır. Bu səbəbdən də daşınmaz əmlakın alq-satqısına dair 16 dekabr 2021ci il tarixli saziş etibarsız hesab edilməlidir.
7. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.
8. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş et mişdir.
9. Xaçmaz Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim A.B.Sadıqov) 2(067)-1247/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş və Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış ünvan 1i ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə dair xx.xx.2017ci il tarixli 4Ə-998 reyestr nömrə ilə Maraqlı şəxsndə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair 16 dekabr 2021-ci il tarixli (3M-356 reyestr nömrəli) saziş etibarsız hesab edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisə edilməyən hallarından görünür ki, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontor unda ləğv edilərkən İddiaçı razılığı alınmamışdır. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Hazırki işdə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58.2, 146.1, 225.1, 337.1-ci maddələrinə, Azərbaycan R espublikası Ailə Məcəlləsinin 32.1, 32.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
5. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh1 qətnamədən narazı qalaraq apellasiya şikayəti vermişdir və Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il, İş № 2(067)-1247/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi) S.A.Qafari və İ.K.Dəmirov ) xx.xx.2023-ci il tarixli 2(105)-266/2023 saylı qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2022ci il tarixli, 2(067)-12 47/2022 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellasiya instansiya məhkəməsi mövgeyini belə əsaslandırmişdır ki, hazırkı mübahisə predmetini təşkil edən Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh1 ilə Qədimova (Pirimova) Aytən Nadirşah qızının birgə nikahları dövründə əldə edildiyindən, sonuncunun həmin torpaq sahəsi üzərində qanuni gözlənti hüququ olmaqla birgə sahiblik və istifadə hüququ yaranmışdır. Bundan başqa tərəflərin izahatlarından, işin faktiki hallarından məlum olduğu kimi yenə tərəflər birgə nikah dövründə həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişlər. Həmin evin tikintisində və təmirində tərəflər birgə iştirak etmişlər və ev hazırda istismara tam yararlı olmaqla, iddia çı himayəsində olan azyaşlı uşaqları ilə birlikdə orada yaşayır. Başqa sözlə həmin ev hazırda iqtisadi dəyərə malik olan daşınmaz əmlak olmaqla, iddiaçının ən az cavabdeh qədər bu evdə iqtisadi marağı olmuşdur. Mübahisələndirilən sazişin qüvvədə olması halında isə iddiaçı heç bir əsas olmadan sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən də məhrum olur ki, bu hal onun hüquqlarının pozulması ilə nəticələnə bilər.
16. Həmçinin apellyasiya kollegiyası onu da qeyd etməyi zəruri hesab edib ki, işdən göründüyü kimi mübahisəli torpaq sahəsinə dair tərəflər arasında alqı-satqı müqaviləsi 2017-ci il tarixdə bağlanmış, həmin müqavilənin ləğvi barədə saziş isə 2021-ci ildə yəni 4 il sonra ləğv etdirilmişdir ki, bu sazişə əsas kimi torpaq sahəsinin dəyərinin cavabdehlərə ödənilməməsi qeyd edilmişdir.
17. Kollegiya onu da qeyd edib ki, bu və ya digər formada əqdin bağlanması, dəyişdirilməsi, eləcə də ləğv edilməsi həmin hallara uyğun olaraq tərəfləri yeni hüquq münasibətlərinə daxil edir. (qarşılıqlı hüquq vəzifələr daşımaq, yaxud bu hüquq və vəzifələrdən azad etmək) İddiaçı mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, eləcə də ona uyğun olaraq həmin müqavilənin ləğv edilməsinə dair sazişin tərəfi olmasa da, həmin müqavilə əsasında əldə edilmiş əmlak birgə nikah dövründə əldə edildiyindən, bu əmlak barəsində müqavilənin ləğvinə dair saziş sonuncu üçün müəyyən öhdəliklərin yaranmasına, yəni zəhməti və vəsaiti hesabına inşa edilmiş və yaşadığı evdən mərhum olmasına səbəb olur ki, iddiaçı həmin sazişin yaratdığı nəticələri bu və ya digər formada arzu etməmişdir. 1
8. Apellyasiya kollegiyası sadalanan hallardan çıxış edərək hesab edir ki, 3M-356 reyestr nömrəli, 16 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvinə dair saziş tərəflərin gerçək iradə ifadəsi deyil, formal olaraq bağlanmışdır. Məhz bu səbəblə də xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda ləğv edilərkən İddiaçı razılığı alınmamışdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin o, faktı nəzərə alır ki, hazırda hüquqi baxımdan mübahisəli torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin mülkiyyətçisi hesab olunan Cavabdeh2, o cümlədən dagər cavabdeh olan ailə üzvləri qətnaməni mübahisələndirməmiş, dolayısı ilə onun nəticələri ilə razılaşmışdır. Baxmayaraq ki, cavabdeh tərəfin məhkəmədə verdikləri izahatlar o, anlamı verir ki, müqavilə məhz Cavabdeh2 təkidi ilə pozulmuşdur. Belə olan halda, əgər onların dedikləri həqiqətdirsə, Cavabdeh1 müqavilənin ləğvində, inşa edilmiş, yaşayış üçün tam yararlı, öz dediyinə görə inşasına ən azı 30000 manat vəsait qoyulmuş evdən mərum olmasın da marağı olmamalı idi. Başqa sözlə, mübahisələndirdiyi qətnamə onun marağlarını təmin edən sənəddir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MM-nin 146.1, 158.1, 158.1.2, 225.1, 225.6, 337.1, 337.2, 337.4, 349, 404.1.,404.2., 421.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 33-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh1 (Vəkil3) kassas iya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(105)-266/2023 saylı qətnaməsinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 417.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq ləğv etməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərin Konstitusion hüquqlarının pozulmasına baxmayaraq əsl həqiqətin müəyyən edilməsinə nail olmadan iddiaçının əsassız irəli sürdüyü tələblərə əsaslanmış və qəbul etdiyi qətnaməni yalnız müqavilə anlayışının qanunda nəzərdə tutulmuş şərhinə zidd izah ilə əsaslandırmışdır. Apellyasiya Məhkəməsi cavabdehlərin Konstitusiyada nəzərdə tutulmuş mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə istinad etmiş, lakin müqavilənin həmin maddənin tələbinə əsasən ləğv edilməsi məsələsinə öz mülahizəsinə uyğun olaraq guya tənqidi yanaşmaqla mübahisə predmeti olan alqı-satqı müqaviləsinin tərəflərinin qohumluq münasibətlərində olduğunu qeyd etmiş və müqavilənin məhz iddiaçı Aytən Pririmova ilə Cavabdeh1 arasında ailə münasibətlərinin pozulması ərəfəsində ləğv olunduğunu əsas gətirmiş və müqavilə predmeti olan əmlakın artıq müqavilə bağlanan zaman mövcud olmuş fərdi xüsusiyyətlərə malik əmlak kimi qəbul edilməsini mümkünsüz saymışdır. Halbuki işin həqiqi halları ondan ibarətdir ki, müqavilə predmeti olan ünvan 3i ünvanında yerləşən 0,1 0 ha torpaq sahəsinə dair tərəflər arasında alq-satqı müqaviləsi olsa da, həmin toraq sahəsi Cavabdeh1 mülkiyyətinə keçməmiş, qeyd olunan torpaq sahəsi mülkiyyət hüququ ilə digər cavabdehlərə məxsus olmuşdur. Belə olan halda Xaçmaz rayon 1 saylı notariat ofisində daşınmaz əmlakın alqısatqısının ləğv edilməsinə dair saziş qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmişdir. Bu səbəbdən də, qeyd olunan sazişin əsas olmadan etibarsız hesab edilməsi qanunun tələblərinə ziddir. Sübutların məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsi və bunun nəticəsində obyektiv reallığı əks etdirməyən qərar qəbul etməsi isə prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Belə ki, birinci instansiya məhkəməsində olduğu kimi apellyasiya instansiyasında işə baxılarkən də tərəflər arasında bağlanmış müqavilənin, habelə alqı-satqı müqaviləsinin ləğvinə dair sazişin mötəbərliliyinin yoxlanması məqsədi ilə heç bir tədbir görülməmiş, müstəqil tələb irəli sürməyən Maraqlı şəxs apardığı notariat işinin qanuniliyini belə yoxlamadan qeyri-obektiv qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnamədə qeyd olunan hüquq normalarına istinad edərkən həmin normanın mənasını özünün istəyinə uyğun olaraq təfsir edərək belə biri qənaətə gəlmişdir ki, 3M-356 reyestr nömrəli, 16 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvinə dair saziş tərəfləri gerçək iradə ifadəsi deyil, formal olaraq bağlanmışdır. Məhz bu səbəblə də xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat k ontorunda ləğv edilərkən İddiaçı razılığı alınmamışdır. Bundan başqa məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin o faktı nəzərə almışdır ki, hazırda hüquqi baxımdan mübahisəli toraq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin mülkiyyətçisi hesab olunan Cavabdeh2, o cümlədən digər cavabdehlər olan ailə üzvləri qətnaməni mübahisələndirməmiş, dolayısı ilə onun nəticələri ilə razılaşmışdır. Baxmayraq ki, cavabdeh tərəfin məhkəmədə verdikləri izahatlar o anlamı verir ki, müqavilə məhz Cavabdeh2 təkidi ilə pozulmuşdur. Apellyasiya Məhkəməsinin bu izahı işin faktiki hallarına uyğun gəlmir. Belə ki, tərəflər arasında bağlanmış sözügedən müqavilədə məzmun etibarı ilə tərəflərin maraqları baxımından hər hansı rast gəlinən qeyri-müəyyənlik mövcud deyil. Mülkiyyətçi olaraq Cavabdeh2 v ə cavabdeh olan digər ailə üzvəlri öz mülkiyyətləri üzərində qanuna müvafiq qaydada sərəncam vermiş və bu zaman İddiaçı hüquqi nöqteyi nəzərdən hər hansı bir razılığına ehtiyac olmamışdır. Məhkəmə kollegiyasının bu faktı qanunun tələblərinə uyğun olaraq deyil, məhz özünün mülahizəsinə əsasən əsaslandırması cavabdehlərin mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir.
23. Kassator şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 125-ci maddəsinin Vİİ hissəsinə, «İnsan hüquqları və Əsas azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X6rşı» qərarının 139-cu bəndinə, 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4, 421.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 14.1, 77.1., 88-ci maddələinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçının nümayəndəsi və vəkili Abbaszadə Rəhimn İsaq oğlu kassasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilən qərar qanunidir. Cavabdehlər öz aralarında müqaviləni ləğv etməklə birgə nikah dövründə əldə edilmiş əmlaka dair iddiaçının hüquqlarını pozmuşlar. ünvan 1i ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, 4Ə-998 reyestr nömrə ilə Maraqlı şəxsndə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair 16 dekabr 2021-ci il tarixli (3M-356 reyestr nömrəli) saziş etibarsız hesab edilməklə düzgün nəticəyə gəlinmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-266/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
26. Maddə 158.1. və 158.1.2. mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 27.Maddə 225.1. ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
28. Maddə 225.6. daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 29.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 30.Maddə 337.2. Əqd barəsində mübahisə edildik də əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
31. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.32. Maddə 349 Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər 33.Maddə 404.1 müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hə rfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 34.Maddə 404.2 bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 35.Maddə 421.1 müqavilə tərəfləri öz istəklərinə əsasən müqaviləni ləğv etdirə, yaxud dəyişdirə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsi
36. Maddə 32.1. nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
37. Maddə 32.2. ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, al dıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi ə mlak üzərində hüquqa malikdir. 38.Maddə 33 ümümi məzmununa görə ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasın ın Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apell yasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymtələndirilmişdir.
48. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 3M-356 reyestr nömrəli, 16 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvinə dair saziş tərəflərin gerçək iradə ifadəsi deyil, formal olaraq bağlanmışdır. Məhz bu səbəblə də xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda ləğv edilərkən İddiaçı razılığı alınmamışdır.
49. Kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməs i dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-266/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.